Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-46/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X3 ibarət tərkibdə, İcra sənədləri üzrə borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin təsisçisi olduğu “X1 Company” MMC-nin mülkiyyətində olan AZ90L-239 dövlət qeydiyyat nişanlı, “NEW HOLLAND LM-1745” markalı teleskopik yükləyicinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən verilmiş təqdimata baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından təqdimat verən şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyən etdi:
1. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Nümayəndə məhkəməyə təqdimatla müraciət edərək, 34 sayda icra sənədləri üzrə borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin təsisçisi olduğu “X1 Company” MMCnin mülkiyyətində olan AZ90L-239 dövlət qeydiyyat nişanlı, “NEW HOLLAND LM-1745” markalı teleskopik yükləyicinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim İlkin Əliyev) Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Nümayəndə təqdimatı rədd edilməsi qərara alınmışdır.
3. Qeyd edilən qərardaddan Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Nümayəndə şikayət verərək, onun ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə kollegiyası iş materialları və şikayəti nəzərdən keçirərək hesab edir ki, qərardaddan verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
6. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
7. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
8. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
9. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
10. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
11. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
12. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
15. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
16. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: - 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; - 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.
16. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
17. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
18. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
“Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları
21. Bənd 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
22. Bənd 3.4. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır.
23.Təqdimat verən şəxs tərəfindən verilmiş şikayətinin mümkünlüyü məsələsinə baxılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. 24.Belə ki, qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir.
25. Nümayəndə tərəfindən verilən şikayəti isə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilməmişdir. 26.“Elektron məhkəmə” İnformasiya Sistemindən görünür ki, şikayətin daxil olma forması kimi “faks” qeyd edilmişdir. Şikayətin bu formada təqdim edilməsi isə MPM-nin yuxarıda sadalanan normaları ilə ziddiyət təşkil edir.
27. Belə ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi imperativ xarakter daşıyır. 28.Faktiki olaraq qərardaddan verilmiş şikayət Bakı Kommersiya Məhkəməsinə işdə iştirak edən şəxsin elektron kabineti vasitəsilə daxil olmasa da, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmamış, ona mahiyyəti üzrə baxaraq münasibət bildirirək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. 29.Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin elektron kabinet vasitəsilə verilməsinə dair mülki prosessual qanunvericilikdə müəyyən edilən qayda apellyasiya şikayətinin elektron kabinetdən istifadə etməklə istənilən şəkildə “Elektron məhkəmə” informasiya sisteminə daxil edilməsini nəzərdə tutmur. 30.Bundan əlavə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadından nəzərdə tutulan şikayət vermə müddəti də ötürülmüşdür. 31.Belə ki, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadı ## ### 2026-cı il tarixdə *-**/*-****/**** nömrəli sənədlə X2 vasitəsilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. 32.X2 (RSD) sistemi dövlət qurumları arasında real vaxt rejimində təhlükəsiz elektron sənəd mübadiləsini təmin etmək məqsədilə yaradılmış rəqəmsal platformadır. Bu sistem kağız üzərində sənəd dövriyyəsini aradan qaldıraraq sənədlərin daha sürətli, etibarlı və effektiv şəkildə mübadiləsinə imkan yaradır. 33.Lakin Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən şikayət ## #### 2026-cı il tarixdə imzalanaraq, EMİS vasitəsilə məhkəməyə təqdim edilmişdir.
34. Göründüyü kimi şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. 35.Məhkəmə kollegiyası hesab edir ki, prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir. 36.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1, 366, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Şikayətin geri qaytarılması üçün kommersiya işi birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.