Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-49/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən verilmiş “üçüncü şəxslərdə olan əmlakın üzərinə həbs qoyulması” barədə təqdimata baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar Aslanov İlham Qulam oğlu və tələbkar2 cavabdeh Borclu Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların cavabdehin təsisçisi – iştirakçısı olaraq cəmiyyətdən çıxmaqları, onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar Aslanov İlham Qulam oğlu və tələbkar2 cavabdeh Borclu Firmasının təsisçiliyindən çıxarılması, iddiaçı Aslanov İlham Qulam oğlunun cavabdeh Borclu Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsinin cavabdeh Borclu Firmasına həvalə edilməsi, iddiaçı tələbkar2 cavabdeh Borclu Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsinin cavabdeh Borclu Firmasına həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçılar Aslanov İlham Qulam oğlu və tələbkar2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, iddiaçı Aslanov İlham Qulam oğlunun cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı Aslanov İlham Qulam oğluna ödənilməsi, iddiaçı tələbkar2 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı tələbkar2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024- cü il tarixli, *-*(***)-***/**** saylı Qərarı ilə cavabdeh Borclu Firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)- ***/**** nömrəli 2024-cü il ## #### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı icra sənədi ##.##.2025-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi təqdimat ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Firmasına ödənilməsi olan hazıradək ödənilməmiş “xxxx” QSCnin hesabında olan 335720,78 manat icarə haqqının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Apellyasıya Məhkəməsinin 2- *(***)- ***/**** nömrəli, ##.## 2024-cü il tanxlı icra sənədinə əsasən Aslanov İlham Qulam oğlunun cavabdeh xxxx’ Firmasının nizamnamə kapıtalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2 188 077,15 manat məbləğində pul vəsaiti cavabdeh xxxx" Firması tərəfindən iddiaçı Aslanov İlham Qulam oğluna ödənilsin İddiaçı X1 cavabdeh xxxx” Firmasının nizamnamə kapıtalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2 188.077,15 manat məbləğində pul vəsaiti cavabdeh xxxx" Firması tərəfindən iddiaçı X1 ödənilsin İddiaçılar tərəfindən ödənilmiş cəmi 150 manat məbləğində dövlət rüsumu cavabdeh xxxx” Firmasından tutularaq iddiaçılar Aslanov İlham Qulam oğlu və X1 ödənilsin. İddia ərizəsi və apellyasıya şikayətinin verilməsinə gorə ödənilmiş dövlət rüsumlarının kəsiri olan cəmi 4317 manat məbləğində pul vəsaiti cavabdeh xxxx” Firmasından tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi ## ## 2025-cı ıl tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxıl olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Şöbənin icraatında olan Bakı Apellyasıya Məhkəməsinin *-*(***)-***/**** saylı ## ##.2024-cü ıl tarixli icra sənədi üzrə borclu xxxx”xxxx”s Azərbaycan QSC arasında ## ## 2005-cı ıl tarixli icarə müqaviləsinin mövcud olduğu məlum olmuşdur. Sözügedən müqavilənin 8 3 1 -cı bəndində icarəçi tərəfindən ödənilməli olan aylıq icarə haqqının miqdarı hər müvafiq ay üçün xalıs dövriyyənin 5 faizim təşkil etdiyi qeyd olunur. “xxxx QSC-nın **/**** saylı ## ## 2026-cı ıl tarixli məktubundan, icarəyə verən xxxx' Firması tərəfindən icarə haqqına dair hesabın təqdim edilməməsi səbəbindən ödənilməmiş 335.720,78 manat icarə haqqının “McDonakfs Azərbaycan QSC hesabında olduğu məlum olmuşdur. Yuxarıda qeyd olunan məhkəmə qərarı üzrə tələb borclu xxxx” Firması tərəfindən könüllü təmin edılmədıydən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılmışdır. Daha sonra Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi ##.##.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, hazırkı təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı ilə təqdimat geri qaytarılmışdır. Həmin qərardaddan Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən verilmiş təqdimat əsaslandırılmamış, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-2(103)- ***/**** saylı icra sənədi əsasında başlanmış icra sənədi üzrə icraat materiallarında olan sənədlər elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “Elektron icra” informasiya sistemi haqqında Əsasnamənin 6.1-ci bəndinə əsasən “Elektron icra” informasiya sistemi vasitəsilə icra sənədlərinin (“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla) “Elektron məhkəmə”, “Elektron notariat” və ya digər müvafiq informasiya sistemləri vasitəsilə qəbul edilməsi təmin edilir. İş materiallarından görünür ki, icra məmuru təqdimatı müvafiq elektron sistem vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim etmişdir. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq mülki prosessual qanunvericiliyin müddəalarını analogiya üzrə tədbiq edərək ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarması qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(3-6)-49/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-49/2026
21.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver