Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-53/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu eymur Əhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “icra məmurunun hərəkətlərinin qanunsuz hessab olunması” barədə ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hessab olunması) Hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Göyçay rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 qiymətləndirməyə dair hərəkətlərindən Ərizəni verən şəxsƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından Ərizəni verən şəxsƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. MÜƏYYƏN ETDI:
1. Borclu Ərizəni verən şəxsƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Göyçay rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 qiymətləndirməyə dair hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edərək, Göyçay rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 “xxxx” MMC-nin qiymətləndiricisi O.Qaçayev tərəfindən verilmiş ##.##.2025-ci il tarixi 37/4, 37/3 və **/* nömrəli qiymətləndirmə rəylərini torpaq sahələrinin ilkin satış qiyməti kimi əsas götürməsi hərəkətinin qanunsuz hesab edilməsi; icra məmurunun həmin qiymətləndirmə rəylərini əsas götürərək, hərrac sifarişi verməsinə yol verilməməsi; icra məmurunu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin tələblərinə uyğun olaraq torpaq sahələrinin meyvə bağı da daxil olmaqla bütün xüsusiyyətlərini əks etdirən yeni qiymətləndirmə keçirməyə məcbur edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı ilə Göyçay rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 hərəkətlərindən Ərizəni verən şəxsƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmişdir.
3. Qeyd edilən qərardaddan Ərizəni verən şəxsƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərəfindən şikayət verilmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** saylı qətnaməsi ilə Ərizəni verən şəxsƏhmədov adına “xxxx” QSC-dən “xxxx”MMC-nin xeyrinə 269997,60 manat, ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** saylı qətnaməsi ilə isə “xxxx” MMC-nin xeyrinə 234460,49 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamələr üzrə icra sənədləri Göyçay rayon Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, şöbənin ##.##.2024-cü il tarixli qərarı ilə icraatlar ümumi icraatda birləşdirilmiş, böyük icra məmuru X2 tərəfindən borcluya məxsus Göyçay rayonu, Potu kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Qiymətləndirmə məqsədilə “xxxx” MMC-nin qiymətləndiricisi O.Qaçayev tərəfindən ##.##.2025-ci iltarixli 37/4, 37/3 və **/* nömrəli qiymətləndirmə rəyləri verilmişdir. Rəylərə əsasən 0,6551 ha sahə 13102 manat, 2,87 ha sahə 57400 manat, 2,0693 ha sahə isə 41386 manat, cəmi 5,5944 ha torpaq sahəsi 111888 manat məbləğində qiymətləndirilmişdir. Hər üç rəyin “Qeyd” hissəsində qiymətləndiricinin özü tərəfindən açıq şəkildə göstərilmişdir ki, baxış zamanı torpaq sahəsinin üzərində meyvə bağı salındığı aşkar olunmuşdur. Buna baxmayaraq, meyvə bağının mövcudluğu qiymətdə əks etdirilməmiş, torpaq sahələri yalnız əkin sahəsi kimi qiymətləndirilmişdir. Borclu bu hallarla əlaqədar icra məmurunun qiymətləndirməyə dair hərəkətlərindən şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, qiymətləndirmə rəylərinin ilkin satış qiyməti kimi əsas götürülməsinə və hərrac sifarişi verilməsinə, eləcə də yenidən qiymətləndirmənin keçirilməsi ilə bağlı icra məmuruna müraciət edilməsinə dair sübutlar da təqdim edilməmişdir. Iş materiallarından icra məmurunun qanuna zidd hərəkəti müəyyən edilmir. Halbuki məhkəmənin bu nəticəsi iş materiallarında olan sənədlərlə açıq ziddiyyət təşkil edir. Göyçay rayon Icra və Probasiya Şöbəsinin Bakı Kommersiya Məhkəməsinə ünvanladığı və qərardadın özündə sitat gətirilən məktubunda birbaşa təsdiq edilir ki, borcluya məxsus torpaqlar üzərinə həbs qoyulmuş, qiymətləndirilməsi üçün ##.##.2024-cü il tarixdə “xxxx” MMC-yə qiymətləndirici dəvət olunması barədə müraciət göndərilmiş, ##.##.2025-ci il tarixdə isə torpaq sahələrinə qiymət müəyyən olunaraq icra şöbəsinə göndərilmişdir. Yəni qiymətləndirmə rəyləri məhz icra icraatı çərçivəsində, torpaq sahələrinin satışa hazırlanması məqsədilə icra məmurunun öz təşəbbüsü ilə alınmışdır və onların yeganə hüquqi təyinatı hərrac zamanı ilkin satış qiymətinin müəyyən edilməsidir.
5. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
6. Məhkəmənin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, yazılı icraat qaydasında işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
7. Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
“Icra haqqında” Azərbaycan Respublikası Qanununun
8. 12.1 -ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
9. 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
10. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir.
“Icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun
11. 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
12. Məhkəmə şikayəti, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir.
13. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
14. Iş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı Ərizəni verən şəxsƏhmədov adına “xxxx” QSC-dən ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-nin xeyrinə 269997,60 (iki yüz altmış doqquz min doqquz yüz doxsan yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2022-ci il tarixli, *-*(***)- ***/**** saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı Ərizəni verən şəxsƏhmədov adına “xxxx” QSC-dən ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-nin xeyrinə 234460,49 (iki yüz otuz dörd min dörd yüz altmış manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamələr üzrə icra sənədləri Göyçay rayon Icra və Probasiya Şöbəsinə daxil olmuş, icraata başlanmışdır.
15. Iş materiallarından həmçinin müəyyən edilir ki, böyük icra məmuru X2 tərəfindən borclu “xxxx” QSC-yə məxsus Göyçay rayonu, Potu kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmuş, torpaq sahələrinin qiymətləndirilməsi üçün ## ###### 2024-cü il tarixdə “xxxx” MMC-yə müraciət edilmiş və ## #### 2025-ci il tarixdə qiymətləndirmənin nəticələri icra şöbəsinə göndərilmişdir.
16. Lakin həmin məlumatdan icra məmurunun 37/4, 37/3 və **/* nömrəli qiymətləndirmə rəylərində müəyyən edilmiş məbləğləri konkret olaraq hərracın ilkin satış qiyməti kimi təsdiq etdiyi, həmin qiymətlər əsasında hərrac sifarişi verdiyi və ya hərracın keçirilməsi üçün müvafiq təşkilata sifariş göndərdiyi nəticəsi çıxmır.
17. Cavabdehin şikayətində istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2021-ci il tarixli, **/**** saylı qərardadında icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması və ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərə dair mövqe ifadə edilmişdir. Həmin qərardadda ipoteka predmeti olmayan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və bununla bağlı icra məmurunun hərəkətlərinin mübahisələndirilməsi məsələləri də izah edilmişdir.
18. Lakin həmin hüquqi mövqenin hazırkı işə tətbiqi üçün ilk növbədə mübahisələndirilən icra hərəkətinin faktiki olaraq həyata keçirildiyi müəyyən edilməlidir. Hazırkı iş üzrə isə şikayətçinin mübahisələndirdiyi əsas hərəkət qiymətləndirmə rəylərinin ilkin satış qiyməti kimi əsas götürülməsi və həmin qiymətlər əsasında hərrac sifarişinin verilməsi iş materialları ilə təsdiq olunmamışdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, icra icraatının səmərəli həyata keçirilməsi ilə yanaşı, borclunun hüquqlarının qorunması da təmin edilməlidir. Bununla belə, məhkəmə nəzarətinin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada konkret icra hərəkətinin və ya hərəkətsizliyin baş verdiyi, həmin hərəkətin borclunun hüquq və qanuni mənafelərinə toxunduğu və qanunvericiliyin tələblərinə zidd olduğu müəyyən edilməlidir.
20. Hazırkı halda isə “xxxx” QSC tərəfindən mübahisələndirilən qiymətləndirmə rəylərinin icra məmuru tərəfindən ilkin satış qiyməti kimi tətbiq edilməsi və həmin qiymətlər əsasında hərrac sifarişinin verilməsi barədə nəticəyə gəlməyə imkan verən kifayət qədər sübut təqdim edilməmişdir.
21. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
22. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin # #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı: Borclu Ərizəni verən şəxsƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin # #### 2026-cı il tarixli, 8-2(4-11)- 207/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.