Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-54/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Borclu Ərizəni verən şəxs şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxs böyük icra məmuru X1 ##.##.2026-ci il tarixli icraata başlamaq haqqında qərarını qanunsuz olması səbəbindən ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı ilə, Bakı şəhəri Maraqlı şəxs ##.##.2026-cı il tarixli qərarından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Hazırda borclu Ərizəni verən şəxs həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə Tələbkar MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən, Ərizəni verən şəxs Tələbkar MMC-nin xeyrinə 197.961 manat əsas borc, 466 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 235 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən onun tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan RespublikasıAli Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında icra sənədi verilmiş və Bakı şəhəri Maraqlı şəxsnə göndərilmişdir. Bakı şəhəri Maraqlı şəxs böyük icra məmuru X1 tərəfindən ##.##.2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla icra sənədi üzrə icraata başlanılmış, borcluya 10 gün müddətində icra sənədinin könüllü icra edilməsi təklif edilmiş, tələb könüllü icra edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görüləcəyi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulacağı, borclunun əmlakının siyahıya alınacağı və əmlakın üzərinə həbs qoyulacağı göstərilmişdir. Tərəfindən icra məmurunun ##.##.2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərarının qanunsuz hesab edilərək ləğv olunması və şikayətə baxılanadək icra hərəkətlərinin dayandırılması barədə Bakı Kommersiya Məhkəməsinə şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayət təmin edilməmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, icra məmuru Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə qanunla müəyyən edilmiş qaydada və vaxtda icraata başlamış, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərmiş və icraata başlamaq haqqında qərarın qanunsuz hesab edilərək ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Hesab edir ki, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı qanunsuz və əsassızdır, işin faktiki hallarına uyğun deyildir, şikayətdə irəli sürülmüş əsas dəlillərə hüquqi qiymət verilmədən qəbul edilmişdir və aşağıdakı əsaslara görə ləğv edilməlidir: Belə ki, icra hərəkətlərinin dayandırılması barədə vəsatətə hüquqi qiymət verilməmişdir. İlkin şikayətdə icraata başlamaq haqqında qərarın ləğv edilməsi ilə yanaşı, şikayətə baxılanadək icra hərəkətlərinin dayandırılması da xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin qərardadının təsviri hissəsində bu tələb göstərilsə də, qərardadın əsaslandırıcı və nəticə hissəsində icra hərəkətlərinin dayandırılması barədə vəsatətin təmin edilib-edilməməsi və hansı səbəbdən təmin edilməməsi göstərilməmişdir. Məhkəmə qərardadının nəticə hissəsində yalnız icra məmurunun qərarından verilmiş şikayətin təmin edilməməsi göstərilmişdir. İcra hərəkətlərinin dayandırılması barədə ayrıca vəsatət isə cavabsız saxlanılmışdır. Bu hal məhkəmə qərardadının natamam və kifayət qədər əsaslandırılmamış olduğunu göstərir. Digər tərəfdən borclunun maliyyə vəziyyəti və icranın real imkanları nəzərə alınmamışdır. İlkin şikayətdə göstərildiyi kimi, mübahisəli münasibətlər çərçivəsində müvafiq pul vəsaiti İlqar adlı şəxs tərəfindən borcluya ödənilməli, həmin vəsait alındıqdan sonra tələbkar Tələbkar MMC-yə ödənilməli idi. Lakin İlqar adlı şəxs tərəfindən borcluya ödəniş edilmədiyindən tələbkar qarşısında öhdəliyin dərhal və tam şəkildə icra edilməsi obyektiv olaraq çətinləşmişdir. Onun, İlqar adlı şəxsə qarşı müvafiq pul tələbi ilə məhkəməyə müraciət edilməsi istiqamətində hüquqi tədbirlər görülür. Həmin pul vəsaiti borcluya ödənildiyi halda icra sənədi üzrə tələb olunan məbləğin tələbkara ödənilməsi mümkün olacaqdır. İcra sənədi üzrə tutulmalı məbləğ 197.961 manat əsas borc, 466 manat dövlət rüsumu və 235 manat apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan ibarətdir. Belə yüksək məbləğin qısa müddətdə tam ödənilməsi borclu üçün obyektiv çətinlik yaradır. Bu hallar icra sənədinin qüvvəsini aradan qaldırmasa da, icra tədbirlərinin seçilməsi, onların mütənasibliyi, borcun mərhələli qaydada ödənilməsi və icra hərəkətlərinin dayandırılması barədə vəsatətin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İcra məmuru və məhkəmə bu hallara münasibət bildirməmiş və müdaxiləedici icra tədbirlərinin tətbiqi imkanını qiymətləndirməmişdir. Beləliklə, Bakı Kommersiya Məhkəməsi iş üçün mühüm əhəmiyyət daşıyan faktiki halları tam və hərtərəfli araşdırmamış, ilkin şikayətdə göstərilmiş əsas dəlillərə hüquqi qiymət verməmiş, elektron sistem məlumatlarını tələb etməmiş və iş materialları ilə təsdiq edilməyən nəticəyə gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-******** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İş materillaırndan görünür ki, icra məmuru Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə qanunla müəyyən edilmiş qaydada və vaxtda icraata başlamış və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Maraqlı şəxs böyük icra məmurunun ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Xornsbin Yunanıstana qarşı” iş üzrə qəbul etdiyi 1997-ci il ## #### tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Göründüyü kimi, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(3-6)-54/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-54/2026
25.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver