Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-58/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu Ərizəni verən şəxs tərəfindən verilmiş ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO Tələbkar ASC cavabdehlər “xxxx” MMC və Ərizəni verən şəxs qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehərdən müştərək qaydada 59013,68 manat əsas, 10673,60 manat faiz borcunun, 299,06 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər “xxxx” MMC və Ərizəni verən şəxs birgə (müştərək) qaydada 59013,68 manat əsas borc, 9000,51 manat faiz borcu, 294,04 manat dövlət rüsumu, ümumilikdə 68308,23 manat məbləğində pulun tutularaq iddiaçı LPO Tələbkar ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlərdən birgə (müştərək) qaydada 200 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 5,02 manat dövlət rüsumu iddiaçı LPO Tələbkar ASC-nin özünə aid edilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ##.##.2026-cı il tarixdə qanuni qüvvəsini almış, icra sənədi həmin tarixdə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra borclu Ərizəni verən şəxs “Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin hissə-hissə icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin hazırda rəsmi iş yeri və əmək fəaliyyəti yoxdur, daimi gəlir mənbəyi mövcud deyildir. Adına mülkiyyət hüququ əsasında yalnız vərəsəlik qaydasında əldə etdiyi ünvan 1 ünvanında yerləşən mənzil qeydiyyatdadır və həmin mənzil onun yeganə yaşayış yeridir. Adına başqa daşınmaz əmlak və ya nəqliyyat vasitəsi qeydiyyatda deyildir. Maddi vəziyyətinin ağır olması və sabit gəlir mənbəyinin olmaması səbəbindən məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilmiş 68.308,23 manat məbləğində pul vəsaitini birdəfəlik ödəmək imkanı yoxdur. Bununla belə, ərizəçi qətnamənin icrasından yayınmaq niyyətində olmadığını, borcu könüllü şəkildə ödəməyə hazır olduğunu və maddi imkanlarına uyğun olaraq hər ay 1.000 manat olmaqla hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə borclu Ərizəni verən şəxs tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Hazırda borclu Ərizəni verən şəxs sözügedən qərardaddan şikayət verib Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin hissə-hissə icrası məsələsini həll edərkən işin konkret hallarını, tərəflərin əmlak vəziyyətini və mənafelərini düzgün qiymətləndirməmiş, MPM-in 231.1 və 231.2-ci maddələrinin mahiyyətinə uyğun olmayan nəticəyə gəlmişdir. Qanunvericiliyin məqsədi qətnamənin formal olaraq mövcudluğunu deyil, onun real və mümkün qaydada icrasını təmin etməkdir. Hazırkı halda borclunun rəsmi işsiz olması, sabit gəlirinin olmaması və 68.308,23 manat məbləğində borcun birdəfəyə ödənilməsinin faktiki olaraq mümkün olmaması nəzərə alınmalı əsas hallardır. Belə vəziyyətdə qətnamənin hissə-hissə icrasından imtina edilməsi nə tələbkarın, nə də borclunun mənafeyinə xidmət edir. Əksinə, borclunun hər ay 1.000 manat ödəməsi borcun real şəkildə və müntəzəm olaraq tutulmasına imkan verir və bununla da qətnamənin faktiki icrasını təmin edir. Məhkəmə həmçinin borclunun yeganə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən mənzilin mövcudluğunu və həmin əmlakın borclunun yaşayış hüququ baxımından əhəmiyyətini nəzərə almalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində mənzil hüququ qorunur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli ** nömrəli Qərarı ilə isə icra sənədləri üzrə tutmanın yönəldilməsinə yol verilməyən əmlak növləri müəyyən edilmişdir. Bu hallar göstərir ki, icranın üsulu müəyyən edilərkən borclunun yaşayış hüququ ilə tələbkarın pul tələbinin təmin edilməsi arasında ədalətli və mütənasib balans yaradılmalıdır. Hissə-hissə icranın tətbiq edilməməsi isə borclunun real maliyyə imkanlarını nəzərə almadan onun üzərinə faktiki olaraq icrası mümkün olmayan öhdəlik qoyur. MPM-in 231.1- ci maddəsi məhkəməyə tərəflərin əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq qətnamənin icrasını hissə-hissə müəyyən etmək səlahiyyəti verir. Bu səlahiyyət tətbiq edilərkən məhkəmə borclunun real ödəmə imkanını, borcun məbləğini, birdəfəlik ödənişin mümkünlüyünü və təklif olunan ödəniş qaydasının tələbkarın hüquqlarına təhsirini birlikdə qiymətləndirməlidir. Hazırkı işdə isə bu hallar bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmamışdır. Təklif olunan aylıq 1.000 manat ödəniş borclunu borcdan azad etmir, tələbkarın tələb hüququnu aradan qaldırmır və borcun tutulmasını dayandırmır. Əksinə, borcun mərhələli və real şəkildə ödənilməsini təmin edir. Məhkəmə müdafiəsinin səmərəliliyi qəbul edilmiş məhkəmə aktının real olaraq icra edilə bilməsi ilə də bağlıdır. Buna görə icranın elə üsulu seçilməlidir ki, bir tərəfin hüququ təmin edilərkən digər tərəfin qanunla qorunan hüquqları əsassız və qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasın. Hazırkı halda aylıq 1.000 manat ödəniş məhz belə balansı təmin edən real və mümkün icra üsuludur. Qətnamənin icrası tələbkarın hüququnun təmin edilməsinə yönəlməli, lakin borclunun obyektiv olaraq yerinə yetirə bilməyəcəyi bir öhdəliyin qarşısında qoyulması hesabına həyata keçirilməməlidir. Beləliklə, işin konkret halları, borclunun rəsmi işsiz olması, sabit gəlirinin olmaması, borcun yüksək məbləği, yeganə yaşayış yerinin mövcudluğu və aylıq 1.000 manat məbləğində ödəniş imkanının olması birlikdə qiymətləndirildikdə qətnamənin hissə-hissə icrasının tətbiqi həm qanuni, həm də məqsədəuyğun nəticədir. Bu üsul tələbkarın pul tələbinin real təmin edilməsinə imkan verir, borclunun mövcud olmayan maliyyə vəsaiti hesabına birdəfəlik ödəniş etməsini tələb etmir və tərəflərin mənafeləri arasında zəruri mütənasibliyi qoruyur. Məhkəmənin bu halları nəzərə almadan hissə-hissə icradan imtina etməsi MPM-in 231ci maddəsinin məqsədinə uyğun olmamış, nəticədə qətnamənin real icrasını təmin edən hüquqi mexanizmdən əsassız olaraq imtina edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM: Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi dəyərləndirmə ilə razılaşaraq qeyd edir ki, qanunverici işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Bu zaman məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, eyni zamanda tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Göründüyü kimi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ədalətli məhkəmə araşdırılmasının ayrılmaz tərkib elementi olan məhkəmə qərarlarının icrası (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar) mərhələsinin uzadılmasına, ağlabatan müddətə məhkəmə araşdırılması prinsipinin pozulmasına səbəb ola bilən prosessual hərəkətlər olduğundan belə qərarların qəbul edilməsinə yalnız İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan hüququn mahiyyətinə xələl gətirməyən müstəsna hallarda yol verilir. Hazırkı halda isə qətnamənin hissə-hissə icra edilməsinə əsas verən müstəsna halların, eləcə də borcun hissə-hissə icra edilməsinə dair tələbkarın razılığının mövcud olması iş materiallarına əsasən müəyyən edilmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin bütün diqqətəlayiq hallarına düzgün hüquqi qiymət verməklə borclunun ərizəsini əsaslı olaraq rədd etmişdir. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №8-2(3-6)-58/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-58/2026
24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver