Azərbaycan‒Respublikası‒adından Qərardad Gəncə‒şəhəri İş‒№‒8-2(3-7)-5/2026 14.08.2026 GƏNCƏ‒APELLYASIYA‒‒MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra ödənişinin tutulmasına dair ## #### 2024- cü tarixli qərarının ləğv edilməsi, icra ödənişi qismində tutulmuş məbləğin tələbkara ödənilməsi ilə bağlı tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərardadından tələbkar Tələbkar Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında,‒yazılı‒icraat‒qaydasında‒bахаrаq,‒ ‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒M‒Ü‒Ə‒Y‒Y‒Ə‒N‒‒‒E‒T‒D‒İ: Tələbkar Tələbkar QSC məhkəməyə ərizə ilə müraciət edərək, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş ## #### 2024-cü tarixli qərarının ləğv edilməsi, icra ödənişi qismində tutulmuş 3867,65 manat məbləğin tələbkara ödənilməsini‒məhkəmədən‒xahiş‒etmişdir.‒ Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak hərracda realizə edilmişdir. Daha sonra tələbkar tərəfindən Tovuz rayon İcra və Probasiya şöbəsinə müraciət edilərək kredit öhdəliyinə təminat olaraq girov qoyulan əmlakın açıq hərrac vasitəsilə satışından əldə edilmiş 39000 manat məbləğin tələbkarın hesabına köçürülməsi xahiş edilmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-ci il tarixli e******/****-**-** saylı cavab məktubunda isə əmlakın açıq hərrac vasitəsilə satışından əldə edilmiş 39000 manat vəsaitindən 37766,65 manatın depozit hesabına köçürüldüyü, 37766,65 manat vəsaitin 10 faiz məbləğin Tovuz RİPŞ-nin depozit hesabına, qalan 33899 manat məbləğin tələbkara köçürüləcəyi qeyd edilmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş ## #### 2024-cü il tarixli qərarda gösrətdiyi mövqe qanuna əsaslanmamaqla tələbkarın mənafeyinin pozulmasına səbəb olmaqdadır. İlk növbədə qeyd edilməlidir ki, "İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10%-i həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Lakin qanuna dəyişiklik edilməmişdən əvvəl həmin məbləğ 7% həcmində müəyyən edilmişdir. Qanunvericiliyə ## #### 2025-ci il tarixində edilmiş dəyişikliklə tutulmalı olan icra ödənişinin məbləği 7%-dən 10%-ə qaldırılmışdır. Lakin hazırki işdə icra məmuru ## #### 2024-cü il tarixində, yəni qanunvericiliyə dəyişiklik edilməmişdən əvvəl 10% icra ödənişinin tutulması barədə qərar qəbul etmişdir. Göründüyü kimi icra məmurunun 10% icra ödənişinin tutulması barədə qərarı qanunsuz olmaqla, tələbkarın hüquqlarının pozulmasına səbəb olmuşdur. Daha sonra isə icra məmuru ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin tələbkarın hesabına köçürmədən, ipoteka ilə təmin olunmuş tələbinin ödənilməsinə yönəldilmədən 10 % məbləğində icra ödənişini tutmuşdur ki, bu da qanunvericiliyin tələblərinin‒növbəti‒pozuntusuna‒gətirib‒çıxarmışdır.‒ Gəncə Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə tələbkar Tələbkar QSC-nin ərizəsi qismən təmin edilərək, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra ödənişinin tutulmasına dair ## #### 2024-cü tarixli qərarı ləğv edilmiş,‒ərizə‒qalan‒hissədə‒təmin‒edilməmişdir.‒ Qərardad ilə razı olmayan icra sənədi üzrə tələbkar Tələbkar QSC ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 8- *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının qismən ləğv edilməsi, tələbkar Tələbkar QSC-nin ərizəsinin icra ödənişi qismində tutulmuş məbləğin tələbkara ödənilməsinə dair hissəsində də‒təmin‒edilməsi‒barədə‒qərardad‒qəbul‒edilməsini‒xahiş‒etmişdir.‒ Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tələbkar QSC ilə X2 arasında bağlanmış ## ###### 2021-ci il tarixli ***R********** saylı və ## ###### 2022-ci il tarixli ***R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, Tələbkar QSC ilə X2 arasında bağlanmış ## ###### 2021-ci il tarixli ***R********** saylı kredit razılaşması üzrə 35505 manat 36 qəpik əsas borc, 4671 manat 36 qəpik faiz borcu və 600 manat cərimə borcu olmaqla, cəmi 40776 manat 72 qəpik kredit borcu, ## ###### 2022-ci il tarixli ***R********** saylı kredit razılaşması üzrə 11068 manat 79 qəpik əsas borc, 1321 manat 69 qəpik faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 12590 manat 48 qəpik kredit borcu, 400 manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının müştərək qaydada cavabdehlər X2, Əliyev Rafiq Paşa oğlundan və Əliyeva Kifayət İsrafil qızından tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdeh Əliyev Rafiq Paşa oğlunun mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh Əliyev Rafiq Paşa oğluna qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər X2, Əliyev Rafiq Paşa oğlu, Əliyeva Kifayət İsrafil qızı və X4 Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən ** nömrəli fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, cavabdehlərdən 250 manat 10 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X2 apellyasiya şikayəti verərək qətnaməni dəyişdirilərək iddia tələbinin qismən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-**/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ## #### 2024-cü il tarixdə qüvvəyə minmiş, ## #### 2024-cü il tarixdə icraya yönəldilmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin ## #### 2024-cü il tarixli qərarı ilə icraata başlanılmışdır. Tovuz rayon İcra və Probasiya şöbəsinin ## #### 2024-cü il tarixli qərarı ilə X2, Əliyev Rafiq Paşa oğlundan və Əliyeva Kifayət İsrafil qızından 10% məbləğində icra ödənişinin tutulması barədə qərar qəbul edilmiş, qərar belə əsaslandırılmışdır ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən ödənilməli pul vəsaitinin 10 faizi və ya qeyri-əmlak xarakterli bələblə bağlı 5381,22 manat məbləğində pul tutulmalıdır. Tələbkar Tələbkar QSC məhkəməyə ərizə ilə müraciət edərək Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş ## #### 2024-cü tarixli qərarının ləğv edilməsi, icra ödənişi qismində tutulmuş 3867,65 manat məbləğin tələbkara ödənilməsi tələbi Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə tələbkar "xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi qismən təmin edilməsi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra ödənişinin tutulmasına dair ## #### 2024-cü tarixli qərarı ləğv edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İcra ödənişi kimi hesabda saxlanılan məbləğin tələbkara ödənilməsi hissəsində ərizənin təmin edilməməsi məhkəmə tərəfindən onunla əsaslandırılmışdır ki, “icra və probasiya şöbəsinin hesabında icra ödənişi üçün saxlanılan məbləğin tələbkarın hesabına köçürülməsi ilə bağlı hərəkətlər icra məmuruna aiddir və həmin məbləğin tələbkarın hesabına‒köçürülməsi‒icra‒məmurundan‒tələb‒edilməlidir.” Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə‒göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun ## #### 2025-ci tarixədək qüvvədə olan 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.‒ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun ## #### 2025-ci tarixədən qüvvədə olan 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı‒qaydada‒bölüşdürülür:‒ Həmin qanunun 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin‒ödənilməsinə. “İcra‒haqqında”‒Azərbaycan‒Respublikası‒Qanunu: 74.1. İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə (tələbkarların) tələblərinin təmin olunması, habelə icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələrin ödənilməsi üçün istifadə edilir. 74.1-1. Borclu tərəfindən icra xidmətinin müvafiq depozit hesabına köçürülmüş, yaxud icra qurumu tərəfindən tutulmuş tələbkara verilməli olan vəsait tələbkarın təqdim etdiyi bank hesabına‒3‒iş‒günü‒müddətində‒köçürülür. 74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan‒Respublikasının‒Qanunu‒ilə‒nəzərdə‒tutulmuş‒qaydada‒bölüşdürülür. İşə baxan məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra məmuru icra ödənişinin hesablanması və tutulması ilə bağlı qərarı ## #### 2024-cü il tarixdə qəbul edilmişdir. Həmin vaxt qüvvədə olan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Həmin maddəyə ## #### 2025-ci il tarixdə dəyişiklik edilmişdir. Buna baxmayaraq icra məmuru icra‒ödənişini‒10‒faizlə‒hesablamaqda‒haqlı‒olmamışdır.‒ Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tələbkar QSC ilə X2 arasında bağlanmış ## ###### 2021-ci il tarixli ***R********** saylı və ## ###### 2022- ci il tarixli ***R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, Tələbkar QSC ilə X2 arasında bağlanmış ## ###### 2021-ci il tarixli ***R********** saylı kredit razılaşması üzrə 35505 manat 36 qəpik əsas borc, 4671 manat 36 qəpik faiz borcu və 600 manat cərimə borcu olmaqla, cəmi 40776 manat 72 qəpik kredit borcu, ## ###### 2022-ci il tarixli ***R********** saylı kredit razılaşması üzrə 11068 manat 79 qəpik əsas borc, 1321 manat 69 qəpik faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 12590 manat 48 qəpik kredit borcu, 400 manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının müştərək qaydada cavabdehlər X2, Əliyev Rafiq Paşa oğlundan və Əliyeva Kifayət İsrafil qızından tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdeh Əliyev Rafiq Paşa oğlunun mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh Əliyev Rafiq Paşa oğluna qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər X2, Əliyev Rafiq Paşa oğlu, Əliyeva Kifayət İsrafil qızı və X4 Tovuz rayonu, Qovlar qəsəbəsi, Əzizbəyov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən ** nömrəli fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMCnin hesabına ödənilməsi, cavabdehlərdən 250 manat 10 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2023cü il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ## #### 2024-cü il tarixdə qüvvəyə minmiş, ## #### 2024-cü il tarixdə icraya yönəldilmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin ## #### 2024-cü‒il‒tarixli‒qərarı‒ilə‒icraata‒başlanılmışdır. Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən Tələbkar QSC-yə ünvanlanmış ## ### 2026-cı il tarixli, e192937/2024-68-10 məktubundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-2- *(***)-***/**** saylı icra sənədinin icrası ilə bağlı X2nun kredit öhdəliyinə təminat olaraq girov qoyulan X1 məxsus Tovuz rayonu Qovlar qəsəbəsi, Əzizbəyov küçəsində olan 0.12 ha torpaq sahəsi üzərində yerləşən ** nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışından əldə edilmiş 39000 manat vəsaitdən 37766,65 Tovuz RİPŞ-nin depozit hesabına köçürülmüşdür. 37766,65 manat vəsaitin 10 faiz məbləği "İcra Haqqında" AR Qanunun 78.2-2 maddəsinə əsasən (icra ödənişi borcludan tam və ya hissə-hissə tutula bilər. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, borcun hissə-hissə ödənilməsi hallarında, yaxud borcun qismən ödənilməsi mümkün olduqda icra ödənişi faktiki ödənilən məbləğə mütənasib olaraq hər bir ödəniş üzrə hesablanır və tutulur) 3776,66 Tovuz RİPŞ-nin depozit hesabına, qalan məbləğ, 33899 manat tələbkara ödəniləcəkdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin ## #### 2024-cü il tarixli qərarı ilə X2, Əliyev Rafiq Paşa oğlundan və Əliyeva Kifayət İsrafil qızından 10% məbləğində icra ödənişinin tutulması barədə qərar qəbul edilmiş, qərar belə əsaslandırılmışdır ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən ödənilməli pul vəsaitinin 10 faizi və ya qeyri-əmlak xarakterli tələblə bağlı 5381,22 manat məbləğində pul tutulmalıdır. İcra məmuru icra ödənişinin hesablanması və tutulması ilə bağlı qərarı ## #### 2024-cü il tarixdə qəbul edilmişdir. Həmin vaxt qüvvədə olan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Həmin maddəyə ## #### 2025-ci il tarixdə dəyişiklik‒edilmişdir. Şikayətçi göstərmişdir ki, icra ödənişinin qaytarılması hissəsində tələbkarın ərizəsində göstərilən və məhkəmənin diqqətinə çatdırılan faktlara münasibət bildirilməmiş, məhkəmənin gəldiyi nəticələrin səbəbləri, o cümlədən icra ödənişinin qaytarılmasının təmin edilməməsi hissəsində məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməmişdir. Nəticədə tələbkar Bankın hüquqları pozulmuşdur. Yenidən Tovuz RİPŞ-nə müraciət edilməsi, o cümlədən vəsaitin onlar tərəfindən qaytarılmamasıBankın əldə etmək istədiyi ilkin nəticənin əldə edilməməsinə səbəb olmaqla prosesin uzadılmasına səbəb olacaqdır. Məhkəmənin mövqeyi isə icraatın əlçatanlığı və tezliyi prinsipinin əksinə olaraq prosessual vasitələrdən istifadənin‒əsassız‒şəkildə‒artırılmasına‒gətirib‒çıxarır. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, icra ödənişinin hesablanması və tutulması ilə bağlı icra məmurunun qərarı ləğv edildikdən sonra icra və probasiya şöbəsinin depozit hesabına köçürülən əmlakın açıq hərracdan satışından əldə olunmuş vəsait üzrə hərəkətlər əvvələ qayıtdığından, icra və probasiya şöbəsinin hesabında icra ödənişi üçün saxlanılan məbləğin tələbkarın hesabına köçürülməsi ilə bağlı hərəkətlər icra məmuruna aiddir və həmin‒məbləğin‒tələbkarın‒hesabına‒köçürülməsi‒icra‒məmurundan‒tələb‒edilməlidir.‒ Məhkəmə kollegiyası Bankın icra şöbəsinə müraciət etməsi və rədd cavabı alması ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, icra məmurunun qərarı ləğv edildikdən sonra icra və probasiya şöbəsinin depozit hesabına köçürülən əmlakın açıq hərracdan satışından əldə olunmuş vəsait üzrə hərəkətlər əvvələ qayıtdığından yeni müraciətlə bağlı məsələdə‒həlli‒tapmış‒olar. İşin hallarını, nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəalarını rəhbər tutaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra ödənişi kimi hesabda saxlanılan məbləğin tələbkara ödənilməsi hissəsində ərizəni təmin etməməkdə haqlı olmuş, düzgün olaraq həmin hissənin təmin edilməməsi nəticəsinə gəlmişdir. İşin bütün halları araşdırılmış və müvafiq hüquqi qiymət verilmiş, tətbiq edilməli‒olan‒qanun‒tətbiq‒edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətin dəlilləri isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən‒saxlanılmalıdır.‒ MPM-nin 398.0.1-ci maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən‒saxlayıb‒şikayəti‒təmin‒etməmək‒hüququ‒vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 269, 398.0.1 və 402.2-ci maddələrini rəhbər‒tutaraq,‒məhkəmə‒kollegiyası ‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒Q‒Ə‒R‒A‒R‒A‒‒‒A‒L‒D‒İ: Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərardadından tələbkar Tələbkar Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin‒edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərardadı‒dəyişdirilmədən‒saxlanılsın. Qərardaddan‒şikayət‒verilə‒bilməz. Qərardad‒çıxarıldığı‒andan‒qanuni‒qüvvəyə‒minir.
Məhkəmə qərarları › İş №8-2(3-7)-5/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-7)-5/2026
14.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver