Məhkəmə qərarları › İş №8-2(3-9)-3/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-9)-3/2026

08.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8-2(3-9)-3/2026 08.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadından (hakim Rəmzi Nəbiyev) borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Borclu Ərizəni verən şəxs Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qətnaməsinin hər ay 200-250 manat məbləğində pulun ödənilməsi, hissəhissə icra edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən borclu Ərizəni verən şəxs Elbrus oğlundan və digər şəxslərdən 25 434,37 manat borc və ödənilmiş 146,46 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ərizəçi göstərmişdir ki, hazırda taksi fəaliyyəti ilə məşğul olur, ailəlidir və ailəsinin təmin olunması ilə bağlı öhdəlikləri mövcuddur. Onun digər gəlir mənbəyi olmadığından iş üzrə qəbul edilmiş qətnamədən irəli gələn tələbin birdəfəlik icrası üçün kifayət qədər maddi imkanı yoxdur. Bununla yanaşı, ərizəçi maddi vəziyyətinin çətin olmasına baxmayaraq, qətnamənin icrası məqsədilə müəyyən məbləğlərdə ödənişlər etdiyini və bundan sonra da hər ay təxminən 200-250 manat məbləğində ödənişlər etməyə imkanının olduğunu bildirmişdir. Ərizəçi hesab etmişdir ki, onun maddi vəziyyəti nəzərə alınmalı, iş üzrə qəbul edilmiş qətnamənin icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan borclu Ərizəni verən şəxs şikayət verərək, qeyd etmişdir ki, onun maddi vəziyyəti nəzərə alınmalı və iş üzrə qəbul edilmiş qətnamənin icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməlidir. Bu əsasla, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət kommersiya işi ilə işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesаb edir ki, borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarına əsasən müəyyən edilir ki, mübahisələndirilən qərardad # #### 2026-cı il tarixdə borclu Ərizəni verən şəxs elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan şikayət verilməsi üçün son müddət ## #### 2026-cı il tarixi olsa da, həmin tarix qeyri-iş gününə təsadüf etdiyindən son müddət ## #### 2026-cı il tarixində bitir. Buna baxmayaraq borclu Ərizəni verən şəxs Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, *-*(*- **)-**/**** saylı qərardadından ## #### 2026-cı il tarixində şikayət vermişdir. Göründüyü kimi, şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüşdür. Eyni zamanda, borclu Ərizəni verən şəxs tərəfindən məhkəməyə müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Birinci instansiya məhkəməsi isə müvafiq şikayətin verilmə müdətinin ötürülməsi halına hüquqi qiymət verməmiş, bununla bağlı heç bir mövqe bildirməmişdir. Əksinə, şikayəti təmin etməyərək, kommersiya işi ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesаb edir ki, Şirvan Kommersiya Məhkəməsinin 2 iyun 2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətin mümkünlüyü üçün əsаslаr оlmаdığındаn, həmin şikayət qeyri-mümkün hesаb edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Cahid İmanov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar