Məhkəmə qərarları › İş №8-2(3-9)-4/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-9)-4/2026

28.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8-2(3-9)-4/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadından (hakim Rəmzi Nəbiyev) tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin # ###### 2024-cü il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Tələbkar iddia tələbi qismən təmin edilərək 60466,24 manat məbləğində borc, 3023 manat məbləğində əsas borca hesablanmış illik 5 faiz, cəmi 63489,24 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 300 manat xərc və 282 manat məbləğində dövlət rüsumu, yekun olaraq 64071,24 manat məbləğində vəsaitin cavabdeh “xxxx MMC-dən alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Borclu Borclu MMC ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsinin icra üsulu dəyişdirməklə qətnamə üzrə qalıq borc olan 56071.24 manat vəsaitin hər ay üzrə 4000 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi e-*-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 60466,24 manat məbləğində borc, 3023 manat məbləğində əsas borca hesablanmış illik 5 faiz, cəmi 63489,24 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 300 manat xərc və 282 manat məbləğində dövlət rüsumu, yekun olaraq 64071,24 manat məbləğində vəasitin “xxxx MM-dən alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya və müvafiq olaraq kassasiya şikayət verilmiş, yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı Qərarı ilə qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Borclu təşkilatın faktiki olaraq gəlirləri olmadığından təsisçi yardımı hesabına borc məbləğindən ödənişlərin aparılması həyata keçirilmişdir. Belə ki, ##.##.2025-ci il tarixində 4000 manat və ##.##.2026-cı il tarixində 4000 manat ödəniş həyata keçirilmişdir (qəbzlər əlavə edilir). Göründüyü kimi, icra sənədi icra qurumuna daxil olduqdan sonra hər rüb üzrə 4000 manat olmaqla, cəmi 8000 manat ödəniş həyata keçirilmiş, hal hazırda icra sənədi üzrə 56071,24 manat borc qalmışdır. Bu müddət ərzində icraçı tərəfindən Borclunun bank hesablarına həbs qoyulmuş, lakin Cəmiyyətin fəaliyyəti faktiki olaraq dayandığından hesablara pul vəsaiti də daxil olmur. Bununla belə, Cəmiyyətin təsisçisi periodik olaraq yardım əsasında borcların ödənilməsi üçün yardım edəcəyini bildirmişdir. Təsisçinin edəcəyi yardım isə rüb üzrə 4000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən “Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Qərardaddan tələbkar şikayət verərək ləğv edilməsini, ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 70 yaşında yaşlı adamdır və hüquqi məsələlərdə yaşlılığı səbəbindən səhvlərə yol verir. Məhkəmə iclasında qarşı tərəf onu aldatmış və onun hüquqi savadsızlığından istifadə etmişdir. Borclu MMC 4 ildir ki, onu aldadır və süründürürlər. Şirvan Kommersiya Məhkəməsində işləri olan zaman 2024-cü ildə qarşı tərəfin nümayəndəsi ona bildirmişdir ki, “Məhkəmənin qərarının mənə əhəmiyyəti yoxdur, səni süründürəcəm”. Doğrudan da qarşı tərəf öz niyyətinə çatır və iş 10 aydır ki icrada olmasına baxmayaraq cəmi 8000 manat pul ödəmişdir. Dövlət Vergi Xidməti tərəfindən ona qarşı tərəfə satdığı malların vergisinə görə hələ də cərimələr və ödənişlər gəlir. Borclu MMC -nin bank hesablarına icraçı tərəfindən həbs qoyulmuş və hesabları dondurulmuşdur. Qısa müddət lazımdır ki, həmin hesabdan pulu inkasso yolu ilə onun hesabıma köçürülsün. Kömsəklik göstərilməsini və qərardadın ləğv edilməsini xahiş edir. Borclu MMC -nin məqəsdi həmin pulu bank hesabından həbsdən azad edib sonra ödəniş ödəməməkdir. Icra işindən də dediklərinin həqiqət olduğu görünür. Hazırda vergiyə 18000 manat borcu vardır və hər ay vəziyyəti daha da ağırlaşır. Sahibkar kimi müflis olmaq dərəcəsindədir. Amma Borclu MMC -nin 1 milyon manatdan artıq əmlakı var və onun pulu onlar üçün cox cüzi məbləğdir. Xahiş edir ki, sahibkar kimi onun müflis olmağının qarşısının alınmasını və hissə hissə icra qərarının ləğv olunmasını xahiş edir. Avqustun əvvəli ağır ürək əməliyyatı var. Həmin əməliyyatın necə keçəcəyi də bilinmir. O, dediyi sözlərin mənasını başa düşməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ### 2015-ci il tarixli qərarındakı mövqeyinə əsasən qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Borclu MMC -nin hesabında isə hazırda 100 min manatdan çox məbləğ varsa bu da onu göstərir ki, ödəmə qabiliyyəti var. Amma ödəmək istəmir və icradan yayınır. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. «Icra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, tələbkarın apellyasiya şikayətində gətirdiyi arqumentlər, o cümlədən yaşı, sağlamlıq vəziyyəti və hüquqi savadsızlığı ilə bağlı fikirləri, onun məhkəmə iclasında bilavasitə iştirak edərək şəxsən verdiyi, borcun hər ay 4000 manat məbləğində hissə-hissə ödənilməsinə etiraz etmədiyini bildirən razılığını inkar etmək üçün kifayət deyildir. Tələbkarın iclasda ifadə etdiyi razılıq protokolla təsdiqlənmiş faktdır və birinci instansiya məhkəməsi qərardadını məhz bu razılığa əsaslanaraq qəbul etmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin hissə-hissə icra edilməsi qaydası müəyyən edilərkən təkcə borclunun deyil, həm də tələbkarın qanuni mənafeyi nəzərə alınmalıdır. Belə ki, borclu Borclu MMC-nin əmlak vəziyyəti bank hesablarında olan vəsait və mülkiyyətində olan əmlak icra sənədi üzrə borcun daha qısa müddətdə və daha böyük məbləğlərlə ödənilməsinə imkan verdiyi təqdirdə, birinci instansiya məhkəməsi zəruri hallarda tərəflərin müraciəti əsasında icra qaydasına yenidən baxa bilər. Qətnamənin icrası zamanı müddət, icra olunacaq hissələrin məbləği və miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən, ağlabatanlılıq və ədalət prinsipi rəhbər tutulur ki, bununla da Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyinə və səmərəliliyinə xələl gəlməməsi təmin edilir. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı qəbul edildiyi anda mövcud olan hallara və tələbkarın öz razılığına uyğun olduğundan, qərardadın ləğvi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə tələbkarın şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.5, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Tələbkar Tələbkar şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Mahir Əsədli Cahid Imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar