Məhkəmə qərarları › İş №8-2(3-9)-6/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-9)-6/2026

14.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8-2(3-9)-6/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadından (hakim Namidar Misirzadə) borclu Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdehlər Borclu və X2 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s” tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdeh Borclu ##.##.2020-ci il tarixli, ***CRLN********-* saylı kredit müqaviləsinə əsasən 89930,59 manat əsas borc, 8052,26 manat faiz borcu, 164 manat cərimə (dəbbə pulu) borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 55 manat rüsum olmaqla, ümumilikdə 98229,85 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi, tələbin X2 məxsus Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev 44, Yeni qaydalarla: AZ5400, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və sahəsi 0.06 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə ilkin satış qiyməti 162000 manat müəyyən olunmaqla yönəldilməsi, əmlakın açıq hərracda satılması və satışından əldə edilən vəsaitdən borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh X2 qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının *-*(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə tutma cavabdehə məxsus olan Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev 44; Yeni qaydalarla: AZ5400, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahənin boşaldılması hissəsinin rədd edilməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)- ***/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının *-*(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Borclu Borclu ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-**/**** saylı, ##.##.2022-ci tarixli, qətnaməsinin icra edilməsinə möhlət verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-**/**** saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi tutmanın cavabdehə məxsus olan Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev 44, yeni qaydalarla: AZ5400, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahənin boşaldılması hissəsinin rədd edilməsi hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ümumi borcdan 45000 manat ödəniş edilmişdir. Buna baxmayaraq icra sənədinin icrasından boyun qaçırmır. Lakin, hazırda qalıq qalan borcu maddi imkansızlıqdan ödəyə bilmir. Bundan başqa infarkt keçirmişdir, himayəsində olan uşaq şəkər, anası isə astma xəstəliyindən əziyyət çəkirlər. Ailəsi bərbad vəziyyətdədir. Həmin qətnamə üzrə tələb olunan məbləği tam ödəməyə imkan yoxdur. Hazırda evini baha qiymətə X1 və ona görə də ondan alacağı pulla borclu olduğu bank borcunu bağlayacaq. Ona görə də məhkəmə qətnaməsinin icrasına möhlət almaq istəyir. Bunun üçün də icra sənədinin icrasına 3 ay müddətinə möhlət verilməsi zəruridir. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Borclu Borclu qeyd edilən qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsinin icrasına 3 ay müddətində, yəni ##.##.2026-cı il tarixədək möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası # #### 2026cı il tarixə, saat 15:45-ə təyin edilmişdir. Həmin gün səhhətində yaranan problemlə əlaqədar məhkəməyə həm elektron, həm də elektron ünvan 1 email adresi ilə ərizələr səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Amma məhkəmə bunu nəzərə almayaraq məhkəmə prosesini təxirə salınmadan ərizənin rədd edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclası tərəflərin sübutlarını obyektiv və subyektiv cəhətdən araşdırır və buna dair hüquqi qiymət verir. Məhkəmə iclası təxirə salınsaydı, buna aid sübutlar var idi və o, həmin sübutları və şahidi məhkəməyə dəvət edib, qətnamənin icrasının asanlaşdıracaqdı və bütün bunları Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun etmişdir. Niyyəti icra sənədinin tam icra olunması məqsədi daşıyır. Çünki, möhlət ərizəsində qeyd edilən tarixə kimi qətnamənin icrasını tam yerinə yetirəcəkdir. Çünki mülk üzərində həbs olunduğu üçün onun satılması və ya başqa birinə bağışlanması qadağan edilmişdir. Belə olan halda ərizəyə dair bəzi sübutları araşdırılmalı və hüquqi qiymət verilməli idi. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış, iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. # ###### 2026-cı il tarixdə icra sənədi üzrə tələbkar (ipoteka saxlayan) Tələbkar ASC şikayətə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, borclu qətnamənin icrasına möhlət verilməsi barədə daha əvvəl Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin # #### 2026-cı il tarixli qərardadı ilə icraya 2 ay müddətinə möhlət verilmiş, lakin tələbkarın şikayəti əsasında həmin qərardad # ##### 2026-cı il tarixli qərardadla ləğv edilmişdir. Icra sənədinin icrası ilə bağlı həyata keçirilən tədbirlər borclunun müxtəlif hərəkətləri nəticəsində dəfələrlə təxirə salınmış, bu isə onun qətnamənin icrasına süni maneələr yaratdığını göstərir. Bu səbəbdən tələbkar borclunun hazırkı şikayətinin də qətnamənin icrasını yubandırmağa yönəldiyini qeyd edərək, şikayətin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. «Icra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdır. Iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası artıq dəfələrlə təxirə salınmış, hətta borclunun barəsində icra öhdəliyini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 231.5-ci maddəsinin tələbinə görə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Hazırki iş materiallarından ipoteka saxlayan olaraq iddiaçı Tələbkar ASC-nin belə bir razılığı yoxdur, əksinə təqdim etmiş olduğu yazılı etirazda borclunun üzürsüz səbəblərdən qətnamənin icrasını yubatmasını vurğulayır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə borclunun şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.5, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli *-*(*-**)-**/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Qasım Əliyev Hakimlər: Tale Kərimov Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar