Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(3-1)-1/2026 08.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X7 Borclu qarşı uşaqla ünsiyyət qaydasının müəyyən edilməsinə dair qətnamənin icra üsulunun dəyişdirilməsi tələbi (Açar sözlər: hakimə etiraz, etirazın əsasları, hakimin qərəzliliyi və obyektivliyi, məhkəmədə bir hakim ştatının olması, əvvəlki məhkəmə aktları ilə razılaşmama) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X7 Borclu qarşı uşaqla ünsiyyət qaydasının müəyyən edilməsinə dair qətnamənin icra üsulunun dəyişdirilməsi tələbi barədə iş üzrə Borclu sədrlik edən hakim X14 etdiyi etiraza məhkəmənin inzibati binasında tərəflərin i ştirakı olmadan baxaraq müəyyən etdi: I. Birinci instansiya məhkəməsinə müraciət.
1. X15 12 dekabr 2025-ci ildə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək həmin Məhkəmənin 06 fevral 2025-ci il tarixli, 2(090)-34/2025 nömrəli qətnaməsi ilə müəyyən olunan ünsiyyət qaydasının dəyişdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdi (iş vərəqə 01-03).
2. Şahbuz Rayon Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli qərardadı ilə X7 ərizəsi icraata qəbul edilmiş və iş üzrə məhkəmə baxışı iclası 24 dekabr 2025-ci il tarixə təyin edilmişdi (iş vərəqə 20). İİ. İş üzrə sədrlik edən hakimə etiraz
3. İş üzrə Borclu 24 dekabr 2025-ci il tarixli etiraz ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək işə Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsində baxılmasına etiraz e tdiyini bildirmişdir (iş vərəqə 31). İİİ. Etirazın əsaslandırılması
4. Borclu etirazını əsaslandıraraq qeyd etmişdi ki, Tusi Tarverdiyevlə aralarında baş tutmuş digər bütün məhkəmə mübahisələrindəki işlərə həmin hakim baxmış, hər dəfəsində obyektivliyinə dair şübhə oyadan qərarlar qəbul etmişdir. Buna misal olaraq azyaşlı 28 oktyabr 2025-ci il təvəllüdlü və səhhətində ağır sıxıntıları olan, ən əsası da həmin sıxıntıların birbaşa səbəbkarı atası olduğu halda körpə övladının həmin şəxs ilə 3 saatlıq ünsiyyət qaydasını təyin etməsini, uşaqla qarşı tərəfin görüşünü təmin etdiyi, eləcə də maneçilik yaratmadığı halda, bu barədə onu təqsirli hesab edərək cərimə etməsini göstərmək olar.
5. Hazırkı iş üzrə qarşı tərəfin övladı ilə gecə onun yanında qalmaqla ünsiyyət qaydası tələb etdiyini və həmin ərizənin təmin edilməsinin övladının hüquq və mənafelərini kobud surətdə pozacağını düşünərək və əvvəlki icraatlardan qaynaqlı işə baxan hakimin qeyriobyektiv qərar qəbul edəcəyinə dair əsaslı şübhələri olduğunu nəzərə alaraq, işə baxan hakimin dəyişdirilməsinin yeganə obyektiv həll yolu olacağı qənaətində olduğunu bəyan edir. İV. Etirazla bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə
6. Şahbuz Rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli, 8(090)-81/2025 nömrəli qərardadı ilə Borclu iş üzrə sədrlik edən hakimə etdiyi etirazın Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdı (iş vərəqə 52).
7. Etiraz iş materialları ilə birlikdə 05 yanvar 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına daxil olmuşdu. V. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və onun həllinə dair mövqeyi hakimə edilmiş etirazı
8. Borclunun iş üzrə sədrlik edən hakim X14 etdiyi etirazını iş materialları ilə birlikdə yoxlayan kollegiya aşağıdakıları qeyd edir.
9. Mülki məhkəmə icraatında etiraz edilmə əsasları, ona baxılması qaydası, həmçinin etiraz edilə bilən və etiraz etmək hüququna malik şəxslərin dairəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci fəsli, yəni 17-23-cü maddələri ilə tənzimlənir.
10. Həmin Məcəllənin 19, 20, 46 və 47-ci maddələrinin mahiyyətindən aydın olur ki, mülki məhkəmə icraatında iştirak edən şəxslər tərəfindən işə baxan hakimə və ya hakimlərə, həmçinin ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə qanunvericiliklə müəyyən edilmiş əsaslar mövc ud olduğu halda etiraz oluna bilər.
11. Mülki məhkəmə icraatında yuxarıda qeyd edilən subyektlərə etiraz etmək əsasları isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19 və 20-ci maddələri ilə müəyyən edilir.
12. Həmin Məcəllənin 19-cu maddəsi “Hakim tərəfindən işə baxılmasına yol verilməməsi” adlansa da, Məcəllənin 21.1-ci maddəsindən görünür ki, birinci qeyd edilən prosessual norma özündə hakimə etiraz edilmənin əsaslarını da əks etdirir.
13. Belə ki, hakim Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həm çinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa onun işə baxılmasına yol verilmir (MPM maddə 19.1).
14. Həmçinin həmin Məcəllənin 19.3-cü maddəsinin tələbindən görünür ki, bir-biri ilə qohum olan şəxslərin işə b axan məhkəmə tərkibində iştirakına yol verilmir. 15. "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 3 nömrəli qərarının: 16. -2.2-ci bəndində göstərilir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir; 17. - 6-cı bəndinə görə hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır; 18. - 11.1-ci bəndinin tələbinə əsasən etirazın rədd edilməsi və yaxud təmin edilməsi barədə qəbul edilən q ərardad (qərar) əsaslandırılmalı, orada etirazın təmin edilməsi və yaxud rədd edilməsinin səbəbləri şərh edilməlidir.
19. Kollegiya qeyd edilən normaların tələbi çərçivəsində etiraza səbəb olmuş hər bir faktı qanunvericiliyin tələbləri daxilində araşdıraraq aşağıdakıları bildirməyi zəruri hesab edir.
20. Verilmiş etirazdan borclunun hakimə edilmiş etirazının əsası kimi onun obyektivliyinə şübhə doğuran kifayət qədər əsas olmasının qeyd edilməsi aydın olur.
21. Borclu hakimə etdiyi etirazın hər bir faktına qiymət verilməsi ilə bağlı kollegiya bildirir ki, etirazın araşdırılması üçün iş materiallarından istifadə edilmişdi.
22. İş materiallarına əlavə edilmiş: 23. - Şahbuz Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(090)-34/2025 nömrəli qətnaməsindən X7 X8 qarşı uşaqla ünsiyyətdə olma qaydasının müəyyən edilməsi tələbi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etməsi, onun tələbinin qismən təmin edilərək X11 28 oktyabr 2023-cü ildə doğulmuş X16 ilə ünsiyyət hüququnun müəyyən edilməsi, ünsiyyət qaydasının hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin 1-ci günü saat 1000-dan saat 1300-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün X9 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin 1-ci günü saat 1000-da cavabdeh X12 tərəfindən iddiaçı X11, həmin gün saat 1300-da isə eyni ünvanda iddiaçı X15 tərəfindən cavabdeh X8 t əhvil verilməsinin qət edilməsi (iş vərəqə 07-14); 24. - Şahbuz Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(090)-22/2025 nömrəli qətnaməsindən X7 X8 qarşı nikahın pozulması tələbi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etməsi, onun tələbinin təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulmasının və onların birgə nikahından olan uşağın - 28 oktyabr 2023-cü ildə doğulmuş X9 Borclu yanında qalmasının qət edilməsi (iş vərəqə 33-35); 25. - Şahbuz Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(090)-110/2025 nömrəli qətnaməsindən X3 və X1 X8 qarşı uşaqla ünsiyyətdə olma qaydasının müəyyən edilməsi tələbi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etməsi, onların tələbinin təmin edilərək Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən olan maneənin aradan qaldırmasının, iddiaçılar X6 və X1 28 oktyabr 2023-cü il təvəllüdlü X16 ilə ünsiyyət saxlamaq hüquqlarının təmin olunmasının və ünsiyyət qaydasının hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 1000-dan 1300-dək təyin edilməsinin, ünsiyyət hüququnun təmin edilməsi üçün X9 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 1000-da cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən iddiaçı X5, həmin gün saat 13 00-da isə eyni ünvanda iddiaçı X6 tərəfindən cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızına təhvil verilməsinin, ünsiyyət hüququnun təmin edilməsi üçün X9 yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi (rəsmi qeyri-iş günü hesab edilən dövlət və dini) bayram günlərinin birinci günü, bayram günləri bir gündürsə bayram günündən bir gün öncə saat 1000-da cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızı tərəfindən iddiaçı X2, həmin gün saat 1300-da isə eyni ünvanda iddiaçı X4 tərəfindən cavabdeh Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızına təhvil verilməsinin qət edilməsi (iş vərəqə 36-44); 26. - Şahbuz Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 3(090)-52/2025 nömrəli qərarından Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/ 2025 nömrəli, 06 fevral 2025ci il tarixli icra sənədində nəzərdə tutulmuş tələbi yerinə yetirməməsinə görə Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh növünün tətbiq edilməsi (iş vərəqə 45-47);
27. Şahbuz Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 3(090)-53/2025 nömrəli qərarından Şahbuz Rayon Məhkəməsinin 2(090)-110/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli icra sənədində nəzərdə tutulmuş tələbi yerinə yetirməməsinə görə Tarverdiyeva (İsmayıllı) Aysu Elman qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh növünün t ətbiq edilməsi aydın olur (iş vərəqə 48-50).
28. Kollegiya iş materiallarını borclunun verdiyi etirazla, onları isə mülki prosessual qanunvericiliklə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, Borclu gətirdiyi dəlillər hakim X13 işdən kənarlaşdırılması üçün əsas verən hal hesab edilə bilməz.
29. Belə ki, etirazın əsasında duran arqumentlər hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə yaradan faktlara deyil, borclunun subyektiv mülahizələrinə və əvvəlki məhkəmə aktlarından narazılığına əsaslanır.
30. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Şahbuz Rayon Məhkəməsində cəmi bir hakim ştatı mövcuddur. Qanunvericiliyin tələbinə və məhkəmə təcrübəsinə əsasən, rayon ərazisində yaşayan şəxslərin müxtəlif vaxtlarda yaranan hüquqi mübahisələrinə həmin məhkəmənin yeganə hakimi tərəfind ən baxılması labüddür və prosessual qaydalara uyğundur. Eyni hakimin tərəflər arasındakı müxtəlif (boşanma, ünsiyyət, inzibati xəta və s.) işlərə baxması, onun işin nəticəsində maraqlı olması və ya qərəzli mövqe tutması kimi qiymətləndirilə bilməz.
31. Hakim tərəfindən əvvəlki işlər üzrə Borclu ziyanına (əleyhinə) məhkəmə aktlarının çıxarılması, onun hazırkı işə qərəzli yanaşacağına dəlalət etmir. Məhkəmə aktının tərəflərdən birinin maraqlarına uyğun gəlməməsi, hakimin həmin tərəfə qarşı şəxsi qərəzinin olması faktını sübut etmir. Hakim işə baxarkən qanunun aliliyini və işin faktiki halları əsasında daxili inamını rəhbər tutur.
32. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi tərəflərə məhkəmə aktlarından narazı qaldıqda yuxarı instansiya məhkəməl ərinə şikayət vermək hüququ verir. Əgər borclu əvvəlki işlər üzrə qəbul edilmiş aktlardan narazı idisə, apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilərdi (və ya etmişdir). Məhkəmə aktının qanunsuzluğu və ya əsassızlığı barədə iddialar hakimə etiraz institutu vasitəsilə deyil, şikayət institutu vasitəsilə mübahisələndirilməlidir.
33. İş materiallarından hakim X13 işin nəticəsində birbaşa və ya dolayı yolla maraqlı olmasını, tərəflərlə qohumluq əlaqələrini və ya obyektivliyinə şübhə doğuran digər halları təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməsi müəyyən edilmir. Borclunun gətirdiyi arqumentlər Mülki-Prosessual Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan etiraz əsaslarının heç birinə uyğun gəlmir.
34. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, Borclu hakim X14 etdiyi etiraz əsassız olduğundan təmin edilməməlidir.
35. Hakimə edilmiş etirazı kollegiya əsaslı hesab etmədiyindən tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.6-cı maddəsinə görə eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz.
36. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir. 37. - X7 Borclu qarşı uşaqla ünsiyyət qaydasının müəyyən edilməsinə dair qətnamənin icra üsulunun dəyişdirilməsi tələbinə dair iş üzrə Borclu sədrlik edən hakim X14 etdiyi etiraz əsaslı olmadığından rədd edilməli; 38. - iş baxılması üçün Şahbuz Rayon Məhkəməsinə geri qaytarılmalıdır.
39. Azərbaycan Res publikasının Mülki-Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.
40. Həmin Məcəllənin 22.6-cı maddəsinin tələbinə görə isə etiraz etmə və ya özüözünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.
41. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 23, 263 və 264-cü maddələrini rəhbər tutaraq Vİ. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə qərarverdi: X7 Borclu qarşı uşaqla ünsiyyət qaydasının müəyyən edilməsinə da ir qətnamənin icra üsulunun dəyişdirilməsi tələbinə dair iş üzrə Borclu sədrlik edən hakim X14 etdiyi etiraz əsaslı olmadığından rədd edilsin. Mülki iş baxılması üçün Şahbuz Rayon Məhkəməsinə geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.6-cı maddəsinin tələbinə görə eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.