Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 8(3-1)-11/2026 21.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiya (Açar sözlər: məhkəmə qətnaməsinin icra üsulunun dəyişdiriməsi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Şahbuz Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli müəyyən edilən alimentin 50 faiz məbləğinin yetkinlik yaşına çatmayan övladının adına açılmış bank hesabına köçürülməsi barədə borclu Borclu ərizəsinə dair Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Işin halları, birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. Ərizəçi (borclu) Borclu ilə Aydınlı (Müzəffərli) Aygün Azad qızının rəsmi nikahlarından ##.##.2020-ci il tarixində övladları X3 doğulmuşdur.
2. Şahbuz Rayon Məhkəməsinin e-*(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə X2 ilə Borclu arasında olan Qazax rayonu Qeydiyyat şöbəsində ## ###### 2019-cu il tarixdə bağlanmış 333 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikahın pozulmasından sonra ## ### 2020-ci il təvəllüdlü X3 iddiaçı X2 yanında saxlanılmış və övladı ## ### 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir.
3. Borclu Borclu Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş övladı ## ### 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulub Aydınlı (Müzəffərli) Aygün Azad qızına ödənilən alimentin 50 faiz məbləğinin yetkinlik yaşına çatmayan övladının adına açılmış bank hesabına köçürülməsi tələbinə icra icraatı qaydasında baxaraq qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Ərizənin əsası kimi göstərilmişdir ki, Aydınlı (Müzəffərli) Aygün Azad qızı ilə # ###### 2019-cu il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların həmin nikahdan bir övladı, ##.##.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Şahbuz Rayon Məhkəməsinin e-*(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə X2 ilə onun arasında olan Qazax rayonu Qeydiyyat şöbəsində ## ###### 2019-cu il tarixdə bağlanmış 333 nömrə ilə qeyd edilmiş nikah pozulmuş nikahın pozulmasından sonra ## ### 2020-ci il təvəllüdlü X3 iddiaçı X2 yanında saxlanılmış və övladının yetkinlik yaşına çatanadək saxlanması üçün onun hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət edir, ## ####### 2024-cü il tarixdən hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur, həmin aliment aylıq sabit olan gəlirinin 648 manatını təşkil edir. Digər təminat xərcliyindən də (maddi yardım, məzuniyyət pulu, illik iki qat həcmində mükafat və digərlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulur bir ilə nəzərən hesabladıqqa ortalama 800 manatdan çox aliment edir. Övladı ##.##.2020-ci il təvəllüdlü X3 6 yaşın bu ay tamam etmişdir. Bir uşaq üçün isə hal hazırda yaşayış minimumunun məbləği # ###### 2025-ci il tarixli Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 260 manat məbləğində müəyyən edilmişdir. "Yaşayış minimumu haqqında" AR qanununa əsasən uşaq üçün yaşayış minimumu, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə uşağın sağlamlığı və həyat fəaliyyəti üçün zəruri olan qida, qeyriqida məhsulları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yəni əsas xərcləri qida məhsulları,qeyri-qida məhsulları (geyim, ayaqqabı və s.), xidmətlər (məsələn, təhsil, səhiyyə, nəqliyyat və s.) və icbari ödənişlər (məsələn, kommunal xidmətlər, dövlət rüsumları və s.). Bu xərclər hər il dövlət tərəfindən təsdiq olunan yaşayış minimumunun hesablanmasında əsas götürülür və uşağın minimum sosial təminatının təmin edilməsinə yönəlib. Bir uşaq üçün yaşayış minimumunun məbləğinin yəni 260 manatın 130 manat olan hissəsi ona və digər 130 manat hissəsi isə digər valideyinə aid edilməlidir. O isə ortalama aylıq 800 manatdan çox aliment ödəyir. Bərabərlik prinsiplərin nəzərə aldıqda bu məbləğ ona düşən paydan daha çoxdur. N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli arayışı ondan tutulan aliment həcmini müəyyən edir, həmin arayışı iş materiallarına sübut olaraq əlavə etmişdir.
5. Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 8(5-91)-21/2026 qərardadı ilə borclu Borclu ərizəsi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi ödənilən aliment məbləğinin bank hesabına köçürülməsi barədə müraciət edir, lakin o, bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini sübut etmək vəzifəsi daşısa da, ərizədə qeyd olunanları əsaslandıra bilməmişdir. 7. II. Apellyasiya şikayəti a) Şikayətinin dəlilləri
8. Şahbuz Rayon Məhkəməsinin həmin qərardadından narazı qalan borclu Borclu şikayət verərək şikayətinin və ərizəsinin təmin edilməsini xahiş etmiş, Şahbuz Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir.
9. Şikayətin əsası kimi göstərilmişdir ki, alimentin uşağın mənafeyinə uyğun istifadə olunub-olunmadığını araşdırmaq üçün öz imkanları daxilində müxtəlif dövlət təşkilatlarına və banklara sorğular göndərmiş, bir sıra sorğuları əldə edib məhkəməyə təqdim etmişdir, lakin banklar rəsmi cavablarında başqa şəxsə məxsus bank hesabı və bank əməliyyatları barədə məlumatların yalnız məhkəmə qərarı əsasında təqdim edilə biləcəyini qeyd etmişdilər. Bununla əlaqədar məhkəməyə vəsatət verərək aliment alan şəxsin bank məlumatlarının və hesab çıxarışlarının məhkəmə tərəfindən tələb edilməsini xahiş etmişdir. Lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Eyni zamanda məhkəmə qərardadında alimentin təyinatından kənar istifadə olunmasını təsdiq edən sübutların təqdim edilmədiyini göstərərək ərizəsini rədd etmişdir. Hesab edir ki, bu nəticə düzgün deyildir. Çünki əldə edə bilmədiyi sübutların təqdim olunmaması onun əleyhinə qiymətləndirilə bilməzdi. Əsas sübut mənbəyi tələbkar tərəfindən övladına çəkilən xərclərdir, lakin bu sübut mənbəyi onun sərəncamında deyil məhz bu məqsədlə öz imkanları daxilində müəyyən sübutlar əldə etmək istəmiş, əldə edə bilmədiyi sübutları isə məhkəmədən tələb etmişdir. Məhkəmə vəsatətini təmin etsəydi, bank hesabı üzrə çıxarışlar əldə olunacaq və aliment vəsaitinin hansı məqsədlərlə istifadə edildiyi tam və obyektiv şəkildə araşdırılacaqdı. Beləliklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmadan qərardad qəbul edilmişdir. Məhkəmə qərardadında tələbinin uşağın mənafeyi üçün olmasını əsas götürmüş, lakin məhkəmə mübahisəyə uşağın mənafeyinə nəzərən yanaşmamışdır, burada iki hal ola bilər, ananın həqiqətən alimenti tam şəkildə uşağa xərcləməsi və əksi alimentin bir qismini öz mənfəəti üçün xərcləməsidir. Məhkəmə heç bir əsas olmadan qərardadda qeyd etmişdir ki, aylıq saxlanc (gündəlik qida, geyim) xərclərini ödəyərkən, qalan vəsaitin uşağın gələcək ehtiyacları (təhsil haqqı, xüsusi kurslar, əmlak məqsədləri) üçün effektiv şəkildə toplanıb qorunması uşağın mənafeyinə müsbət cəhəti olsa da, uşağa baxan və onunla birgə yaşayan valideynin hər gün (qida, kommunal, dərman və s.) çəkdiyi xərclərin qarşılanmasında pul qıtlığı yarana biləcəyindən bu uşağın mənafeyinə mənfi təsir göstərə bilər. Məhkəmənin ehtimal edərək verdiyi qərar uşağın mənafeinə xidmət etməli idi. Məhkəmənin ərizəni təmin etməsi mütləq olaraq uşağın mənafeyi üçündür, çünki banka köçürülən alimentin istifadəsi hər iki valideyn üçün məhdudlaşır, heç bir valideynin sərəncamında olmur, uşaq böyüdükdə şüurlu şəkildə istifadə edir. Ərizəni təmin etməməsi uşağın mənafeyinə zidd ola bilər, çünki valideyn alimentin artıq qalan hissəsini uşağın mənafeyi üçün istifadə etməyə bilər. Bu da gələcəkdə uşaq üçün bank hesabına toplanan depozitdən məhrum olmasına gətirib çıxarır. Belə olan halda əgər çəkilən xərcə dair sübut təqdim edilməmişdirsə məhkəmələr bir qayda olaraq ərizəni təmin etməlidir, çünki bu mütləqdir ki, alimentin bir qisminin bank hesabına köçürülməsi uşağın mənafeinə xidmət edir. ##.##.2026-cı il tarixdə məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, “Öz imkanları ilə bir sıra sorğular vermişdir, bunlardan biri Kapital Bank və AR Mərkəzi Bankına verdiyi sorğulardır. Burada sorğu verməkdə məqsədi A.Aygünün aliment aldığı vaxtdan bugünə aliment bank hesabına köçdükdən sonra hansı ödənişlər etdiyini, kredit ödədiyini və ya övladı üçün hansı ödənişləri etdiyini dəqiqləşdirmək olmuşdur. Bu səbəbdən məhkəmənin tələbini tam təmin etməkdə çətinlik çəkərsə bu sorğuları əldə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğunu vermiş lakin düzgün sual qoymamışdır, o bank hesabından xərclərə dair çıxarışları tələb etmişdir, çünki hər ay aliment hesaba köçdükdən sonra uşağın hansı xərclərinə istifadə olunması və ya tələbkarın alimentdən kredit ödəməsi özünə aid xərcləri etməsi sübut olunacaqdı. Məhkəmə isə tək kredit məlumatların tələb etmiş Kredit Bürosu sorğuya cavab olaraq “Elektron məhkəmə” informasiya sistemi Büronun sisteminə inteqrasiya olunmasını, büroda olan müvafiq məlumatlar elektron qaydada sorğu edilməklə də real vaxt rejimində əldə edilə bilməsini qeyd etmişdir. Məhkəmə isə “Elektron məhkəmə” sistemində kredit məlumatların görə bildiyi halda bu barədə qərardadda heç bir qeyd aparmamışdır. Məhkəmənin ##.##.2026-cı il tarixli iclasında iştirak edən Tələbkar izahatında ərizəyə etiraz etmiş, borclunun 800 manat aliment ödəmədiyini, hal-hazırda heç bir yerə kredit ödəmədiyini, adına bir torpaq sahəsi olduğunu, torpağı ailəsinin ona aldığını və pulunu da onların ödədiklərini, bütün aliment pulunu uşağına xərclədiyini, qızı və o valideyinləri, qardaşı və xəstə əmisi ilə birlikdə iki otaqlı evdə qaldıqlarını, həmin torpaq sahəsinin onlara ev tikmələri üçün alındığını, hazırda uşağın hazırlığına 50 manat pul ödədiyini, hazırda onun xərclərini ailəsinin təmin etdiyini qeyd etmişdir. Özünə qabaqlayıcı müdafiə hazırlayan M.Aygün torpaq sahəsinin alınmasını və onun kreditinin də valideynləri tərəfindən ödənilməsini qeyd etmiş, bunu təsdiqləyəcək sübut təqdim etməmişdir. Övladına 800 manat alimenti xərcləyən 50 manat hazırlıq pulunu unutmayan ana digər 750 manatın nəyə xərcləndiyini nəinki sübut etmək, izahatında belə qeyd etmir . Əgər belə böyük xərclər vardısa 50 manatı qeyd edən şəxs həmin xərcləri mütləq etiraz olaraq qeyd edərdi. Məhkəmə iclasında iştirak edən tələbkar Tələbkar vəkili və nümayəndəsi Vəkil izahatında Tələbkar krediti olması barədə məlumatı olmadığını, onun aliment məsələsinə aidiyyatı olmadığını, Tələbkar işləmədiyini, uşağın əlavə hazırlıq kurslarına getdiyini, həmin kursların özəl sektor olduğundan rəsmi sənəd təqdim edilməsinin mümkün olmadığını qeyd etmiş, vəkil möhtəbər olmayan iddia irəli sürmüş, buna aid olan heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə ərizəsinə münasibətdə qərardadında qeyd etmişdir ki “ərizəyə iddiaçının alimenti təyinatından kənar məqsədlər üçün xərclədiyini təsdiq edən sübutlar əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, ərizəçi Borclu göstərdikləri dəlillər formal mülahizələrə söykənən ifadələrdən ibarətdir” burada formal mülahizələr yox, məhkəməyə rəsmi edilən sorğuları təqdim etmişdir, mübahisəsiz olaraq məlum olmuşdur ki, uşağın sağlamlığı yerindədir və istər sağlamlığı, istərsə də təhsili ilə bağlı heç bir xərc tələb olunmur, digər əldə edə bilmədiyi məlumat isə özü müstəqil əldə edə bilmədiyi bank hesablarından çıxarışlardır. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur.” Məhkəmə qərardada belə olan halda aliment alan tərəfin sübut etmə vəzifəsi olduğunu qeyd etmişdir .Alimentin uşağın səhətinə, təhsilinə xərclənmədiyini sübut etmişdir, lakin tələbkar tərəf etiraz etsə də, sübut etmə vəzifəsi ona verilməmiş buna dair heç bir sübut tələb olunmamışdır. Yaşayış minimumu haqqında AR Qanununun 4-cü maddəsinə əsasən yaşayış minimumu əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bu Qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir və təsdiq olunur.Yaşayış minimumu istehlak səbətinə daxil olan qida məhsulları, qeyri-qida məhsulları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Hər iki valideyn bərabər hüquqlara sahib olduğu kimi bərabər vəzifələrdə daşıyır norma prinsiblərinə əsasən məhkəmələr sabit məbləğdə aliment təyin etdikdə uşağ üçün yaşayış minumumun və bərabərlik prinsipini nəzərə alaraq 130-160 manat arası aliment təyin edir geriyə qalmış məbləği isə himayəsində saxlayan valideynin ödəyəcəyini nəzərə alırlar. O ödədiyi 800 manat aliment və M.Aygünün payına düşən məbləğlər 900-1000 manat təşkil edir, buna nəzərən məsələyə yanaşdıqda məhkəmənin gəldiyi nəticəyə əsasən övladına 900-1000 manat arası pul vəsaiti xərclənir. Halbuki ölkə üzrə əmək qabiliyyətli əhali üçün 317 manat yaşayış minumumu nəzərdə tutulmuşdur. Belə çıxır ki, onun övladının aylıq tələbatı yetişkin bir insandan üç qat çoxdur. Məhkəmənin gəldiyi nəticə həqiqətə uyğun olmadığı kimi məntiqə də uyğun deyil. Aylıq sabit olaraq 648 manat aliment ödəyir və əlavə olaraq ortalama 150-200 manat digər təminat xərcliklərindən pul tutulur, bu isə 800 manatdan çox aliment edir. Hərbi hissənin təqdim etdiyi arayışda digər gəlirlərindən 25% olması qeyd olunsada məhkəmə birmənalı olaraq alimentin 648 manat olmasını qeyd edir. Bunu sübut etmək üçün Bank hesabından çıxarış əldə etmişdir, ümumi alimenti aylıq böldükdə alimentin 648 manatdan çox olması məlum olur. Məlum məsələdir ki, aliment alan tərəf ona alimenti nəyə xərclədiyi barədə məlumat verməz, bu onun əleyhinə edilmiş addım olar. O artıq bir ildən çoxdur M.Aygünlə ayrılmışdır və təsərrüfatları ayrıdır. Yaşadıqları ev ayrı, həyatları ayrıdır. Onun xərclərini təqib edə bilməz, bu onun imkanları xaricindədir. O ancaq övladının təhsilinə və sağlamlığına çəkilən xərclər barədə məlumatlar əldə edə biləz. Bu barədə imkanları daxilində məlumat toplamış və toplaya bilmədiyi məlumatları da məhkəmədən tələb etmişdir. Lakin məhkəmə sərt, əsassız, ziddiyətli mövqeyini göstərmiş uşağın maraqlarını nəzərə almadan ərizəni rədd etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 76, 77, 78.2, 82.3, 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstituiyasının 17-ci maddəsinə, Ali Məhkəmənin ## ###### 2023-cü il tarixli, */**** nömrəli qərarına istinad olunmuşdur. III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
10. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.
12. Maddə 78.2. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.
13. Maddə 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarı
14. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə ## ##### 2011-ci il tarixli, C.Ismayılzadənin şikayəti üzrə # #### 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarları). c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli qərarı
15. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. d) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 2023-cü il # ###### tarixli **/**** nömrəli qərardadı
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olması barədə ümumi prinsipi əks etdirsə də, tələbin qanuni əsasını təşkil edən normalar tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən edə bilər. Odur ki, hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün bölüşdürülməsi işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. e) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli *-*/**** nömrəli Qərarı
17. 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
18. 8.9. Alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. IV. Məhkəmə kollegiyasının mövqeyi
19. Kollegiya ilk olaraq qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Şahbuz Rayon Məhkəməsinin e-*(***)-*/**** nömrəli, ##.##.2025-ci i tarixli qətnaməsi ilə tərəflər arasında mövcud olan nikah qeydi pozulmuş, nikahın pozulmasından sonra ## ### 2020-ci il təvəllüdlü X3 iddiaçı X2 yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Borclu Borclu Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş övladı ## ### 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında tutulub Aydınlı (Müzəffərli) Aygün Azad qızına ödənilən alimentin 50 faiz hissəsinin yetkinlik yaşına çatmayan övladının adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Şahbuz Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı ilə ərizə rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsi haqlı olaraq qərardadında qeyd etmişdir ki, ərizəçi ödənilən aliment məbləğinin bank hesabına köçürülməsi barədə müraciət edir, lakin o, bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini sübut etmək vəzifəsi daşısa da, ərizədə qeyd olunanları əsaslandıra bilməmişdir. Göründüyü kimi, hazırki halda ərizənin dəlillərini sübutetmə yükü ərizəçi Borclu üzərinə düşür.
21. Ərizəçinin şikayətində qeyd etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.
22. Kollegiya borclunun şikayətində tələbkar tərəfə sübut etmə vəzifəsi verilməməsi və buna dair heç bir sübut tələb olunmaması barədə dəlilinə münasibətdə diqqətə çatdırır ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 2023-cü il # ###### tarixli **/**** nömrəli qərardadında gəldiyi hüquqi mövqeyə uyğun olaraq, sübutetmə yükü bu kimi müracətlərdə müraciəti edən tərəfin üzərinə qoyulmuşdur. Yəni ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir.
23. Kollegiya borclunun şikayətində qeyd etdiyi “A.Aygünün kredit ödədiyini və ya övladı üçün hansı ödənişləri etdiyini dəqiqləşdirmək üçün Kapital Bank və AR Mərkəzi Bankına sorğular verdiyinə, məhkəmənin tələbini tam təmin etməkdə çətinlik çəkərsə bu sorğuların əldə edilməsini məhkəmədən xahiş etdiyinə, məhkəmənin sorğunu verdiyinə, lakin düzgün sual qoymadığına, özünün bank hesabından xərclərə dair çıxarışları tələb etdiyinə, məhkəmənin isə tək kredit məlumatlarını tələb etdiyinə, Kredit Bürosunun sorğuya cavab olaraq “Elektron məhkəmə” informasiya sisteminin Büronun sisteminə inteqrasiya olunmasına, büroda olan müvafiq məlumatların elektron qaydada sorğu edilməklə də real vaxt rejimində əldə edilə bilməsini qeyd etdiyinə, məhkəmənin isə “Elektron məhkəmə” sistemində kredit məlumatlarını görə bildiyi halda bu barədə qərardadda heç bir qeyd aparmadığına” dair dəlillərə aydınlıq gətirmək və şikayətdə qeyd olunan bu xüsusatları hərtərəfli araşdırmaq məqsədilə “Elektron məhkəmə” informasiya sistemindən tərəflərin borc məlumatları əldə edilmiş, sistem məlumatlarından aydın olmuşdur ki, tələbkar Tələbkar adında hazırda ümumiyyətlə kredit xətti mövcud deyil və əlavə hər hansı borc öhdəliyi yoxdur. Lakin borclu Borclu adına 35 halda müxtəlif vaxtlarda kredit xətti açılmış, həmin kreditlər üzrə öhdəliklər icra olunsa da, hazırda kredit müqavilələrindən bəziləri üzrə qalıq borc mövcuddur və ödənişlər həyata keçirilir. Beləliklə ərizəçinin müraciətində qeyd etdiyi kimi tələbkarın öz adına kredit götürdüyünə və həmin məbləğin uşağın saxlanılması üçün ödənilən aliment hesabına qarşılanmasına dair irəli sürdüyü faktlar öz təsdiqini tapmamışdır.
24. Kollegiya ərizəçinin diqqətinə çatdırmağı zəruri hesab edir ki, aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Lakin bir daha qeyd olunmalıdır ki, tədqiq olunmuş iş materiallarına əsasən ərizəçi tərəfindən müraciətinin təmin edilməsinə əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə uşağı saxlayan valideynin (tələbkarın) uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yaranmamışdır.
25. Diqqət olunmalı əsas məqamlardan biri də işdə tələbkarın alimenti təyinatından kənar məqsədlər üçün xərclədiyini təsdiq edən sübutları ərizəçinin təqdim etməməsidir. Halbuki ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür.
26. Qeyd olunmalıdır ki, hazırkı mübahisələr davam edən hüquq münasibətləri olduğundan gələcəkdə alimentin təyinatı üzrə xərclənmədiyinə və digər əsaslara dair ərizəçi tərəfindən sübutlar əldə olunarsa qətnamənin icrası qaydasının dəyişdirilməsi, yəni alimentin 50 faizdən çox olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi üçün yenidən məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Lakin hazırkı halda ərizəçinin təqdim etdiyi əməkhaqqıdan çıxarışlar onun sadəcə hansı məbləğdə aliment ödəməsini təsdiq edir və bu məbləğin tələbkarın kənar xərclər üçün istifadə edildiyinə dair ərizəçi tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Ərizəçinin tələbi əsasən ehtimallara əsaslanmışdır ki, məhkəmə ehtimallara əsaslanan qərar qəbul edə bilməz. Həmçinin ərizəçinin müraciətinin əsasını təşkil edən ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması da özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir.
27. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən verilmiş şikayət təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.