Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 8(3-1)-12/2026 21.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Tələbkar pul məbləğinin indeksasiya olunması tələbi (Açar sözlər: Pul məbləğinin indeksasiyası, istehlak qiymətləri indeksi, məhkəmə qərarının (əmrinin) icrası, Mülki-Prosessual Məcəllənin 232-ci maddəsi, qanunun analogiyası, inflyasiya və alıcılıq qabiliyyətinin bərpası) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və X2 ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı.
1. Tələbkar Tələbkar “06” iyul 2026-cı ildə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Məhkəmənin ## ###### 2013-cü il tarixli, *(***)-***/**** nömrəli məhkəmə qərarı üzrə ödənilməmiş 1492 (bir min dörd yüz doxsan iki) manat pul məbləğinin indeksləşdirilərək 2013-cü il fevral ayından 2026-cı il may ayınadək 216,70 faiz artımı (1492 manat x 216,70 % = 3233,16 manat) nəzərə alaraq, 4725,16 (dörd min yeddi yüz iyirmi beş manat, on altı qəpik) manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir (iş vərəqə 01-04).
2. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülnar Səfərəliyeva) ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdi (iş vərəqə 38-42).
b) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.
3. Işə baxan birinci instansiya məhkəməsi ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəni təmin etməməsinə dair mövqeyini onunla əsaslandırmışdı ki, "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanunun 3-cü maddəsində indeksasiyanın tətbiq olunacağı obyektlər (əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər, əmanətlər, aliment və s.) konkret sadalanmışdır və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mülki-hüquqi pul tələbləri bu siyahıya daxil deyildir.
4. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, həmin Qanunda "Indeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir" müddəası təsbit olunub. Ərizəçinin tələbi sahibkarlıq fəaliyyətindən (elektronika mağazası) irəli gələn gəlirlə əlaqədar olduğundan, məhkəmə bu pul öhdəliyinin Qanunun tənzimləmə dairəsindən kənarda qaldığını və qanunun analogiyası əsasında belə indeksasiyanın bu halda tətbiq edilməsinin hüquqi əsasdan məhrum olduğunu bildirmişdir.
c) Məhkəmə aktından verilmiş şikayət.
5. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə razılaşmayan tələbkar Tələbkar ## ###### 2026-cı il tarixdə şikayətlə müraciət edərək, sözügedən qərardaddan ləğv edilməsi və tələbinin təmin edilməsini xahiş etmişdir (iş vərəqə 46-50).
ç) Şikayətin əsaslandırılması.
6. Tələbkar şikayətini əsaslandıraraq qeyd etmişdi ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2015-ci il tarixli qərarına əsasən, indeksasiya institutunun məqsədi məhkəmə qərarının icrası zamanı pul vəsaitinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpasıdır. Birinci instansiya məhkəməsi bu mövqeni nəzərə almamış və indeksasiya hüququnun həyata keçirilməsini qanunda nəzərdə tutulmayan məhdudiyyətlərdən asılı vəziyyətə salmışdır.
7. Mülki-Prosessual Məcəllənin 13.7-ci maddəsinə görə Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərh məhkəmə üçün məcburidir. Lakin məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarındakı məcburi hüquqi mövqeni nəzərə almamış, həmçinin Mülki-Prosessual Məcəllənin 232-ci maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmayan əlavə şərtlər tətbiq etməklə indeksasiya hüququnu məhdudlaşdırmış və ərizəçinin üzərinə nəzərdə tutulmayan sübutetmə yükü qoymuşdur.
8. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2013-cü il tarixli məhkəmə əmri ilə borclu Borclu 1492 manatın tutulması müəyyən edilmiş, həmin akt ## #### 2013-cü ildə icraya yönəldilmiş və ## #### 2013-cü ildə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. Qətnamənin qanuni qüvvəyə minməsi və icraya yönəldilməsi faktı mübahisəsiz olduğu halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 232-ci maddəsinin məqsədini və qətnamənin səmərəli icrasının təmin edilməsinə yönəlmiş hüquqi mahiyyətini nəzərə almamışdır.
9. Məhkəmənin "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanunun 3-cü maddəsinə istinadını əsassız hesab edir. Qeyd olunur ki, həmin Qanun Mülki-Prosessual Məcəllənin 232-ci maddəsinin tətbiqi üçün birbaşa əsas deyil və Konstitusiya Məhkəməsinin qərarına əsasən yalnız qanunun analogiyası qaydasında həyata keçirilir. Qanunun 3-cü maddəsində indeksasiya obyektlərinin sadalanması məhkəmə aktı ilə müəyyən edilmiş pul məbləğinin indeksasiyasını istisna edən norma kimi qiymətləndirilə bilməz, əks halda Mülki-Prosessual Məcəllənin 232-ci maddəsi tətbiq dairəsindən çıxmış olardı. Məhkəmə bir tərəfdən Konstitusiya Məhkəməsinin qərarına istinadən indeksasiyanın icraya yönəldilmiş aktlar üzrə mümkün olduğunu bildirmiş, digər tərəfdən iş üzrə aktın 2013cü 10. ildə icraya yönəldilməsi faktını kənara qoyaraq ərizəni rədd etmişdir. Əlavə olaraq, məhkəmə tələbin sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirlə əlaqədar olmasını əsas gətirsə də, şikayətçi indeksasiyanın predmetinin sahibkarlıq gəlirinin özü deyil, məhkəmə aktı ilə müəyyən edilmiş və icra edilməli olan pul məbləği olduğunu, bu anlayışların fərqləndirilməli olduğunu bildirir.
11. Sonda şikayətçi qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələri təsdiq edən kifayət qədər sübutlara istinad etməmiş, indeksasiya hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilən halların qanunvericilikdən irəli gəldiyini sübuta yetirməmişdir. Məhkəmə borcun icra edilib-edilmədiyini, icra edilməmiş məbləğin mövcudluğunu araşdırmadan ehtimallara və normanın geniş təfsirinə əsaslanaraq qərar qəbul etmişdir.
12. Tələbkar birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ## ######## 2015-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarına, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci və 232-ci maddəsinə istinad etmişdir.
d) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.
13. Işə baxan birinci instansiya məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərardadı ilə tələbkarın verdiyi şikayət əsaslı sayılmamış, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 59-60).
14. Şikayət işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına ## ######## 2026-cı il tarixdə daxil olmuş və kollegiyanın ## ######## 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
II. Şikayətə qarşı etirazın dəlilləri.
15. Şikayətə qarşı etiraz daxil olmamışdır.
III. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.
16. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
17. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
18. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Kollegiya şikayəti yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərardadını tələbkar tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, şikayətin obyektini sözügedən məhkəmə aktının Tələbkar tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.
20. Tələbkarın müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır.
IV. Tətbiq edilən hüquqi aktlar.
a) Azərbaycan Respublikası Konstitusiyasının:
21. - 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir;
22. - 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
b) "Icra haqqında" Azərbaycan Respublikası Qanununun:
23. -1.1-ci maddəsinə əsasən icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “Dövlət icra məmurları haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir;
24. -1-1-ci maddəsinə görə icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır;
25. - 12.1-ci maddəsində qeyd edilir ki, Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
c) Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun:
26. - 1-ci maddəsinə görə indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir;
27. - 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. Istehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Istehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Indeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin.
ç) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
28. - 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;
29. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
30. - 232.1-ci maddəsində qeyd edilir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
31. Iş materiallarını nəzərdən keçirərək kollegiya qeyd edir ki, tələbkar Tələbkar müraciətinin mahiyyəti Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)- ***/**** nömrəli məhkəmə aktı ilə onun xeyrinə tutulması qət edilmiş və borclu tərəfindən ödənilməmiş 1492 (bir min dörd yüz doxsan iki) manat məbləğin inflyasiyaya uğraması səbəbindən 216,70 faiz artımla indeksləşdirilərək 4725,16 (dörd min yeddi yüz iyirmi beş manat, on altı qəpik) manat məbləğində müəyyən edilməsi tələbindən ibarətdir.
32. Irəli sürülmüş tələbin mahiyyətini nəzərə alan kollegiya bildirir ki, indeksasiya institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını və pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla, məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı mövqeyinə görə, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri deyil. Bu mexanizm qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün tutulmalı olan pulun dəyərində yaranmış azalmanın kompensasiyasına və bununla da kreditorun məruz qaldığı itkilərin aradan qaldırılmasına yönəlmişdir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla, məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir.
33. Hazırkı mübahisə üzrə şəxsin indeksasiya olunmasını tələb etdiyi pul məbləği bilavasitə qanuni qüvvəyə minmiş məhkəmə aktına – məhkəmə əmrinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir.
34. Iş materiallarında toplanmış sübutlar, o cümlədən Ədliyyə Nazirliyinin * saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinin ## ###### 2026-cı il tarixli, *-**-*/*-**-***/**** nömrəli arayışı təsdiq edir ki, ## ###### 1978-ci il tarixdə anadan olmuş X1 Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 1993-cü il tarixli, *** nömrəli Qərarına əsasən "Musayev"dən "Musazadə"yə əvəz edilərək dövlət dilinə uyğunlaşdırılmışdır.
35. Bununla yanaşı, Naxçıvan şəhər icra bölməsinin icra məmurunun ## ###### 2014-cü il tarixli "Icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında" qərarı ilə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş ## ###### 2013-cü il tarixli, *(***)-***/**** nömrəli məhkəmə əmrinə əsasən borclu Borclu 1492 (bir min dörd yüz doxsan iki) manat məbləğində pulun tutularaq tələbkarın xeyrinə ödənilməsi barədə icra materialının icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon Icra Şöbəsinə göndərilməsi qərara alınmışdır.
36. "Sunny Electronics" mağazasının fiziki şəxs Tələbkar tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, **** nömrəli maliyyə arayışından isə aydın olur ki, məhkəmə qərarından sonra borclu tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasına dair onlayn kalkulyatorunun rəsmi məlumatlarına əsasən, 2026cı ilin 37.may ayında 2013-cü ilin fevral ayına nisbətən istehlak qiymətləri indeksi 216.7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.2 dəfə artmışdır.
38. Bu halların hüquqi qiymətləndirilməsi onu göstərir ki, Mülki-Prosessual Məcəllənin 232ci maddəsi ilə nəzərdə tutulmuş indeksasiyanın həyata keçirilməsi üçün zəruri olan ilkin hüquqi şərtlər, yəni qətnamənin qanuni qüvvəyə minməsi, icraya yönəldilməsi və uzun müddət icra edilməməsi faktı mövcuddur.
39. "Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarında da birmənalı olaraq vurğulanır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər.
40. Buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi ərizəni təmin etməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanunun 3-cü maddəsində indeksasiyanın tətbiq olunacağı obyektlər (əmək haqları, pensiyalar və s.) konkret sadalanmış və mülki-hüquqi pul tələbləri bu siyahıya daxil edilməmişdir. Məhkəmə xüsusi olaraq vurğulamışdır ki, ərizəçinin tələbi bilavasitə sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirlə əlaqədar olduğundan, həmin Qanunun indeksləşdirmənin vətəndaşların sahibkarlıq fəaliyyətindən götürdükləri gəlirlərə şamil edilməməsi barədə müddəası tətbiq olunmalıdır. Bu səbəbdən məhkəmə qanunun analogiyası əsasında belə indeksasiyanın tətbiq edilməsinin hüquqi əsasdan məhrum olduğunu qət etmişdir.
41. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu qənaəti Mülki-Prosessual Məcəllənin 232-ci maddəsinin məqsədləri və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe ilə tam ziddiyyət təşkil edir.
42. Belə ki, "Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarına əsasən, Mülki-Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiya qaydaları birbaşa tənzimlənmədiyi üçün "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanun analogiya üzrə yalnız hesablanma meyarı (istehlak qiymətləri indeksi) kimi tətbiq edilir. Sözügedən Qanunun 3-cü maddəsində məhkəmə qətnamələrinin icrası zamanı tutulmalı pul məbləğlərinin ayrıca obyekt kimi nəzərdə tutulmaması, məhkəmə aktları üzrə indeksasiyanın aparılmasını qətiyyən istisna etmir. Birinci instansiya məhkəməsi indeksasiyanın predmetinin bilavasitə sahibkarlıq gəlirinin özü deyil, dövlət adından çıxarılmış və məcburi qaydada icra edilməli olan məhkəmə aktı (pul öhdəliyi) olduğunu nəzərə almamışdır. Nəticə etibarilə, məhkəmə qanunun obyekt məhdudiyyətlərini səhv təfsir edərək Mülki-Prosessual Məcəllənin 232-ci maddəsinin hüquqi təsir dairəsini əsassız olaraq daraltmış və tələbkarın pozulmuş əmlak hüquqlarının bərpasına mane olmuşdur.
43. Kollegiya hesab edir ki, məsələnin mahiyyətini daha aydın ifadə etmək üçün qanunun "obyekt məhdudiyyəti" ilə "hesablanma mexanizmi" arasındakı fərq xüsusi vurğulanmalıdır. Indeksasiyanın obyekti (yəni bu mübahisə üzrə nə indeksasiya olunur?), hazırkı mübahisədə indeksasiya olunan vəsait vətəndaşın gündəlik "sahibkarlıq gəliri" deyil, bilavasitə məhkəmə qərarı ilə müəyyən edilmiş və icra edilməli olan mülki-hüquqi pul öhdəliyidir. Mülki-Prosessual Məcəllənin 232-ci maddəsi mənbəyindən asılı olmayaraq, istənilən qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə tutulmalı pul məbləğinin indeksasiyasına birmənalı şəkildə icazə verir.
44. Hesablanma mexanizminə gəldikdə isə (yəni, yuxarıda qeyd edilən necə indeksasiya olunur?), Mülki-Prosessual Məcəllədə inflyasiyanın konkret hansı riyazi qaydada hesablanacağı qeyd edilmədiyi üçün, Konstitusiya Məhkəməsi bu boşluğu doldurmaq məqsədilə "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanundan yalnız bir hesablama aləti kimi istifadə edilməsini (Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında) müəyyən etmişdir.
45. Birinci instansiya məhkəməsinin əsas səhvi bu iki anlayışı bir-birinə qarışdırmasıdır. Məhkəmə yalnız riyazi hesablanma qaydasını (mexanizmi) analogiya üzrə tətbiq etmək əvəzinə, həmin Qanunun 3-cü maddəsindəki sosial yönümlü siyahını (obyekt məhdudiyyətini) əsas götürmüşdür. Başqa sözlə, qanunun analogiyası yalnız "necə hesablayaq?" sualına cavab tapmaq üçün tətbiq edilməlidir. "Nəyi hesablayaq?" sualının cavabı isə Qanunun 3-cü maddəsində deyil, birbaşa Mülki-Prosessual Məcəllənin 232-ci maddəsində "məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğləri" kimi artıq verilmişdir.
46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsi müəyyən edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxdıqda, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etmədikdə, yaxud qanunu səhv təfsir etdikdə maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
47. Yuxarıda göstərilən təhlildən aydın olur ki, birinci instansiya məhkəməsi "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanunun müddəalarını səhv təfsir etmiş və Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarında ifadə olunmuş məcburi hüquqi mövqeyi nəzərə almamışdır. Bu isə bilavasitə maddi və prosessual hüquq normalarının pozulması deməkdir və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini şərtləndirir.
48. Məhkəmə kollegiyası hesablanma qaydasının və miqdarın müəyyən edilməsi ilə bağlı qeyd edir ki, "Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarında məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının qanunun analogiyası üzrə "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanunda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməli olduğu birmənalı təsbit edilmişdir.
49. Həmin Qanunun 2-ci maddəsinə əsasən, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir və istehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir.
50. Məhz bu qanuni əsasa dayanaraq, iş materiallarında mövcud olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi onlayn kalkulyatorunun məlumatına istinad edilməlidir. Həmin məlumata görə, 2026-cı ilin may ayında 2013-cü ilin fevral ayına nisbətən istehlak qiymətləri indeksi 216.7 faiz təşkil etmişdir.
51. Tələbkar ərizəsində məhkəmə qərarı üzrə ödənilməmiş 1492 (bir min dörd yüz doxsan iki) manat əsas borcun 216,70 faizlik istehlak qiymətləri indeksi tətbiq edilməklə (3233,16 manat) indeksləşdirilməsini və yekunda bu iki məbləğin toplanaraq cəmi 4725,16 (dörd min yeddi yüz iyirmi beş manat, on altı qəpik) manatın ödənilməsini xahiş etmişdir. Lakin məhkəmə kollegiyası tələbkarın hesablama metodologiyası ilə razılaşmır. Belə ki, indeksasiya əmsalı (216,70%) onsuz da ilkin məbləğin inflyasiya nəzərə alınmaqla cari dövrdəki faktiki dəyərini, yəni 1492 manatın indiki alıcılıq qabiliyyətini ifadə edir.
52. Qanuni qüvvəsini almış məhkəmə qərarı ilə tutulmalı olan əsas məbləği həmin məbləğin indeksasiya edilməsi nəticəsində alınan məbləğlə toplamaq, borcludan eyni pulu iki dəfə tələb etmək deməkdir. Bu hal borclunun əmlak məsuliyyətinin ədalətsiz şəkildə ağırlaşmasına və tələbkarın əsassız varlanmasına gətirib çıxarır. Borc məbləğinin indeksasiyası istehlak qiymətlərinin səviyyəsinin artımına mütənasib olduğundan, yalnız həmin indeks əmsalı əsasında yaranan yekun məbləğ (3233,16 manat) əsas borc məbləği hesab olunmalıdır.
53. Göstərilənlərə əsasən, tələbkarın ərizəsi qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-***/**** nömrəli məhkəmə əmrinə əsasən tutulmalı olan 1492 (bir min dörd yüz doxsan iki) manat məbləği üzrə yuxarıda qeyd olunan Qanunun 2-ci maddəsinə uyğun olaraq indeksasiya həyata keçirilməli və borclu Borclu ümumilikdə 3233,16 (üç min iki yüz otuz üç manat, on altı qəpik) manat (1492 manat x 216,70% = 3233,16 manat) tutularaq tələbkara ödənilməlidir.
54. Məhz bu səbəbdən, tələbkar Tələbkar ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizəsi yalnız 3233,16 manat məbləği hissəsində qismən təmin olunmalı, ərizə qalan hissədə (əsas borcun indeksasiya olunmuş məbləğlə toplanaraq cəmi 4725,16 manatın qət edilməsi tələbi üzrə) əsassız olduğundan rədd edilməlidir.
55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
56. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
57. - tələbkar Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilməli;
58. - Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli;
59. - tələbkar Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair ərizəsi qismən təmin edilməli;
60. - Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2013-cü il tarixli məhkəmə əmrinə əsasən tutulmalı olan 1492 (bir min dörd yüz doxsan iki) manat məbləği üzrə indeksasiya həyata keçirilməli və borclu Borclu ümumilikdə 3233,16 (üç min iki yüz otuz üç manat, on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar ödənilməli;
61. - ərizə qalan hissədə əsassız olduğundan rədd edilməlidir.
62. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
63. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
64. Qeyd edilən prosessual normalara əsaslanaraq kollegiya bildirir ki, hazırkı qərardadından kassasiya şikayətinin verilməsi birbaşa nəzərdə tutulmadığından, bu qərardad qəti sayılır və ondan kassasiya şikayəti verilə bilməz. VI. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq
q ə r a r v e r d i:
Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Tələbkar Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair ərizəsi qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2013-cü il tarixli məhkəmə əmrinə əsasən tutulmalı olan 1492 (bir min dörd yüz doxsan iki) manat məbləği üzrə indeksasiya həyata keçirilsin və borclu Borclu ümumilikdə 3233,16 (üç min iki yüz otuz üç manat, on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar ödənilsin. Ərizə qalan hissədə əsassız olduğundan rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.