Məhkəmə qərarları › İş №8(3-1)-14/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(3-1)-14/2026

17.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 8(3-1)-14/2026 17.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI müəyyən etdi: Culfa Rayon Icra və Probasiya Bölməsinin rəisi, R Coşqun Əsgərli təqdimatla məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin *(***)- ***/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Borclu Publik hüquqi şəxsə məxsus “xxxx” ASC-nin Culfa filialında olan AZ**AIIB******H************* nömrəli cari hesabın üzərinə həbs qoyulması və həmin hesabda olan pul vəsaitlərinə tələbin yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı ilə təqdimat təmin edilərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Borclu Publik hüquqi şəxsə məxsus “xxxx” ASC-də olan AZ**AIIB******H************* nömrəli cari hesabın üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu publik hüquqi şəxsin direktoru X2 qərardaddan şikayət verərək, həmin qərardadının ləğv edilməsini xahiş etmiş, Culfa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş şikayətin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən, həmçinin verilmiş şikayətdə həmin Məcəllənin 361-ci maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də şikayət qeyri-mümkün hesab edilərək iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin: - 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. - 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. - 10-1.3-cü maddəsində göstərilir ki, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. - 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Yuxarıda qeyd olunan maddələrin tələbindən də göründüyü kimi, apellyasiya şikayəti yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada verilə bilər. Lakin iş materiallarından da göründüyü kimi Borclu Publik hüquqi şəxsin direktoru X2 tərəfindən verilmiş şikayət elektron qaydada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayəti geri qaytarmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmçinin qeyd edilməlidir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlara əsasən, Borclu Publik hüquqi şəxsin ##.##.2025-ci il tarixdən etibarən aktiv elektron kabineti mövcud olmuşdur. Bu səbəbdən həmin hüquqi şəxs tərəfindən verilən şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq məhz elektron kabinet vasitəsilə təqdim edilməsi zəruri idi. Bununla yanaşı, hətta elektron kabinet mövcud olmasa idi belə, MPM-in 10-1.3-cü maddəsinin tələblərinə əsasən şikayətin verilməsi üçün əvvəlcə elektron kabinet yaradılmalı və şikayət həmin elektron kabinet vasitəsilə təqdim edilməli idi. Bu baxımdan şikayətin kağız daşıyıcıda birbaşa birinci instansiya məhkəməsinə təqdim edilməsi prosessual qanunvericiliyin imperativ tələblərinə zidd olmuşdur. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Culfa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə proses iştirakçılarına göndərilmiş, iş materiallarında (səh.42) olan F119-dan görünür ki, həmin qərardad Borclu publik hüquqi şəxsə ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş 10 günlük şikayət vermə müddəti nəzərə alındıqda, şikayətin verilməsi üçün son gün ##.##.2026-cı il olmuşdur. Lakin iş materiallarından görünür ki, şikayət Culfa Rayon Məhkəməsinə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Beləliklə, şikayət qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin bərpasına dair hər hansı vəsatət də təqdim edilməmişdir ki, bu da şikayətin mümkün hesab edilməməsi üçün əlavə prosessual əsas təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı * saylı Əlavəsində şikayətdə hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, şikayət cədvəl formasında tərtib edilməklə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi, şikayət elektron qaydada verilməmiş, qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, həmçinin şikayət qanunvericilikdə nəzərdə tutulmuş Mülki Prosessual Məcəlləyə * saylı Əlavədə göstərilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan tələblərinə riayət edilmədiyindən, Culfa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından Borclu Publik hüquqi şəxsin direktoru X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayət X1 Mərkəzi” Publik hüquqi şəxsinə geri qaytarılması üçün işlə birlikdə Culfa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə görə, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402.2, 402.2.1, və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: Culfa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərardadından Borclu Publik hüquqi şəxsin direktoru X2 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və şikayət X1 Mərkəzi” Publik hüquqi şəxsinə geri qaytarılması üçün işlə birlikdə Culfa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar