Məhkəmə qərarları › İş №8(3-1)-8/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(3-1)-8/2026

09.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 8(3-1)-8/2026 09.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI (Açar sözlər: qətnamənin icrasına möhlət verilməsi) Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu ərizəni verən şəxs2 və ərizəni verən şəxs1 ərizəsinə baxılmasına dair Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından borclu ərizəni verən şəxs2 tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Işin halları

1. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər ərizəni verən şəxs1 Zülfüqar qızının, ərizəni verən şəxs2, X1 (Hacıyeva llahə Qəhrəman qızı ilə X1 yetkinlik yaşına çatmayan uşaqları X6, X2 və X4) məcburi qaydada çıxarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki vəziyyətində iddiaçı Tələbkar təhvil verilməsi, iddia tələbinin qalmış hissədə rədd olunması, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsinin cavabdehlər ərizəni verən şəxs1 Zülfüqar qızı, ərizəni verən şəxs2 və X1 müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir.

2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## ######## tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh, eyni zamanda digər cavabdehlər X6, X2 və X4 qanuni nümayəndəsi X3 Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025- ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin cavabdeh, eyni zamanda digər cavabdehlər X6, X2 və X4 qanuni nümayəndəsi X3 tərəfindən mübahisələndirilən, yəni onların ünvan 1 ünvanında yerləşən, ümumi torpaq sahəsi 307.14 kvadrat metr olan, 5 otaqlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və həmin ünvanda yerləşən fərdi yaşayış evinin olduğu vəziyyətdə təhvil verilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı X3 tərəfindən ödənilmiş 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)- ***/**** nömrəli, 2025-ci il ## ######## tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. II. Birinci instansiya məhkəməsində icraat və məhkəmə aktı

4. ##.##.2026-cı il tarixdə borclular ərizəni verən şəxs2 və ərizəni verən şəxs1 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icrasına *(***)-***/****-*** nömrəli icra sənədi üzrə icraata ən azı 3 (üç) ay müddətinə möhlət verilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdirlər.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən cavabdehlər X3, ərizəni verən şəxs2, ərizəni verən şəxs1, habelə yetkinlik yaşına çatmayan uşaqlar X6, X2 və X4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə əsasında *(***)-***/****-*** nömrəli icra sənədi verilmiş, Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən ##.##.2026-cı il tarixli bildirişlə 10 günlük könüllü icra müddəti müəyyən edilmişdir. Bu işin bilavasitə predmetini mübahisəli daşınmaz əmlakın mülkiyyət hüququnu əhatə edən paralel hüquqi proses davam etməkdədir. Eyni əmlak üzrə ## ##### 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini əhatə edən iş üzrə iddiaçı X5 vəkili tərəfindən ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna MPM-in 423.1.1-ci maddəsi əsasında yent açılmış hallar üzrə işə yenidən baxılması barədə müraciət verilmişdir. Əgər Plenum həmin müraciəti qəbul edib işə yenidən baxarsa, alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilər bu isə hazırkı qətnamənin hüquqi əsasını tamamilə aradan qaldırar. Belə bir şəraitdə qətnamənin icrasının artıq bu mərhələdə həyata keçirilməsi MPM-in 231.1-ci maddəsinin məhkəməyə verdiyi «digər hallar» anlayışı çərçivəsində ciddi hüquqi risk yaradır, icra dönməz surətdə həyata keçirildiyi halda əvvəlki vəziyyətin bərpası praktiki olaraq mümkün olmayacaqdır. Naxçıvan MR Daxili Işlər Nazirliyinin HK-**/** nömrəli, # ###### 2025-ci il tarixli qərarı ilə iddiaçı Tələbkar barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin həmin qərarda 59 dəqiqəik səs yazısı sübut kimi qəbul edilmiş və mübahisəli əmlakın əldə edilmə halları araşdırılaraq qiymətləndirilmişdir. Bu fakt olduqca mühümdür: Ali Məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının 16-сı bəndində həmin səs yazısı «qanunvericiliyin tələbinə uyğun əldə edilməmişdir» deyərək sübut kimi rədd edilmişdir. DIN-in qərarı isə eyni sübutu etibarlı hesab edərək qiymətləndirmişdir. Bu qərar mülki iş başa çatdıqdan sonra # ###### 2025-ci il tarixdə çıxarılmışdır. MPM-in 423.1.1-ci maddəsinə görə işə baxılarkən məhkəməyə məlum olmayan hallar yeni açılmış hal sayıldığından, həmin qərar Plenum müraciətinin hüquqi əsasını təşkil edir. Möhlət verilməsi bu prosesin sona çatmasına imkan yaradacaqdır. Ailə başçısı X3 hazırda ailəsinin dolanışığını təmin etmək məqsədilə Rusiya Federasiyasında işləməkdədir. Alternativ yaşayış məkanının axtarışı, kirayə müqaviləsinin bağlanması, ailənin köçürülməsinin təşkili bütün bu öhdəliklər ailə başçısının şəxsən iştirakını tələb edir. MPM-in 231.1-ci maddəsinə görə məhkəmə tərəflərin «digər hallar»ını nəzərə almaqla möhlət verə bilər. Borclunun özündən asılı olmayan səbəblərdən- ailəsini dolandırmaq üçün ölkə xaricində çalışmasından - irəli gələn bu hal məhz həmin “digər hallar» anlayışını dolduran əsasdır. Həmin müddət ərzində ərizəçilər alternativ yaşayış məkanı tapmaq, ailə başçısının ölkəyə qayıdışını təşkil etmək imkanı əldə edəcək. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verilmiş ## ##### 2026-cı il tarixli müraciətin nəticəsi aydınlaşacaqdır.

6. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilməsinin mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Məhkəmə nəzərə almışdır ki, borclu qətnamənin icrasına möhlət verilməsinə dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi yoldaşı-digər cavabdeh X3 xarici ölkədə olması ilə əlaqədar olduğunu qeyd etmişdir. Lakin məhkəmə qeyd edir ki, bu hal qətnamənin icrasına möhlət verilməsinə əsas verən hal hesab edilə bilməz. Ona görə də qətnamənin icrasına möhlət verilməsi üçün hər hansı əsas yoxdur. II. Apellyasiya şikayəti və ona etirazın dəlilləri a) Şikayətinin dəlilləri

8. Borclu ərizəni verən şəxs2 ##.##.2026-cı il tarixdə şikayət ərizəsi göndərərək Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən *(***)-***/****-*** nömrəli icra sənədi üzrə *(***)-***/**** nömrəli qətnamənin icrasına ən azı 3 (üç) ay müddətinə möhlət verilməsi barədə yeni qərardad qəbul edilməsini, möhlət müddəti ərzində icra hərəkətlərinin dayandırılması barədə Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinə məlumat verilməsini xahiş etmişdir.

9. Şikаyət оnunlа əsаslаndırılmışdır ki, qərardadda məhkəmə MPM-in 231.1-ci maddəsini və «Icra haqqında» Qanunun 15-ci maddəsini özü sitat gətirir, lakin həmin normalarda qeyd olunan «digər hallar» anlayışını yanlış şərh edərək onu yalnız əmlak vəziyyəti ilə məhdudlaşdırır. Halbuki «digər hallar» anlayışı «əmlak vəziyyəti» ilə yanaşı, ondan ayrıca qeyd olunan müstəqil bir anlayışdır. Ailə başçısının Rusiya Federasiyasında işləməsi, ailəsinin dolanışığını təmin etmək üçün zəruri olan bu hal məhz «digər hallar» anlayışını dolduran klassik bir əsasdır. Məhkəmə isə bu halı «əsas verən hal hesab edilə bilməz» deyərək ümumiyyətlə araşdırmadan kənara qoymuşdur. Bu, maddənin birbaşa mətnini pozan səhv tətbiqdir. Bundan əlavə, qərardadda istinad edilən Ali Məhkəmə Plenumunun ##.##.2005-ci il tarixli, * saylı qərarının 12-ci bəndi «möhlət müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən hallarda tətbiq oluna bilər» deyir. Ailə başçısının ölkə xaricindəki vəziyyəti isə məhz «icrası üçün çətinlik törədən hal»dır - alternativ mənzil tapmaq, köçürülməni təşkil etmək kimi konkret öhdəliklər onun şəxsən iştirakını tələb edir. Məhkəmə Plenumun həmin qərarını özü sitat gətirdiyi halda, onun mənasını şikayətçilərin zərərinə, tərsinə şərh etmişdir. Qərardadda evdə yaşayan üç yetkinlik yaşına çatmamış uşaq X6, X2, X4 haqqında bir kəlmə belə qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə uşaqlara aid olan bütün hərəkətlərdə uşağın mənafeyi üstün tutulur. Bu norma məhkəmə tərəfindən nəzərə alınmamışdır. Alternativ mənzil tapılmadan üç yetkinlik yaşına çatmamış uşağın küçəyə çıxarılması Konstitusiyanın 17 və 43-cü maddələrini birbaşa pozur. Məhkəmə möhlət ərizəsinə baxarkən bu konstitusion tələbləri araşdırmadan qərardad çıxarmaqla maddi hüququ düzgün tətbiq etməmişdir. Şikayətçi ərizədə iki əlavə hal da göstərmişdir ki, birincisi, eyni mübahisəli əmlak üzrə alğı-satqı müqaviləsinin etibarsızlığı məsələsi üzrə Ali Məhkəmənin Plenumuna ##.##.2026-cı il tarixdə MPM-in 423.1.1-ci maddəsi əsasında müraciət verilmişdir. Plenumun müsbət nəticəsi qətnamənin hüquqi əsasını tamamilə aradan qaldıra bilər. Icranın bu mərhələdə həyata keçirilməsi bu ehtimalı dönməz surətdə məhv edəcəkdir. Ikincisi, NMR DIN-in HK-**/** nömrəli, ##.##.2025-ci il tarixli qərarında mülki məhkəmənin rədd etdiyi 59 dəqiqəlik səs yazısı dövlət orqanı tərəfindən etibarlı hesab edilərək qiymətləndirilmişdir. Bu MPM-in 423.1.1-ci maddəsi çərçivəsində yeni açılmış haldır. Qərardadda bu halların ikisi də tamamilə araşdırılmamış, heç bir hüquqi qiymət verilməmişdir. Qərardadda tələbkar Tələbkar «möhlət lazım deyil» mövqeyi əsas götürülmüş, şikayətçilərin bütün dəlilləri isə bir cümləlik formul ilə rədd edilmişdir. Çəkişmə müstəvisində tərəflər bərabər hüquqla dinlənilməmişdir. MPM-in 9.1 və 9.3-cü maddələrinin tələb etdiyi çəkişmə prinsipinin tətbiqi qərardadda öz əksini tapmamışdır.

10. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə şikayətin əsaslı hesab edilməyərək, işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

12. Şikayətə qarşı etiraz daxil olmamışdır. III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Konstitusiyası

13. 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. b) “Icra haqqında” Azərbaycan Respublikası Qanunu

14. Maddə 2.1. Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

15. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

16. Maddə 8.1 Icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

17. Maddə 8.2. Icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlandığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissəhissə18. icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.

c) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 231.1. Işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

d) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının 12-ci bəndi

24. Qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. IV. Məhkəmə kollegiyasının mövqeyi

25. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).

27. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər.

28. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir.

29. Iş materialları ilə müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər ərizəni verən şəxs1 Zülfüqar qızının, ərizəni verən şəxs2, X1 (Hacıyeva llahə Qəhrəman qızı ilə X1 yetkinlik yaşına çatmayan uşaqları X6, X2 və X4) məcburi qaydada çıxarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki vəziyyətində iddiaçı Tələbkar təhvil verilməsi, iddia tələbinin qalmış hissədə rədd olunması, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 146 (yüz qırx altı) manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsinin cavabdehlər ərizəni verən şəxs1 Zülfüqar qızı, ərizəni verən şəxs2 və X1 müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmiş (bax bənd 1), həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır.

30. ##.##.2026-cı il tarixdə borclular ərizəni verən şəxs2 və ərizəni verən şəxs1 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icrasına *(***)-***/****-*** nömrəli icra sənədi üzrə icraata ən azı 3 (üç) ay müddətinə möhlət verilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmiş (bax bənd 4), məhkəmənin müvafiq qərardadı ilə şikayət təmin edilməmişdir.

31. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin müvafiq normalarına əsasən məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi müstəsna xarakter daşıyan prosessual tədbir olub, yalnız borclunun əmlak vəziyyəti və ya işin digər diqqətəlayiq halları ilə şərtləndirilən obyektiv səbəblər mövcud olduqda tətbiq edilə bilər. Qətnamənin icrasına möhlət verilməsi barədə məsələ həll edilərkən təkcə borclunun maraqları deyil, eyni zamanda uzun müddət məhkəmə müdafiəsinə nail olmuş tələbkarın hüquq və qanuni mənafeləri də nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə aktının icrasının əsassız surətdə gecikdirilməsinə yol verilməməlidir.

32. Iş materiallarından görünür ki, ərizəçilər möhlət verilməsi barədə tələblərini əsasən ailə başçısı X3 Rusiya Federasiyasında işləməsi, alternativ yaşayış yerinin axtarılması və ailənin köçürülməsi işlərinin onun iştirakı olmadan çətin olması ilə əsaslandırmışlar. Lakin göstərilən hallar qətnamənin icrasını obyektiv surətdə qeyri-mümkün edən və ya əhəmiyyətli dərəcədə çətinləşdirən hallar kimi qiymətləndirilə bilməz.

33. Məhkəmə kollegiyası nəzərə alır ki, ərizəçilər tərəfindən ailə başçısının xarici ölkədə olması faktından başqa, onların möhlət verilməsini zəruri edən ağır maddi vəziyyətdə olmaları, sağlamlıq imkanlarının məhdudluğu, fövqəladə ailə vəziyyəti, yaşayış yerinin əldə edilməsinin obyektiv səbəblərdən mümkünsüzlüyü və ya digər diqqətəlayiq halların mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki qətnamənin icrasına möhlət verilməsi barədə müraciət edən şəxs belə halların mövcudluğunu sübut etməlidir.

34. Kollegiya həmçinin nəzərə alır ki, mübahisə üzrə qəbul edilmiş qətnamə ## #### 2025-ci il tarixdə çıxarılmış, həmin qətnamə apellyasiya və kassasiya instansiyaları tərəfindən yoxlanılmış, nəticədə qanuni qüvvədə saxlanılmışdır. Beləliklə, borclular məhkəmə mübahisəsinin davam etdiyi uzun müddət ərzində yaşayış məsələlərinin həlli, alternativ mənzil təminatı ilə bağlı tədbirlərin görülməsi üçün kifayət qədər vaxta malik olmuşlar. Bu səbəbdən ailə başçısının hazırda xarici ölkədə işləməsi və yaşayış yerinin hələ də müəyyən edilməməsi möhlət verilməsi üçün əsaslı və üzrlü səbəb kimi qəbul edilə bilməz.

35. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının növbəti müddətə təxirə salınması tələbkar Tələbkar mülkiyyət hüququnun həyata keçirilməsini əsassız şəkildə məhdudlaşdırmış olar. Insan hüquqlarının müdafiəsi sahəsində formalaşmış hüquqi mövqelərə görə məhkəmə qərarının icrası ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsidir və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası əsassız olaraq yubadılmamalıdır.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, ərizədə göstərilən dəlillərə düzgün hüquqi qiymət vermiş və qətnamənin icrasına möhlət verilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olmaması barədə düzgün nəticəyə gəlmişdir.

37. Şikayətin dəlillərinə gəlincə, məhkəmə kollegiyası şikayətin qərardad qəbul edilərkən yetkinlik yaşına çatmamış uşaqların mənafelərinin nəzərə alınmaması və bunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və 43-cü maddələrinin tələblərinin pozulması ilə nəticələnməsi barədə dəlilini əsassız hesab edir.

38. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində təsbit edilmiş uşaqların mənafelərinin üstün tutulması prinsipi dövlət orqanları və məhkəmələr üçün mühüm hüquqi təminat olmaqla yanaşı, bu prinsip qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının qeyri-müəyyən müddətə təxirə salınması üçün müstəqil və şərtsiz əsas yaratmır. Uşaqların ailədə yaşaması faktı özlüyündə məhkəmə qətnaməsinin icrasına möhlət verilməsini zəruri edən hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma qəbul edildiyi təqdirdə, ailəsində yetkinlik yaşına çatmamış uşaq olan bütün borcluların məhkəmə aktlarının icrasını qeyri-müəyyən müddətə təxirə salmaq imkanı yaranmış olardı ki, bu da məhkəmə qərarlarının məcburiliyinə və hüquqi müəyyənlik prinsipinə zidd olardı.

39. Kollegiya həmçinin nəzərə alır ki, ərizəçilər tərəfindən uşaqların xüsusi qayğıya ehtiyacının olması, sağlamlıq vəziyyətləri, təhsil prosesinin ciddi şəkildə pozulacağı və ya qətnamənin dərhal icrasının onların mənafelərinə fövqəladə və aradan qaldırılması mümkün olmayan zərər vuracağı barədə hər hansı sübut təqdim edilməmişdir. Alternativ yaşayış yerinin hələ müəyyən edilməməsi isə özlüyündə qətnamənin icrasına möhlət verilməsi üçün kifayət edən müstəsna hal hesab edilə bilməz.

40. Ərizəçilərin mübahisəli əmlaka dair alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna MPM-in 423.1.1-ci maddəsinə istinad edilməklə müraciət olunduğuna, habelə Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin HK-**/** nömrəli, ## ###### 2025-ci il tarixli qərarında əvvəllər mülki məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmiş səs yazısına istinad edildiyinə dair göstərdiyi dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarına nəzər salınarkən ərizəçilər tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ## ##### 2026-cı il tarixdə müraciət edildiyini əks etdirən ərizənin olduğu müəyyən edilmişdir. Lakin iş materiallarında həmin müraciətin olunması, olunduğu təqdirdə icraata qəbul olunması, Plenum tərəfindən baxışa götürülməsi və ya hər hansı prosessual qərarın qəbul edilməsi barədə məlumat mövcud deyildir. Belə olan halda təkcə müraciətin verilməsini əks etdirən ərizənin olması faktı özlüyündə qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə aktının icrasının təxirə salınması üçün əsas hesab edilə bilməz.

41. Məhkəmə kollegiyası vurğulayır ki, qanunvericilikdə məhkəmə aktına yenidən baxılması haqqında müraciətin verilməsi ilə həmin aktın icrası arasında avtomatik hüquqi nəticə nəzərdə tutulmamışdır. Əks yanaşma qəbul edildiyi təqdirdə, məhkəmə aktlarından narazı qalan hər bir şəxs müxtəlif prosessual vasitələrdən istifadə etməklə onların icrasını qeyrimüəyyən müddətə yubada bilər ki, bu da məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi ilə uzlaşmaz.

42. NMR Daxili Işlər Nazirliyinin HK-**/** nömrəli, ## ###### 2025-ci il tarixli qərarında müəyyən səs yazısına istinad edilməsinə gəldikdə isə, kollegiya hesab edir ki, həmin hal da özlüyündə möhlət verilməsi məsələsinin həlli üçün həlledici əhəmiyyət kəsb etmir. Çünki həmin sənədin yeni açılmış hal hesab olunub-olunmaması, onun məhkəmə qətnaməsinin qanuniliyinə və əsaslılığına təsir göstərib-göstərməməsi məsələləri yalnız qanunla müəyyən edilmiş xüsusi icraat qaydasında araşdırıla və qiymətləndirilə bilər. Hazırkı icraatın predmeti isə yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması deyil, yalnız qətnamənin icrasına möhlət verilməsi üçün əsasların mövcud olub-olmamasının müəyyən edilməsidir.

43. Beləliklə, kollegiya hesab edir ki, ərizəçilərin Ali Məhkəmənin Plenumuna müraciət etmələri və müəyyən sübutun sonradan başqa dövlət orqanı tərəfindən qiymətləndirilməsi halları konkret iş üzrə qətnamənin icrasına möhlət verilməsi üçün kifayət edən obyektiv və müstəsna əsaslar yaratmır. Buna görə də şikayətin bu hissədəki dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab edilə bilməz.

44. Son olaraq məhkəmə kollegiyası şikayətin birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması və tələbkarın mövqeyinə üstünlük verilməsi ilə bağlı dəlillərini də əsassız hesab edir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə isə məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar və izahatlar əsasında baxır, tərəflərin prosessual hüquqlarının həyata keçirilməsi üçün bərabər imkanlar yaradır.

46. Iş materiallarından görünür ki, qətnamənin icrasına möhlət verilməsi barədə ərizəyə baxılarkən həm ərizəçilərin, həm də tələbkarın mövqeyi məhkəməyə təqdim edilmiş, tərəflərin izahat vermək, etirazlarını bildirmək və dəlillərini təqdim etmək imkanları təmin olunmuşdur. Şikayətçilər tərəfindən irəli sürülmüş arqumentlər məhkəmə tərəfindən qəbul edilməmiş olsa da, bu hal özlüyündə çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

47. Kollegiya qeyd edir ki, çəkişmə prinsipi tərəflərin irəli sürdüyü hər bir arqumentin məhkəmə tərəfindən qəbul edilməsini deyil, həmin arqumentlərin dinlənilməsi, araşdırılması və onlara hüquqi qiymət verilməsi imkanının təmin edilməsini nəzərdə tutur. Məhkəmənin tərəflərdən birinin mövqeyi ilə razılaşması digər tərəfin dinlənilməməsi və ya hüquqlarının məhdudlaşdırılması anlamına gəlmir.

48. Kollegiya həmçinin nəzərə alır ki, şikayətçilər qərardad qəbul edilərkən onların hər hansı prosessual hüquqlarının məhdudlaşdırıldığını, sübut təqdim etmək imkanından məhrum edildiklərini, izahatlarının qəbul edilmədiyini və ya məhkəmə iclasında iştirak hüquqlarının pozulduğunu təsdiq edən hər hansı hal və ya sübut təqdim etməmişlər. Şikayətdə göstərilən arqumentlər mahiyyət etibarilə məhkəmənin gəldiyi nəticə ilə razılaşmamaqdan ibarətdir ki, bu hal təkbaşına çəkişmə prinsipinin pozulmasını təsdiq etmir.

14. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar