Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(3-10)-17/2026 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 Balakən rayon İcra və Probasiya Şöbəsinin 11 dekabr 2025-ci il tarixli “Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” qərarından verdiyi şikayətin təmin edilməsi barədə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(019)-174/2025 nömrəli qərardadından Borclu tərəfindən verilən şikayətə dair iş üzrə (Açar sözlər: İcra sənədinin qaytarılması haqqında qərarın ləğvi, qüvvə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X17 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X22 oğlunun katibliyi ilə, X1 Balakən rayon İcra və Probasiya Şöbəsinin 11 dekabr 2025-ci il tarixli “Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” qərarından verdiyi şikayətin təmin edilməsi barədə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(019)-174/2025 nömrəli qərardadından Borclu tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat X2 məhkəməyə müraciət edərək Balakən Rayon İcra və Probasiya Şöbəsinin "Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə"11 dekabr 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 16 aprel 2025ci il tarixli e-2(019)-54/2025 nömrəli qətnaməsi ilə iddiaçı X9 cavabdeh Borclu qarşı "torpaq sahəsindən çıxarılma" barədə iddia tələbi qismən təmin edilərək, qət olunmuşdur ki: "İddia qismən təmin edilsin; cavabdeh Borclu Balakən Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə X9, X3, X7 və X12 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Qazma kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılsın; iddia tələbi qalan hissədə təmin edilməsin; ödənmiş 100 manat dövlət rüsumunun 28 manatı cavabdeh Borclu almaraq iddiaçı X13 verilsin, qalan 72 manatı iddiaçı X9 özünə aid edilsin.-100 manat ekspertiza xərcinin 28 manatı cavabdeh Borclu, 72 manatı iddiaçı X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin” Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2(107)- 725/2025 iş nömrəli qətnaməsi ilə Borclu apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e2(019)-54/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e2(019)-54/2025 nömrəli qətnaməsi icra olunması üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu torpaq sahəsinin 0.2681 ha hissəsindən çıxarılmış, 0.0912 ha hissəsindən isə çıxarılmamışdır. Balakən Rayon İcra və Probasiya Şöbəsinin 11 dekabr 2025-ci il tarixli "Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə" qərarı ilə icra sənədi Balakən Rayon Məhkəməsinə geri qaytarılmışdır.Qərar belə əsaslandırılmışdır ki, torpaq sahəsinin 0.0912 ha hissəsində 1 mərtəbəli, kürsülü daş divarla hörülmüş tikilinin olması və həmin tikilidə Borclu uşaqları xx.xx.2009-cu il tarixdə anadan olmuş X10 və xx.xx.2010-cu ildə anadan olmuş X11 yaşaması müəyyən olunmuşdur. Bu səbəbdən icra sənədinin icrası tam mümkün olmamışdır. Göründüyü kimi, Balakən Rayon İcra və Probasiya Şöbəsi əsassız və qanunsuz olaraq Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)- 54/2025 nömrəli qətnaməsi icrası mümkün olmaması əsası ilə "İcra haqqında" Azərbaycan Respublikasmm Qanununun 23.1-ci maddəsinə əsasən geri qaytarılmışdır Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(019)-174/2025 nömrəli qərardadı ilə X1 şikayəti təmin edilmiş, Balakən rayon İcra və Probasiya Şöbəsinin "Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə" 11 dekabr 2025-ci il tarixli qərarı ləğv edilmiş, Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(019)-54/2025 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(019)-174/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli Qərarına, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1, 23.1.1, 23.1.2, 23.1.3, 23.1.4, 23.1.5, 70.1, 70.3, 82.1, 82.3-cü maddələrinə, Mülki Məcəllənin 135.4, 135.10, 180.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi 8(019)-174/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadını əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçı X18 cavabdeh Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Borclu və X7 Balakən rayonu Qazma kəndində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iddianı qismən təmin edərək 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha sahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən çıxarılmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Balakən Rayon Məhkəməsi 16 aprel 2025-ci il tarixli, e-2(019)-54/2025 nömrəli qətnaməsini onunla əsaslandırmışdır ki, JN 570 KOD40103018 olan torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mübahisələndirilən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı X9 və onun ailə üzvlərinin mülkiyyətində olmasını, cavabdeh Borclu həmin torpaq sahəsinin Dövlət aktının 570B cizgisində qeyd edilən 0.75 hasahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən heç bir hüququ olmadan qanunsuz olaraq istifadə etməsini, nəticədə torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqlarının pozulmasını, eyni zamanda cavabdeh Borclu 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bütünlüklə deyil, torpaq sahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən istifadə etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Borclu iddiaçı X9 və ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilməlidir ki, e-2(019)-54/2025 nömrəli mülki işə məhkəmədə baxılarkən həm iddiaçı, həm də cavabdeh torpaq sahəsinin 0.0912 ha hissəsində 2015-ci ildə X14 və Borclu fərdi yaşayış evi inşa edərək övladları ilə birlikdə orada yaşayırlar. İddiaçı tərəf də məhkəmə iclasında həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa edildiyini və cavabdehin iki övladı ilə birlikdə hazırda orada yaşadığını etiraf etmişdir. İddiaçı tərəf 0.0912 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdeh və onun övladlarının çıxarılmasını mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi də həmin torpaq sahəsində torpaq mülkiyyətçilərindən olan X7 Borclu ilə birgə nikah dövründə inşa etdikləri tikilinin olmasına və həmin tikiliyə Borclu hər hansı hüququnun olub-olmamasına hüquqi qiymət verməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə işə baxan birinci instansiya məhkəməsi məhkəmənin icraatında belə bir tələb olmadığı halda, icra məmurunun qərarından tələbkar tərəfindən verilən şikayət baxarkən qətnaməyə şərh verməklə iddia tələbindən kənara çıxmış və borclunun birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinə əmlak və əşya hüquqlarından məhrum etmişdir. Belə ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə X9, X4, X7 və X12 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qazma kəndi ərazisindən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə onlara JN 570 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. İş üzrə cavabdeh iddiaçıların gəlini olmuşdur. İddiaçının oğlu- X14 2008-ci ildə cavabdeh Borclu ilə rəsmi nikah bağlayaraq evlənmişdirlər. Onların birgə nikahlarından iki uşaqları vardır. 2015-ci ildə onlar mübahisəli torpaq sahəsinin 0.75 ha hissəsində fərdi yaşayış evi tikdirərək köçüb orada yaşamağa başlamışlar və o vaxtdan da evin ətrafında olan 0,09 hektar torpaq sahəsindən istifadə edirlər. 2024-cü ilin mart ayında X21 Nuriyeva arasında narazılıqlar başlamış və o vaxtdan da Şahin evdən çıxaraq həmin evdə yaşamır. O, evdə Borclu iki uşağı ilə yaşayır və evin ətrafında olan 0,09 hektar torpaq sahəsindən istifadə edir. Cavabdeh Borclu digər 0.2681 ha torpaq sahəsindən məhkəmə mübahisəsi başlayandan istifadə etmir. Həmin torpaq sahəsi də evin yerləşdiyi yerdən uzaqda yerləşir. Bundan əlavə 2015-ci ildə iddiaçıların oğlu Şahin Nuriyevlə birgə nikahda olduqları müddətdə tikdikləri evin yerləşdiyi torpaq sahəsi iddiaçılar və onun oğlu Şahin Nuriyevin mülkiyyətində olsa da, həmin tikili Şahin Nuriyev və cavabdeh tərəfindən inşa edilmiş, iddiaçıların üzərində tikilinin inşasından məlumatlı olmuş, tikiliyə razılıq vermiş və uzun illər buna etiraz etməmiş və bunu qəbul etmişlər. Qeyd edilməlidir ki, həmin fərdi yaşayış evinə dövlət orqanları tərəfindən qaz və elektrik sayğacları quraşdırılmaqla enerji ilə təmin edilmişdir. Eyni zamanda cavabdehin iki övladı ilə birlikdə iddiaçının ümumbirgə mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsində yerləşən tikilidən çıxarılması hazırkı vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehin uzun müddət yaşadığı, birgə nikah dövründə inşa etdikləri, yalnız keçmiş əri ilə nikahları pozulduqdan sonra yaşamasına etiraz edilən evə münasibətdə cavabdehin əmlak və əşya hüquqları mövcuddur. Hazırkı vəziyyətdə mübahisə predmeti olan tikili üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehin iki övladı ilə birlikdə həmin tikilidən çıxarılması barədə məhkəmədə belə bir iddia olmadığı halda, hakimin məhkəmə qərardadını işin bu halları ilə əsaslandırması kobud prosessual hüquq normalarının pozuntusudur. Bundan əlavə bildirmək istəyir ki, cavabdeh Borclu məhkəmə qətnaməsində göstərilən torpaq sahələrindən könüllü olaraq çıxmışdır, lakin 0.09 ha torpaq sahəsinin üzrəində yerləşən fərdi yaşayış evindən çıxarılması ilə bağlı icra vərəqəsində belə bir tələb olmadığına görə fərdi yaşayış evindən çıxmamışdır. 11 dekabr 2025-ci il tarixdə icra sənədində göstərilən Balakən rayonu, Qazma kəndində yerləşən torpaq sahəsində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha sahəsinin 0.0912 ha hissəsi və 0.2681 ha hissəsindən çıxarılması Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi Nümayəndə1 tərəfindən təmin edildi. 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən sənəd olmadığına və həmin tikilidən cavabdehin iki övladı ilə birlikdə çıxarılması barədə hər hansı məhkəmə qərarı və icra sənədi olmadığına görə icra məmuru da haqlı olaraq icra sənədini məhkəməyə qaytarmışdır. Buna görə də hesab edir ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin "Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə" 11 dekabr 2025-ci il tarixli qərarı əsaslıdır. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qərardadı qəbul edərkən prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, nəticədə qeyri-obyektiv qərardad qəbul etmişdir. Odur ki, şikayətin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 8(019)-174/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası;
Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda.
Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(019)-174/2025 nömrəli qərardadının tam ləğv edilməsini xahiş edilmişdir. Ona görə də, kollegiya Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(019)- 174/2025 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)-54/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsi icra sənədini icraatına qəbul etdikdən sonra icraata başlamaq haqqında qərar qəbul etməsinə baxmayaraq, ötən müddət ərzində icra sənədinin tam icrasını təmin etməmiş, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Halbuki tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı qəbul etmiş icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini tam həyata keçirtməmiş və məhkəmə qərarı icrasız qalmışdır. Məhkəmə kollegiyası şikayətin 0.0912 ha torpaq sahəsində 2015-ci ildə X14 və Borclu fərdi yaşayış evi inşa edərək övladları ilə birlikdə orada yaşamaları, evin yerləşdiyi torpaq sahəsi iddiaçılar və onun oğlu Şahin Nuriyevin mülkiyyətində olsa da, həmin tikilinin Şahin Nuriyev və cavabdeh tərəfindən inşa edilməsi, iddiaçıların üzərində tikilinin inşasından məlumatlı olmaları, tikiliyə razılıq vermələri və uzun illər buna etiraz etməmələri, bunu qəbul etmələri, həmin fərdi yaşayış evinə dövlət orqanları tərəfindən qaz və elektrik sayğacları quraşdırılmaqla enerji ilə təmin edilməsi, iddiaçı tərəfin 0.0912 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdeh və onun övladlarının çıxarılmasını mübahisələndirməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar 0.0912 ha torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin yerləşmədiyi hissəsindən cavabdehin çıxarılması imkanlarını aradan qaldırmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlandığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(019)- 174/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Qərara aldı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(019)-174/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.