Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(3-10)-26/2026 12.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Borclu 25 noyabr 2025-ci il tarixli “icra sənədinin qaytarılması barədə” qərardadından verilmiş şikayətə dair (Açar sözlər: icra sənədinin qaytarılması, müddət) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, 8(5-132)-17/2026 nömrəli qərardadından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Məhkəməsi tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixli 2(037)-763/2020 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə Borclu rəisi Aqil Məmmədov tərəfindən qəbul edilmiş 25 noyabr 2025-ci il tarixli 201073/2020-45-10 nömrəli qərarın ləğv edilərək yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, 8(5-132)-17/2026 nömrəli qərardadı (hakim: İ.Hüseynov) ilə, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən qəbul edilmiş “icra sənədinin geri qaytarılması” barədə qərar bizə və borcluya rəsmi qaydada təqdim edilməmiş. İcra sənədinin icra vəziyyədi barədə məlumat əldə edilməsi üçün xx.xx.2026-cı il tarixdə İcra Şöbəsində olduğumuz zaman şifahi sorğu zamanı icra sənədinin geri qaytarılması barədə bizə qərar təqdim edilmişdir. İcra Haqqında Azərbaycan Respublikasınınn qanununun 23.7-ci maddəsində də, bildirilir ki, tərəflər həmin qərardan onun surətini aidıqdan sonra 80 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosesual müddət tərəfimizdən ötürülməmişdir. İcra məmurunun icra sənədinin geri qaytarılması haqqında qərarından məlumatımız gec olmuş, çünki icra məmuru həmin qərarla bağlı tərəfləri məlumatlandırmamış və qərarın surətini tərəflərə göndərməmişdir. Qanunda qərarın rəsmi aldığı müddətdən sonra ki, müddət prosesual müddət hesab olunur. Tərəfimizdən müddətin bərpası ilə bağlı vəsatətin verilməsi o halda nəzərdə tutulur ki, əgər tərəflərin ucbatından prosesual müddət buraxılmışdırsa. Odur ki, şikayətin təmin olunmasını xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, 8(5-132)-17/2026 nömrəli qərardadı (hakim: İ.Hüseynov) ilə, şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Daha sonra, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək əlavə sənədlər təqdim edilməsi üçün işə məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizə ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən sübutlar və dəlillər birinci instansiya məhkəməsində təqdim edilməli və araşdırılmalıdır. Apellyasiya instansiya məhkəməsində isə yeni sübutlar və dəlillər yalnız o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırk işdən isə görünür ki, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nə birinci instansiya məhkəməsində nədəki qərardaddan verdiyi şikayətə hər hansı sənəd və ya sübut əlavə etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işə məhkəmə iclasında baxılması üçün heç bir əsas yoxdur. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hazırki işdən görünür ki, Borclu 25 noyabr 2025-ci il tarixli qərarı ilə, icra sənədi İsmayıllı Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qərardan narazı qalan tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi şikyət ərizəsini geri qaytaran zaman əsaslandırması ondan ibarət olmuşdur ki, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə qəbul etdiyi qərardan qanunla müəyyən edilmiş müddəti ötürərək şikayət vermiş, şikayətinə ötürülmüş müddətin üzrlü səbəbdən buraxılmasına dair vəsatəti əlavə etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə;https://e-qanun.az/framework/1406 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.2-ci maddəsinə görə, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə görə, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsində isə qeyd edilmişdir ki, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Kollegiyası daha sonra qeyd edir ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (Mülki Prosessual Məcəllə 128). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (Mülki Prosessual Məcəllə 129.3, 130.1, 130.3). Hazırki işdən isə görünür ki, Borclu xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın həmin tarixdə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və məhkəməyə göndərilməsi barədə məktubu iş materiallarında olsada, həmin qərarın tələbkara göndərilməsini və qərarın surətinin almasını sübut edən heç bir sənəd işə əlavə edilməmişdir. Apellyatorda öz növbəsində şikayətində qərarın rəsmi qaydada onlara təqdim edilmədiyini, ancaq icra sənədinin icra vəziyyəti barədə məlumat əldə edilməsi üçün xx.xx.2026-cı il tarixdə İcra şöbəsində olduqları zaman icra sənədinin geri qaytarılmasından məlumatlı olduğunu bildirmişdir. Kollegiya hesab edir ki, Borclu xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın tələbkara hansı tarixdə rəsmi qaydada göndərilməsi və hansı tarixdə tələbkarın həmin qərarı almasına dair sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, tələbkar qanunvericiliyə əsasən qərarı aldığı gündən 30 gün müddətində şikayət verə bilərdi. Lakin iş materiallarında qərarın alınması barədə sənəd olmadığından, müddətin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün deyildir. Həmçinin iş materiallarından müəyyən olunur ki, şikayəti imzalayan şəxs Nümayəndə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində icraçı vəzifəsində çalışır və etibarnamə mövcuddur. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində yenidən baxılan zaman, məhkəmə icra işini əldə edərək şikayət ərizəsinin icraata qəbul edilməsi məsələsi həmin icra işi ilə birlikdə öyrənməli və icra orqanı tərəfindən qərarın surətinin tərəflərə rəsmi qaydada göndərilib-göndərilməməsi müəyyən edilməlidir. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ bəndlərinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Həmin qərarda daha sonra qeyd edilmişdir ki, “.....bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X2 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaqkimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir”. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında vurğulanmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar). Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Həmin Qərarda daha sonra qeyd edilmişdir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir.” Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, şikayət qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, 8(5-132)-17/2026 nömrəli qərardadı tam, həmin Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, 8(5-132)-17/2026 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilərək, şikayət ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, 8(5-132)-17/2026 nömrəli qərardadı tam, həmin Məhkəməsinin 16 fevral 2026-cı il tarixli, 8(5-132)-17/2026 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsinə dair şikayət ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-26/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-26/2026
12.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver