Məhkəmə qərarları › İş №8(3-10)-33/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-33/2026

11.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(3-10)-33/2026 11.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Borclu rəisi X2 Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli e-2(037)-1353/2022 nömrəli icra sənədinin qaytarılması haqqında 14 dekabr 2025-ci il tarixli e309166/2022-45- 10 nömrəli qərarından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətinə dair iş üzrə (Açar sözlər: İcra sənədinin qaytarılması barədə qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli 8(5-132)-25/2026 nömrəli qərardadından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayətə, Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə müraciət edərək İsmayıllı rayon Məhkəməsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli e-2(037)- 1353/2022 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə Borclu rəisi Aqil Məmmədov tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli e309166/2022-45-10 nömrəli qərarın ləğv edilərək yenidən icraya yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli 8(5-132)-25/2026 nömrəli qərardadı ilə Borclu 14 dekabr 2025-ci il tarixli e309166/2022- 45-10 nömrəli “icra sənədinin qaytarılması haqqında” qərarından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli 8(5-132)-25/2026 nömrəli qərardadı ilə, tələbkar "xxxx" Məhdud Məsuliyyətlinin nümayəndəsinin verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.7, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2, 130.1, 130.3, 133.1, 133.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən qəbul edilmiş “icra sənədinin geri qaytarılması” barədə qərar onlara və borcluya rəsmi qaydada təqdim edilməmiş, icra sənədinin icra vəziyyəti barədə məlumat əldə edilməsi üçün xx.xx.2026-cı il tarixdə icra Şöbəsində olduqları zaman şifahi sorğu zamanı icra sənədinin geri qaytarılması barədə onlara qərar təqdim edilmişdir. Şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosesual müddət tərəflərindən ötürülməmişdir. İcra məmurunun icra sənədinin geri qaytarılması haqqında qərarından məlumatları gec olmuş, çünki icra məmuru həmin qərarla bağlı tərəfləri məlumatlandırmamış və qərarın surətini tərəflərə göndərməmişdir. Qanunda qərarın rəsmi aldığı müddətdən sonrakı müddət prosesual müddət hesab olunur. Tərəflərindən müddətin bərpası ilə bağlı vəsatətin verilməsi o halda nəzərdə tutulur ki, əgər tərəflərin ucbatından prosesual müddət buraxılmışdırsa. Görünür ki, məhkəmə işi tam araşdırmamış və ədalətsiz qərar qəbul etmişdir. Odur ki, İsmayıllı rayon Məhkəməsinin 8(5-132)-25/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilməsi, Borclu xx.xx.2025-ci il tarixli e309166/2022- 45-10 nömrəli qərarın ləğv edilərək yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b)Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası; Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarı: Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Homşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarı: Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli 8(5-132)-25/2026 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını zəruri hesab edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması ilə bağlı qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasına dair qərardadın məzmununda şikayəti tələbkarın nümayəndəsi imzalasa da, onun bu səlahiyyətini təsdiq edən sənədin şikayətə əlavə edilmədiyini qeyd etməklə yanaşı, ərizənin geri qaytarılmasına dair gəldiyi nəticəni tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə qəbul etdiyi qərardan otuz gün keçdikdən sonra qanunla müəyyən edilmiş müddəti ötürərək şikayət verməsi, şikayətinə ötürülmüş müddətin üzrlü səbəbdən buraxılmasına dair vəsatəti əlavə etməməsi ilə əsaslandırmışdır. İcra sənədinin geri qaytarılmasına dair icra məmurunun xx.xx.2025-ci il tarixli qərarından şikayət ərizəsinə onu imzalayan şəxsin tələbkarın nümayəndəsi olmasına dair sənədlərin (etibarnamə, əsas iş yerinin həmin təşkilat olmasına dair sənəd) əlavə edilməməsi diqqətə alınaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şikayətə tələbkarın nümayəndəsinin onu imzalama səlahiyyətini təsdiq edən sənədin əlavə edilməməsinə dair apardığı əsaslandırma ilə razılaşsa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə qəbul etdiyi qərardan otuz gün keçdikdən sonra qanunla müəyyən edilmiş müddəti ötürərək şikayət verməsi, şikayətinə ötürülmüş müddətin üzrlü səbəbdən buraxılmasına dair vəsatəti əlavə etməməsinə dair apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən həmin nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin tələbindən də göründüyü kimi icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə icra məmuru tərəfindən qəbul edilmiş qərardan tərəflərin həmin qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət vermək hüquqları vardır. Lakin iş materiallarında İsmayıllı rayon Məhkəməsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli e-2(037)-1353/2022 nömrəli icra sənədinin məhkəməyə qaytarılması barədə Borclu rəisi Aqil Məmmədov tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli e309166/2022-45-10 nömrəli qərarın tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilməsinə dair heç bir sənəd mövcud deyildir. İş materiallarından müəyyən edildiyi kimi icra məmurunun icra sənədinin məhkəməyə qaytarılması barədə 14 dekabr 2025-ci il tarixli e309166/2022-45-10 nömrəli qərarının tələbkara təqdim edilməsinə dair heç bir sübutun olmadığı halda, birinci instansiya məhkəməsi tələbkarın həmin qərardan şikayət vermə müddətini ötürməsi nəticəsinə gəlməkdə yanlışlığa yol vermişdir. Şərh edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli 8(5-132)-25/2026 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli 8(5-132)-25/2026 nömrəli qərardadı ləğv edilməli, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu rəisi Aqil Məmmədov tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli e309166/2022-45-10 nömrəli qərarının ləğv edilərək yenidən icraya yönəldilməsinə dair ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş İsmayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi (tələbkar) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli 8(5-132)-25/2026 nömrəli qərardadı ləğv edilsin. Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu rəisi Aqil Məmmədov tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli e309166/2022-45-10 nömrəli qərarının ləğv edilərək yenidən icraya yönəldilməsinə dair ərizəsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar