Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-48/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin “icraata xitam verilməsi” haqqında qərarından tələbkar Ərizəni verən şəxs şikayət ərizəsi üzrə (Açar sözlər: icra sənədinin yenidən icraya yönəldilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X4 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi” haqqında ##.##.2025-ci il tarixli qərarından tələbkar Ərizəni verən şəxs şikayəti üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Tələbkar Ərizəni verən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, icra məmuru Orxan Babayev tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qəra r qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Ərizəni verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin *(***)-***/**** saylı icra sənədi ilə əlaqədar İcra məmuru Orxan Babayevin icraata xitam verilmə qərarını ##.##.2025-ci il tarixdə məktubun əsasına imza etməklə əldə etmişdir. Mingəçevir şəhər Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsinə əsasən Mingəçevir şəhəri, Malik Abdullayev küçəsi, * saylı ünvanda yerləşən fərdi yaşayış evi Ərizəni verən şəxs 2/4 hissə, Borclu 1/4 hissə, X1 1/4 hissə payına mütənasib olaraq Məhkəmə Ekspert Xidmətləri MMC-nin ##.##.2025-ci il tarixli, **-**/** nömrəli ekspert rəyindəki plan-sxem nəzərə alınmaqla naturada bölüşdürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Qətnamədə göstərilən əsaslarla naturada bölgü aparılması göstərilsə də faktiki olaraq bölgü səhv aparılmışdır. Bununla bağlı icra məmuruna öz iradını bildirdikdə artıq işi xitam etməsini bildirdi. Bu səbəbdən də qərardan şikayət vermək məcburiyyətində qalmışdır. O, iş üzrə araşdırma aparaq Məhkəmə Ekspert Xidmətləri MMC-nin eksperti Xəyyam İsgəndərovla əlaqə saxladıqda ona bölgünün aparılmasında səhvə yol verilməsi və bölgünün ekspertiza rəyində göstərilmiş sxemə uyğun olmamasını bildirdi. Yenidən icra tədbirinin aparılmasında isə birbaşa özünün iştirakının olmasını və dəqiq kordinatlar görtərilməklə xüsusi biliyə malik olan ekspertin iştirakının təmin olunmasını xahiş etdi. Bu səbəbdən də mənim hüquqlarının faktiki olaraq çox pozulması qənaətindədir. Odur ki, sözü gedən icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilmiş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə Mingəçevir şəhəri, Malik Abdullayev küçəsi, * saylı ünvanda yerləşən fərdi yaşayış evi (torpaq sahəsi, yaşayış evi) Ərizəni verən şəxs 2/4 (1/2) hissə, Borclu ¼ hissə, X1 1/4 hissə payına mütənasib olaraq xxxx MMC-nin ##.##.2025-ci il tarixli, 07- **/** nömrəli ekspert rəyindəki plan-sxem nəzərə alınmaqla naturada bölüşdürülməsi hissəsində icraatın təzələnməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırki vəziyyətdə icra sənədində qeyd olunan tələbin tam icra edilməsinə və bu barədə tərtib edilmiş aktın doğruluğu tərəflərin öz imzaları ilə təsdiq edilməsinə baxmayaraq, şikayətçi Ərizəni verən şəxs ekspert tərəfindən qətnamə ilə müəyyən edilmiş ##.##.2025-ci il tarixli, **-**/** nömrəli ekspert rəyinə əsasən verilən plansxemə uyğun ölçü işləri aparılmadığından narazı qalmışdır. Halbuki, qanunun tələbindən də göründüyü kimi icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir (AR İH Q maddə 20.1.5). Hazırkı halda isə tərəf icranın nəticəsindən narazıdır və belə olan halda icra sənədində qeyd olunan tələb tam icra olunmuş sayıla bilməz. Həmin qərardaddan narazı qalan borclu Borclu şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025ci il tarixli 8(051)-484/2025 sаylı qərardadı ilə tələbkar Ərizəni verən şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)***/**** saylı icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında ##.##.2025-ci il tarixli qərarından verilmiş şikayəti təmin edilmişdir. Sonra tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)***/**** saylı qərardadından Mingəçevir Şəhər Məhkəməsinə etdiyim şikayət təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə ləğv olunmuş və işə baxılması ## ###### 2026-cı il tarixinə saat 12.00-a təyin edilmişdir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət edə bilmək hüququnun olduğu izah edilmişdir. ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardad ## ###### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirilmiş və həmin gün elektron kabinetdən qərardadı əldə etdikdən sonra ## ###### 2026-cı il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət etmişəm. Məhkəmədən, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli 8(051)- ***/**** saylı qərardadının qismən ləğv edilməsini ( “ işə baxılması ##.##.2026-cı il tarixə saat 12..00-a təyin edilsin” hissəsinin) xahiş etmişəm. Şikayətim icraata qəbul olunmuş və elektron kabinetdə 8(051)- ***/**** nömrəli iş üzrə ##.##.2026 tarixli Qəardadının çıxarıldığı göstərilsədə, şikayətin nəticəsi barədə məlumat verilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qəradadı ilə tələbkar Ərizəni verən şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında ##.##.2025-ci il tarixli qərarından verilmiş şikayəti təmin edilmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadını ## ###### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirildiyi gün əldə etmişəm. Hesab edirəm ki, Mingəçevir şəhər məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)***/**** saylı qərardadı prosessual hüquq normasının tələblərinin pozulması ilə qəbul olunduğuna görə ləğv edilməlidir. Belə ki, Mingəçevir şəhər məhkəməsi ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadında müəyyən edərək göstərmişdir ki, “Hazırki vəziyyətdə icra sənədində qeyd olunan tələbin tam icra edilməsinə və bu barədə aktın doğruluğu tərəflərin öz imzaları ilə təsdiq edilməsinə baxmayaraq, şikayətçi Ərizəni verən şəxs ekspert tərəfindən qətnamə ilə müəyyən edilmiş ##.##.2025-ci il tarixli **-**/** nömrəli ekspert rəyinə əsasən verilən plansxemə uyğun ölçü işləri aparılmadığından narazı qalmışdır. Halbuki, qanunun tələbindən də göründüyü icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir (AR İH Q maddə 20.1.5). Hazırki halda isə tərəf icranın nəticəsindən narazıdır və belə olan halda icra sənədində qeyd olunan tələb tam icra olunmuş sayıla bilməz”. Bildirmək istəyir ki, prosessual qanunvericiliyin tələbinə görə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə hansı mötəbər sübut əsasında müəyyən etmişdir ki, bölgünün aparılmasında səhvə yol verilmişdir? Bölgünün eksperiza rəyində göstərilmiş plansxemə uyğun olmamasını necə və ya konkret olaraq hansı sənədə əsasən müəyyən etmişdir? Təəssüflər olsun ki, Mingəçevir şəhər məhkəməsinin hakimi tələbkarın məhkəmə iclasında veriyi şifahi izahatı mötəbər sübut kimi qəbul etmiş, tərəfindən işə əlavə olunmuş ## ###### 2025-ci il tarixli akta hüquqi qiymət verməmişdir. ## ###### 2025-ci il tarixdə ünvan 2 7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Prosessual hüquq norması Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) 1 Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 9.3-cü maddə, 14.2-ci maddə, 77.1-ci maddə, 88-ci maddə. İşin obyektiv və tam araşdırılmaması, tələbin mötəbər sübutlarla sübut edilməməsi. 8. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər saylı ünvanda olan, 0,3803 ha torpaq sahəsi “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **-**/** nömrəli ekspert rəyi əsasında “xxxx” MMC-nin mütəxəsisi Yaqub İsgəndərov və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-nin eksperti Hüseynov Azər tərəfindən xüsusi texniki vasitələrdən istifadə edilməklə naturada (tərəflərin paylarına mütanasib) bölüşdürülmüşdür. Mingəçevir şəhər məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı icra vərəqəsinin icrasının yekunu barədə icra məmurunun, ərazi üzrə sahə müvəkkilinin, polis əməkdaşının, tələbkarın, mənim, ekspert və mütəxəssisin iştirakı ilə ##.##.2025-ci il tarixli akt tərtib olunmuş və tərəfimizdən imzalanmışdır. Göründüyü kimi, icra məmuru icra işinin yekunu barədə akt tərtib etmiş, aktda icra sənədində nəzərdə tutulmuş tələblər tam həcmdə yerinə yetirildiyini göstərmiş, tələbkar aktı imzalamış, aktda və ya ayrıca sənəddə heç bir etiraz və ya narazılıq qeydi yoxdur və bundan sonra icra məmuru tərəfindən icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Bir daha diqqətə çatdırmaq istəyir ki, tələbkarın aktı imzalayarkən etiraz etmək imkanı olmuş amma istifadə etməmiş və icra başa çatmışdır. Rəsmi icra aktı və onun əsasında qəbul edilmiş xitam qərarı hüquqi nəticələr doğurmuş, hüquqi sabitlik yaranmışdır. Sonradan tələbkarın mövqeyinin dəyişməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Bildirmək istəyir ki, Mingəçevir şəhər məhkəməsinin hakimi yalnız tələbkarın “narazıyam” mövqeyinə əsaslanmış, icra aktına və onun hüquqi nəticələrinə ümumiyyətlə hüquqi qiymət verməmiş, tələbkarın aktı imzalamasına, etiraz etməməsinə, xitam qərarının hüquqi əsaslarını təhlil etməmişdir. Hesab edir ki, bu, birbaşa prosessual pozuntudur. Məhkəmə subyektiv narazılığı yox, obyektiv sübutları qiymətləndirməlidir. İicra məmuru tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli qərar (AR İH Q maddə 20.1.5) həmin qurumun rəhbəri tərəfindən yoxlanılmış və təsdiq olunmuşdur (AR İH Q maddə 20.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsində yazılır ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi, Mingəçevir şəhər məhkəməsinin hakimi onların dəlillərinə və faktlarına biganə yanaşmış, işə sübut kimi əlavə olunmuş ##.##.2025-ci il tarixli akta hüquqi qiymət verməmiş və mənim maraqlarımın pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Daha sonra nəzərinizə çatdırmaq istəyirəm ki, Mingəçevir şəhər məhkəməsi qərardadın “QƏRARA ALDI” hissəsində yazır ki, “Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 467/2025-ci il saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə Mingəçevir şəhəri, Malik Abdullayev küçəsi, * saylı ünvanda yerləşən fərdi yaşayış evi (torpaq sahəsi, yaşayış evi) Ərizəni verən şəxs 2/4(1/2) hissə, Borclu ¼ hissə, X1 ¼ hissə payına mütanasib olaraq Məhkəmə Ekspertiza Xidmətləri MMC-nin ##.##.2025-ci il tarixli, ****/** nömrəli ekspert rəyindəki plan-sxem nəzərə alınmaqla naturada bölüşdürülməsi hissəsində icraat təzələnsin”. Bildirmək istəyirəm ki, Mingəçevir şəhər, Malik Abdullayev küçəsi, * saylı ünvanda yerləşən fərdi ev tam mülkiyyət hüququ ilə mən, Borclu məxsusdur( qeydiyyat tarixi ##.##.2021, qeydiyyat nömrəsi 2021004664).“xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, 07- **/** nömrəli ekspert rəyi ünvan 3 ünvanında yerləşən fərdi evin bölgüsü barədə deyildir. Rəydə həmin ünvanda yerləşən 0,3803 ha torpaq sahəsinin bölüşdürülməsinin mümkün olduğu və torpaq sahəsinin bölünməsi zamanı tərəflərin hər birinə payına uyğun istifadəsinə düşən sahənin ölçülərinin plan sxemdə göstərildiyi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə şikayətin sübuetmə yükü tələbkarın üzərinə düşür. Tələbkar isə öz etirazının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Göründüyü kimi Mingəçevir şəhər məhkəməsi obyektiv araşdırma aparmamış və nəticədə mənim qanunla qorunan hüququmun pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-ci maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-ci maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə kollegiyası Qanunun yuxarıda sadalanan normalarını iş materialları ilə əlaqəli şəkildə şərh edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və şikayətlə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(051)- ***/**** saylı qətnaməsindən görünür ki, Mingəçevir şəhəri, Malik Abdullayev küçəsi, * saylı ünvanda yerləşən fərdi yaşayış evi (torpaq sahəsi, yaşayış evi) Ərizəni verən şəxs 2/4 (1/2) hissə, Borclu ¼ hissə, X1 1/4 hissə payına mütənasib olaraq xxxx MMC-nin ##.##.2025-ci il tarixli, **-**/** nömrəli ekspert rəyindəki plan-sxem nəzərə alınmaqla naturada bölüşdürülməsi qət edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, hazırda naturada bölgü zamanı ekspert rəyinə əsasən verilən plan-sxemə uyğun ölçülər aparılmadığını təxmini müəyyən etmişdir. Lakin o, mütəxəssis olmadığı üçün bu nöqsanı tam olaraq müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tələbkar Ərizəni verən şəxs ekspert tərəfindən qətnamə ilə müəyyən edilmiş ##.##.2025-ci il tarixli, **-**/** nömrəli ekspert rəyinə əsasən verilən plan-sxemə uyğun ölçü işləri aparılmadığından narazı qalmışdır. İcra məmuru isə izahatında naturada bölgü zamanı ekspert rəyinə əsasən verilən plan-sxemə uyğun ölçülər aparılmadığını təxmini müəyyən etdiyini qeyd etmişdir. belə olan halda icra sənədində qeyd olunan tələb tam icra olunmuş sayıla bilməz. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır, şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-48/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-48/2026
30.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver