Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-54/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Balakən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 icraata xitam verilməsi haqqında ##.##.2021-cı il tarixli qərarının ləğv edilməsini və Balakən Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2012-ci il tarixli icra sənədinin (qətnaməsi) yenidən icraya yönəldilməsinə dair (Açar sözlər: şikayət geri qaytarılıb, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Tələbkar Ərizəni verən şəxs ASC-nin (Ləğv prosesindədir) Balakən rayon icra və Probasiya şöbəsinin icra məmuru X2 icraata xitam verilməsi haqqında ##.##.2021-ci il tarixli qərarından şikayətin geri qaytarılması barədə Balakən Rayon Məhkməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs ASC-nin (Ləğv prosesindədir) Ləğvetmə Komissiyasının sədri X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəni verən şəxs ASC-nin (Ləğv prosesindədir) Ləğvetmə Komissiyasının sədri Oqtay Şeydabəyov ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2012-ci il tarixli icra sənədi üzrə, Balakən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 icraata xitam verilməsi haqqında ##.##.2021-cı il tarixli qərarının ləğv edilməsini və Balakən Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2012-ci il tarixli icra sənədinin (qətnaməsi) yenidən icraya yönəldilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən tələbkar Ərizəni verən şəxs ASC (Ləğv prosesindədir)-nin Balakən rayon icra və Probasiya şöbəsinin icra məmuru X2 icraata xitam verilməsi haqqında ##.##.2021-ci il tarixli qərarından şikayəti geri qaytarılmışdır. Tələbkar Ərizəni verən şəxs ASC (Ləğv prosesindədir) şikayət ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini və Balakən Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2012-ci il tarixli icra sənədinin (qətnaməsi) yenidən icraya yönəldilməsini xahiş etmişdir. Balakən Rayon Məhkməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, ərizə imzalanmamışdır. Bundan başqa ərizədə mübahisə olunan qərarın ##.##.2026-ci il tarixdə təqdim edildiyi qeyd edilmiş, lakin bunu təsdiq edən sübut ərizəyə əlavə edilməmişdir. Beləliklə, şikayət Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələbkar Ərizəni verən şəxs ASC (Ləğv prosesindədir)-nin şikayəti geri qaytarılmalı və nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Balakən Rayon Məhkməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Tələbkar Ərizəni verən şəxs ASC-nin (Ləğv prosesindədir) Ləğvetmə Komissiyasının sədri X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-54/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-54/2026
19.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver