Məhkəmə qərarları › İş №8(3-10)-60/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-60/2026

02.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-60/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Borclu alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə ərizəsi üzrə (Açar sözlər: ərizənin rədd edilməsi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Borclu Borclu alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə ərizəsinə dair Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsinin aliment tutulmasının icra üsul və qaydasının dəyişdirilməsinə, ərizəçi Borclu tutulan alimentin, yəni 411 manat məbləğin 50 faizinin uşaq X1 üçün Tələbkar, 50 faizinin isə yetkinlik yaşına çatmayan uşaq X1 adına açılmış bank hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən borclu Borclu Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən tutulan alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə ərizəsi rədd edilmişdir. Borclu Borclu Balakən Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-ci il tarixli qərardadından məhkəməyə şikayət verərək, Balakən rayon Məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsinə və ərizəsinin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli Qərarının 8.9- cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Borclu Borclu hazırda tutulan alimentin, yəni 411 manat məbləğin 50 faizinin uşaq X1 üçün Tələbkar, 50 faizinin isə yetkinlik yaşına çatmayan uşaq X1 adına açılmış bank hesabına köçürülməsi barədə ərizə ilə müraciət etmişdir. O, ərizəni alimentin oğlu X1 xərcləri üçün yox, Tələbkar tərəfindən özünün şəxsi xərcləri üçün də istifadə olunması ilə əsaslandırmışdır. Hazırki müraciət alimentin uşağa deyil, tələbkarın şəxsi xərclərinə sərf olunması əsası ilə edildiyi üçün mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü borclu tərəfin üzərinə düşür. Lakin borclu alimentin uşağa deyil, tələbkarın şəxsi xərclərinə sərf olunmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin borclu alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmamışdır. Bundan başqa borclu ərizədə hər ay 411 manat aliment ödədiyini bildirsə də, məhkəməyə təqdim etdiyi arayışa əsasən 2025-ci il noyabr ayı üzrə 368.83 manat, dekabr ayı üzrə 411.48 manat, 2026-cı il yanvar ayı üzrə aylıq əmək haqqının 317,65 manatı, yanvar ayı üzrə (BPM) - 311,92 manatı, fevral ayı üzrə 398,68 manat, mart ayı üzrə aylıq əmək haqqının - 350,09 manatı, mart ayı üzrə məzuniyyətin - 134,99 manat aliment tutulmuşdur. Göründüyü kimi borcludan hər ay müntəzəm olaraq 411 manat aliment tutulmamış, tutulan alimentin miqdarı son 5 ayda minimum 368.83 manat olmuş, yalnız dekabr ayında 411.48 manat tutulmuş, yanvar və mart aylarında isə BPM və məzuniyyətlə əlaqədar 311.92 və 134.99 manat əlavə ödənilmişdir. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Hazırda ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Tələbkar Tələbkar ərizəyə etiraz etmiş, uşağın səhhəti, xüsusi qidalar ilə əlaqədar əlavə xərclərinin olduğunu bildirmişdir. Iş materiallarına əlavə edilmiş sənədlərdən də uşağın A08.3 virus mənşəli digər enteritlər diaqnozu ilə əlaqədar müalicə olunduğu təsdiqini tapmış, o cümlədən hazırda uşağa Q67-6 döş qəfəsinin qıfvari deformasiyası diaqnozu qoyulmuş, konservativ müalicə təyin edilmişdir. Göründüyü kimi aliment alan tələbkar tərəfindən alimentin lazımi qaydada icra olunmaması halı müəyyən edilməmişdir. Alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Borclunun nümayəndəsi təxminən 1 ildir ki, onun əmək haqqısının artdığını bildirmişdir. Yəni təxminən 1 ildir ki, aliment artırılmış əmək haqqına uyğun ödənilir. Məhkəmə hesab edir ki, hazırda alimentin 50 faizinin bank hesabına köçürülməsi uşağın əvvəlki təminat səviyyəsinin dəyişməsinə səbəb olacaq. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar