Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-65/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Borclu Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədi üzrə icra məmurunun hərəkət və hərəkətsizliyi barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 hazırki iş üzrə apardığı icra hərəkətlərinin yoxlanılması, icra məmuru tərəfindən verilmiş *****/****-**-*/** nömrəli, ##.##.2026-cü il tarixli inkasso sərəncamının ləğv edilməsi, mülkiyyətində olan HYUNDAI I40 MİNİK, **ET*** dqn-li avtomobilin üzərinə həbs qoyulması ilə bağlı icra məmurunun ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, barəsində seçilmiş “ölkədən çıxışın məhdudlaşdırılması barədə” qərarın ləğv edilməsi və pensiyasından tutulmuş 174 manat məbləğin ona geri qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin ## ##### 2013cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə X3 və Borclu müştərək qaydada kredit müqaviləsi üzrə 1564,46 (bir min beş yüz altmış dörd manat qırx altı qəpik) əsas borc, 1212,45 (bir min iki yuz on iki manat qırx beş qəpik) faiz borcu, 1000 (bir min) manat kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu və 20 manat dövlət rüsumu olmaqla cəmi 3796,91 (üç min yeddi yüz doxsan altı manat doxsan bir qəpik) manat məbləğin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər X3 və Borclu tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, X3 və Borclu müştərək qaydada kredit müqaviləsi üzrə 1564,46 (bir min beş yüz altmış dörd manat qırx altı qəpik) əsas borc, 1212,45 (bir min iki yuz on iki manat qırx beş qəpik) faiz borcu, 100 (bir yüz) manat kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu və 20 manat dövlət rüsumu olmaqla cəmi 2896,91 (iki min səkkiz yüz doxsan altı manat, doxsan bir qəpik) manat məbləğin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin iş üzrə *(***)-***/**** nömrəli, ## #### 2014-cü il tarixli icra vərəqi verilmişdir. Həmin vaxtdan keçən təxminən 12 il ərzində mənə heç bir rəsmi və ya şifahi bildiriş göndərilməmiş, əsas borclu, yəni mənim kredit müqaviləsi üzrə zaminlik etdiyim X3 bir müddət borc məbləğini ödəmiş, daha sonra icra məmuru ona tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edildiyini, bütün hesabların bloklandığını, borc ödənişinin hansı hesaba ödənilməli olduğu barədə mübahisəli vəziyyət yarandığını bildirmiş və X3 ödənişləri dayandırmışdır. Qeyd edir ki, Hikmət qohumluq əlaqəsindən istifadə edərək ondan zamin durmasını istəmiş, o da Hikmətə zamin durmuşdur. 2013-cü ildə xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edildiyi üçün bu kreditin ödənişində problem yaranmışdır. ##.##.2026-cı il tarixdə ona Zərdab rayon İcra və Probasiya şöbəsi tərəfindən SMS bildiriş gəlmiş, o heç bir quruma borclu olmadığını, burada mübahisəli vəziyyətin olduğunu düşünmüş və məsuliyyətli bir vətəndaş kimi Gəncə şəhərində yaşamağına baxmayaraq, elə həmin gün Zərdab rayon İcra və Probasiya şöbəsinə yaxınlaşmışdır. Şöbənin icra məmuru X2 çağırılma səbəbini öyrəndikdən sonra X3 tapmış, onunla vəziyyəti müzakirə etmişdir. Söhbət əsnasında məlum oldu ki, X3 artıq maliyyə vəziyyətini yaxşılaşdırıb, Zərdab şəhərinin mərkəzində, təxminən 40000-50000 manatlıq mayası olan mağaza açmış, vergi ödəyicisi olaraq ticarətlə məşğul olur. Hikmət ona bildirmişdir ki, borcla bağlı heç kəs ona bir söz deməyib və o ən qısa zamanda borcu ödəyəcəyini, borcun ödənilməsi ilə bağlı təmizlik kağızını icra məmuruna təqdim edəcəyini bildirmiş, onun icra məmuru tərəfindən narahat edilməyinə görə özünü günahkar hiss edərək üzrxahlıq etmişdir. O isə öz növbəsində icra məmuruna yaxınlaşaraq bu barədə məlumat vermiş, icra məmuru isə bununla razılaşaraq, məmnunluğunu ifadə etmiş və o hazırda yaşadığı Gəncə şəhərinə geri dönmüşdür. ## ###### 2026-cı il tarixdə ona bankdan pensiya kartının bloklanması SMS bildirişi gəlmiş, ## ###### 2026-cı ildə isə pensiyasından 174 manat pulun tutulduğunu görmüşdür. Bundan sonra yenidən Zərdab rayon İcra və Probasiya şöbəsinə yaxınlaşaraq məsələni aydınlaşdırmış və məlum olmuşdur ki, şöbənin icra məmuru X2 *****/****-**-*/** nömrəli, ##.##.2026-cü il tarixli inkasso sərəncamı vermişdir. Bundan başqa icra məmuru ##.##.2026-cı il tarixdə mülkiyyətində olan HYUNDAI 140 MİNİK, **ET*** dqn-li avtomobilin üzərinə həbs qoyulması ilə bağlı qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar və sərəncam qanunsuz və əsassızdır, ləğv edilməli və pensiyadan tutulan pul ona geri qaytarılmalıdır. Hesab edir ki, inkasso sərəncamının verilməsi ilə bağlı ona və digər borclu X3 öncədən məlumat verilməli, X3 həmin ödənişi etməzsə sərəncam X3 VÖEN-inə bağlı bank hesabından tutulmalı idi. Bundan başqa icraçının öz sözlərinə əsasən məlumat almışdır ki, ölkədən çıxışına da məhdudiyyət qoyulub. Lakin bunla bağlı rəsmi qərar ona təqdim edilməyib və elektron icra sistemində də yoxdur. İcra məmurunun müştərək qaydada ödənilməli olan pulun hamısını onun üzərinə qoyması (elektron icra sistemindən ekran görüntüsü əlavə olunur), Zərdab rayon İcra və Probasiya şöbəsinin inzibati binasından cəmi 1 km aralıda mağaza işlədən, gündəlik qazancı olan, maliyyə vəziyyəti düzəlmiş əsl borcludan deyil, ondan tutmaq istəməsi, barəsində gördüyü məcburi icra tədbirləri icra məmurunun ona qarşı qərəzli münasibətindən, ya da hansısa hüquqazidd səbəbdən baş verir. Qeyd edir ki, özü ürək xəstəsidir, həyat yoldaşı isə şəkər və böyrək çatışmazlığından əziyyət çəkir. Onlar pensiya ilə dolanırlar, yaşayış, kommunal və müalicə xərclərini pensiyadan əldə etdikləri məbləğə uyğun nizamlayırlar. Bundan başqa icra məmuru əsassız olaraq ölkədən giriş-çıxışına məhdudiyyət tətbiq etmişdir. Bundan başqa hər an onlara avtomobil lazım olur, xəstəxanalara gedir, övladlarını ziyarət edirlər. O, ##.##.2026-cı il tarixdə Şəki İnzibati Məhkəməsinə Zərdab rayon İcra və Probasiya şöbəsinə qarşı inzibati iddia ilə müraciət etmiş, Şəki İnzaibati Məhkəməsində ##.##.2026-cı il tarixdə keçirilən mümkünlük iclasında işin məhkəmə aiddiyətinin Zərdab rayon məhkəməsinə aid olması səbəbindən iddia mümkün hesab edilməmişdir. Bundan əlavə o ləğv prosessində olan “xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək məlumat almışdır ki, X3 tərəfindən həmin borc məbləğindən ümumilikdə 450 manat məbləğ ödənilmişdir. Lakin icra məmuru Ziya Məmmədov həmin məbləğin ümumi borcdan çıxılması və digər addımları atmamış, borc məbləğinin azalması faktını gizləmişdir. Hətta e-icra mobil tətbiqində belə borc məbləği qətnamədə göstərilən cəm borc məbləği olaraq əks olunmuşdur. Bundan başqa qeyd edir ki, Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş *****/****-**-*/** nömrəli, ##.##.2026-cı il tarixli inkasso sərəncamı “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun bir çox tələbləri pozulmaqla verilmişdir. Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə Borclu Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- ***/**** saylı, ##.##.2014cü il tarixli icra sənədi üzrə icra məmurunun hərəkət və hərəkətsizliyindən verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan borclu Borclu şikayət vermişdir. Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə borclu Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsi, “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 1-1, 2.1, 3.1, 12.1, 43.1.1, 43.1.2, 43.1.3, 43.1.4, 43.1.5, 44.1.1, 44.1.2, 44.1.3, 44.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, iş üzrə hüquqa deyil hakimin şəxsi mülahizələrinə əsaslanan qərar qəbul olunmuş, məhkəmənin çəkişmə, bərabərlik prinsipləri və faktlar əsasında keçirilməli olduğu unudulmuşdur. Zərdab rayon məhkəməsi işə baxarkən onu, yəni şikayətçi tərəfi icra məmurunun hazılaşıb gəlməsi üçün saatlarla gözlədərkən, bütün proses boyu məhkəmənin çəkişməni təmin etməli olan tərəfdən daha çox icra məmurunun müdafiəsinin təminatçısı kimi çıxış etməsi ilk olaraq bərabərlik prinsipini pozmuşdur. Bununla məhkəmə maraq nümayiş etdirmiş, məhkəmənin sadə vətəndaşın deyil, ədliyyə qulluqçusunun – icra məmurunun yanında olduğunu qəbul etdiyi qanunsuz qərarla subut etmişdir. İlk növbədə qeyd edir ki, məhkəməyə icra sənədi üzrə digər borclu X3 maraqlı şəxs kimi cəlb edilməsi və bir çox orqanlara sorğu edilərək onun bank hesabları və digər məlumatlarının əldə edilməsi barədə məhkəməyə vəsatətlərlə müraciət etmişdir. Məhkəmə iclasında vəsatətləri müzakirə edilərək baxılmamış saxlanılmışdır. Ona ən çox maraqlı olan odur ki, məhkəmə bu vəsatətləri qəbul etməməklə həmin məlumatların əldə olunmasına maraqlı olmadığını göstərməklə yanaşı, həm də icra məmurundan nə üçün 12 il ərzində bu məlumatları toplamamağının, müvafiq sorğuları göndərmədiyinin açıqlamasını tələb etməmiş və qərardadda da bu barədə heç bir açıqlama verilməmişdir. Qeyd edir ki, Hikmət qohumluq əlaqələrindən istifadə edərək ondan zamin durmamı istəmiş, o, da ona zamin durmuşdur. 2013-cü ildə xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edildiyi üçün bu kreditin ödənişində problem yaranmışdır. Göründüyü kimi qətnamədə müştərək qaydada ödənilmə nəzərdə tutulsa belə, həm hüquqi, həm vicdani-mənəvi tərəfdən əsl cavabdeh X3r. “İcra sənədinin icrasının təmin olunması məqsədilə borclu X3 barəsində 2017-ci ilin iyul ayında məhkəməyə təqdimatla müraciət edilmiş və qətnamə tam icra olunana qədər onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclulara barələrində görüləcək tədbirlər barədə xəbərdarlıq göndərilmiş, lakin buna baxmayaraq məhkəmə qətnaməsinin icrası təmin edilməmişdir.” O, dəfələrlə sorğulasa da 2017-ci ilin iyul ayından 2026-cı ilin fevral ayına qədər müddətdə görülmüş icra tədbirləri barədə nə bir sənəd, nə bir söz ala bilməmişdir. Məhkəmənin qərardadında da mübahisənin bu tərəfi açıq olaraq qalır. Bundan başqa icra məmuru deyir: “Bu müddət ərzində borclu X3 tərəfindən 550 manat ödəniş qəbzi təqdim edilmiş, bundan sonra isə icra sənədinin icrası istiqamətində hər hansı addım atılmamışdır.” Əslində X3 tərəfindən edilən ödəniş 550 deyil, 650 manatdır. Bundan əlavə o, ləğv prosessində olan “xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək rəsmi arayış alımışdır ki, X3 tərəfindən həmin borc məbləğindən ümumilikdə 650 manat məbləğ ödənilmişdir. Bu icra məmurunun işinə səthi yanaşdığının, tələbkarla və borclularla əlaqə saxlamadığının sübutudur. Bu öz növbəsində. Bəs məhkəmə nə üçün bütün sənədlərdə hələ də borc rəqəminin 2896,91 manat göstərilməsi, yəni həmin 650 manatın ümumi borcdan çıxılması sualına aydınlıq gətirməmişdir? Hansı ki, icra məmuru Ziya Məmmədov həmin məbləğin ümumi borcdan çıxılması və digər addımları atmamış, borc məbləğinin azalması faktını gizləmişdir. Hətta e-icra mobil tətbiqində belə borc məbləği olaraq 2896,91 manat əks olunmuşdur. Beləliklə mübahisəli Inkassiya sərəncamı verilərkən icra məmuru 2896.41 manatın 7 faizini hesablayaraq 204 manat tutulmasını qərara almışdır. Hansı ki, 2896.41 manatdan 650 manat çıxılaraq qalan 2 246,41 nabatın 7 faizi olan 154 manatın tutulması barədə sərəncam verilməliydi. Odur ki, Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixi 8(5- ***)-**/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası; Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun; 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına,təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının tam ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi şikayətin rədd edilməsi ilə bağlı qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi şikayətin rədd edilməsinə dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müvafiq icra sənədi qanunla müəyyən olunmuş qaydada icra məmurunun icraatına verilmiş, iş üzrə icraata başlanılaraq borclulara tələbi könüllü icra etməsi üçün müddət verilmiş və bu müddət keçmişdir. Bu halda isə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə qanuni əsas yaranmışdır. Eyni zamanda məhkəmə bildirmişdir ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasının icra məmurları tərəfindən həyata keçirildiyi göstərilmişdir. Qanunun müvafiq normasına görə icra sənədləri könüllü icra olunmadığı halda, həmin qərarların məcburi icrasının icra məmurları tərəfindən həyata keçirilməsi təmin olunmalıdır. İcra məmuru tərəfindən tətbiq ediləcək məcburi icra tədbirlərinin növləri müvafiq qanunun 43-cü maddəsində sadalanmışdır. Qanunvericilik bu hərəkətləri məcburi icra tədbirləri kimi müəyyən edir və onların eyni zamanda tətbiq olunmasına yol verir. Şikayətçinin ərizəsində qeyd etdiyi və eyni zamanda iş materiallarından göründüyü kimi icra məmuru tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə məcburi icra tədbirləri tətbiq edilərək, icraatda borclu Borclu təqüdündən tutulmalar aparılmış, ona məxsus Hyundai i40 minik markalı, **ET*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermə hüququnun məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilmiş və icraatda digər borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün zəruri tədbirlər görülmüşdür. Məhkəmə baxışı zamanı sözügedən icra sənədi üzrə məcburi icra tədbirlərinin tətbiqini zəruri edən əsasların olduğu məlum olmuş və tətbiq edilən məcburi icra tədbirlərində qanundan kənar hər hansı prosessual hərəkət aşkarlanmamışdır. Beləliklə, şikayətdə qeyd edilən icra hərəkətlərinin qanunsuzluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçinin şikayət tələbi əsassızdır. Məhkəmə kollegiyası sözügedən icra sənədi üzrə məcburi icra tədbirlərinin tətbiqini zəruri edən əsasların olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, ümumilikdə gəldiyi nəticə ilə razılşamır. Belə ki, iş materiallarında olan Zərdab Rayon İcra və probasiya şöbəsinin ## #### 2014-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borclular X3 və Borclu müştərək qaydada 2896.91 manat kredit borcu alınaraq tələbkar “xxxx” ASC-nin hesabına ödənilməlidir. İş materiallarında olan Zərdab Rayon İcra və probasiya şöbəsinin ## #### 2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borclular X3 və Borclu Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etmələri, tələb üzrsüz səbəbdən icra olunmadıqda məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə qanunvericiliyin tələbləri izah olunmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 8(035)-56/2017-ci il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədi üzrə borclu X3 ölkədən getmək hüququ icra vərəqələri tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan ##.##.2026-ci il tarixli, *****/****-**-*/** nömrəli inkasso sərəncamından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədi üzrə borc tam ödənənədək Borclu bank hesabından aylıq 174.88 manat borc tutulması qeyd olunmuşdur. İş materiallarında olan Zərdab Rayon İcra və probasiya şöbəsinin ##.##.2026-cı il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması haqqında qərarından görünür ki, borclu Borclu məxsus HYUNDAİ İ40 markalı, **ET*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Kollegiya qeyd edir ki, icra sənədi üzrə məcburi icra tədbirlərinin tətbiqi zəruri olsada, icra haqqında Azərbaycan Respublikası Qanununda məcburi icra tədbirlərinin tətbiqinin əsasları, ardıcıllığı və qaydaları göstərilmişdir. İcra haqqında Azərbaycan Respublikasının 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmçinin həmin Qanunun 45.6-cı maddəsində göstərilmişdir ki, tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Kollegiya hesab edir ki, 2896.91 manat məbləğində borca münasibətdə bir neçə məcburi icra tədbirinin bir arada tətbiq edilməsi, yəni həm borclunun əmlakının üzərinə həbs qoyulması, həm ölkədən getmək hüququnun məhdudlaşdırılması, həmdə inkasso sərəncamı verilməklə borclunun pensiyasına yönəldilməsi ədalətsiz olmaqla, əsassız olmuşdur. Qanunvericiliyin yuxarıda göstərilən normasının tələbindən də göründüyü kimi məcburi icra təbirlərinin biri tətbiq edilməli, həmin icra tədbiri borcun ödənilməsinə kifayət etmədikdə İcra Haqqında Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı digəri tətbiq oluna bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan hallar araşdırılmadan borclunun şikayətinin rədd olunması qənaətinə gəlməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Şərh edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, yuxarıda qeyd olunan məsələlərin tərəflərin iştirakı ilə müzakirə olunaraq hüquqi qiymət verilməsi üçün Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ləğv edilməli, borclu Borclu şikayətinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Zərdab Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Borclu Borclu şikayətinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Zərdab Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-65/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-65/2026
18.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver