Məhkəmə qərarları › İş №8(3-10)-66/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-66/2026

18.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-66/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Ərizəni verən şəxs Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra sənədinin məhkəməyə qaytarılması barədə ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilən şikayətə dair iş üzrə (Açar sözlər: Icra sənədinin qaytarılması haqqında qərarın ləğvi, qüvvə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Tələbkar Ərizəni verən şəxs Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra sənədinin məhkəməyə qaytarılması barədə ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli icra sənədinə əsasən, ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X2 ilə atası Ərizəni verən şəxs hər həftənin bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına şərait yaradılmalıdır. Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş “Icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” ##.##.2026-cı il tarixli qərara əsasən Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi məhkəməyə geri qaytarılmışdır. Icra məmurunun qərarından narazı qalan tələbkar Ərizəni verən şəxs şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət edərək, icra sənədi üzə icra sənədinin məhkəməyə qaytarılması haqqında ##.##.2026-cı il tarixli qərarın ləğv olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli icra sənədinə əsasən, ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X2 ilə atası Ərizəni verən şəxs hər həftənin bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına şərait yaradılmalıdır. Həmin icra sənədi aidiyyəti üzrə Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədi üzrə Şəki rayonu üzrə Icra Şöbəsinin böyük icra məmuru X5 ##.##.2026-cı il tarixli “Icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərar qəbul edərək, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5 və 70.4-cü maddələrinə əsasən icra sənədinin Şəki Rayon Məhkəməsinə qaytarılmasını qərara almışdır. Həmin qərarda qeyd edilmişdir ki, icra sənədinin icrası zamanı tələbkarın uşaqları ilə sərbəst şəkildə görüşərək ünsiyyətdə olması üçün dəfələrlə lazımi şərait yaradılmış, lakin uşaqlar tələbkarla ünsiyyətdə olmaqdan imtina etmişlər. Bununla yanaşı, tələbkarın öz hərəkətləri ilə icra sənədinin icrasına maneçilik törətdiyi göstərilmişdir. Halbuki, icra məmurunun mövqeyi tamamilə yalandır. Belə ki, borclu Borclu qəsdən birgə nikahlarından olan uşaqlarına təzyiq və təsir göstərir və bununla da qəsdən icra sənədinin icrasına maneə yaradır. Buna görə də icra məmuru tərəfindən icra işi üzrə Şəki ŞIH yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Xəyalə Bəkirova psixoloq qismində işə cəlb edilmiş, psixoloq uşaqlarla söhbət apararaq psixoloji rəy tərtib etmişdir. Həmin rəydə psixoloq qeyd etmişdir ki: “Psixoloq olaraq düşünürəm ki, ##.##.2012-ci il təvəllüdlü X4 anası ona fikirlərini sərbəst ifadə etməyə fürsət tanımır, atası ilə aralarında olan özlərinin münaqişələrini uşağa bildirərək Nurayın fikirlərinə ixtiyari və ya qeyri-ixtiyari təsir edir. ##.##.2012-ci il təvəllüdlü X4 atası barədə mənfi fikirlər onun yanında səsləndirildiyi üçün uşaqda atası haqqında olan müsbət fikirlər də alt-üst olur. Hesab edir ki, ##.##.2012-ci il təvəllüdlü X4 anası onun yanında atası barədə mənfi fikirlər səsləndirməsə və əgər X4 ilə atası ilə görüş və ünsiyyətlə bağlı mütəmadi olaraq hər iki valideynin iştirakı olmadan söhbət aparılsa, onun sərbəst fikirlərini müəyyən etmək olar.” Göründüyü kimi, Şəki ŞIH yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Xəyalı Bəkirovanın rəyi ilə də uşaqların Borclu təzyiq və təsiri altında olmaları tam sübut edilir. Beləliklə, qeyd edilən rəy Şəki rayonu üzrə Icra Şöbəsinin böyük icra məmuru X5 ##.##.2026-cı il tarixli “Icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarının qanunsuz və əsassız olmasını sübut edir. Bundan əlavə, icra məmuru öz qanunsuz və əsassız qərarında tələbkarın öz hərəkətləri ilə icra sənədinin icrasına maneçilik törətməsini qeyd etsə də, həmin hərəkətlərin nədən ibarət olması göstərilməmiş və icra işinin materiallarında bu barədə hər hansı sübut mövcud deyildir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərar ləğv edilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün qərardadın surətinin Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.5, 70.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 64.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, icra işinin materiallarında olan biri-birini tamamlayan mötəbər sübutlarla tam təsdiq edilir ki, “Icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” ##.##.2026-cı il tarixli qərarı tamamilə qanuni və əsaslıdır. Belə ki, icra sənədinin icrası zamanı tələbkarın uşaqları ilə sərbəst şəkildə görüşərək ünsiyyətdə olması üçün dəfələrlə lazımi şərait yaradılmış, lakin uşaqlar tələbkarla ünsiyyətdə olmaqdan imtina etmişlər. Həmçinin qeyd edir ki, hazırda Şəki Rayon Məhkəməsiinin icraatında olan iddiaçı Ərizəni verən şəxs ona qarşı “uşağın alınıb verilməsi” tələbinə dair mülki işə baxılarkən ##.##.2012-ci il təvəllüdlü X4 məhkəmə tərəfindən dindirilmiş həmin məhkəmə iclasında uşaqlar bildirmişlər ki, ataları analarını gözlərinin önündə dəfələrlə döyməyinin şahidi olmuşlar, analarına qarşı qəddar nümasibət bəsləyib buna görə o və qardaşı onunla görüşmək istəmirlər. Həmçinin tələbkar öz hərəkətləri ilə icra sənədinin icrasına maneçilik törətmişdir. Qeyd edilənlərə əsasən icra sənədinin icrası mümkün olmamış və ona görə də icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, ##.##.2026-cı il tarixli akt da bunu təsdiq edir. Belə ki, Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin icra məmurları C.Fətəliyev, V.ƏhmədovK.Vəliyeva və borclu X6 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ##.##.2026-cı il tarixli aktdan görünür ki, tələbkar Ərizəni verən şəxs uşağı Nuray ilə sərbəst şəkildə görüşmələrinə şərait yaradılmış, Nuray atası ilə qəti olaraq təkid və uca səslə görüşməyə etiraz etmiş, atası ilə görüşməyəcəyini bildirirərək şöbənin binasını tərk etmişdir. Göründüyü kimi azyaşlı uşaqlar ataları ilə görüşmək istəmirlər və dəfələrlə icra proseslərinin təyin edilməsi və hər dəfəsində uşaqların tələbkarla görüşmək isəməmləri onların psixoloji vəziyyətində gərginlik yaradır ki, bu hallar uşaqların mənafeyinə ziddir. Halbu ki, məhkəmələr qərar qəbul edərkən ilk öncə uşaqların mənafeyini üstün tutmalıdırlar. Buradan aydın şəkildə görünür ki, işə baxan birinci instansiya məhkəməsi “Icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” ##.##.2026-cı il tarixli qərardan verilmiş şikayətə baxarkən ilk öncə uşaqların mənafeyini nəzərə almalı olduğu halda bunu etməmişdir. Halbu ki, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi uşaqların hüquqlarını və qanuni mənafelərini müdafiə etməli olmalarına baxmayaraq ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X2 hüquqlarını və qanuni mənafelərini kobud şəkildə pozaraq “Icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, azyaşlı uşaqlar ataları ilə görüşmək istəmirlər və dəfələrlə icra proseslərinin təyin edilməsi və hər dəfəsində uşaqların tələbkarla görüşmək isəməmləri onların psixoloji vəziyyətində gərginlik yaradır ki, bu hallar uşaqların mənafeyinə ziddir. Lakin göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X2 mənaeyinə zidd qərar qəbul etməklə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununa əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı olduqları halda işə baxan birinci instansiya məhkəməsi bunu etməmiş və nəticə etibarı ilə ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X2 mənafeyinə zidd qərar qəbul etmişlər. Istər daxili qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik ilk öncə uşağın mənafeyinin üstün tutulmasını vurğulamasına baxmayaraq işə baxan birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq açıq-aşkar uşağın mənafeyinə zidd qərardad qəbul etmişdir. Işə baxan birinci instansiya məhkəməsi qərardad qəbul edərkən maddi və prosesual normaları kobud şəkildə pozmuşdur. Həmçinin məhkəmənin qərardadında baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar mövcud deyil, buna görə də həmin qanunsuz və əsassız qərardadda faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticə şərh edilməmişdir. Işə baxan birinci instansiya məhkəməsi tərəfindən “Icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsinin ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X2 mənafeyinə zidd olub-olmamasını aydınlaşdırmamış, mənafeyinə uyğun olması sübut edilə bilməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Şikayətə qarşı tələbkar tərəfindən imzalanmış yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası;

Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

“Icra haqqında” Azərbaycan Respublikası Qanununun; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda.

Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının tam ləğv edilməsini xahiş etmişdir. Ona görə də, kollegiya Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi Şəki Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamə əsasında verilmiş ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli icra sənədi icra olunması üçün Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsi icra sənədini icraatına qəbul etdikdən sonra icraata başlamaq haqqında qərar qəbul etməsinə baxmayaraq, ötən müddət ərzində icra sənədinin icrasını təmin etməmiş, tələbin icra edilmədiyi icra sənədinin məhkəməyə qaytarılması haqqında ##.##.2026-cı il tarixli qərar qəbul etmişdir. Halbuki tələbin icra edilmədiyi icra sənədinin məhkəməyə qaytarılması haqqında ##.##.2026-cı il tarixli qərarı qəbul etmiş icra məmuru “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş icra tədbirlərini tam həyata keçirtməmiş və məhkəmə qərarı icrasız qalmışdır. Məhkəmə kollegiyası şikayətin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununa əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı olduqları halda işə baxan birinci instansiya məhkəməsinin bunu etməməsi, nəticə etibarı ilə ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X2 mənafeyinə zidd qərar qəbul etməsinə dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, borclunun himayəsində olan uşaqları ilə ünsiyyətdə olması tələbkar Ərizəni verən şəxs Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 61.1-ci maddəsi ilə təsbit edilmiş hüququdur. Belə ki, Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmə kollegiyası şikayətin azyaşlı uşaqların ataları ilə görüşmək istəməmələrinə dair dəlilinə münasibətdə qeyd edir ki, Borclu Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli icra sənədi üzrə borclu tərəfdir. Bu səbəbdən də himayəsində olan azyaşlı uşaqları ilə tələbkarın, yəni atalarının ünsiyyətinin təmin edilməsində o da səy göstərməli, uşaqların bu ünsiyyətə psixoloji baxımdan hazırlanmalarını təmin etməlidir. Belə ki, bu ünsiyyətin həmçinin uşaqların da mənafeyinə uyğun olmasını diqqətə alan məhkəmə atalarının uşaqları ilə ünsiyyətinin təmin edilməli olmasına dair qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlandığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. Işə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Qərara aldı:

Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar