Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-68/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Qəbələ rayon Icra və probasiya şöbəsinin “aliment borcunun olması barədə” ##.##.2026-cı il tarixli qərarından borclu Ərizəni verən şəxs şikayəti üzrə Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından borclu (ərizəçi) Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı icra sənədinə əsasən Ərizəni verən şəxs ##.##.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. Qəbələ rayon Icra və probasiya şöbəsinin “aliment borcunun olması barədə” ##.##.2026-cı il tarixli qərarı ilə, Qəbələ rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- **/**** saylı icra sənədi üzrə aliment borcu 1925 manat müəyyən edilmişdir. Ərizəni verən şəxs şikayət edərək Qəbələ rayon Icra və probasiya şöbəsinin “aliment borcunun olması barədə” ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək 1925 manat aliment borcunun ödənilmiş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Ərizəni verən şəxs izahatında bildirmişdir ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı icra sənədi üzrə mütəmadi qaydada ödənişlər etmiş, lakin ödənilşlər rəsmi qaydada aparılmadığından 1900,0 manat məbləğində qalıq borc yaranmışdır. Ödənişləri təsdiq edən qəbzlər mövcud olmasa da, X5 ##.##.2026-cı il tarixdə həmin məbləğin ödənilməsini təsdiq etmiş və həmin icra sənədi üzrə borcun olmadığına dair ərizə yazıb Polis Şöbəsində təqdim etmişdir. X5 ərizəsi ##.##.2026-cı il tarixdə Qəbələ rayon Icra və probasiya şöbəsinin icra məmuru X3 təqdim edilməsinə baxmayaraq, Qəbələ rayon Icra və probasiya şöbəsi tərəfindən “aliment borcunun olması barədə” ##.##.2026-cı il tarixli qərar qəbul edilmişdir. Ona görə də, Qəbələ rayon Icra və probasiya şöbəsinin “aliment borcunun olması barədə” ##.##.2026-cı il tarixli qərarı ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında icra məmuru X3 göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı icra sənədinə əsasən Ərizəni verən şəxs ##.##.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2024-cü il tarixdə icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və icraat başlanılmışdır. Həmin icra sənədi üzrə borclu Ərizəni verən şəxs 1925 manat məbləğində aliment borcunu ödəməmiş və ##.##.2026-cı il tarixdə tələbkarın borcun tam şəkildə ödənildiyi barədə ##.##.2026-cı il tarixli ərizəsini icra şöbəsinə təqdim etmişdir. X5 həmin ərizənin onun tərəfindən göndərilmədiyi barədə məlumat vermiş və ##.##.2026-cı il tarixdə ərizə verərərk icra sənədi üzrə qalıq borcu tələb etmişdir. Ona görə də, şikayət əsassızdır. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) ## ### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu Ərizəni verən şəxs şikayət edərək Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini və aliment borcunun ödənilmiş hesab edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclası zamanı həqiqətən tələbkar tərəfindən borcun silinməsi ilə bağlı ərizənin yazılması faktı müəyyən edildi. Əvvəllər ödənişlə bağlı əlində rəsmi heç bir sübutun olmaması borcun silinməsində maneələr yaradırdı. Lakin 2026-cı ilin yanvar ayında tələbkar və ailəsi ilə aramızda mübahisələrin yaranması və tələbkarın atası tərəfindən sağlamlığına zərər vurulması səbəbindən işləri polis şöbəsinə düşdü. Qarşı tərəf əvvəlcədən planlanmış şəkildə ona bildirdi ki, onun (borclunun) ona (tələbkara) 1900 manat ödəniş etdiyini bilirik, lakin əgər atamla bağlı şikayətini geri götürsə özü də bunu etiraf edəcək və yazılı şəkildə ona ərizə yazıb verəcək. O isə aralarında olub bitmiş münasibətləri, eləcə də maddi imkansızlığını nəzərə alaraq düşündü ki, əvvəllər nağd formada ödəniş olduğu 1900 manat borcu ikinci dəfə ödəməyi həm qanunsuz, həm də ədalətsizdir. Bu səbəbdən də həmin təkliflə razılaşaraq şikayət ərizəsini geri götürmüşdür. Ərizə isə şəxsən tələbkarın özü tərəfindən heç bir təzyiq və təsir altında qalmadan yazılmışdır. Lakin ona ərizəni icra və probasiya şöbəsinə təqdim etdikdən sonra ona məlum oldu ki, tələbkar atası ilə bağlı başlanmış cinayət işinə tam xitam verildikdən sonra ərizə ilə müraciət edərək öz əli ilə yazılmış ərizənin nəzərə alınmamasını xahiş etmişdir. Hesab edir ki, əlində olan sübutlar kifayət qədər əsas verir ki, borcun həqiqətən ödənilmiş olmasını təsdiq etsin. Eyni zamanda işin hüquqi tərəfləri ilə yanaşı faktiki hallar da təəssüf ki, məhkəmə tərəfindən araşdırılmamışdır. Göstərilənlərə əsasən həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431- 3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Işdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə hesab etmişdir ki, Qəbələ rayon Icra və probasiya şöbəsinin “aliment borcunun olması barədə” ##.##.2026-cı il tarixli qərarı, Qəbələ rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə tələbin ödənilməyən məbləği ilə bağlı olduğundan qanunsuz olmamışdır. Tələbkar aliment borcunun olmaması barədə ərizəni özünün göndərmədiyini (yazmadığını) bildirmiş və qalıq aliment borcunun ödənilməsini tələb etmişdir. Borclu isə aliment borcunun tam ödədiyinə dair mötəbər sübutları işə baxan məhkəmələrə təqdim etməmiş (edə bilməmişdir). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu (ərizəçi) Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №8(3-10)-68/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-68/2026
30.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver