Məhkəmə qərarları › İş №8(3-10)-69/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-69/2026

30.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-69/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, yığılmış aliment borcunun silinməsi və alimentin yeni qaydada hesablanması barədə ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Borclu Ərizəni verən şəxs Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, yığılmış aliment borcunun silinməsi və alimentin yeni qaydada hesablanması barədə ərizəsi ilə bağlı Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Borclu Ərizəni verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ Rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədinin alimenti borclunun aylıq qazancının və digər gəlirlərinin 0.57 misli (hissəsi) tutulması hissəsində aliment tutulmasının ## #### 2025-ci il tarixdən başlayaraq icra sənədinin icra olunduğu tarixlər nəzərə alınmaqla orta əmək haqqının 1/3 hissəsində tutulmalı olması müəyyən edilməklə alimentin növbəti ödənişlərinin həmin şəkildə müəyyən edilməsi, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədinin hazırkı iş üzrə ərizə verilən günə olan ödənilməmiş ümumi borcdan artıq hesablanmış borcun silinməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu Ərizəni verən şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin icraatında olmuş Gülnamə Qafalının Ərizəni verən şəxs qarşı nikahın pozulmasına dair iddia ərizəsi üzrə olan mülki iş üzrə X3 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, övladları Qafarlı Cansu və Qafarlı Aişa üçün hər ay cavabdehin maaşının 1.200 manat hissəsinə bərabər hissədə alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsinə əsasən X3 ilə Ərizəni verən şəxs arasında ##.##.2017-ci il tarixdə Qəbələ Regional “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ** saylı akt qeydinə əsasən bağlanılmış nikah pozulması, ##.##.2025-ci il tarixdən hesablanmaqla ##.##.2021-ci il təvəllüdlü X4 və ##.##.2022-ci il təvəllüdlü X1 üçün cavabdeh Ərizəni verən şəxs hər ay qazancının (başqa gəlirlərinin) 0,57 (sıfır tam yüzdə əlli yeddi) misli (hissəsi) məbləğində aliment tutularaq, iddiaçı X3 ödənilməsi qət edilmişdir. Qətnamə borclu tərəfindən bir müddət mübahiəsiz şəkildə icra edilmiş, lakin ## #### 2025-ci il tarixdən işdən çıxdığından artıq icra vərəqəsini icra etmək iqtidarında deyildir. Bununla bağlı aidiyyatı üzrə Qəbələ İcra və Probasiya şöbəsinə müraciət edərək Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən orta əmək haqqının 2 uşağa görə orta əmək haqqının 1/3 həcmində aliment ödəməli olduğunu və yığmış borcuda o qaydada hesablanmalı olduğunu bildirsə də Qəbələ icra şöbəsi tərəfindən ona qanunsuz olaraq Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən borcun hesablandığı bildirilmiş, lakin alimentin 1/3 deyil orta əmək haqqının 0.57 misli həcmində tutulmalı olduğu bildirilmişdir. İcra məmurunun hərəkətləri qanunsuzdur. Hal- hazırda icra vərəqəsi düzgün hesablanmadığı üçün 2500 manatdan çox borc yığılmış və hər ay 700 manata yaxın aliment hesablanır. Halbuki borclu təxminən 350 manat aliment ödəməlidir. İcra məmurunun hərəkətləri aşağıdakı səbəblərə görə qanunsuz hesab edilməlidir. Belə ki, AR AM-nin 78.1-ci madəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Ali Məhkəmənin Plenumunun ## ###### 2024-cü il tarixli qərarının “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir, istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşma çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). İlk öncə iddiaçı məhkəməyə müraciət edərkən cavabdehin aylıq əmək haqqınından hissəvi aliment tələb etmişdir. Bu işin mübahisəsiz halıdır. Məhkəmə yekun nəticəyə gələrkən cavabdehin razılığına əsasən onun aylıq qazancının və digər gəlirlərinin 0.57 misli miqdarında aliment təyin etmişdir. Həmin vaxt məhkəmə öz qətnaməsində əmək haqqının müəyyən misli miqdarında aliment müəyyən etdiyini göstərsə də qətnamənin nəticə hissəsində “misli” sözünün qarşısında “hissəsi” sözü yazmaqla əslində sabit məbləğdə deyil aylıq qazancın müəyyən bir misli göstərilməklə hissəvi tutulma barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsində misli göstərilməsi heç bir şəkildə sabit kimi anlaşıla bilməzdi. Çünki Ali Məhkəmənin mövcud qərarına əsasən məhkəmə müəyyən misil miqdarı ilə aliment təyin edərkən həmin hesablamanı cavabdehin əmək haqqısına münasibətdə deyil ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı ilə müəyyən etməli idi. Bu halda məhkəmənin qətnaməsinin əslində cavabdehin aylıq qazancının və digər gəlirlərinin 0.57 mislində aliment tutması əslində məhkəmənin AM-nin 78.1-ci maddəsinə əsasən hissəvi alimnet tutma barədə yekun nəticəsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsi bu şəkildə redaktə edilmişdir. 76.1-ci maddə Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1.1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2.2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3.3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 106.4-cü maddəsində göstərilir ki, Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası iizrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Göründüyü kimi yuxarıda göstərilən kimi alimentin aylıq qazancın və digər gəlirlərin hissəvi hissədə ödənilməsi işin mübahisəsiz halıdır. Bu halda borclu AMnin 106.4-cü maddəsində göstərildiyi kimi AM-nin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşma çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsdir. Borclu ## #### 2025-ci il tarixdən işdən çıxmış və bu icra məmuruna məlum olmuşdur. Bu halda icra məmuru onun borcunu 106.4- cü maddəsinə əsasən ölkə üzrə müəyyən edilmiş ortya əmək haqqının 0.57 mislində deyil həmin maddənin özündə göstərildiyi kimi 76-cı maddəsinə əsasən 2 uşağa görə orta əmək haqqının 1/3 həcmində aliment hesablayaraq ödəməni təmin etməli idi. İcra məmuru öz məktubunda AM-nin 106.4-cü maddəsi ilə tutulması olmasını qəbul edir və lakin 1/3 hissədə deyil qanunsuz olaraq 0.57 misli hissəsində hesablanmalı olmasını göstərmişdir. Ona görədə onun hərəkəti qanunsuz hesab edilməli borclunun işdən çıxdığı tarixdən bu günədək orta əmək haqqının 1/3 hissəsi həcmdə borc hesablanmalı, artıq hesablanmış borc silinməli və bundan sonrakı dövrdən başlayaq tələbkarın yeni aliment növünün dəyişdirilməsi iddiası verilən günədək aliment məbləği orta əmək haqqının 1/3 həcmində hesablanmalıdır. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə, borclu Ərizəni verən şəxs ərizəsi təmin edilməmişdir. Borclu Ərizəni verən şəxs Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 8(5-137)-69/2026 nömrəli qərardadı ilə borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini İcra Haqqında Qanunun 3.1, 69, 87.2ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3, 106.4, 106.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında icra məmurunun hərəkətinə qanuni olması qiymət versə də, göründüyü kimi Xətai Rayon Məhkəməsi öz qətnaməsini qanunusuz yolla qəbul etməsinə baxmayaraq icra məmuru da həmin qətnamənin davamı olaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, göründüyü kimi şəxsin minumum əmək haqqının müəyyən misli ilə aliment ödəmə öhdəliyi yalnız sabit məbləğdə alimentin təyini zamanı nəzərdə tutulmuşdur. Lakin borclu işdən çıxdıqdan sonra icra məmuru tərəfindən ona AM-nin 106.4-cü maddəsi ilə müəyyən misildə aliment tutulması tam qanunsuzdur. Göründüyü kimi alimentin aylıq qazancın və digər gəlirlərin hissəvi hissədə ödənilməsi nəticə işin mübahisəsiz halıdır. Bu halda borclu AM-nin 106.4-cü maddəsində göstərildiyi kimi AM-nin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsdir. Borclu ## #### 2025-ci il tarixdən işdən çıxmış və bu icra məmuruna məlum olmuşdur. Bu halda icra məmuru onun borcunu 106.4-cü maddəsinə əsasən ölkə üzrə müəyyən edilmiş orta əmək haqqının 0.57 mislində deyil, həmin maddənin özündə göstərildiyi kimi 76-cı maddəsinə əsasən 2 uşağa görə orta əmək haqqının 1/3 həcmində aliment hesablayaraq ödəməni təmin etməli idi. İcra məmuru öz məktubunda AM-nin 106.4-cü maddəsi ilə tutulması olmasını qəbul edir və lakin 1/3 hissədə deyil, qanunsuz olaraq 0.57 misli hissəsində hesablanmalı olmasını göstərmişdir. Ona görə də onun hərəkəti qanunsuz hesab edilməli borclunun işdən çıxdığı tarixdən bu günədək orta əmək haqqının 1/3 hissəsi həcmdə borc hesablanmalı artıq hesablanmış borc silinməli və bundan sonrakı dövrdən başlayaq tələbkarın yeni alimnet növünün dəyişdirilməsi iddiası verilən günədək aliment məbləği orta əmək haqqının 1/3 həcmində hesablanmalıdır. Birinci instansiya məhkəməsi maddi hüquq normaları ilə yanaşı prosessual hüquq normalarını da kobud surətdə pozmuşdur. İcra məmurunun hərəkətinin qanuni olması qənaətinə gəlsə də, qətnamənin qanuni qaydada icra edilməsi ilə bağlı ərizədə göstərilən tələblərə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki məhkəmə ödəmə üsulu ilə bağlı ərizəyə tam fərqli hüquqi qiymət verməli idi. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 69. Alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.4 Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 8(5-137)-69/2026 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. Ona görə də, kollegiya Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2025-ci il tarixdən hesablanmaqla ##.##.2021-ci il təvəllüdlü X4 və ##.##.2022-ci il təvəllüdlü X1 üçün cavabdeh Ərizəni verən şəxs hər ay qazancının (başqa gəlirlərinin) 0,57 (sıfır tam yüzdə əlli yeddi) misli (hissəsi) məbləğində aliment tutularaq, iddiaçı X3 ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə icra edilməsi üçün Qəbələ rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayarq qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qаnunvericiliyin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və mütləq icra edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarı yalnız qətnamə ilə artırıla və ya azaldıla bilər. Bu səbəbdən də borclu Ərizəni verən şəxs aliment məbləğinin azaldılmasına dair müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar