Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-72/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Məmmədova İlahə Rəfail qızının nümayəndəsi və vəkili vəkil2 Maraqlı şəxs hərəkət və hərəkətsizliyindən verilmiş şikayət ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Tələbkar Məmmədova İlahə Rəfail qızının nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş Maraqlı şəxs hərəkət və hərəkətsizliyinə dair şikayəti üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Şəki rayon Məhkəməsinin e-**(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədi üzrə tələbkar Məmmədova İlahə Rəfail qızının nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş Maraqlı şəxs hərəkət və hərəkətsizliyindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin icra sənədinin geri qaytarılması və tələbkar Məmmədova İlahə Rəfail qızı barəsində axtarış ean olunması barədə icra məmurunun qərarının qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən ərizə qismən təmin edilmiş, tələbkar ##.##.2005-ci təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan Məmmədova İlahə Rəfail qızı və onunla eyni ünvanda yaşayan uşağı ##.##.2024-cü il təvəllüdlü X2 barəsində axtarış elan edilməsi barədə Maraqlı şəxs ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu Borclu tərəfindən Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadından şikayət verilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini İcra Haqqında Azərbaycan Respublikası Qanununun 9.1, 9.2, 23.1.1, 27.1, 27.3-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.7-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Borclu Borclu Qərib oğlu şikayətini onunla əsaslandırmışdır ki, İsmayılova İlahə Rəfail qızı ilə nikahlarını ## #### 2023-cü ildə Şəki regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlayıb, nikahın bağlanması haqqında akt qeydləri kitabında 334 nömrə ilə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından ## #### 2024-ci ildə X2 adlı 1 uşaqları dünyaya gəlmişdir. İlk vaxtlar ailə münasibətləri normal olsa da, sonradan aralarında müəyyən problemlər yaranmışdır. Belə ki, yanvar ayının sonunda İlahə Məmmədova azyaşlı övladını evdə təkbaşına qoyaraq birgə yaşadıqları evi tərk etmiş və onda olan məlumata görə Türkiyə Repsublikasına getmişdir. Keçən müddət ərzində uşaqları onun himayəsində qalmış və anası onunla maraqlanmamışdır. Bundan sonra tərəfindən nikahın pozulması və uşaq tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edilmişdir. Bütün bu proseslərdən sonra İlahə Məmmədova ana olduğunu, xəbərsiz qoyub getdiyi azyaşlı övladı olduğunu xatırlamış və uşaqla ünsiyyətdə olma barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin **(*- ***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Borclu cavabdeh Məmmədova İlahə Rəfail qızına qarşı "nikahın pozulması" tələbinə dair mülki işə baxılıb iş üzrə qərar qanuni qüvvəsini alanadək Məmmədova llahə Rəfail qızı ilə Borclu birgə nikahlarından dünyaya gəlmiş ## #### 2024-cü il təvəllüdlü X2 anası Məmmədova llahə Rəfail qızı ilə hər ayın hər həftəsinin cümə, şənbə və bazar günləri saat 10:00- dan 20:00-dək, uşağın doğum günü saat 10:00 dan 19:00 dək hər il Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş rəsmi dövlət və dini bayram günlərində saat 10:00-dan saat 18:00 dək ünsiyyətdə olaraq görüşməsi müəyyən edilmiş, görüş bitdikdən sonra X2 Borclu qaytarılması öhdəliyi Məmmədova İlahə Rəfail qızının üzərinə qoyulmuşdur. Tərəfindən qərardad qəbul edildikdən sonra azyaşlı övladının anası ilə ünsiyyət hüququ təmin edilmiş, tərəfindən ona heç bir maneə törədilməmişdir. Ancaq təəssüflər olsun ki, Məmmədova llahə Rəfail qızı Azərbaycan Respublikasının qanunlarını heçə sayaraq, azyaşlı övladını ona qaytarmalı olduğu halda, bunu etməmiş, övladını qaçırmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq bu günə kimi övladını ona qaytarmır. Bu səbəbdən də, icra məmuruna tərəfindən müraciət edilmiş və qanuna müvafiq qaydada tədbir görülməsi xahiş edilmişdir. İcra məmuru dəfələrlə İlahə ilə əlaqə saxlayıb onu icra şöbəsinə dəvət etməyə çalışsa da, bu mümkün olmadı. Bundan sonra məcburi icra hərəkəti kimi, icra məmuru tərəfindən onun və azyaşlı övladımın barəsində axtarış elan edilməsi barədə qərar qəbul edildi. Lakin, hal-hazırda mübahisələndirdikləri qərardadla məhkəmə qanunvericiliyin tələblərini gözardı edərək onun barəsində olan axtarış qərarını ləğv etmiş, bununla da, dolayısı ilə İlahə Məmmədovanın qanunsuz hərəkətlərinə şərait yaratmışdır. Hörmətli məhkəmə reallıq odur ki, ünsiyyətdə olduqdan sonra övladının ona qaytarılması məhkəmə qərarında göstərilmişdir, bu günki real vəziyyətdə İlahə Məmmədova həmin qərarın icrasından yayınmaqdadır. Sual yaranır hazırki vəziyyətdə İlahə Məmmədova məhkəmə qərarı üzrə vəzifəsini icra etmir və icra məmuru da onun barəsində hər-hansı bir icra hərəkəti edə bilmirsə məhkəmə qərardadının təhvil verilmə hissəsində hansı əhəmiyyəti qalır? Hesab edir ki, hazırki qənaətə gələn məhkəmə icra məmuruna qərarın icrası üçün müvafiq izah da, verməli idi ki, məhkəmə qərarı icrasız qalmasın. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrasıməcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cımaddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi, tələbkar Məmmədova İlahə Rəfail qızının nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş Şəki rayonu üzrə icravə probasiya şöbəsinin hərəkət və hərəkətsizliyindən şikayət ərizəsinin qismən təmin edilmiş “tələbkar ##.##.2005-ci təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan Məmmədova İlahə Rəfail qızı və onunla eyni ünvanda yaşayan uşağı ##.##.2024-cü il təvəllüdlü X2 barəsində axtarış elan edilməsi barədə Maraqlı şəxs ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin” hissəsində də təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası; Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 9.1. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. 9.2. İcra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verir. 23.1.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. 27.1. İcra sənədləri üzrə icraat zamanı borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən onun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. 27.3. Axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 8(5-158)-119/2026 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. Ona görə də, kollegiya Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 8(5- 158)-119/2026 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətlərin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətlər təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İş materiallarından müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Borclu cavabdeh Məmmədova İlahə Rəfail qızına qarşı "nikahın pozulması" tələbinə dair mülki işə baxılıb iş üzrə qərar qanuni qüvvəsini alanadək Məmmədova llahə Rəfail qızı ilə Borclu birgə nikahlarından dünyaya gəlmiş ## #### 2024-cü il təvəllüdlü X2 anası Məmmədova llahə Rəfail qızı ilə hər ayın hər həftəsinin cümə, şənbə və bazar günləri saat 10:00-dan 20:00-dək, uşağın doğum günü saat 10:00 dan 19:00 dək hər il Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş rəsmi dövlət və dini bayram günlərində saat 10:00-dan saat 18:00 dək ünsiyyətdə olaraq görüşməsi müəyyən edilmiş, görüş bitdikdən sonra X2 Borclu qaytarılması öhdəliyi Məmmədova İlahə Rəfail qızının üzərinə qoyulmuş və qərardad icraya yönəldilmişdir. Məhkəmə kollegiyası şikayətlərin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, borclu Borclu Kəlbəcər rayonunda işləyir, tələbkar bu əsasla uşağını nənəsinə və babasına verməkdən imtina edərək onu öz yanında saxlamışdır. Borclu Şəki şəhərinə gəldikdən sonra tələbkarın uşağı ona vermək barədə öhdəliyinin olmasını bildirərək icra mərmurundan uşağın ona verilməsini tələb etmiş, tələbkarın evinə gedilən zaman qapı bağlı olduğu üçün uşağın təhvil alınması mümkün olmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, icra məmuru borclu ilə telefon vasitəsi ilə əlaqə saxlamaqla kifayətlənmiş, borclu barəsində hər hansı məcbur edici prosessual hərəkət nümayiş etdirməmişdir. Lakin borclunun ərizəsi ilə iddiaçının yaşadığı evə bir dəfə getməklə, içərindən səsin gəldiyini, lakin qapının açılmadığını əsas gətirərək onun barəsində axtarış qərarı qəbul etmişdir. Şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və yadəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də borclu Borclu tərəfindən verilmiş şikayət təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-72/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-72/2026
10.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver