Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-73/2026 10.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Ərizəni verən şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsinə dair ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsinə dair şikayəti ilə bağlı iş üzrə (Açar sözlər: İcra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğvi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Tələbkar Ərizəni verən şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin icra işinin icraatına xitam verilməsinə dair ## ### 2026-cı il tarixli qərarından məhkəməyə şikayət verərək, Balakən rayon İcra və Probasiya Şöbəsinin ## ### 2026-cı il tarixli icraata xitam verilməsinə dair qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı Ərizəni verən şəxs cavabdeh Borclu qarşı "torpaq sahəsindən çıxarılma" barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: "İddia qismən təmin edilsin. Cavabdeh Borclu Balakən Rayon Aqrar İslahat Komissiyasının ## ###### 2000-ci il tarixli ** saylı qərarı ilə Ərizəni verən şəxs, Nuriyeva Üzlüfat İsrafil qızının, X6 və X1 ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1ndə yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılsın; iddia tələbi qalan hissədə təmin edilməsin; ödənmiş 100 manat dövlət rüsumunun 28 manatı cavabdeh Borclu alınaraq iddiaçı Ərizəni verən şəxs verilişin, qalan 72 manatı iddiaçı Ərizəni verən şəxs özünə aid edilsin. 100 manat ekspertiza xərcinin 28 manatı cavabdeh Borclu oğlundan, 72 manatı iddiaçı Ərizəni verən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdeh Borclu Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e- 2(019)- **/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, 2(107)-725/2025 iş nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Borclu Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, 2(107)-725/2025 iş nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, lakin şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra verdiyi üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2(107)-725/2025 iş nömrəli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi icra olunması üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin, Balakən Rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2025-ci il tarixli "Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” qərarı ilə icra sənədi Balakən Rayon Məhkəməsinə geri qaytarılmışdır. Qərar belə əsaslandırılmışdır ki, ”## ###### 2025-ci il tarixdə icra sənədində göstərilən Balakən rayonu, Qazma kəndində yerləşən torpaq sahəsində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha sahəsinin 0.0912 ha hissəsi və 0.2681 ha hissəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq mütəxəssis tərəfindən GPS aparatı ilə göstərilmişdir. 57OB cizgisində qeyd edilən 0.75 ha torpaq sahəsinin 0.2681 ha hissəsindən borclu Borclu çıxarılmışdır. 570B cizgisində qeyd edilən 0.75 ha torpaq sahəsinin 0.0912 ha hissəsinin döngə nöqtələri göstərilərkən həmin döngə nöqtələrinin daxilində yəni - 0.0912 ha hissədə 1 mərtəbəli, kürsülü daş divarla hörülmüş tikilinin olması və həmin tikilidə borclu Borclu uşaqları ##.##.2009-cu il tarixdə anadan olmuş X2 və ##.##.2010-cu ildə anadan olmuş X3 yaşaması müəyyən olunmuşdur. Balakən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ##### 2025-ci il tarixli icra sənədində borclu Borclu ünvan 1ndə yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha sahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılması göstərilmiş, lakin icra zamanı 0.75 ha torpaq sahəsinin 0.0912 ha hissəsində əlavə tikilinin olması və həmin tikilidə digər şəxslərin yaşaması müəyyən edilmişdir, bu səbəbdən icra sənədinin icrası tam mümkün olmamışdır."Balakən Rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2025-ci il tarixli "Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” qərarından şikayət olunmuş və məhkəmə qərarı ilə qərar ləğv edilərək iş yenidən icra olunması üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.Lakin, Balakən Rayon İcra və Probasiya Şöbəsin yenidən icra sənədini tam icra etmədən ## ### 2026cı il tarixli "icraat xitam verilməsi barədə" qərarı ilə icra sənədinə xitam verilmişdir.## ### 2026-cı il tarixli "icraat xitam verilməsi barədə” qərar belə əsaslandırılmışdır ki, "... ## ### 2026-cı il tarixli aktdan məlum olur ki, mübahisəli torpaq sahəsində olunmuş, ünvan 1 ünvanında yerləşən 1.30 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mübahisələndirilən hissələri mütəxəssis tərəfindən ölçülmüş, borclu Borclu 0.2681 ha hissəsindən tamamilə çıxarılmış, 0.0912 ha hissəsi ölçülən zaman həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Borclu Borclu 0.0912 ha hissəsinin fərdi yaşayış evi istisna olmaqla digər hissədən çıxarılmışdır. Bununlada icra sənədi üzrə olan tələb təmin olunmuşdur." Halbuki, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, 2(107)-725/2025 iş nömrəli qətnaməsində qeyd edilmişdir ki, "...Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi iddiaçı tərəfin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək - mülkiyyətçi olaraq iddiaçı tərəfin Azərbaycan Respublikasının Konstitusiyası, mülki qanunvericilik və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq aktlarla tanınan və qorunan mülkiyyət hüququnun, o cümlədən də mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarının tərkib hissəsidir. Hazırkı mübahisənin bütün halları nəzərə alınmaqla, qeyd etmək lazımdır ki, kənd təsərrüfatı təyinatlı məlum torpaq sahəsi üzərində qanunvericiliyin tələbləri nəzərə alınmadan tikilmiş və müvafiq qaydada Dövlət Reyestrində qeydə alınmamış hər hansı bir özbaşına tikili (Mülki Məcəllənin 180-ci maddəsi) və belə bir tikili ilə əlaqədar mübahisələr - mülkiyyət sahibinin öz torpağından təyinatı üzrə istədiyi kimi istifadə, sahiblik və sərəncam hüquqlarını, yəni mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. Bundan əlavə, qeyd etmək lazımdır ki, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri - hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarət olduğundan və mülki məhkəmə icraatı - qanunçuluğun və ictimai qaydanm bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli olduğundan (MPM-nin 2-ci maddəsi), kənd təsərrüfatı təyinatlı məlum torpaq sahəsi üzərində qanunvericiliyin tələbləri nəzərə alınmadan tikilmiş və müvafiq qaydada Dövlət Reyestrində qeydə alınmamış hər hansı bir özbaşına tikili nəzərə alınmaqla hazırkı iddia tələbi ilə əlaqədar mübahisənin həll edilməsi - mülki işlər üzrə məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilməli olan ədalət mühakiməsinin mahiyyətinə zidd olardı. Çünki, müəyyən xarakterli iddialar, o cümlədən də hazırkı iş üzrə baxılan iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar iddia tələbi - qanunvericiliyin tələblərinə uyğun qeydə alınmaqla mülki dövriyyənin obyekti (predmeti) olan daşınmaz əmlakın hüquqi vəziyyəti nəzərə alınmaqla həll edilməlidir." Balakən Rayon Məhkəməsinin 01 iyun 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməsi, Balakən rayon İcra və Probasiya şöbəsinin ## ### 2026-cı il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu Borclu şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının 129-cu maddəsi, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadını əsassız və qanunsuz hesab edir. Belə ki, e- 2(019)- **/**** nömrəli mülki işə məhkəmədə baxılarkən həm iddiaçı, həm də cavabdeh bildirmişlər ki, torpaq sahəsinin 0.0912 ha hissəsində 2015-ci ildə X6 və Borclu fərdi yaşayış evi inşa edərək övladları ilə birlikdə orada yaşayırlar. İddiaçı tərəf də məhkəmə iclasında həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa edildiyini və cavabdehin iki övladı ilə birlikdə hazırda orada yaşadığını etiraf etmişdir. İddiaçı tərəf 0.0912 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdeh və onun övladlarının çıxarılmasını mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsi də həmin torpaq sahəsində torpaq mülkiyyətçilərindən olan X6 Borclu ilə birgə nikah dövründə inşa etdikləri tikilinin olmasına və həmin tikiliyə Borclu hər hansı hüququnun olub-olmamasına hüquqi qiymət verməmişdir. ##.##.2026-cı il tarixdə işə baxan birinci instansiya məhkəməsi məhkəmənin icraatında belə bir tələb olmadığı halda, icra məmurunun qərarından tələbkar tərəfindən verilən şikayətə baxarkən qətnaməyə şərh verməklə iddia tələbindən kənara çıxmış və borclunun birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinə əmlak və əşya hüquqlarından məhrum etmişdir. Belə ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının ## ###### 2000-ci il tarixli ** saylı qərarı ilə Ərizəni verən şəxs, Nuriyeva Üzlifat İsrafil qızının, X6və X1 ümumi birgə mülkiyyətinə ünvan 1 ərazisindən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə onlara JN 570 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. İş üzrə cavabdeh iddiaçıların gəlini olmuşdur. iddiaçının oğlu- X6 2008-ci ildə cavabdeh Borclu ilə rəsmi nikah bağlayaraq evlənmişdirlər. Onların birgə nikahlarından iki uşaqları vardır. 2015-ci ildə onlar mübahisəli torpaq sahəsinin 0.75 ha hissəsində fərdi yaşayış evi tikdirərək köçüb orada yaşamağa başlamışlar və o vaxtdan da evin ətrafında olan 0,09 hektar torpaq sahəsindən istifadə edirlər. 2024-cü ilin mart ayında Şahin Nuriyevlə Borclu arasında narazılıqlar başlamış və o vaxtdan da Şahin evdən çıxaraq həmin evdə yaşamır. O, evdə Borclu iki uşağı ilə yaşayır və evin ətrafında olan 0,09 hektar torpaq sahəsindən istifadə edir. Cavabdeh Borclu digər 0.2681 ha torpaq sahəsindən məhkəmə mübahisəsi başlayandan istifadə etmir. Həmin torpaq sahəsi də evin yerləşdiyi yerdən uzaqda yerləşir. Bundan əlavə 2015-ci ildə iddiaçıların oğlu Şahin Nuriyevlə birgə nikahda olduqları müddətdə tikdikləri evin yerləşdiyi torpaq sahəsi iddiaçılar və onun oğlu Şahin Nuriyevin mülkiyyətində olsa da, həmin tikili Şahin Nuriyev və cavabdeh tərəfindən inşa edilmiş, iddiaçıların üzərində tikilinin inşasından məlumatlı olmuş, tikiliyə razılıq vermiş və uzun illər buna etiraz etməmiş və bunu qəbul etmişlər. Qeyd edilməlidir ki, həmin fərdi yaşayış evinə dövlət orqanları tərəfindən qaz və elektrik sayğacları quraşdırılmaqla enerji ilə təmin edilmişdir. Eyni zamanda cavabdehin iki övladı ilə birlikdə iddiaçının ümumbirgə mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsində yerləşən tikilidən çıxarılması hazırkı vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehin uzun müddət yaşadığı, birgə nikah dövründə inşa etdikləri, yalnız keçmiş əri ilə nikahları pozulduqdan sonra yaşamasına etiraz edilən evə münasibətdə cavabdehin əmlak və əşya hüquqları mövcuddur. Hazırkı vəziyyətdə mübahisə predmeti olan tikili üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehin iki övladı ilə birlikdə həmin tikilidən çıxarılması barədə məhkəmədə belə bir iddia olmadığı halda, hakimin məhkəmə qərardadını işin bu halları ilə əsaslandırması kobud prosessual hüquq normalarının pozuntusudur. Bundan əlavə bildirmək istəyir ki, cavabdeh Borclu məhkəmə qətnaməsində göstərilən torpaq sahələrindən könüllü olaraq çıxmışdır, lakin 0.09 ha torpaq sahəsinin üzrəində yerləşən fərdi yaşayış evindən çıxarılması ilə bağlı icra vərəqəsində belə bir tələb olmadığına görə fərdi yaşayış evindən çıxmamışdır. ## ### 2026-cı il tarixdə icra sənədində göstərilən Balakən rayonu, Qazma kəndində yerləşən torpaq sahəsində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha sahəsinin 0.0912 ha hissəsi və 0.2681 ha hissəsindən çıxarılması Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi X4 tərəfindən təmin edilmişdir. 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən sənəd olmadığına və həmin tikilidən cavabdehin iki övladı ilə birlikdə çıxarılması barədə hər hansı məhkəmə qərarı və icra sənədi olmadığına görə icra məmuru da haqlı olaraq icra sənədinə xitam vermişdir. Eyni zamanda Balakən rayon İcra və Probasiya Şöbəsinin ## ### 2026-cı il tarixli icraata xitam verilməsi haqqında qərarı Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)- **/**** saylı qərardadında göstərilən mövqeyə uyğun olaraq, yəni 0.0912 ha torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin yerləşmədiyi hissəsindən cavabdehin çıxarılmasını təmin etmişdir. Lakin Balakən Rayon Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı qərardadında göstərilən mövqenin əksinə qərardad qəbul edərək Balakən rayon İcra və Probasiya Şöbəsinin ## ### 2026-cı il tarixli icraata xitam verilməsi haqqında qərarını icra işinin tam icra olunmaması, yəni fərdi yaşayış evindən borclu Borclu uşaqları ilə birlikdə çıxarılması təmin olunmadığına görə ləğv etmiş və həmin hissədə yenidən icra edilməsini qərara almışdır. Belə olan halda Balakən Rayon Məhkəməsi cavabdehin iki övladı ilə birlikdə iddiaçının ümumbirgə mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsində yerləşən tikilidən çıxarılması hazırkı vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehin uzun müddət yaşadığı, birgə nikah dövründə inşa etdikləri, yalnız keçmiş əri ilə nikahları pozulduqdan sonra yaşamasına etiraz edilən evə münasibətdə cavabdehin əmlak və əşya hüquqları mövcuddur. Hazırkı vəziyyətdə mübahisə predmeti olan tikili üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehin iki övladı ilə birlikdə həmin tikilidən çıxarılması barədə məhkəmədə belə bir iddia olmadığı halda, hakimin məhkəmə qərardadını işin bu halları ilə əsaslandırması kobud prosessual hüquq normalarının pozuntusudur. Bundan əlavə Balakən rayon İcra və Probasiya Şöbəsinin ## ### 2026-cı il tarixli icraata xitam verilməsi haqqında qərarı da Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı qərardadında göstərilən mövqeyə uyğun olaraq icra edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- **)-**/**** saylı qərardadında qeyd edilmişdir ki, məhkəmə kollegiyası şikayətin 0.0912 ha torpaq sahəsində 2015-ci ildə X6 və Borclu fərdi yaşayış evi inşa edərək övladları ilə birlikdə orada yaşamaları, evin yerləşdiyi torpaq sahəsi iddiaçılar və onun oğlu Şahin Nuriyevin mülkiyyətində olsa da, həmin tikilinin Şahin Nuriyev və cavabdeh tərəfindən inşa edilməsi,iddiaçıların üzərində tikilinin inşasından məlumatlı olmaları, tikiliyə razılıq vermələri və uzun illər buna etiraz etməmələri, bunu qəbul etmələri, həmin fərdi yaşayış evinə dövlət orqanları tərəfindən qaz və elektrik sayğacları quraşdırılmaqla enerji ilə təmin edilməsi, iddiaçı tərəfin 0.0912 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdeh və onun övladlarının çıxarılmasını mübahisələndirməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar 0.0912 ha torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin yerləşmədiyi hissəsindən cavabdehin çıxarılması imkanlarını aradan qaldırmır. Bu səbəbdən də Balakən Rayon Məhkəməsi *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Odur ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası; Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 20. İcraata xitam verilməsinin əsasları və qaydası 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının tam ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tələbkar Ərizəni verən şəxs şikayətini təmin edərək Balakən rayon İcra və Probasiya Şöbəsinin ## ### 2026-cı il tarixli icraata xitam verilməsinə dair qərarının ləğv edilməsi ilə bağlı qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi tələbkarın şikayətinin təmin edilməsinə dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Balakən Rayon İcra və Probasiya Şöbəsi ## ### 2026cı il tarixli icraata xitam verilməsi haqqında qərarında borclu Borclu fərdi yaşayış evi istisna olmaqla,yəni evin yerləşdiyi torpaq sahəsi istisna olmaqla digər hissəsindən çıxarılmasını,yəni icra sənədinin tam icra edilmədiyini qeyd etsə də, “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə istinad etməklə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, adıçəkilən tikili tələbkarın mülkiyyətində olan 0.0912 ha torpaq sahəsinin ortasında yerləşir. Borclu Borclu yaşadığı evdən çıxıb harasa getmək üçün mütləq qaydada həmin torpaq sahəsinin qalan hissəsindən keçməlidir. Bu hal isə yenə də icra sənədinin tam icra edilməməsini sübut edir. Həmçinin Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə). Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir.Mülki Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da ## #### 2023- cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir. Belə olan halda, məhkəmə hazırkı işin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, adıçəkilən torpaq sahəsində olan tikilini (evi) onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir.(Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-233/2025-ci il tarixli qərarına əsaslanır). Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı bu hüquqi mövqeyə əsasən borclu Borclu çıxarılmalı olduğu 0.0912 ha torpaq sahəsində hər hansı tikilinin (evin) olması onun həmin torpaq sahəsindən çıxarılmasına mane ola hal deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tələbkarın şikayətinin təmin edilməsinə dair gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı Ərizəni verən şəxs cavabdeh Borclu qarşı "torpaq sahəsindən çıxarılma" barədə iddia tələbi qismən təmin edilərək, cavabdeh Borclu Balakən Rayon Aqrar İslahat Komissiyasının ## ###### 2000-ci il tarixli ** saylı qərarı ilə Ərizəni verən şəxs, Nuriyeva Üzlüfat İsrafil qızının, X6 və X1 ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1ndə yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini aldığından həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin ## ### 2026-cı il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 1.30 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mübahisələndirilən hissələri mütəxəssis tərəfindən ölçülmüş, borclu Borclu 0.2681 ha hissəsindən tamamilə çıxarılmış, 0.0912 ha hissəsi ölçülən zaman həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evinin olması müəyyən edilmiş, borclu Borclu 0.0912 ha hissəsinin fərdi yaşayış evi istisna olmaqla digər hissədən çıxarılmışdır. Bununla da icra sənədi üzrə tələb təmin olunmuşdur. Kollegiya qeyd edir ki, Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçının tələbi cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılma olmuş, evdən çıxarılma ilə bağlı hər hansı tələb olmamış, məhkəmə isə cavabdehin sözügedən torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində cavabdeh Borclu ünvan 1ndə yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılması qət edildiyindən, icra məmurunun vəzifəsi icra sənədində göstərilən həddə tələbi icra etmək olmuşdur. Kollegiya hesab edir ki, iddiaçının cavabdeh Borclu qarşı evdən çıxarılma ilə bağlı tələbi olmadığından icra məmurundan cavabdehin həmin evdən də çıxarılmasını tələb etmək əsaslı sayıla bilməz. Buna görədə birinci instansiya məhkəməsi tərəfindən Balakən rayon İcra və Probasiya şöbəsinin ## ### 2026-cı il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi ilə bağlı mövqeyi və gəldiyi nəticə əsassız olmuşdur. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, Borclu fərdi yaşayış evindən çıxarılmamışdır və ev sonuncunun istifadəsindədir, qanunvericiliyin tələbinə uyğun olaraq həmin yaşayış evindən ümumi istifadədə olan yoladək (küçə yolunadək) zəruri keçidin verilməsini tələb etmək hüququna malikdir. Şərh edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 01 iyun 2026cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ləğv edilməli, tələbkar Ərizəni verən şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin “İcraata xitam verilməsinə” dair ## ### 2026cı il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Tələbkar Ərizəni verən şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “icraata xitam verilməsi haqqında” qərarından vermiş olduğu şikayət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-73/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-73/2026
10.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver