Məhkəmə qərarları › İş №8(3-10)-74/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-74/2026

14.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-74/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadına əsasən verilmiş icra sənədinin icrası ilə əlaqədar tələbkar Ərizəni verən şəxs “qərardadın icra üsul və qaydasının dəyişdirilməsi” barədə ərizəsi üzrə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəni verən şəxs ## ### 2026-cı ildə Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadına əsasən verilmiş icra sənədinin icrası ilə əlaqədar “qərardadın icra üsul və qaydasının dəyişdirilməsi” barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadı ilə müəyyən edilmiş icra sənədinin ## #### 2009-cu il təvəllüdlü X5, # ##### 2014-cü il təvəllüdlü Nəzirova Nuray Bədrəddin qızının və # #### 2020-ci il təvəllüdlü X2 ərizəçi Ərizəni verən şəxs ilə görüş qaydası ilə bağlı icra üsulu və qaydasının dəyişdirilməsi, ərizəçi Ərizəni verən şəxs övladları Nəzirova Nərmin Bədrəddin qızı, X4 və X2 ilə şəxsi görüşlərin ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların Bakı şəhərində hər həftənin şənbə günü saat 14:00-da borclu1 tərəfindən Ərizəni verən şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda Ərizəni verən şəxs tərəfindən borclu1 təhvil verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadına əsasən verilmiş icra sənədinin icrası ilə əlaqədar tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş “qərardadın icra üsul və qaydasının dəyişdirilməsi” barədə ərizəsi təmin edilməmişdir (hakim Arifə Cəfərova). Həmin qərardaddan tələbkar Ərizəni verən şəxs şikayət verərək, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi və “qərardadın icra üsul və qaydasının dəyişdirilməsi” barədə ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin həmin iş üzrə qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardaddan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, tələbkar Ərizəni verən şəxs “qərardadın icra üsul və qaydasının dəyişdirilməsi” barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, həmin ərizəsində Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadının icra üsul və qaydası ilə əlaqədar yuxarıda qeyd olunan məzmunda qərardad qəbul edilməsini xahiş etmişdir (həmin ərizənin tələb hissəsi hazırkı qərardadın 1-ci abzasında göstərilmişdir). Lakin, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadına əsasən verilmiş icra sənədinin icrası ilə əlaqədar tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş “qərardadın icra üsul və qaydasının dəyişdirilməsi” barədə ərizəsi təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadında birinci instansiya məhkəməsinin tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş “qərardadın icra üsul və qaydasının dəyişdirilməsi” barədə ərizəsi ilə əlaqədar mövqeyi ondan ibarət olmuşdur ki, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadından görünür ki, ərizəçi Ərizəni verən şəxs “müvəqqəti təminat tədbirinin tətbiqinə” dair ərizəsi qismən təmin edilərək, iddiaçı borclu1 cavabdeh Ərizəni verən şəxs qarşı “nikahın pozulması, uşaqların yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi” tələbinə dair e-*(***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçi Ərizəni verən şəxs uşaqları - ##.##.2009-cu il təvəllüdlü X5, ##.##.2014-cü il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə ünsiyyət hüququ müəyyən edilmiş və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək, eləcə də hər gün saat 18:00-dan 19:00-dək telefon, whatsapp, skype, teleqram və digər telekommunikasiya vasitələri ilə videogörüntülü ünsiyyət təyin edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq yaşayış yeri üzrə ünvan 1ndə hər həftənin şənbə günü saat 14:00-da borclu1 tərəfindən Ərizəni verən şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda Ərizəni verən şəxs tərəfindən borclu1 təhvil verilməsi qərara alınmışdır. Balakən rayonu Üzeyir Hacıbəyov adına Qabaqçöl qəsəbə Tam orta Ümumtəhsil məktəbi tərəfindən ## #### 2026-cı il tarixdə verilən ** nömrəli arayışdan görünür ki, X5 həqiqətən məktəbin Azərbaycan bölməsinin 11-ci sinfində təhsil alır. Balakən rayonu Üzeyir Hacıbəyov adına Qabaqçöl qəsəbə Tam orta Ümumtəhsil məktəbi tərəfindən ## #### 2026-cı il tarixdə verilən ** nömrəli arayışdan görünür ki, X4 həqiqətən məktəbin rus bölməsinin 6-cı sinfində təhsil alır. Balakən rayon Qabaqçöl qəsəbə Icra Nümayəndəliyi tərəfindən verilən ## #### 2026-cı il tarixli ** nömrəli arayışdan görünür ki, həqiqətən də X5, X4 və X2 rayon Qabaqçöl qəsəbəsi sakinləridir. Onlar Balakən rayonu Qabaqçöl qəsəbəsində babası X3 və nənəsi X1 himayəsində yaşayırlar. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ####### 2011-ci il tarixli, */**** nömrəli Qərarı: - 2.2. məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini, hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər; - 3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonuncunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. Iddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Mülki-Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər; - 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki-Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir; - 12.1-ci bəndində məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Işin hallarından görünür ki, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadına əsasən ərizəçi Ərizəni verən şəxs “müvəqqəti təminat tədbirinin tətbiqinə” dair ərizəsi qismən təmin edilmiş, iddiaçı borclu1 cavabdeh Ərizəni verən şəxs qarşı “nikahın pozulması və uşaqların yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi” tələbinə dair e-*(***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçi Ərizəni verən şəxs uşaqları - ##.##.2009-cu il təvəllüdlü X5, ##.##.2014-cü il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə ünsiyyət hüququ müəyyən edilmiş və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək, eləcə də hər gün saat 18:00-dan 19:00dək telefon, whatsapp, skype, teleqram və digər telekommunikasiya vasitələri ilə videogörüntülü ünsiyyət təyin edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 14:00-da borclu1 tərəfindən Ərizəni verən şəxs, həmin gün saat 18:00-da isə eyni ünvanda Ərizəni verən şəxs tərəfindən borclu1 təhvil verilməsi qərara alınmışdır. Lakin, hal-hazırda tələbkar Ərizəni verən şəxs həmin qərardadın icra üsulu və qaydasının dəyişdirilərək, “uşaqların Bakı şəhərində təhvil verilməsi” barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Lakin iş materiallarından görünür ki, uşaqlar Balakən rayonunda yaşayır və təhsil alır. Uşaqların təhvil verilmə yeri onların yaşadığı ünvana uyğun olaraq müəyyən edildiyindən, məlum qərardadın hazırkı ərizə üzrə icra üsulu və qaydasının dəyişdirilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməli və tələbkar Ərizəni verən şəxs qərardadın icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməməlidir. Eyni zamanda, Balakən Rayon Məhkəməsinin həmin iş üzrə qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardadında isə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi birinci instansiya məhkəməsi tərəfindən əlavə olaraq onunla əsaslandırılmışdır ki, tələbkar Ərizəni verən şəxs şikayətində göstərdiyi dəlillər Balakən Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğvi üçün əsas deyildir. Ərizəçinin Bakı şəhərində yaşaması ünsiyyətin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, uşağın təhvil verilmə yeri uşağın yaşayış yerinə görə müəyyən edilir. Odur ki, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərardadının ləğvi üçün əsas yoxdur. Buna görə də həmin qərardadın ləğv edilməsinə dair şikayət təmin edilməməli, şikayət baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 50-ci maddəsinin tələblərinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir (maddə 50.1), valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir (maddə 50.2), valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir (maddə 50.3) və valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir (maddə 50.4). Eləcə də, Azərbаycаn Respublikаsı Ailə Məcəlləsinin tələblərinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (maddə 60.1), valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar (maddə 60.2), uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər (maddə 60.3), uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir (maddə 61.1), uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır (maddə 61.2). Qeyd etmək lazımdır ki, apellyasiya icraatı qaydasında hazırkı şikayətin dəlillərinin işin konkret halları ilə əlaqəli şəkildə araşdırılması zamanı müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı borclu1 cavabdeh Ərizəni verən şəxs qarşı “nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-*(***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdeh Ərizəni verən şəxs “uşaqlarla görüş və ünsiyyət hüququnun müəyyən edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiq olunması” barədə ərizəsi əsasında qəbul edilmiş Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadına əsasən tərəflərin birgə nikahından olan uşaqların faktiki yaşayış yerləri nəzərə alınmaqla, müvəqqəti xarakterli onun (atanın) uşaqları ilə görüş və ünsiyyət hüququnun həyata keçirməsinin üsul və qaydası müəyyən edilmişdir. Iddiaçı borclu1 cavabdeh Ərizəni verən şəxs qarşı “nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-*(***)-***/**** nömrəli mülki iş üzrə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar həmin mülki işə Şəki Apellyasiya Məhkəməsində baxılır və apellyasiya icraatında iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Yəni, hal-hazırda Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qanuni qüvvəsini almamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Göründüyü kimi, işin halları ilə müəyyən edilir ki, Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadı ilə müəyyən edilmiş “uşaqlarla görüş və ünsiyyətin usul və qaydası” həmin qərardad üzrə tələbkar olan Ərizəni verən şəxs ərizəsi əsasında uşaqların faktiki yaşayış yerləri nəzərə alınmaqla, qəbul edilmiş və həmin qərardadla təyin edilən “görüş və ünsiyyətin üsul və qaydaları” iddiaçı borclu1 cavabdeh Ərizəni verən şəxs qarşı “nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-*(***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsini alanadək müəyyən edilməklə, müvəqqəti xarakter daşıyır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Balakən Rayon Məhkəməsi - ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadla “Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-**(***)-**/**** nömrəli qərardadına əsasən verilmiş icra sənədinin icrası ilə əlaqədar tələbkar Ərizəni verən şəxs “qərardadın icra üsul və qaydasının dəyişdirilməsi”” barədə ərizəsini təmin etməməkdə və eləcə də, həmin qərardaddan onun verdiyi hazırkı şikayəti ## #### 2026-cı il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, tələbkar Ərizəni verən şəxs şikayətinin dəlilləri əsassızdır və Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi "X11 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə ## ###### 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi “res judikata” prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar