Məhkəmə qərarları › İş №8(3-10)-75/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-75/2026

20.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-75/2026 20.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar X1 “pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi üzrə (Açar sözlər: məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş pul məbləğinin indeksasiyası) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Tələbkar X1 “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından tələbkar X1 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Tələbkar Tələbkar ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin *(***)-***/**** saylı,## ##### 2018-ci il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 60 manat pul məbləğinin indeksləşdirilərək 2018- ci ilin aprel ayından 2025-cı il dekabr ayınadək 153,70 faiz artımı (60 AZN x 153,70 % = 92,22 AZN) nəzərə alaraq, cəmi 152,22 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2018-ci il tarixli məhkəmə qərarına əsasən, borclu Borclu cəmi 325 manat məbləğində pulun Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasına və icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı üzrə cəmi 265 manat ödəniş olunmuşdur. Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, ## ##### 2018-ci il tarixli, *(***)-***/**** saylı məhkəmə əmri üzrə borclu Borclu tutulub tələbkar Tələbkar ödənilməli olan 60 manat borc məbləğinin 2018-ci ilin may ayından 2025-ci ilin dekabr ayınadək olan müddət üçün 92,28 manat indeksasiya edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, 300 manat ekspertiza xərcinin 183 manatı borclu Borclu, 117 manatı Musayev (Musazadə) Ramil Nuru oğlundan tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013601000000000039 44 SWIFT BİK CTREAZ 22 hesaba köçürülməsi qərara alınmışdır. Tələbkar X1 Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə, tələbkar X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəlləsinin 119.1, 232.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddənin məqsədi məhkəmə qərarı ilə müəyyən edilmiş pul məbləğinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpasından ibarətdir. O ərizəsində ##.##.2018ci il tarixli məhkəmə əmri üzrə ödənilməmiş 60 manat məbləğinin 2018-ci ilin aprel ayından 2025-ci ilin dekabr ayınadək inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilməsini və nəticədə 152,22 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə isə ekspert rəyinə istinad edərək yalnız 92,28 manat məbləğində indeksasiya tətbiq etmiş, lakin ekspert rəyində göstərilən hesablamaların qanunvericiliyin tələblərinə və Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indekslərinin tətbiqi qaydalarına tam uyğun olub-olmamasını araşdırmamışdır.Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin məqsədi məhkəmə qərarının uzun müddət icra edilməməsi nəticəsində pul vəsaitinin inflyasiya səbəbindən dəyərsizləşməsinin qarşısını almaq və tələbkarın əmlak vəziyyətini bərpa etməkdir. Məhkəmə tərəfindən tətbiq edilən hesablanma üsulu isə həmin məqsədə nail olmur və tələbkarın faktiki itkilərini tam kompensasiya etmir. Bundan əlavə, məhkəmə qərarında onun təqdim etdiyi hesablamaların hansı hüquqi və iqtisadi əsaslarla rədd edildiyi ətraflı əsaslandırılmamış, yalnız ekspert rəyinə istinad edilməklə kifayətlənilmişdir. Halbuki məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirməli və tərəfin irəli sürdüyü dəlillərə ayrıca hüquqi qiymət verməli idi. Odur ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 232.1-ci maddəsinə əsasən işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksiyasını həyata keçirə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilərək, ərizəsinin təmin olunmamış hissəsinin də təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İş materiallarıdan müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ## ##### 2018-ci il tarixli məhkəmə əmri ilə borclu Borclu 235 manat əsas borc və 70 manat cərimə borcu və 20 manata dövlət rüsumu olmaqla , ümumilikdə 325 (üç yüz iyirmi beş) manat pulun Tələbkar xeyrinə alınması əmr edilmişdir.Tələbkar Tələbkar ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2018-ci il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 60 manat pul məbləğinin indeksləşdirilərək 2018- ci ilin aprel ayından 2025-cı il dekabr ayınadək 153,70 faiz artımını (60 AZN x 153,70 % = 92,22 AZN) nəzərə alaraq cəmi 152,22 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2026-cı il tarixli **/*** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən faizlərin hesablanmasının mümkünlüyü məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə,istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə 60.00 manat məbləğində pul vəsaitinin 2018-ci il may ayından 2025ci il dekabr ayınadək olan dövr ərzində hesablanmış cari dəyəri (ekvivalenti) aşağıdakı kimi müəyyən edilir: 2018-ci ilin may ayından 2025-ci ilin dekabr ayınadək olan dövr ərzində 60.00 manat pul vəsaiti istehlak qiymətləri indeksinin 53,8% artması nəzərə alınmaqla 60.00*53,8%= 32,28 manat. Ümumilikdə 60.00 manat+32,28 manat=92,28 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Kollegiya tələbkarın şikayətinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsini düzgün tətbiq etməməsi, məhkəmə ekspert rəyinə istinad edərək yalnız 92,28 manat məbləğində indeksasiya tətbiq etməsi, ekspert rəyində göstərilən hesablamaların qanunvericiliyin tələblərinə və Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indekslərinin tətbiqi qaydalarına tam uyğun olub-olmamasının araşdırılmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2026-cı il tarixli **/*** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən faizlərin hesablanmasının mümkünlüyü məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə,istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə 60.00 manat məbləğində pul vəsaitinin 2018-ci il may ayından 2025- ci il dekabr ayınadək olan dövr ərzində hesablanmış cari dəyəri (ekvivalenti) aşağıdakı kimi müəyyən edilir: 2018-ci ilin may ayından 2025-ci ilin dekabr ayınadək olan dövr ərzində 60.00 manat pul vəsaiti istehlak qiymətləri indeksinin 53,8% artması nəzərə alınmaqla 60.00*53,8%= 32,28 manat. Ümumilikdə 60.00 manat+32,28 manat=92,28 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2026-cı il tarixli **/*** nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, həmçinin tələbkar bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə əsas borcla birlikdə borcludan tələbkarın xeyrinə tutulmalı olan məbləğ ümumilikdə 60.00 manat+32,28 manat=92,28 manat təşkil edir. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər. 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Tələbkar X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar