Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-77/2026 24.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəçi Ərizəni verən şəxs ərizəsi ilə bağlı material üzrə (Açar sözlər: qətnаmənin icrа üsulunun dəyişdirilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəçi Ərizəni verən şəxs ərizəsinin qismən təmin edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən, cavabdeh Ərizəni verən şəxs nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi, eyni zamanda həmin məhkəmənin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı əlavə qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, iddiaçı Maraqlı şəxs ##.##.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi, qətnamədə göstərilmiş ünsiyyətin ilk 6 (altı) ay ərzində ananıncavabdeh Ərizəni verən şəxs iştirakı ilə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Ərizəçi Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs uşağı ilə ünsiyyətdə olması qaydasının uşağının sağlamlığını, dərman istifadəsini, təlim prosesini və yuxu rejimini nəzərə alaraq görüş günlərini şənbə günü saat 13:00-14:00, uşağın doğum günündə 13:00-14:00, Yeni il və Novruz bayramlarında bir gün olmaqla saat 13:00-15:00-a qədər və hazırda uşağın təlimlərinin Gəncə şəhərində olmasını nəzərə alaraq Gəncə şəhərində Icra və Probasiya Şöbəsində, təlim bitdikdən sonra isə yaşayış yeri üzrə görüşlərin Icra və Probasiya Şöbəsində yalnız ananın iştirakı ilə təmin edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Ərizəni verən şəxs ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə ##.##.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onunla birgə nikahdan ## ### 2022-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, Iş №: 2(051)- ***/**** saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından doğulmuş ## ### 2022-ci il təvəllüdlü X1 anası Ərizəni verən şəxs yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2023-cü il tarixli, 2(051 )-***/**** saylı qətnaməsi ilə Maraqlı şəxs ##.##.2022-ci il tarixdə doğulmuş Mələk adlı uşağı ilə ünsiyyətdə olmaq üçün hər ayın şənbə günləri saat 11:00–dan 13:00–dək, uşağın doğum günlərində 12:00–dan 15:00–dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, iki saat, yəni həmin günlər 12:00–dan 14:00–dək anasının iştirakı olmadan görüş vaxtının müəyyən edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı əlavə qətnaməsi ilə ərizə təmin edilmiş, iddiaçı Maraqlı şəxs ## ### 2022-ci il tarixdə doğulmuş X1 ilə Mingəçevir şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş görüş yerinin iddiaçı Maraqlı şəxs yaşadığı və qeydiyyatda olduğu Mingəçevir şəhəri, A.Qurbanov küçəsindəki */* saylı evdə müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən, cavabdeh Ərizəni verən şəxs nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi, eyni zamanda həmin məhkəmənin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı əlavə qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, iddiaçı Maraqlı şəxs ##.##.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00dək, uşağın doğum günündə 12:00- dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi, qətnamədə göstərilmiş ünsiyyətin ilk 6 (altı) ay ərzində ananın cavabdeh Ərizəni verən şəxs iştirakı ilə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Maraqlı şəxs uşaqla ünsiyyət günlərinin və formasının yenidən baxılaraq dəyişdirilmə səbəbi olaraq bildirmək istəyir ki, hazırda uşağı autizm və epilepsiya xəstəliyindən əziyyət çəkir və onun iştirakı olmadan Maraqlı şəxsla görüşü uşağın sağlamlığına birbaşa ziddir. Hətta Maraqlı şəxs uşaqla ünsiyyət olması zamanı onun necə narahat olduğunu təsdiq edən video görüntülər var. X1 ##.##.2024-cü il tarixdə Mingəçevir Şəhər Ruhi X10 autizm kanner sindromu diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. ##.##.2026-cı il tarixdə verilmiş sənədə əsasən X1 autizm spektr pozuntusu diaqnozu aldığı eyni zamanda epilepsiyası olduğu qeyd edilmişdir. ##.##.2026-cı il tarixdə verilmiş sənədə əsasən X1 autizm spektr pozuntusu, inkişaf etaplarının ləngiməsi (əsasən nitqin inkişafı), psixiatr rəyi və dəyərlərinə əsasən təsdiqlənmişdir. Daima psixoloq və nevroloq nəzarəti psixopedoqoji məşqlərin (Təlimlərin) səliqəli davam etdirilməsi qeyd edilmişdir. Beyin fəaliyyətindəki, pataloji aktivlik ##.##.2025-ci il tarixli EEG nəticəsinə əsasən beyin qabığının oyanıqlığı ilə yanaşı sol yarımkürənin müxtəlif strukturlarında olmaqla əsasən gicgah ənsə nahiyələrində fiksə olan "spayk" tipli epi aktivlik izlənilmişdir. Dalğaların zonal paylanması anormaldır və ritmlər yaşa uyğun formalaşmır. Sinir hüceyrələrinin zədələnmə dərəcəsi ##.##.2026-cı il tarixli NSE analizinə əsasən Neyrospesifik enolaza göstəricisinin 39,76 ng/mL (normadan iki dəfədən çox yüksək) olması beyin toxumasında gedən neoral zədələnməni aktiv fazada olduğunu göstərir. Bu uşağın mərkəzi sinir sistemini gərgin iş rejimində olduğunu və epilepsiya fonunda beynin ciddi struktur risqləri altında qaldığını sübut edən ən ağır göstəricidir. Bu tibbi faktlar təsdiq edir ki, uşağının vəziyyəti stabilləşmiş bir xəstəlik deyil, dinamik şəkildə pisləşməyə meyilli, davamlı reabilitasiya, xüsusi pəhriz, bahalı preparatlar və 24 saatlıq ana nəzarəti tələb edən bir vəziyyətdir. Atanın uşağın bu ağır durumuna biganə qalması, müayinə və müalicə proseslərindən yayınması, əslində uşağın həyatını və gələcəyini birbaşa riskə atmaqdır. Uşağın autizm spektrində olması onun ətraf aləmlə əlaqəsini onsuz da çətinləşdirir, mövcud epilepsiya və beyindəki patoloji aktivlik isə bu vəziyyəti daha da qəlizləşdirərək onu fiziki baxımdan aciz vəziyyətə salır. Psixoloji rəydə qeyd olunduğu kimi, hətta reabilitasiya seansları zamanı uşaqda qəfil epilepsiya tutmaları baş verir. Bu tutmalar zamanı uşaq kənar stimullara reaksiya vermir və həyatı risk yaranır. Mərkəzin rəyinə əsasən, "seans zamanı valideynlərdən birinin (ananın) mərkəzdə olması zəruridir". Bu, uşağın hər an ana qayğısına və tibbi müdaxiləyə ehtiyacı olduğunun rəsmi sübutudur. Uşağın atası Maraqlı şəxs uşağının bu ağır durumundan xəbərdar olsa da, bu vaxta qədər nə müalicə prosesində, nə də müayinələrdə iştirak etmişdir. Atanın məqsədi uşağı görmək deyil, uşağın sağlamlığı ilə gecə- gündüz məşğul olan ananı sarsıtmaq və qanunsuz şikayətlərlə onu işindən və uşağından ayırmaqdır. Maraqlı şəxs təqdim etdiyi video-sübutlarda uşağının xəstə olmadığını iddia edir. Uşağın beynindəki elektrik dalğaları (EEG nəticəsi) və neyronal zədələnmə hər an ağır qıcolma riskini təsdiq edir. Atanın bu vəziyyəti qəsdən inkar etməsi və görüş zamanı həkim tərəfindən təyin olunmuş dərmanları uşağa verməkdən imtina etməsi, habelə onun müdaxiləsinə icazə verməməsi uşağın həyatını birbaşa təhlükə altına atır. Icra və Probasiya Şöbəsinin rəisi Eynur Babayevə bu təhlükə barədə məlumat verdikdə, o, məsuliyyətdən yayınaraq "ata da sizin kimi valideyndir" deyib bu tip hərəkətlərə göz yumur. Maraqlı şəxs ona qarşı "Allah sənə xəstə uşaq verərək səni cəzalandırıb" deyərək həm bir ana, həm də bir müəllimə kimi onun şərəf və ləyaqətini tapdalayır. Uşağının autizm və epilepsiya ilə mübarizəsi ailə büdcəsi üçün ağır maddi yük yaradır. Bu xərclər tərəfindən təkbaşına qarşılanır, ata Maraqlı şəxs isə qanuni borcu olan alimentdən əlavə olaraq uşağın sağlamlığı üçün tələb olunan cüzi məbləğləri belə verməkdən imtina edir. Təkcə son iki ayda (mart və aprel 2026-cı il) uşağının "X6"ndəki reabilitasiya seansları üçün 800 manat (hər ay 400 manat) ödəniş etmişdir. Bundan əlavə, Italiyadan gətirilən bahalı preparatlar (Glialia), mütəmadi həkim qəbulları, bahalı instrumental müayinələr (EEG, BERA) və analizlər üçün hər ay külli miqdarda vəsait xərclənir. Bu qədər ağır müalicə xərclərinin qarşısında Maraqlı şəxs 100 manat kimi cüzi bir məbləği "böyük pul" adlandıraraq Şəki Apellyasiya Məhkəməsinə şikayət etmişdir, lakin şikayət təmin edilməmişdir. Maraqlı şəxs iddia edir ki, bu pulu uşağın sağlamlığına deyil, öz şəxsi ehtiyaclarına sərf etmək üçün istəyir. Ayda 1000-1500 manatdan çox müalicə xərci çəkən bir ananın 100 manatı özünə xərcləmək üçün şikayət etdiyini düşünmək sağlam məntiqlə bir araya sığmır. Maraqlı şəxs 2 ildir davam edən bu ağır müalicə prosesini bilərəkdən görməzdən gəlir, uşağın xəstəliyini inkar edir və maddi yardımdan qaçmaq üçün ona qarşı "şəxsi maraq" ittihamları irəli sürür. Atanın məqsədi uşağın sağalmasına dəstək olmaq deyil, ağır xərclər altında qalan ananı daha da çətin vəziyyətə salmaqdır. Qarşı tərəfin bu qədər aqressiv şikayətlərinin və onu həbslə hədələtdirməsinin tək məqsədi aliment və əlavə xərc öhdəliyindən qaçmaq və onu uşağın müalicə pullarından imtina etməyə məcbur etməkdir. Maraqlı şəxs uşağın sağlamlığı ilə maraqlanmaq əvəzinə, öz xidməti iş saatlarını dövlət qurumlarına əsassız şikayətlər yazmağa sərf edir. Maraqlı şəxs məqsədi uşağını görmək deyil, uşağın reabilitasiyasına mane olmaq və onu işindən edərək maddi baxımdan çökdürməkdir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı əlavə qətnaməsi ləğv edilsə də, yenə də ondan uşağın onun tərəfindən atanın evinə aparıb verilərək atanın uşaqla ünsiyyətini təmin etməyini ondan tələb edirlər. Onun isə üzərinə Məhkəmə tərəfindən hər hansısa bir öhdəlik və vəzifə qoyulmamışdır. Ona görə də o, ünvan 1 ünvanında yaşamağına baxmayaraq, uşağı Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə apararaq atanın uşaqla görüşünü ananın iştirakı olmadan keçirilməsini təmin etməyə çalışmışdır. Səbəb atanın Şəkiyə, yəni onun hazırda yaşadığı ünvana gedərək uşaqla görüşünün təmin edilməsini istəməməsidir. ##.##.2025-ci il tarixli **/ƏN-*** saylı qərara əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası IXM-in 528.1 - ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Bu günə kimi uşağının xəstəliyini və onun müalicələrini nəzərə alaraq yenidən ailə qurmamış, lakin Maraqlı şəxs uşağının xəstəliyini öyrəndikdən heç 20 gün keçmədən özünə xeyir iş və şənlik edərək ailə qurmuşdur. Uşağının xəstəliyini düşünmədən və qayğısına qalmadan yalnız öz şəxsi maraqlarını qorumuşdur. Onun haqqında əsası olmadan şər, böhtan atan bir şəxs istənilən zaman uşağının yanında onun barəsində hər an xoşagəlməz fikirlər söyləyərək uşağın psixologiyasına mənfi təsir göstərə bilər. Maraqlı şəxs evlidir və digər uşağı var. Uşağın xəstəliyini və ağrılarını inkar edən bir ata və onun evindəki yad bir qadın onun xəstə uşağına necə baxacaq? Heç bir ögey mühit, heç bir yad qadın autizmli uşağın dünyasına daxil ola bilməz və onun krizislərini idarə edə bilməz. Hazırda uşağı Gəncə şəhərində intensiv təlim alır. Uşağının vəziyyəti ağırlaşmasın, təlimin keyfiyyəti düşməsin deyə, o, öz boğazından kəsib Gəncədə kirayə ev tutmuşdur ki, hər gün yol əzabını çəkməsin. Odur ki, bütün sadalananlara əsasən məcburiyyət qarşısında qalıb görüş günlərinin və formasının (şəraitinin) dəyişdirilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də Maraqlı şəxs uşağı ilə ünsiyyətdə olması qaydasının uşağının sağlamlığını, dərman istifadəsini, təlim prosesini və yuxu rejimini nəzərə alaraq görüş günlərini şənbə günü saat 13:00-14:00, uşağın doğum günündə 13:00-14:00, Yeni il və Novruz bayramlarında bir gün olmaqla saat 13:00-15:00-a qədər və hazırda uşağın təlimlərinin Gəncə şəhərində olmasını nəzərə alaraq Gəncə şəhərində Icra və Probasiya Şöbəsində, təlim bitdikdən sonra isə yaşayış yeri üzrə görüşlərin Icra və Probasiya Şöbəsində yalnız ananın iştirakı ilə təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024cü il tarixli *(***)-***/**** saylı qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək aşağıdakı qaydada müəyyən edilməsi: “Maraqlı şəxs ##.##.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı ilə hər ayın hər həftəsinin şənbə günü saat 13:00-dan 15:00-dək, uşağın doğum günü, Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 14:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququ verilsin.” qərardadda göstərilmiş ünsiyyətin qərardad qanuni qüvvəyə mindiyi gündən ilk 1 (bir) il ərzində ananın-Ərizəni verən şəxs iştirakı ilə müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından “uşaqla ünsiyyətin bu qərardad qanuni qüvvəyə mindiyi gündən ilk 1 (bir) il ərzində ananın-Ərizəni verən şəxs iştirakı ilə müəyyən edilməsi” hissəsi ilə razılaşmır, qanunsuzdur və məhkəmə Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini pozaraq yenidən uşaqla ünsiyyətin ananın iştirakı ilə aparılmasını qət etməkdə səhvə yol vermişdir. Məhkəmənin gəldiyi bu nəticə icra üsulunun dəyişdirilməsi deyil, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi, yəni yeni bir iddia tələbinin təmin edilməsidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 6 aydan sonra ananın iştirakı olmadan uşaqla ünsiyyət hüququ onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və kassasiya qaydasında ləğv edilməmiş hüququdur, cavabdeh Ərizəni verən şəxs isə öhdəliyidir. Həmçinin ananın iştirakı olmadan uşağın da ata ilə ünsiyyət hüququ həmin qətnamə ilə müəyyən edilmişdir, habelə uşaqla ikilikdə görüşləri, ünsiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasından, Ali Məhkəmənin Plenumunun uşaqla ünsiyyətə dair ayrı-ayrı qərarlarından, Ailə Məcəlləsindən və beynəlxalq aktlardan irəli gələn hüquqlarıdır. Uşağın autizm xəstəliyi diaqnozu onun ata ilə təklikdə görüşünə mane olan hal hesab edilmir. Belə ki, Ərizəni verən şəxs Yevlax rayonunun Əcəmi kəndində müəllim işləyir və gün ərzində saatlarla uşağı özünün nəzarəti olmadan digər insan və ya insanların yanında qoyur, o isə atadır və uşağına görüş vaxtı çox diqqətli, səmimi, mehriban olur və davranır, uşaq da görüş vaxtı onunla şən və mehriban olur. Bu barədə video görüntüləri də var. Autizm ağır xəstəlik deyil, nitq ləngiməsidir və müvəqqəti xarakter daşıyır. Autizmin hərtərəfli pulsuz müalicəsi yüksək səviyyədə Mingəçevir şəhər X9 var. Uşağın Gəncə şəhərinə və sair yerlərə aparılması Ərizəni verən şəxs bəhanəsidir və onun uşaqla görüşünə mane olmaq niyyətidir. Həmin sanatoriyada belə xəstələrlə bağlı lazımi dərmanlar var, psixoloq, loqoped müayinə və müalicələri, kursları pulsuzdur və davamlıdır, hər cür yeni modelli tibbi avadanlıqlar və aparaturalar da var. Hazırda ailəlidir, Ərizəni verən şəxs iştirakı ilə uşaqla ünsiyyətinin həyata keçirilməsi də milli mentalitet baxımından zəruri deyil, uşağını əyləncə mərkəzlərinə, kafe-restoranlara, parklara aparıb onu xoşhal etmək, sevindirmək istəyir, qulluğunda durmaq istəyir. Bu isə Ərizəni verən şəxs iştirakı ilə mümkün deyil. Əvvəllər birgə ünsiyyətləri bir neçə dəfə olub və həmin vaxtlarda Ərizəni verən şəxs ona şərböhtan atıb, polisə verib və şikayətləri əsassız olduğundan təmin olunmayıb. Bir müddət əvvəl də eyni məsələ ilə bağlı Ərizəni verən şəxs oxşar məzmunlu ərizə ilə, yəni uşağı ilə görüşə mane olmaq niyyətilə Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin uşaqla ünsiyyətə dair *(***)-***/**** nömrəli qətnaməsinin icra üsulunun dəyişdirilərək uşaqla görüşün hər dəfə özünün (yəni Ərizəni verən şəxs) və psixoloqun iştirakı ilə olmasını xahiş etmişdir. Lakin onun ərizəsi Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli 8(051 )-***/**** nömrəli qərardadı ilə təmin edilməmişdir. Ərizəni verən şəxs Mingəçevir Şəhər Məhkəməsinin bu qərardadından Şəki Apellyasiya Məhkəməsinə şikayət vermiş, lakin onun şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 8(051 )- ***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsi *(***)-**/**** nömrəli qərardad qəbul etmişdir. Bundan başqa Ərizəni verən şəxs Şəki Apellyasiya Məhkəməsinin uşaqla ünsiyyətə dair *(***)-***/**** nömrəli qətnaməsinin icrasına möhlət verilməsini məhkəmədən xahiş etsə də, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli qərardadı ilə də ərizəsi təmin edilməmiş, qərardaddan şikayət verilməmişdir. Ərizəni verən şəxs ##.##.2022-ci il təvəllüdlü övladı Mələk Məliksoyu heç bir üzrlü səbəb olmadan, qəsdən, davamlı olaraq, yəni ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixlərdə Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin inzibati binasına görüşə gətirməyərək Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli qətnaməsini icra etməmiş, bu səbəbdən Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Ərizəni verən şəxs ##.##.2024-cü il tarixli ******/****-*-*-** nömrəli yazılı xəbərdarlıq, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli Aktlar tərtib edilmiş və müvafiq protokol tərtib edilərək o, məhkəməyə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə Ərizəni verən şəxs IXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Ərizəni verən şəxs həmin qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət vermiş, lakin onun şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)- ***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsi *(***)-***/**** nömrəli qərar qəbul etmişdir. Ərizəni verən şəxs yenə uşağı ilə görüşə mane olmaq niyyətilə bu dəfə də uşağı ilə görüşdə psixoloqa heç bir ehtiyac olmadığı halda məhz görüşünə maneə törətmək məqsədi ilə Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək uşaq görüşünün psixoloq tərəfindən qiymətləndirilməsini istəmişdir. Lakin Ərizəni verən şəxs bu planı da baş tutmadı, belə ki, Mingəçevir şəhər Icra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən rəy verilərək bildirildi ki, “uşaq atası ilə ünsiyyətdə olduğu müddətdə ağlamadı, atasından qaçmadı, əksinə oyunlar oynadı, güldü və şənləndi”. Həmçinin rəyin məsləhət hissəsində bildirilmişdir ki, uşaqla birlikdə yaşayan valideynə, yəni Ərizəni verən şəxs tövsiyə olunsun ki, uşağın yanında qarşı tərəfə yönəlmiş mənfi fikirlər söyləməsin. Bundan başqa, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşaqla görüş günü, yəni ##.##.2024-cü il tarixdə Ərizəni verən şəxs Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin inzibati binasına qızı Mələksiz, tək gəlmiş, uşağı görüşə gətirməmiş və şöbənin əməkdaşının yanında qətiyyətlə bildirmişdir ki, görüş üçün övladını ona verməyəcəkdir və onu təhqir etmişdir. Bundan başqa, Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinin rəisi X3 Ələsgərovaya görüş günü, yəni ##.##.2025-ci il tarixdə zəng edərək görüşü təmin etməyi tələb etsə də, Ərizəni verən şəxs ona kobudcasına “sən kimsən, bir də məni yığıb narahat etmə” deyə uşaq görüşünü təmin etməyəcəyini bildirmişdir. Bu barədə ##.##.2025- ci il tarixli rəsmi akt tərtib edilmişdir. Bundan başqa, Ərizəni verən şəxs ##.##.2025-ci ildə Mingəçevir Şəhər icra və Probasiya Şöbəsinə gələrək Icra və Probasiya Şöbəsinin rəisi Eynur Babayevin qəbulunda olmuş və onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bu barədə də ##.##.2025-ci il tarixli rəsmi akt tərtib edilmişdir. Bundan başqa, Ərizəni verən şəxs Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin rəisi Eynur Babayevə yazdığı ##.##.2024-cü il tarixli izahatında da uşaq görüşünü təmin etməyəcəyini qəti olaraq bildirmişdir. Ərizəni verən şəxs əvvəllər də oxşar əməllərinə görə, Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair icra məmuru tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə təqdimat verilmiş və təqdimat məhkəmə tərəfindən təmin edilərək Ərizəni verən şəxs məcburi qaydada Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinə gətirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsi ##.##.2023-cü il tarixli *(***)-**/**** nömrəli qərardad qəbul etmiş və qərardadın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılmışdır. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-***/**** nömrəli qətnaməsinə əsasən heç bir aliment borcu olmadığı qət edilmiş və Ərizəni verən şəxs bu qətnamədən Şəki Apellyasiya Məhkəməsinə şikayət etsə də, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə Ərizəni verən şəxs şikayəti təmin edilməmişdir. Işlədiyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən və yaşadığı yerin * saylı Mənzil Istismarı Sahəsi tərəfindən dəfələrlə ona müsbət xasiyyətnamələr verilmişdir. Daha sonra, Ərizəni verən şəxs uşaqla görüşünə maneə törətmək üçün Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinə məlumat verərək özünün və övladının Şəki rayonunun Şəkikənd kəndində yaşadığını iddia edir və işin ora göndərilməsini Mingəçevir şəhər Icra və Probasiya Şöbəsindən tələb edir. Lakin araşdırmalar və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Şəki rayon nümayəndəliyi tərəfindən Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli *** nömrəli məktuba əsasən məlum olmuşdur ki, Ərizəni verən şəxs Şəki rayonunun Şəkikənd kəndində yaşamır, bu fakt dəqiqdir, onun yaşayış yeri Mingəçevir şəhəridir. Beləliklə, ali təhsilli, Yevlax rayonu Əcəmi kənd tam orta məktəbində dərs keçən, qanunun aliliyini dərk etməli olan, şagirdlərə vətənpərvərliyi və qanunçuluğu təbliğ etməli olan Ərizəni verən şəxs özü Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə və qətnamənin icrasından açıq-aşkar boyun qaçırmaqla məhkəmə aktlarına və icra məmurunun tələblərinə saymazlıq göstərir və onun AR Konstitusiyasında, ailə qanunvericiliyində təsbit olunmuş hüquqlarını kobud surətdə pozur, valideynlik vəzifələrini həyata keçirməyə maneələr yaradır. Valideynlik (atalıq) hüququndan məhrum edilməmişdir, dövlət orqanında dövlət qulluğundadır, iş yeri üzrə müsbət xarakterizə olunur, aliment öhdəliklərini pozmur və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş “ananın iştirakı olmadan” uşağı ilə ünsiyyətinin uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, əxlaqi inkişafına zərər verə bilməklə həyata keçirilməsinə dair hər hansı qanuni əsas, hətta cüzi belə səbəb yoxdur. Ərizəni verən şəxs xeyli müddətdir ki, uşaqla ünsiyyətə dair Şəki Apellyasiya Mləhkəməsinin *(***)-***/**** nömrəli qətnaməsini icra etmir. Şəki Apellyasiya Mləhkəməsinin 2(107)- ***/**** nömrəli qətnaməsində nəzərdə tutulmuş, yəni ilk 6(altı) ay müddət bitdikdən sonra bircə dəfə də olsa qətnaməni icra etməyib. ##.##.2026-cı il tarixdə Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsində övladı ilə görüş zamanı övladı ilə özünü mobil telefonla videoya çəkərkən Ərizəni verən şəxs səs-küy salaraq üzərinə gəlmiş, sinəsindən vurmuş və orada olan kreslonu aşırmışdır. Nəticədə, övladı ağlamış və onu sakitləşdirmişdir. Odur ki, Ərizəni verən şəxs qətnaməni icra etmədiyinə görə Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli akt tərtib edilmiş və hadisə onun telefonu ilə videoya çəkilmişdir. Ərizəni verən şəxs hərəkətləri bir daha sübut edir ki, niyyəti övladını ondan daimi olaraq uzaqlaşdırmaq və onu bezdirərək görüşdən imtina etməyinə nail olmaqdır. 2025-ci ilin yanvar ayından rəsmi nikah bağlayaraq ailə qurmuş və ailəli bir şəxs kimi artıq ona yad olan Ərizəni verən şəxs ilə bir yerdə 1-3 saat uşaqla görüş müddətində birgə olmağı qəbuledilməzdir. Bundan başqa onunla bir yerdə olan vaxt dəfələrlə ona şər-böhtan atmış, ondan əsassız olaraq polisə və prokurorluğa, Mingəçevir şəhər Icra Hakimiyyətinə şikayətlər etmiş, lakin bu şikayətlər rədd edilmişdir. Eyni zamanda gələcəkdə uşaqla ünsiyyətinə mane olmaq üçün, Mingəçevir şəhər Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli * nömrəli qərarı ilə özünə mühafizə orderi almış, lakin şəhər icra hakimiyyətinin həmin qərarı Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Ərizəni verən şəxs Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin rəisi Eynur Babayevə yazdığı ##.##.2024-cü il tarixli izahatında da qəti olaraq göstərmişdir ki, onun iştirakı olmadan uşaqla görüşməyinə razı deyil və icazə vermir. Halbuki, həmin vaxtlar qızı Mələyin “autizm kanner” sindromu ilə psixiatrik müşahidəyə götürülməsinə dair heç bir sənəd yox idi və sonradan bu sənədi əldə etmişdir. Bununla belə Mingəçevir şəhər X12 baş həkimi Şəmsinur Hüseynova ərizəsinə əsasən ona ünvanladığı ## ###### 2024-cü il tarixli *** saylı məktubunda göstərir ki, uşağın anası Ərizəni verən şəxs iştirakı olmadan atası ilə görüşə bilər və onların ünsiyyətdə olması hər hansı bir mənfi təsir göstərə bilməz. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməsi ilə onun ananın iştirakı olmadan uşaqla ünsiyyət hüququ müəyyən edilmiş, bu hüquq qətnamənin nəticə hissəsinin ləğv olunmamış, ayrılmaz tərkib hissəsidir. Beləliklə, Mingəçevir Şəhər Məhkəməsi öz qərardadı ilə Ərizəni verən şəxs ərizəsini təmin etməklə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinin mahiyyətini dəyişmiş və mülki prosessual qanunvericiliyin və maddi hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Yəni, Mingəçevir Şəhər Məhkəməsi öz qərardadı ilə qanuni qüvvəyə minmiş apellyasiya məhkəməsinin qətnaməsini, hesab edir ki, qismən ləğv etməklə ananın iştirakı ilə görüşün müəyyən edilməsi qənaətinə gəlməsi səhvdir və qanunsuzdur. Beləliklə, ərizəçi Ərizəni verən şəxs tələbi (onun iştirakı ilə uşaqla ünsiyyət) uşaqla ünsiyyət üsulunun və qaydasının dəyişdirilməsi deyil, işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmış apellyasiya məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinin “ananın iştirakı olmadan” atanın uşaqla ünsiyyətdə olması hissəsinin ləğv edilməsi deməkdir ki, bu da qanuna ziddir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsini, əks təqdirdə şikayətinin işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, Mələk adlı uşaq azyaşlıdır, həmin uşaq “Uşaq autizmi Kanner sindromu F84.0” xəstəliyindən əziyyət çəkir, müalicə həkimləri də uşağın atası ilə görüşlərinin bir müddət anasının iştirakı ilə aparılmasını zəruri hesab etmişlər. Belə ki, tərəflərin iştirakı ilə məhkəmə iclasında maraqlı şəxsin təqdim etdiyi audiovideo diskə baxış keçirilməsi zamanı müəyyən edildi ki, ananın iştirakı ilə Mingəçevir şəhər icra və Probasiya şöbəsinin binasında Mələk adlı uşaqla atası Maraqlı şəxsla ünsiyyətdə olması normal şəkildə olmuş, lakin ananın iştirakı olmadan təyin edilmiş görüşlər isə mümkün olmamışdır. Belə olan halda Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsində atanın ünsiyyət hüququnun ananın iştirakı olmadan realizə edilməsi ilə bağlımüəyyən edilmiş icra üsulu qətnamənin icrasında çətinliklər yaradır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, qətnamənin icra üsulunun həmin hissədə dəyişdirilməsi zəruridir. Məhkəmə, həmçinin nəzərə almışdır ki, uşaqla daima ünsiyyətdə olan, onun qayğısına qalan, qidalanmasını və dərman vasitələrinin vaxtında verilməsini təmin edən, hətta müalicə və müayinəsi zamanı yaxından iştirak edən, yuxu rejimini diqqətdə saxlayan ərizəçi Ərizəni verən şəxsdır. Ərizəçi də məhkəmə iclası zamanı izahatında və təqdim etdiyi ərizəsində Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(107)- ***/**** saylı qətnaməsində Maraqlı şəxs Mələk adlı uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00- dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsini uşağın yuxu və qidalanma rejimi ilə uyğun olmadığı göstərilmişdir. Məhkəmə iclası zamanı ərizəçinin bildirdikləri heç bir mötəbər sübutla təkzib edilmədiyinə görə uşaqla ünsiyyət vaxtının saat 11:00-dan başlamasını müəyyən edən icra üsulu, qətnamənin icra edilməsinə imkan verməyən hal kimi müəyyən edilməli və uşağın maraqlarına uyğun olaraq icra üsulu dəyişdirilməklə ünsiyyət vaxtı saat 13:00-dan sonraya təyin edilməlidir. Iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olarkən ərizəçi Ərizəni verən şəxs şikayətə qarşı etiraz ərizələri göndərərək şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli ** nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında 3-cü bəndin mətni ləğv edilərək və aşağıdakı məzmunda 3.1 və 3.2-ci bəndlər əlavə edilərək göstərilmişdir ki, 3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. Iddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1–ci maddəsində qeyd edilmişdir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Yuxarıda qeyd edilən halları nəzərdən keçirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-77/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-77/2026
24.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver