Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-78/2026 22.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şikayətçi İlyazov Həsən Fikrət oğlunun “Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun “hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair” şikayəti ilə bağlı iş üzrə (Açar sözlər: İcra məmurunun hərəkətsizliyinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Borclu İlyazov Həsən Fikrət oğlunun “Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun “hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair” ərizəsi ilə bağlı Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından İlyazov Həsən Fikrət oğlu tərəfindən verilmiş şikayətə, Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İlyazov Həsən Fikrət oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyini qanunsuz hesab edilməsini nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrası mümkün olmadığına görə Şəki Rayon Məhkəməsinə geri qaytarılmaması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyini qanunsuz hesab edilməsini nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrası mümkün olmadığına görə Şəki Rayon Məhkəməsinə geri qaytarılmaması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətçi İlyazov Həsən Fikrət oğlu tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmsi qərara alınmışdır. Qərardaddan narazı qalan borclu İlyazov X6 Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, 8(5-158)-83/2026 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə, borclu İlyazov Həsən Fikrət oğlunun verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iş materiallarını araşdırıb hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu İlyazov Həsən Fikrət oğlundan 2 uşağın saxlanması üçün hər ay, hər uşaq üçün nəzərdə tutulmuş 140 manat aliment pulu minumum əmək haqqının 0.406 misli həddində aliment tələbkar Ülviyyə Paşazadəyə ödənilməli olduğundan və İlyazzadə Nihat Həsən oğlunun atası İlyazzadə Həsən Fikrət oğlundan alınaraq X9 verilməli olduğundan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi icra məmuru qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrasının davam etdirilməsində haqlıdır. Bununla yanaşı məhkəmə bildirir ki, icra sənədinin əsaslanaraq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsi əsasında icra sənədinin qaytarılması mümkündür. Lakin icra işində tələbkarın ərizəsi olmadığı üçün icra məmuru tərəfindən icra sənədi qaytarıla bilməz. Birinci instansiya məhkəməsi öz mövqeyini «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1 və 87.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı iltarixli, *(*-***)-**/**** saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərardadında qeyd etmişdir ki, “Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı,##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu İlyazov Həsən Fikrətoğlundan 2 uşağın saxlanması üçün hər ay, hər uşaq üçün nəzərdə tutulmuş 140 manat aliment pulu minumum əmək haqqının 0.406 misli həddində aliment tələbkar Ülviyyə Paşazadəyə ödənilməli olduğundan və İlyazzadə Nihat Həsən oğlunun atası İlyazzadə Həsən Fikrət oğlundan alınaraq Paşazadə ÜlviyyəNişafur qızına verilməli olduğundan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi icra məmuru qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 13 may2025-ci il tarixli, 2(107)- ***/**** saylı icra sənədinin icrasının davam etdirilməsində haqlıdır. Bununla yanaşı məhkəmə bildirir ki, icra sənədinin əsaslanaraq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.1cimaddəsinə əsasən tələbkarın ərizəsi əsasında icra sənədinin qaytarılmasımümkündür. Lakin icra işində tələbkarın ərizəsi olmadığı üçün icra məmuru tərəfindən icra sənədi qaytarıla bilməz.” Lakin işə baxan birinci instansiya məhkəməsinin bu mövqeyi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə tamamilə ziddir. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə icra sənədinin geri qaytarılması yalnız «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsi əsasında icra sənədinin qaytarılması mümkündür. Lakin qanunvericilik icra sənədinin geri qaytarılmasını yalnız tələbkarın ərizəsi ilə şərtləndirməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsində icra sənədinin geri qaytarılmasının tələbkarın ərizəsi olmadan da mümkün olması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göründüyü kimi tələbkarın razılığı olub olmamasından asılı olmayaraq əgər icra sənədini icra etmək mümkün deyilsə, onda icra məmuru icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul etməlidir. Hazırkı halda da Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)- ***/**** saylı icra sənədinin icrası mümkün deyil və həmin icra sənədinin mümkün olmaması işin faktiki halları və icra işində mövcud olan biri-birini tamamlayan mötəbər sübutlarla tam təsdiq edilir. Belə ki, ## ###### 2026-cı il tarixdə tərtib edilmiş Aktdan görünür ki, ## ###### 2012-ci il tavəllüdlü İlyazzadə Nihat Həsən oğlu atası İlyazov Həsən Fikrət oğlundan alınaraq anası Paşazadə(İlyazova) Ülviyyə Nişafur qızına verilməsi ilə bağlı olan hissədə, Nihat İlyazzadə anası Paşazadə (İlyazova) Ülviyyə Nişafur qızı ilə qalmaq istəmədiyinə görə icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Həmin aktda X26 atası Həsən ilə qalmasına hər hansı etirazının olmadığı qeyd edilmişdir. Həmin icra sənədinə görə də o, Paşazadə(İlyazova) Ülviyyə Nişafur qızına qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə də məhkəməyə müraciət edə bilmir və bu da onun himayəsində olan ## ###### 2012-ci il tavəllüdlü İlyazzadə Nihat Həsən oğlunun mənafeyinə zidd olmaqla onun hüquqlarını kobud şəkildə pozmaqdadır. Belə ki, Şəki Rayon Məhkəməsinin*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İlyazov Həsən Fikrət oğlunun cavabdeh İlyazova Ülviyyə Nişafur qızına qarşı ## ###### 2012-ci il təvəllüdlü İlyaszadə Nihat Həsən oğlunun iddiaçının yanında qalması, onun himayəsinə verilməsi, ödənilmiş 40 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 60 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh İlyazova ÜlviyyəNişafur qızından alınaraq iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İlyazov Həsən Fikrət oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(075) ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İlyazov Həsən Fikrət oğlunun cavabdeh İlyazova Ülviyyə Nişafur qızına qarşı “aliment” tələbinə dair iddiası təmin edilməmişdir. Bundan əlavə dəfələrlə icra proseslərinin təyin edilməsi və hər dəfəsində ## ###### 2012-ci il tavəllüdlü İlyazzadə Nihat Həsən oğlunun tələbkarın yanında qalmaq istəməməsi onun psixoloji vəziyyətində gərginlik yaradır ki, bu hal uşağın mənafeyinə ziddir. Halbuki, məhkəmələr qərar qəbul edərkən ilk öncə uşaqların mənafeyini üstün tutmalıdırlar. İşə baxan birinci instansiya məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrasının davam etdirilməsinin ## ###### 2012-ci il tavəllüdlü İlyazzadə Nihat Həsən oğlunun mənafeyinə zidd olubolmamasını aydınlaşdırmamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və tərəfindən verilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyini qanunsuz hesab edilməsini nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrası mümkün olmadığına görə Şəki Rayon Məhkəməsinə geri qaytarılmaması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b)Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası; Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12.1-ci maddəsinə görə, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. 70.3. Bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 87.1-ci maddəsinin tələblərinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli qərarı: Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Homşbi Yunanıstana qarşı işi üzrə ## #### 1997-ci il tarixli qərarı: Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 8(5-158)-83/2026 qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsinə dair qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi İlyazov Həsən Fikrət oğlunun şikayətini rədd edərkən şikayət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan şikayətin əsassız olması qənətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Birinci instansiya məhkəməsi şikayəti rədd edərkən əsaslandırması ondan ibarət olmuşdur ki, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu İlyazov Həsən Fikrət oğlundan 2 uşağın saxlanması üçün hər ay, hər uşaq üçün nəzərdə tutulmuş 140 manat aliment pulu minumum əmək haqqının 0.406 misli həddində aliment tələbkar Ülviyyə Paşazadəyə ödənilməli olduğundan və İlyazzadə Nihat Həsən oğlunun atası İlyazzadə Həsən Fikrət oğlundan alınaraq X9 verilməli olduğundan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi icra məmuru qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrasının davam etdirilməsində haqlıdır. Bununla yanaşı məhkəmə bildirir ki, icra sənədinin əsaslanaraq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsi əsasında icra sənədinin qaytarılması mümkündür. Lakin icra işində tələbkarın ərizəsi olmadığı üçün icra məmuru tərəfindən icra sənədi qaytarıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, İlyazova Ülviyyə Nişafur qızı ilə İlyazov Həsən Fikrət oğlu arasında ## ######## 2011-ci il tarixdə bağlanmış ** nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları ## ###### 2012-ci il təvəllüdlü llyaszadə Nihat Həsən oğlunun cavabdeh İlyazov Həsən Fikrət oğlundan alınaraq anası iddiaçı İlyazova Ülviyyə Nişafur qızının himayəsinə verilsin, ## #### 2016-cı il təvəllüdlü İlyazzadə Məryəm Həsən qızı və ## #### 2021-ci il təvəllüdlü İlyazzadə Zəhra Həsən qızının anaları İlyazova Ülviyyə Nişafur qızının yanında saxlanılması, ## ###### 2012-ci il təvəllüdlü İlyaszadə Nihat Həsən oğlu, ## #### 2016cı il təvəllüdlü İlyazzadə Məryəm Həsən qızı və ## #### 2021-ci il təvəllüdlü İlyazzadə Zəhra Həsən qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İlyazov Həsən Fikrət oğlundan hər ay, hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat alimentin tutularaq İlyazova Ülviyyə Nişafur qızına verilməsi, mediasiya xərci olan 50 (əlli) manat pulun və 50 (əlli) manat dövlət rüsumunun 25 manatın İlyazov Həsən Fikrət oğlundan tutularaq iddiaçı İlyazova Ülviyyə Nişafur qızına ödənilməsi, alimentin tutulmasının əvvəlinin ## ###### 2012-ci il təvəllüdlü İlyaszadə Nihat Həsən oğluna aid hissədə onun atası İlyazov Həsən Fikrət oğlundan alınaraq anası İlyazova Ülviyyə Nişafur qızına verildiyi tarixdən, ## #### 2016-cı il təvəllüdlü llyazzadə Məryəm Həsən qızı və ## #### 2021-ci il təvəllüdlü İlyazzadə Zəhra Həsən qızına aid hissədə ## #### 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İlyazov Həsən Fikrət oğlundan 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli, 2(107)- ***/**** saylı qətnaməsindən görünür ki, verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(075)- **/**** nömrəli qətnaməsinin həmin qətnamə ilə müəyyən edilmiş hər ay, hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay hər uşaq üçün 0,406 misli olmaqla, cəmi 1,218 mislinə və "## ###### 2012-ci il təvəllüdlü İlyaszadə Nihat Həsən oğluna aid hissədə onun atası İlyazov Həsən Fikrət oğlundan alınaraq anası İlyazova Ülviyyə Nişafur qızına verildiyi tarixdən, ## #### 2016-cı il təvəllüdlü İlyazzadə Məryəm Həsən qızı və ## #### 2021-ci il təvəllüdlü İlyazzadə Zəhra Həsən qızına aid hissədə ## #### 2023-cü il tarixdən başlayaraq, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İlyazov Həsən Fikrət oğlundan iddiaçı İlyazova Ülviyyə Nişafur qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,406 misli olmaqla, cəmi 1,218 misli həddində sabit pul məbləğində aliment tutulsun" cümləsi əlavə edilməklə dəyişdirilməsi, Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi cavabdeh İlyazov Həsən Fikrət oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan X9 tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə yazılmış ərizədən görünür ki, X9 ## ###### 2026-cı il tarixdə tələbkar Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş İcra sənədində qeyd olunan ## #### 2016-cı il təvəllüdlü İlyazzadə Məryəm Həsən qızı və ## #### 2021-ci il təvəllüdlü İlyazzadə Zəhra Həsən qızı onun himayəsindədir. İcra sənədinin həmin hissəsi ilə bağlı hər hansı tələbi və ya şikayəti yoxdur. ## ###### 2012-ci il təvəllüdlü İlyazzadə Nihat Həsən oğlu hal hazırda borclu İlyazov Həsən Fikrət oğlunun yanında qalır, Nihat İlyazovun Həsən İlyazovdav alınaraq ona verilməsi istiqamətində tədbir görülməsini, eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin 2(107)- ***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu İlyazov Həsən Fikrət oğlundan 2 uşağın saxlanması üçün hər ay, hər uşaq üçün nəzərdə tutulmuş 140 manat aliment pulu minumum əmək haqqının 0.406 misli olmaqla müəyyən edilmişdir. Hazırda borclu İlyaz Həsənovun aliment borcunun 6578 manat təşkil etdiyini qeyd olunan aliment borcunun ona ödənilməsini və oğlu İlyazzadə Nihat Həsən oğlunun atası İlyazzadə Həsən Fikrət oğlundan alınaraq ona qaytarılması istiqamətində tədbirlər görülməsini xahiş etmişdir. İşdə olan ## ###### 2026-cı il tarixdə tərtib edilmiş Aktdan görünür ki, ## ###### 2012-ci il tavəllüdlü İlyazzadə Nihat Həsən oğlu atası İlyazov Həsən Fikrət oğlundan alınaraq anası Paşazadə (İlyazova) Ülviyyə Nişafur qızına verilməsi ilə bağlı olan hissədə, Nihat İlyazzadə anası Paşazadə (İlyazova) Ülviyyə Nişafur qızı ilə qalmaq istəmədiyinə görə icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Həmin aktda X26 atası Həsən ilə qalmasına hər hansı etirazının olmadığı qeyd edilmişdir. İşdə olan vəsatətdən görünür ki, ## ###### 2026-cı il tarixdə İlyazov Həsən Fikrət oğlu vəsatətlə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** saylı icra sənədinin icrası mümkün olmadığından İcra haqqında Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra məmuru tərəfindən icra sənədinin məhkəməyə geri qaytarılması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və II bəndlərinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, icra sənədi bir ildən artıqdır icraya yönəldilməsinə baxmayaraq məhkəmə qətnaməsi ilə anaya verilməli olan ## ###### 2012-ci il tavəllüdlü İlyazzadə Nihat Həsən oğlu adlı uşaq hələdə atasının himayəsində yaşayır, yəni məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi həmin hissədə icrasız olaraq qalmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixdə tərtib edilmiş aktdan görünür ki, ## ###### 2012-ci il tavəllüdlü İlyazzadə Nihat Həsən oğlu atası İlyazov Həsən Fikrət oğlundan alınaraq anası Paşazadə (İlyazova) Ülviyyə Nişafur qızına verilməsi ilə bağlı olan hissədə, Nihat İlyazzadə anası Paşazadə (İlyazova) Ülviyyə Nişafur qızı ilə qalmaq istəmədiyinə görə icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Həmin aktda X26 atası Həsən ilə qalmasına hər hansı etirazının olmadığı qeyd edilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında ## ###### 2026-cı il tarixindən sonra icra məmuru tərəfindən icra sənədi üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilibkeçirilməsi ilə bağlı məlumat əlavə edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən də həmin istiqamətdə hər hansı araşdırma aparılmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə icra işi üzrə toplanmış sənədlər tədqiq olunmaqla icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinin mümkün olub-olmaması, həqiqətən tələbkarın icra sənədinin icrasında marağının olub-olmaması, həmçinin icra sənədinin icrasına borclu tərəfindən hər hansı maneə törədilib-törədilməməsi, icra məmurunun qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirib-keçirməməsi aydınlaşdırılmalı, bundan sonra borclunun İlyazov Həsən Fikrət oğlunun şikayətinə İcra haqqında Azərbaycan Respublikasının Qanunun 70.4-cü maddəsi və digər müddəalar nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə yuxarıda qeyd olunan xüsusatları əhatə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Həmin qərarda daha sonra qeyd edilmişdir ki, “.....bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X22 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaqkimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir”. Bundan başqa, “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6- cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), ##.##.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## #### tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, şikayət qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərardadı ləğv edilərək, şikayət ərizəsi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Bundan başqa, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: İlyazov Həsən Fikrət oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ləğv edilsin. İlyazov Həsən Fikrət oğlunun “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə” dair şikayət ərizəsinə yenidən baxılması üçün iş Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-78/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-78/2026
22.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver