Məhkəmə qərarları › İş №8(3-10)-79/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-79/2026

22.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-79/2026 22.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs icra məmurunun hərəkətsizliyi”nə dair ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, Borclu Ərizəni verən şəxs “icra məmurunun hərəkətsizliyi”nə dair şikayət ərizəsi üzrə Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətlərə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Borclu Ərizəni verən şəxs “icra vərəqəsində göstərilən tələbləri qəsdən pozan, göstərilən bölgünü öz bildiyi "icra edən", icra məmuru adına ləkə gətirən hərəkətlərə yol verən Tural Abdurahmanov barəsində qanunauyğun tədbir görülməsi və icra vərəqələrində göstərilən tələbləri düzgün yerinə yetirilməsinin Oğuz rayon İcra və probasiya Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini ilə bağlı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasən borclu Ərizəni verən şəxs “icra məmurunun hərəkətsizliyi”nə dair verdiyi şikayət təmin olunmamışdır. Qərardaddan narazı qalan borclu Ərizəni verən şəxs Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından şikayət vermişdir. Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasən borclu Ərizəni verən şəxs Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi, İcra Haqqında Qanunun 2.1, 7, 11, 82.1, 82.3, 87.1-ci maddələri, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Borclu Ərizəni verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar cavabdehlər Ərizəni verən şəxs və Bilalov Rza İsbəndi oğluna qarşı “Torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və maddi ziyan tələbinə dair” iddia ərizəsi ilə ##.##.2022-ci ildə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh Ərizəni verən şəxs Oğuz rayonu Xaçmaz kəndində yerləşən ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı Tələbkar mülkiyyətində olan 0,627 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,0971 hektardan ibarət hissəsindən çıxarılması və həmin hissənin iddiaçı Tələbkar təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Lakin sonradan iddiaçı Tələbkar cavabdehlər Ərizəni verən şəxs və BilalovRza İsbəndi oğluna qarşı “Torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq idiaçıya təhvil verilməsi və maddi ziyan tələbinə dair” iddia ərizəsi ilə, yəni eyni tələblə Oğuz rayon Məhkəməsinə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə (hakim:Səadət Zeynalov) Ərizəni verən şəxs iddiaçı Tələbkar mülkiyyətində olan Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0,627 ha torpaq sahəsinin 0,0971 ha hissəsindən çıxarılması dair hissədə xitam verilmişdir. Ərizəni verən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- **/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (Hakimlər:Əyyub Kərimov, Elçin Hüseynov, Zülfüqar Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra Şəki Apellyasiya Məhkəməsi tərəfindən *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli İcra vərəqəsi verilmişdir. Lakin Oğuz rayon İcra və Probasiya Şöbəsində böyük icra məmuru vəzifəsində çalışan Azərbaycan qanunlarını, məhkəməni saymayan Tural Abdurahmanov icra vərəqəsində göstərilən tələbdən çox kənara çıxaraq cavabdeh Ərizəni verən şəxs istifadəsində olan digər torpaqdan da çıxarmış və onu təhdid edərək bildirmişdir ki, “bura ayaq bassan, ayağını sındıraram”. Hətta icra işinə görə görə dəvət olunmuş Reyestr Xidmətinin əməkdaşlarını sahənin dəqiq yerinə göstərmələrinə imkan verməmiş,-“mən özüm bilirəm” deyərək icra işini icra vərəqəsində göstərilən kim deyil, öz istədiyi kimi “icra etmişdir”. İcra məmurunun bu hərəkətindən onlar tərəfindən şikayət verilmişdir. Təəssüf ki, işə baxan məhkəmə işi tam araşdırmamışdır. Bir daha qeyd etmək istəyirlər ki, məhkəmə qətnamələrində göstərilən və Ərizəni verən şəxs tərəfindən iddiaçıya “təhvil verilməli” olan torpaq sahələri tamamilə başqa yerdə yerləşir. İcra məmurunun Reyestr Xidməti ilə sövdələşməsi nəticəsində qətnamədə göstərilən koordinatlara aidiyyatı olmayan torpaq sahələri cavabdehdən alınaraq iddiaçıya verilmişdir. Mülki Prosessual Məcəllənin8.1-ci maddəsi : Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin bu maddəsinin tələbi məhkəmə tərəfindən qəsdən pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən icra məmurunun mənafeyi açıq-aydın müdafiə olunmuşdur. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsi: ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu maddənin tələbi də məhkəmə tərəfindən bilərəkdən pozulmuşdur. Məhkəmə icra məmurunun mənafeyini müdafiə etməklə, faktiki işin hallarını araşdırmaq istəməmişdir. Maddə 88- Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Çox təəssüf ki, məhkəmə tərəfindən bu maddənin tələbləri qətiyyən nəzərə alinmamışdır. Məhkəmə təqdim olunmuş sübutlara, xüsusən də cavabdeh tərəfindən təqdim olunmuş sübutlara yazılı heç bir qiymət verməmiş və ya vermək istəməmişdir. Oğuz Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin olunması, əks halda sənədlərin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Odur ki, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası; Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Xüsusi icra məmurunun müvafiq təqdimatının icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq edilməsi tələb olunmur. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 8(5-149)-44/2026 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. Ona görə də, kollegiya Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 8(5- 149)-44/2026 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətlərin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İş materiallarından müəyyən olunur ki, icra məmuru icra sənədinin icrası üçün zəruri tədbirlər görmüş, yerində ölçmə işlərinin aparılması üçün mütəxəssislər dəvət etmiş, mübahisəli torpaq sahəsi ölçülərək tələbkar Tələbkar təhvil verilmişdir. Belə ki, Oğuz Rayon İcra və Probasiya şöbəsi tərəfindən iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli aktan görünür ki, Oğuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8, iddiaçı Tələbkar etibarnamə üzrə nümayəndəsi Salehov İnqilab Qara oğlu, DƏDKR PHŞ-in mütəxəssisi X1, DƏDKR PHŞ-in mütəxəssisi Əzizov İlkin Fərman oğlu, borclu X9 iştirakı ilə Akt tərtib edilmiş ondan ötrü ki, Oğuz rayon İcra və Probasiya şöbəsinin icraatında olan Şəki Apellyasiya Məhkəməsinin verdiyi 2(107)- **/****-** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrası məqsədilə qeyd olunan torpaq sahəsinin yerləşdiyi Oğuz rayonu Xaçmaz kəndində Salehova Şövkət qızının mülkiyyətində olan həm 0,3754 ha, həm də 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinat nöqtələri DƏDKR PHŞ-in mütəxəssisləri tərəfindən müəyyən edilərək iddiaçı Salehovə Şövkət qızının etibarnamə üzrə nümayəndəsi Salehov İnqilab Qara oğluna təhvil verilmişdir. İş materiallarında olan Oğuz Rayon İcra və Probasiya şöbəsi tərəfindən materiala əlavə edilmiş ##.##.2026-cı il tarixli aktan görünür ki, Oğuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8, iddiaçı Tələbkar etibarnamə üzrə nümayəndəsi Salehov İnqilab Qara oğlu, DƏDKR PHŞ-in mütəxəssisi X1, DƏDKR PHŞ-in mütəxəssisi Əzizov İlkin Fərman oğlu,borclu X9 iştirakı ilə Akt tərtib edilmiş ondan ötrü ki, Oğuz rayon İcra və Probasiya şöbəsinin icraatında olan Şəki Apellyasiya Məhkəməsinin verdiyi 2(107)- **/****-** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrası məqsədilə qeyd olunan torpaq sahəsinin yerləşdiyi Oğuz rayonu Xaçmaz kəndində Salehova Şövkət qızının mülkiyyətində olan həm 0,3754 ha, həm də 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinat nöqtələri DƏDKR PHŞ-in mütəxəssisləri tərəfindən müəyyən edilərək iddiaçı Salehovə Şövkət qızının etibarnamə üzrə nümayəndəsi Salehov İnqilab Qara oğluna təhvil verilmişdir. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri həyata keçirilmiş, DƏDKR PHŞ-in mütəxəssisləri dəvət edilərək icra sənədi üzrə tələbkara təhvil verilməli olan torpaq sahəsinin ölçüləri və koordinatları müəyyən olunaraq tələbkara təhvil verilmişdir. Həmçinin iş materiallarında olan sübutlar təhlil edilərkən icra sənədin icrası ilə əlaqədar icra məmurunun hərəkətsizliyi, yaxud hansısa qanun pozuntusuna yol verilməsi halları aşkar olunmur, borclu tərəfindən də qeyd olunan hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası şikayətlərin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, icra məmuru qanuna uyğun hərəkət etmiş, onun hərəkət və ya hərəkətsizliyində hər hansı qanunsuzluq faktı aşkar edilməmişdir. Şikayətlərin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar