Məhkəmə qərarları › İş №8(3-10)-80/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-80/2026

24.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-80/2026 24.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsi üzrə (Açar sözlər: məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X3 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Tələbkar Tələbkar alimentin indeksasiyasına tələbinə dair Zərdab Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Tələbkar Tələbkar Zərdab Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinə əsasən borclu Borclu ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay uşağa görə sabit pul məbləğində 180 manat alimentin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Borclu ilə 2010-cu ildən 2014-cü ilin noyabr ayına kimi rəsmi nikah qeyd etdirmədən ailə quraraq birgə yaşamışlar. ##.##.2012ci ildə uşaqları Adil doğulmuşdur. Hazırda Adil özünün himayəsindədir. Maddi vəziyyətləri çox ağırdır. Zərdab Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən uşağın saxlanılması üçün cavabdehdən 180 manat aliment tutulması qət edilmişdir. Borclu uşağın digər xərclərində könüllü iştirak etmir. Uşağı saxlamaq, onun tələbatını ödəmək ona çox çətindir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. . Zərdab Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə ərizəçi Tələbkar qızının ərizəsinin təmin olunması, ##.##.2026-cı il tarixdən başlayaraq Zərdab Rayon Məhkəməsinin 2(035)- ***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə borclu Borclu ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Tələbkar xeyrinə hər ay tutulan 180 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət verərək, Zərdab Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə, borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2-ci maddələrinə, Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024- cü il tarixli ** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-1 və 8.4-2-ci yarımbəndlərinə, Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, o, gözdən 1-ci qrup əlildir, faktiki olaraq bu işıqlı həyatı görmür və buna görə də əlillik pensiyası alır. Bir neçə il əvvəl yeni ailə həyatı qurmuş və yeni birgə nikahından övladları vardır. Ailə üzvlərinin hamısı yeganə aylıq gəliri olan onun əlillik pensiyasına göz dikiblər. Hərəyə nə qədər pay düşürsə, bunu məhkəmə müəyyənləşdirsin. Lakin görünən odur ki, Zərdab rayon məhkəməsi düzgün bölgü apara bilmir. O, ümumiyyətlə, bu işıqlı dünyanı görmür. Odur ki, heç yerdə işləyə bilmir və başqa gəliri də yoxdur. Onun özünə baxan lazımdır. Azərbaycan Məhkəməsi gözü görməyən şəxsdən nə istəyir? Fakt odur ki, bundan əvvəlki qətnamələrə əsasən həmin o bir uşağa hər ay 150 manat, daha sonra 180 manat alimenti birtəhər ödəyirdi. Uşağı saxlamaq tək atanın deyil, həm də ananın borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi Qanunvericiliyindən görünür ki, onun ailə vəziyyəti və gözdən 1-ci qrup əlilliyi nəzərə alınmaqla ödədiyi alimentin məbləği dəyişdirilə və hətta aliment ödəməkdən azad edilə bilər. Göründüyü kimi Zərdab Rayon Məhkəməsi *(*-***)-**/**** saylı, ## ##### 2026-ci il tarixli qərardadı qəbul edərkən maddi və prosessual hüquq normalarını pozaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsini nəzərə almamışdır. Nəticədə iş üzrə düzgün olmayan qərardad qəbul edilmiş, qanunlar düzgün təfsiq edilməmişdir. Hesab edir ki, Zərdab Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-ci il tarixli qərardadı ləğv edilməli, gözdən 1-ci qrup əlil olduğuna və faktiki olaraq görmədiyinə görə iddiaçı ilə birgə nikahdan doğulmuş ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün ondan tutulan alimentin məbləği azaldılaraq hər ay 180 manat məbləğində olmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilməlidir. Odur ki, Zərdab Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-ci il tarixli qərardadını tamamilə ləğv edilərək iş üzrə yeni qərardad çıxarmaqla iddia tələbini rədd edilməsini, ərizəçi ilə birgə nikahlarından doğulmuş ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanması üçün ondan tutulan alimentin məbləğinin azaldılaraq hər ay 180 manat məbləğində olmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 232.1-ci maddəsinə əsasən işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksiyasını həyata keçirə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadını ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əlavə olaraq, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il ## ###### tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 1-8-16-1/2- **/**** nömrəli məktubunda qeyd edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Eyni zamanda qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir. Yuxarıda qeyd edilənlər konteksində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyasını ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq aparmaqda haqlı olmuşdur. Belə ki, borclu Borclu şikayətinin dəlillərində İ dərəcə əlilliyinin olmasını, yenidən ailə həyatı qurmasını və həmin nikahdan övladları olmasını bildirsə də, kollegiya qeyd edir ki, qeyd olunan hallar ayrıca icraatda araşdırılmalı olan məsələ olmaqla, birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi nəticəsinə gələrkən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən etmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər. 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar