Məhkəmə qərarları › İş №8(3-10)-82/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-82/2026

11.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-82/2026 11.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Icra və Probasiya Şöbəsi ## ###### 2026-cı ildə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə təqdimatla Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə mülkiyyəti hüququ borclu Borclu Açıq Səhmdar Cəmiyyətinə məxsus reyestr nömrəsi 902011002089-06301 olan Mingəçevir şəhəri, ünvan 1 ünvanında olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin həmin təqdimatı təmin edilməyərək, Borclu Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Mingəçevir şəhəri, ünvan 1 ünvanındakı torpaq sahəsinin üzərinə həbs qoyulmasından imtina edilmişdir (hakim Elza Cəbrayılzadə). Mingəçevir Şəhər Məhkəməsinə məlum icra işi üzrə tələbkar X2 hüquqi varisi İddiaçı tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından şikayət və “qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə tələbkar X2 hüquqi varisi İddiaçı “qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsi təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından şikayət verilməsi müddəti tələbkar X2 hüquqi varisi İddiaçı münasibətdə bərpa edilmişdir. Borclu Borclu Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini və tələbkarın “qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” haqqında ərizəsinin rədd edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin iş üzrə qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardaddan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından şikayət verilməsi müddətinin tələbkar X2 hüquqi varisi İddiaçı münasibətdə bərpa edilməsi Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadında onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərardadı ərizəçi, yəni tələbkar X2 hüquqi varisi İddiaçı tərəfindən ##.##.2026-cı il tarixində qəbzə imza edilərək qəbul edilmiş və ##.##.2026-cı il tarixində o, vəkillə təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilərək, ərizəçi İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi və qərardad qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir şəhər Vəkil Bürosuna göndərilməsi qərara alınmışdır. Sonradan ##.##.2026cı il tarixli qərardaddan o, ##.##.2026-cı il tarixdə şikayət versə dı, buraxılmış müddətin bərpasına dair ərizə verməmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasən Mingəçevir Şəhər Məhkəməsinin *(*-***)**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından tələbkar X2 hüquqi varisi İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Sonradan tələbkar X2 hüquqi varisi İddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ünvanlamışdır. Göründüyü kimi, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ərizəçi tərəfindən ##.##.2026-cı il tarixində qəbzə imza edilərək qəbul edilmiş, lakin ##.##.2026-cı il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, şikayət verilməsi müddətinin 46 gün ötürülməsi tələbkar X2 hüquqi varisi İddiaçı münasibətdə üzrlü hesab edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, şəxsin yaşını, səhhətini nəzərə alıb və bu məsələlərdə prosessual normaların tələblərini bilməməyi onu bütövlükdə şikayət vermək hüququndan məhrum etməməlidir. Belə olan halda şəxsin məhkəməyə şikayət verilməsi üçün müəyyən edilmiş müddəti ötürməsi üzrlü sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il # ####### tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından şikayət verilməsi müddəti tələbkar X2 hüquqi varisi İddiaçı münasibətdə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Mingəçevir Şəhər Məhkəməsi - ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadla tələbkar X2 hüquqi varisi İddiaçı tərəfindən verilmiş “qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəni təmin etməkdə və eləcə də, həmin qərardaddan borclunun verdiyi hazırkı şikayəti ## #### 2026-cı il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, borclu Borclu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş hazırkı şikayətin dəlilləri əsassızdır və Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar