Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-83/2026 07.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 “icra sənədi üzrə icraatın təzələnməsi barədə” ## #### 2026-cı il tarixli qərarından borclu borclu2 və borclu1 şikayəti ilə bağlı material üzrə (Açar sözlər: icra sənədi üzrə icraatın təzələnməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və X3 ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 “icra sənədi üzrə icraatın təzələnməsi barədə” ## #### 2026-cı il tarixli qərarından borclu borclu2 və borclu1 şikayətinin təmin edilməməsi barədə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadından borclu borclu2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu borclu2 və borclu1 şikayət ilə məhkəməyə müraciət edərək Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 “icra sənədi üzrə icraatın təzələnməsi barədə” ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 01.02. 2019-cu il tarixli icra sənədinə əsasən tələbkar Tələbkar mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 hektar torpaq sahəsinin 0,53 ha hissəsindən borclu2 və 0,29 ha hissəsindən X4 çıxarılmalıdırlar, həmin torpaq sahələrinə tələbkar Tələbkar mülkiyyət hüququ bərpa olunmalıdır. Iddiaçılar borclu1 və borclu2 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “cavabdeh tərəfindən iddiaçı borclu2 və ailə üzvlərinin adına verilmiş 401013042086 qeydiyyat nömrəsi 3619003114 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışa əsasən iddiaçı və ailə üzvlərinə verilmiş 0,6011 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0,53 ha hissəsinin Tələbkar adına verilmiş reyestr nömrəsi 401013046485 qeydiyyat nömrəsi 3624018724 olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışla üst-üstə düşən 0,29 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişlər. Iş məhkəmənin icraatına qəbul edilmiş və hazırda da həmin iş e-2-1(4-10)-642/2026 nömrə ilə icraatdadır. Bu barədə Icra şöbəsinə vəkilləri vasitəsi ilə ərizə göndərərək icra sənədinin icrasının dayandırılmasını xahiş etmiş, Balakən rayon Icra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinin e-*(***)- **/**** nömrəli ##.##.2019-cu il tarixli icra sənədi üzrə icraat ## #### 2026-cı il tarixli qərarla dayandırılmışdır. Bundan sonra tələbkar Tələbkar nümayəndəsi-vəkili X1 Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 ## #### 2026-cı il tarixli qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək, Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli icra sənədi üzrə icraat dayandırılması haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə tələbkar Tələbkar nümayəndəsi-vəkili X1 şikayəti təmin edilmiş, Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 Balakən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-**/**** nömrəli icra sənədi üzrə icraatın dayandırılması haqqında ## #### 2026-cı il tarixli qərarı ləğv edilmişdir. Şəki Inzibati Məhkəməsinin icraatında olan e-*-*(*-**)-***/**** nömrəli işə baxılıb mahiyyəti üzrə qərar verilmədən Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 guya icraatın dayandırılması səbəbləri aradan qalxması əsası ilə “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin tələblərini pozaraq icra sənədi üzrə icraatı təzələmişdir. Qeyd etmək istəyir ki, Balakən Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli ##.##.2019-cu il tarixli icra sənədi üzrə icraat dayandırılmasına əsas Şəki Inzibati Məhkəməsinin icraatında olan e-*-*(*-**)-***/**** nömrəli işə baxılıb mahiyyəti üzrə qərar verilməsi ilə bağlı olmuşdur. Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli icraatın təzələnməsi haqqında qərarın surətini ##.##.2026-cı il tarixdə almışlar. Balakən Rayon Icra və Probasiya şöbəsinin rəisi X2 şikayətə etiraz edərək göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(019)- **/**** saylı icra sənədi icra edilməsi üçün Balakən Rayon Icra və Probasiya Şöbəsinə göndərilmişdir. Bu barədə icraata başlama haqqında qərar qəbul edilmişdir. Icra sənədi üzrə borclular borclu2 və X4 adından onların etibarnamə üzrə nümayəndəsi-vəkili Nümayəndə vəsatət ilə Şöbəyə müraciət edərək iş üzrə Şəki Inzibati Məhkəməsinə müraciətin edilməsini göstərərək icra işinin icraatının dayandırılmasını xahiş etmişdir. Bu əsasla Balakən Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli ##.##.2019-cu il tarixli icra sənədi üzrə icraat ## #### 2026-cı il tarixli qərarla dayandırılmışdır. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə tələbkar Tələbkar nümayəndəsi-vəkili X1 şikayəti təmin edilmiş, Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 Balakən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-**/**** nömrəli icra sənədi üzrə icraatın dayandırılması haqqında ## #### 2026-cı il tarixli qərarı ləğv edilmişdir. Odur ki, o, da iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul etmişdir. Şikayətin dəlilləri əsassızdır. Şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə borclu borclu2 və borclu1 Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 “icra sənədi üzrə icraatın təzələnməsi barədə” ## #### 2026-cı il tarixli qərarından verdikləri şikayətin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Borclu borclu2 həmin qərardaddan şikayət vermişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Şəki Inzibati Məhkəməsində baxılan inzibati işin hazırkı icra icraatına hüquqi təsiri araşdırılmamışdır. Məhkəmə Şəki Inzibati Məhkəməsinin icraatında olan e-*-*(*-**)-***/**** nömrəli inzibati işin predmetini, həmin iş üzrə mübahisələndirilən dövlət qeydiyyatının icra olunan məhkəmə qətnaməsi ilə əlaqəsini və həmin iş üzrə qəbul ediləcək yekun qərarın icra sənədinin icrasına təsir edibetməyəcəyini araşdırmamışdır. Halbuki bu hal "Icra haqqında" Qanunun 19.2-ci maddəsinin tətbiqi baxımından həlledici əhəmiyyət kəsb edir. Ikincisi icraatın dayandırılmasına səbəb olmuş halların həqiqətən aradan qalxıb-qalxmadığı müəyyən edilməmişdir. Məhkəmə yalnız icraatın dayandırılması haqqında qərarın ləğv edilməsinə istinad etməklə icraatın təzələnməsini qanuni hesab etmiş, lakin icraatın dayandırılmasına səbəb olmuş halların faktiki olaraq aradan qalxıb-qalxmadığını araşdırmamışdır. Məhkəmə bu iki hüquqi halı eyniləşdirmiş, lakin bunun əsaslarını göstərməmişdir. Şəki Inzibati Məhkəməsində baxılan iş üzrə yekun qərarın qəbul edilmədiyi faktına hüquqi qiymət verilməmişdir. Iş materiallarından görünür ki, inzibati iş hələ də məhkəmənin icraatındadır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin halın icra sənədinin icrasına mümkün təsirini araşdırmamış və bunun nə üçün əhəmiyyətsiz hesab edildiyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi "icraatın dayandırılmasına səbəb olmuş halların aradan qalxması" faktını sübuta yetirilmədən müəyyən edilmiş hal kimi qəbul etmişdir. Məhkəmə qərardadda Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsinə istinad edərək icraatın dayandırılmasına səbəb olmuş halların aradan qalxdığı nəticəsinə gəlmişdir. Lakin iş materiallarında Şəki Inzibati Məhkəməsinin icraatında olan e-*-*(*-**)-***/**** nömrəli inzibati işin başa çatmasını, həmin iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsini və ya icraatın dayandırılmasına səbəb olmuş halların aradan qalxdığını təsdiq edən heç bir sübut mövcud deyildir. Beləliklə, məhkəmənin "icraatın dayandırılmasına səbəb olmuş halların aradan qalxması" barədə gəldiyi nəticə mötəbər və kifayət edən sübutlarla təsdiq edilməmiş, yalnız ehtimala əsaslanmışdır. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar Tələbkar mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən 1,5862 hektar torpaq sahəsinin 0,53 ha hissəsindən borclu2 və 0,29 ha hissəsindən X4 çıxarılmaları, həmin torpaq sahələrinə tələbkar Tələbkar mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli *(***)- **/**** saylı qətnaməsi olduğundan, iş üzrə icraata cavabdeh borclu2 aid hissədə xitam verilmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-**/**** saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Icra sənədi üzrə borclular borclu2 və X4 adından onların etibarnamə üzrə nümayəndəsi-vəkili Nümayəndə iş üzrə Şəki Inzibati Məhkəməsinə müraciətin edilməsi barədə vəsatətinə əsasən Balakən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli e-2(019)- **/**** nömrəli icra sənədi üzrə icraat Balakən rayon Icra və Probasiya Şöbəsinin rəisi Ramin Quliyev tərəfindən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4- cü maddəsinə istinad edilərək dayandırılmışdır. Tələbkar Tələbkar qızının nümayəndəsi-vəkili X1 Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 ## #### 2026-cı il tarixli icraatın dayandırılması barədə qərarından şikayət verərək Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli icra sənədi üzrə icraatın dayandırılması haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/*** nömrəli qərardadına əsasən şikayət təmin edilmiş, Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 “Balakən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-**/**** nömrəli icra sənədi üzrə icraatın dayandırılması haqqında” ## #### 2026-cı il tarixli qərarı ləğv edilmişdir. Bundan sonra Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 Rayon Məhkəməsinin ##.##.2019 -ci il tarixli, *(***)- **/**** nömrəli icra sənədi üzrə icraatın təzələnməsi barədə ##.##.2026-cı il tarixli qərar qəbul etmişdir. Borclu borclu2 və borclu1 həmin qərardan şikayət verərək Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 ## #### 2026-cı il tarixli “*(***)-**/**** nömrəli icraatın təzələnməsi haqqında” qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli e-*(***)-**/**** nömrəli icra sənədi üzrə icraat Balakən rayon Icra və Probasiya Şöbəsinin rəisi Ramin Quliyev tərəfindən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə istinad edilərək dayandırılmışdır. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- **/*** nömrəli qərardadına əsasən Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 “Balakən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-**/**** nömrəli icra sənədi üzrə icraatın dayandırılması haqqında” ## #### 2026-cı il tarixli qərarı ləğv edilmişdir. Bununla da Balakən Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli e-*(***)-**/**** nömrəli icra sənədi üzrə icraatın dayandırılması səbəbi aradan qalxmışdır. Balakən Rayon Icra və Probasiya Şöbəsinin rəisi X2 da işin icraatının dayandırılmasına dair qərarın ləğv edilməsinə əsaslanaraq iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul etmişdir. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1 və 19.1.1.7-ci maddələrinə əsasən bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat digər hallarda - icraatın dayandırılması səbəbləri aradan qalxanadək dayandırılır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Yuxarıda qeyd edilən halları nəzərdən keçirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-83/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-83/2026
07.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver