Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-84/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından Ağsu rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş şikayətə dair (Açar sözlər: şikayətin təmin edilməsi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından Ağsu rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəni verən şəxs Şıxalı qızı şikayətlə məhkəməyə müraciət edərək, Ağsu Rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 Ağsu Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə hərraca verilmiş sifarişin və habelə həmin sifarişin ləğv edilməsi barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə Ərizəni verən şəxs Şıxalı qızının şikayəti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə hərraca verilmiş sifarişin və həmin sifarişin ləğv edilməsi barədə Ağsu Rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Icra məmuru X1 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, borclular X2 və Ərizəni verən şəxs banka olan borclarını ödəmişlər. Əmanətlərin Sığortalanması Fondu ##.##.2026-cı il tarixdə hərrac sifarişinin ləğv edilməsi barədə, ##.##.2026-cı il tarixdə icra sənədinin “Icra haqqında” Azərbaycan Respublikası qanununun 23.1-1-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılması və iş üzrə borclular X2 və Ərizəni verən şəxs barəsində görülmüş bütün məcburi icra tədbirlərinin ləğv olunması barədə müraciətlər etsə də, icra məmuru tərəfindən həmin müraciətlərə məhəl qoyulmamış, hərəkətsizlik edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Ağsu Rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 Ağsu Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə hərraca verilmiş sifariş və həmin sifarişin ləğv edilməsi barədə hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən Ipoteka predmetinin açıq bazarda və ya hərracda, habelə elektron hərracda satışınadək (alqısatqı müqaviləsi bağlananadək, tərəflərin razılığı əsasında həyata keçirilən hərracın nəticələri üzrə protokol imzalananadək, elektron hərracın nəticələri haqqında protokol tərtib olunanadək), yaxud “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən şəhadətnamə verilənədək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 48.1-ci maddəsinə əsasən Ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1-ci maddəsinə əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1-ci maddəsinə əsasən ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3-cü maddəsinə əsasən tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.3-1-ci maddəsinə əsasən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; 48.1.3-2-ci maddəsinə əsasən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə; 48.1.4-ci maddəsinə əsasən ipoteka predmeti məhv olduqda; 48.1.5-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2-ci maddəsinə əsasən Bu Qanunun 48.1.1–48.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Göründüyü kimi, Əmanətlərin Sığortalanması Fondu tərəfindən Ağsu rayon Icra və probasiya şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda Ağsu Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinin “Icra haqqında” Azərbaycan Respublikası qanununun 23.1-1-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılması və iş üzrə borclular X2 və Ərizəni verən şəxs barəsində görülmüş bütün məcburi icra tədbirlərinin ləğv olunması xahiş olunsa da icra məmuru hərracı ləğv etməmiş, işi məhkəməyə geri qaytarmamışdır. “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarından görünür ki, Ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçiriməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bundan başqa 1-ci hərrac bildirişi ##.##.2026-cı il tarixdə çıxarılmış, açıq hərracın ##.##.2026-cı il tarixdə saat 10:14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron hərrac portalı olan herrac.gov.az saytında online qaydada həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasınn “1-N” nömrəli Qərarı ilə təsdiq edilmiş “Icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nın 4.7 bəndinə əsasən hərrac 7 təqvim günü davam edir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Ağsu rayon Icra və probasiya şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda Ərizəni verən şəxs mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (0.0634 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) satışına dair “Elektron hərrac” Portalına verilmiş sifarişin ləğv edilməsi xahiş edilmişdir. Daha sonra yenidən 2-ci hərrac bildirişi ##.##.2026-cı il tarixdə çıxarılmış, açıq hərracın ##.##.2026-cı il tarixdə saat 10:14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron hərrac portalı olan herrac.gov.az saytında online qaydada həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasınn “1-N” nömrəli Qərarı ilə təsdiq edilmiş “Icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nın 4.7 bəndinə əsasən hərrac 7 təqvim günü davam edir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Ağsu rayon Icra və probasiya şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda Ağsu Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinin “Icra haqqında” Azərbaycan Respublikası qanununun 23.1-1-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılması və iş üzrə borclular X2 və Ərizəni verən şəxs barəsində görülmüş bütün məcburi icra tədbirlərinin ləğv olunması xahiş olunmuşdur. Icra məmuru bütün bunlara məhəl qoymamış, hərracı ləğv etməmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, şikayət təmin edilməli, Ağsu Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə hərraca verilmiş sifarişin və həmin sifarişin ləğv edilməsi barədə Ağsu Rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Ağsu rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 8(5-110)-89/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-84/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-84/2026
12.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver