Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-85/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Mingəçevir Şəhər Icra və Probasiya şöbəsinin ##.##.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından Ərizəni verən şəxs şikayəti üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə dair (Açar sözlər: şikayətin təmin edilməsi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Icra və Probasiya şöbəsinin ##.##.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından Ərizəni verən şəxs şikayəti üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəni verən şəxs Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, icra məmuru Orxan Babayev tərəfindən qəbul olunmuş ##.##.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs Mingəçevir Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və tələbkarın şikayətinin rədd edilməsi barəsində qərar çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, işdə olan ##.##.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Işdə olan ##.##.2022-ci il tarixli qəbzin surətlərindən görünür ki, Ərizəni verən şəxs Maraqlı şəxs 9475 manat və 160 manat pul almışdır. Işdə olan 2021-2022-ci il tarixlərdə edilmiş pul köçürmələrindən görünür ki, Maraqlı şəxs tərəfindən Ərizəni verən şəxs ümumilikdə 1300 manat pul məbləği köçürmə etmişdir. Işdə olan X1 pasportunun vərəqindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ##.##.2022-ci il tarixdə çıxış olunub. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.10-cu bəndində göstərilmişdir ki, xeyrinə aliment tutulan valideyn yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentdən hər hansı səbəbdən (məsələn, özü uşağı saxlamaq iqtidarında olduğuna görə) imtina edə bilər. Məhkəmə bu zaman uşaqla qalan valideynin uşağı tam təmin etmək iqtidarında olubolmadığını öyrənməli və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə işin hallarını, adıçəkilən Plenum qərarının və normativ hüquqi aktın tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, xeyrinə aliment tutulan valideyn (bu halda ana) yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentdən imtina edə bilər. Lakin məhkəmə belə imtinanı qəbul etməzdən əvvəl, uşağı saxlayan valideynin (ananın) uşağı tam təmin etmək iqtidarında olub-olmadığını araşdırmalı və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır. Yəni, alimentdən imtina yalnız uşağın mənafeyinə zərər vurmursa mümkündür və bu, məhkəmənin nəzarəti altında həyata keçirilir. Ona görə məhkəmə hesab edir ki, icra məmuru icra sənədi üzrə icraata “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsi ilə xitam verməli olduğu halda, yanlış nəticəyə gələrək həmin Qanunun 20.1.5-ci maddəsi ilə icraata xitam vermişdir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə qəbul edilmiş ##.##.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və həmin icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-85/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-85/2026
12.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver