Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-86/2026 24.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ismayıllı rayon icra və probasiya şöbəsinin ## ######## 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Ərizəni verən şəxs şikayəti üzrə (Açar sözlər: buraxılmış prosessual müddət bərpa edildi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ismayıllı rayon icra və probasiya şöbəsinin ## ######## 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Ərizəni verən şəxs şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək Ismayıllı rayonu Topçu kəndi ərazisində Borclu adına qeydə alınmış ## ####### 2007-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarış sənədinə əsasən 1,867 hektar, ## ### 2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarış sənədinə əsasən 1,3501 hektar, ## ### 2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarış sənədinə əsasən 0,1111 hektar, ## ### 2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarış sənədinə əsasən 2,6 hektar, ## #### 2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarış sənədinə əsasən 1,767 hektar, ## ###### 2012- ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış sənədinə əsasən 1,2112 hektar, ## ###### 2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış sənədinə əsasən 1,7045 hektar, ## ###### 2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış sənədinə əsasən 0,1481 hektar torpaq sahələri və Borclu ilə “xxxx” ASC arasında bağlanmış ## #### 2007-ci il tarixli, **** saylı müqaviləyə əsasən Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki binanın 12-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzil bərabər bölünərək 1/2 hissəsi Ərizəni verən şəxs verilməsi, 1/2 hissəsinin isə Borclu saxlanılması qət edilmişdir. Qətnamədən cavabdeh Borclu tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2020-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə ## ###### 2020-ci il tarixdə icra vərəqəsi verilmişdir. Ismayıllı rayon icra və probasiya şöbəsi tərəfindən müvafiq icra tədbirləri görülmüş, tələbkar Ərizəni verən şəxs ərizəsinə əsasən şöbənin ## ######## 2020-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Tələbkar Ərizəni verən şəxs ## #### 2026-cı il tarixdə Ismayıllı rayon icra və probasiya şöbəsinin ## ######## 2020-ci il tarixli qərarından şikayət və şikayət vermək üçün ötürülmüş prosessual müddətin üzrlü hesab olunması barədə ərizə verərək ərizəsinin və şikayətinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə Ismayıllı rayon icra və probasiya şöbəsinin ## ######## 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Ərizəni verən şəxs tərəfindən şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, Ismayıllı rayon icra və probasiya şöbəsinin ## ######## 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətinin qəbul edilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu Borclu tərəfindən şikayət verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra ## ###### 2020-ci il tarixdə icra olunması üçün verilmişdir. Ismayıllı rayon icra və probasiya şöbəsi tələbkar Ərizəni verən şəxs ərizəsini əsas götərərək ## ######## 2020-ci il tarixli qərarla icraata xitam vermişdir. Tələbkar Ərizəni verən şəxs Ismayıllı rayon icra və probasiya şöbəsinin ## ######## 2020-ci il tarixli qərarının ## #### 2026-cı il tarixdə şöbədən əldə etdiyini bildirərək həmin qərardan şikayət və şikayət vermək üçün ötürülmüş prosessual müddətin üzrlü hesab olunması barədə ərizə vermişdir. Məhkəmə iclasında izahat vermiş tələbkar sözügedən qərarın ona ## #### 2026-cı il tarixdə verildiyini, borclu isə həmin qərardan məlumatlı olduğunu göstərirlər. Icra məmuru məhkəmə iclasına gəlmədiyindən ərizəyə münasibətini öyrənmək mümkün olmamışdır. Tələbkarın və icra məmurunun məhkəməyə sorğu əsasında təqdim etdiyi sənədlərdə isə həmin qərarın qanunla müəyyən edilmiş müddət ərzində tələbkara rəsmi qaydada təqdim edilməsi müəyyən olunmur. Məhkəmə hesab etmişdir ki, sözügedən qərarın tələbkara qanunamüvafiq qaydada və müddətdə verilməsini sübut etmə vəzifəsi həmin qərarı qəbul etmiş tərəfin üzərinə düşdüyündən tələbkarın bu halı sübut etməsi vəzifəsindən azad edir. Ona görə də məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qərara gəlmişdir ki, Ismayıllı rayon icra və probasiya şöbəsinin ## ######## 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından tələbkar Ərizəni verən şəxs tərəfindən şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzürlü səbəblərdən baş verdiyindən ərizə təmin edilməli, buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və * saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 6.1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin Məcəllənin 133.1 və 133.2-ci maddələrinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir, müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” ## #### 2007-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Yuxarıda qeyd edilən qərarda habelə göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu bununla əlaqədar olaraq qeyd edir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qərarın çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qərarın çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qərarın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Məhkəmə kollegiyası hesab edir ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-86/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-86/2026
24.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver