Məhkəmə qərarları › İş №8(3-10)-88/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-88/2026

25.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-88/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar Zərdab Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsinə dair ərizəsi üzrə (Açar sözlər: borc məbləğinin indeksasiyası, ləğv, qismən təmin) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Tələbkar Tələbkar Zərdab Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsinə dair ərizəsi üzrə Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Tələbkar ərizə ilə müraciət edərək Zərdab Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 307,81 manat pul məbləğinin indeksləşdirilərək 2014-cü ilin oktyabr ayından 2026-cı ilin aprel ayınadək 214,30 faiz artımı (307,81 AZN x 214,30 % = 659,64 AZN) nəzərə alınaraq cəmi 967,45 manat məbləğində indeksləşdirmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasən tələbkar Tələbkar Zərdab Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsinə dair ərizəsi təmin edilməmişdir. Tələbkar Tələbkar Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə razılaşmayaraq məhkəməyə qərardaddan şikayət vermiş və qərardaddan şikayəti ##.##.2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinə daxil olmuşdur. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan Zərdab Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli *(***)-***/**** saylı məhkəmə əmrinə əsasən borclular - ünvan 1 ünvanında qeydiyyatda olan ##.##.1986-ci ildə Bakı şəhərində anadan olmuş borclu2 və Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan ##.##.1994-cü ildə Zərdab rayon Çallı kəndində anadan olmuş, hazırda ünvan 1-də yaşayan Əhmədli (Abbasova) Sevinc Əvəz qızından əsas borca görə 286,81 manat əsas borc, ödənilmiş dövlət rüsumuna görə 20 manat və bank xidməti haqqına görə 1 manat olmaqla, cəmi 307,81 manat pul vəsaiti müştərək qaydada tutularaq kreditor X1 xeyrinə ödəməlidir. Zərdab Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı məhkəmə əmrindən görünür ki, kreditor X1 ilə borclu borclu2 arasında ##.##.2013-cü il tarixində, ***** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Borclu Əhmədli (Abbasova) Sevinc Əvəz qızı ilə kreditor X1 arasında isə ##.##.2013-cü il tarixli, *****/* saylı Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, borclu borclu2 12 ay müddətinə ödəmək şərtilə 680 manat məbləğində Samsung P5100 markalı 1 ədəd Planşet satılmışdır. Borclu ödəniş cədvəli üzrə 393,19 manat ödəniş etmiş və ##.##.2013-cü il tarixli, ***** saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi borclu2 286.81 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” ##.##.1992-ci il tarixli *** nömrəli Qanunun 1-ci maddəsinə əsasən Indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; aliment, həmçinin Xüsusi mülkiyyət, sahibkarlığın fərdi əmək və digər bütün formaları əsasında, habelə fərdi icarə (qrup icarəsi) əsasında fəaliyyət göstərən müəssisələrdə və kooperativlərdə, eləcə də fərdi kəndli təsərrüfatlarında müqavilə və ya üzvlük şərtləri ilə çalışanların gəlirləri də bu Qanuna müvafiq surətdə indeksləşdirilə bilər. Həmin şəxslərin gəlirlərinin indeksləşdirilməsi şərtləri onların sahibkarla (idarə heyəti ilə) bağladıqları müqavilələrdə müəyyən olunur. Həmin Qanunun 3-cü maddəsinə əsasən indeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir. "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, "1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan "əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. 2. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 -ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3- cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir.” "Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, "1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. 2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. ” Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında açıq şəkildə qeyd olunmuşdur ki, indeksasiya yalnız qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamələr üzrə tətbiq oluna bilər. Yəni indeksasiya tələbi yalnız məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və tam ödənilmədiyi müddət ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsi bəyan etmişdir ki, indeksasiya məhkəmə qərarının borclu tərəfindən icrasının gecikdirilməsi nəticəsində yaranan inflyasiya itkilərinin kompensasiyası məqsədi daşıyır, lakin, bu təsisat hüquqi sanksiya və ya əlavə öhdəlik kimi tətbiq edilə bilməz. Ərizəçinin təqdim etdiyi hallar məhz bu hüquqi mexanizmi sanksiyaya çevirmək mahiyyəti daşımışdır. Mülki Prosessual Məcəllənin 232-ci maddəsi "birinci instansiya məhkəməsində icraat” bölməsində yerləşdiyi üçün, Konstitusiya Məhkəməsi bu normaların yalnız yekun məhkəmə aktı ilə müəyyən edilmiş pul tələblərinə münasibətdə tətbiq edilə biləcəyini vurğulamışdır. Əgər qətnamə artıq icra edilmişsə və ya məbləğin ödənilməsi gecikmə ilə olsa da həyata keçirilmişsə, bu zaman həmin müddətə görə ayrıca indeksasiya tələb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2025-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə indeksasiya məsələsinin qanunvericilikdə birbaşa tənzimlənmədiyi, bu səbəbdən qanunun analogiyası prinsipinə əsasən "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun tətbiqinin mümkün və məqsədəuyğun olduğu bildirilmişdir. Qeyd edilən Qanunun 3-cü maddəsində indeksasiyanın tətbiq olunacağı obyektlər konkret sadalanmışdır. Bu obyektlər sırasına əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər, əmanətlər, aliment və dövlət qiymətli kağızları üzrə ödənişlər daxil edilmişdir. Əlavə olaraq, bu maddədə xüsusi olaraq qeyd edilir ki, "Indeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir.” Bu müddəa hüquqi baxımdan o deməkdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, mülki-hüquqi münasibətlərdən irəli gələn pul tələbləri - o cümlədən alğı-satqı müqaviləsinə, kredit müqaviləsinə və ya zaminlik öhdəliklərinə əsaslanan borclar - həmin Qanunun 3-cü maddəsinin tənzimləmə dairəsinə daxil deyildir. Başqa sözlə, bu Qanun yalnız sosial və əmək yönümlü gəlirlərin və əmanətlərin alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlətin birbaşa müdaxiləsini nəzərdə tutur və məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəli borc tələbləri bu dairədən kənardır. Bu baxımdan, tələbkar X1 təqdim etdiyi indeksasiya tələbi konkret olaraq "vətəndaşın sahibkarlıq fəaliyyətindən (elektronika mağazası) irəli gələn gəliri ilə əlaqəli olduğundan”, bu tələb qanunun 3-cü maddəsində sadalanan indeksləşdirmə obyektlərinə aid edilə bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da bu aspekt ayrıca vurğulanmışdır ki, "Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında məhkəmə qətnamələrinin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır. Bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir.” Ərizəçinin tələb etdiyi 307,81 manat əsas borc məbləğinin 214,30 faizlə indeksləşdirilərək 659,64 manata çatdırılması Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” ##.##.1992-ci il tarixli *** nömrəli Qanunun 3-cü maddəsinin predmet dairəsinə aid deyil, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mülki borc öhdəliyi, indeksasiya hüququ verən sosial gəlir kateqoriyasına daxil deyil, məhz bu səbəbdən, qanunun analogiyası əsasında belə, tələb olunan indeksasiyanın bu halda tətbiq edilməsi hüquqi əsas mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tə’əb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2025-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.” Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. Istehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Istehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Hazırda tələbkar Tələbkar 307.81 manat ödənilməli pul məbləğinin indeksləşdirilərək 2014-cü ilin oktyabr ayından - 2026-cı ilin aprel ayınadək 214.30 faiz artımı (307.81 AZN x 214.30 % = 659,64 AZN) nəzərə alınmaqla cəmi 967.45 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edərkən qanuni qüvvəsini almış məhkəmə əmri ilə tutulmalı olan məbləği həmin məbləğin indeksasiya edilməsi ilə alınan indeksasiya olunmuş məbləğlə toplayaraq borcludan eyni məbləği, yəni 307.81 manat qətnamə ilə müəyyən olunmuş pulu iki dəfə tələb etmiş olur. Bu hal isə özlüyündə borclunun əlavə əmlak məsuliyyətinin artmasına səbəb olacaq və ədalətli olmayan şəkildə tələbkarın bir borc məbləğinə münasibətdə iki dəfədən çox olmaqla əsassız varlanmasına gətirib çıxaracaqdır. Lakin borc məbləğinin indeksasiyası istehlak qiymətlərinin səviyyəsinin artımına mütənasib olduğundan yalnız həmin məbləğə münasibətdə yaranmış artımın əsasında yaranan məbləğ əsas borc məbləği hesab olunmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ləğv edilməli, Zərdab Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2014-cü il tarixli məhkəmə qərarına əsasən tutulmalı olan 307.81 manat məbləği üzrə indeksasiya həyata keçirilməli və borclular borclu2 və Əhmədli (Abbasova) Sevinc Əvəz qızından ümumilikdə 659,64 (307.81 AZN x 214.30 % = 659,64 AZN) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Tələbkar Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair” ərizəsi qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2014-cü il tarixli məhkəmə qərarına əsasən tutulmalı olan 307.81 manat məbləği üzrə indeksasiya həyata keçirilsin və borclular borclu2 və Əhmədli (Abbasova) Sevinc Əvəz qızından ümumilikdə 659,64 (307.81 AZN x 214.30 % = 659,64 AZN) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar ödənilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar