Məhkəmə qərarları › İş №8(3-10)-91/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-91/2026

28.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-91/2026 28.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Borclu Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə məcburi gətirilməsi ilə bağlı Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatının təmin edilməsi barədə (Açar sözlər: məcburi gətirilmə, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Borclu Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə məcburi gətirilməsi ilə bağlı Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatının təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimat verərək, borclu ünvan 1 ünvanında yaşayan Borclu Şəki Rayonu üzrə Icra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, *(***)-***/**** saylı, ##.##.2025-ci-il tarixli icra sənədinə əsasən borclu Borclu 11500 manat, 123 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2025-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş dərhal icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın sürətli bildirişlə bərabər borclu Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişini qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun rəsmi çağırışına gəlməmişdir. Odur ki, icra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki Rayonu üzrə lcra və Probasiya Şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə təqdimatın təmin edilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu Borclu şikayət verərək Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-****-***/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, tələbin könüllü icrası haqqında ##.##.2025-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün Borclu 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab etmişdir ki, təqdimat əsaslı olduğundan Borclu Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə gətirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Şikayətdə borclu qeyd etmişdir ki, iddiaçı Tələbkar Habibillah qızı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16000 (on altı min) manatın banka ödədiyi faizləri ilə adına bank kreditilə aldığı 1950 (bir min doqquz yüz əlli) manat dəyərində noutbukun dəyərinin banka ödədiyi faizləri ilə olmaqla ümumilikdə 17950 (on yeddi min doqquz yüz əlli) manatın banka ödədiyi faizləri ilə və dövlət rüsumu olaraq ödənilmiş 123 manatın və mənəvi əzablara görə 2500 (iki min beş vüz) manatın alınaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman iddiaçı Tələbkar Habibillah qızı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək bildirmişdir ki, ondan bankdan 9500 (doqquz min beş yüz) manat kredit şəklində götürdüyü və üstünə öz saxlancında olan 6500 (altı min beş yüz) manatı əlavə edərək, nağd olaraq, əlbəəl ona verdiyi 16000 (on altı min) manatın üzərinə 20%, yəni 3600 (üç min altı yüz) manat bank faizini əlavə etməklə ümumilikdə 19600 (on doqquz min altı yüz) manatın; adına bank kreditilə aldığı 1950 (bir, min doqquz yüz əlli) manat dəyərində noutbuka ödənilmiş 1950 (bir min doqquz yüz əlli) manatın 20%-nin, yəni 390 (üç yüz doxsan) manat olmaqla ümumilikdə 19990 (on doqquz min doqquz yüz doxsan) manatla, dövlət rüsumu olaraq ödənilmiş 123 manatın və mənəvi əzablara görə 2500 (iki min beş yüz) manatın alınaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən, məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ondan 11500 (on bir min beş yüz) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat alınaraq X5 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Tələbkar apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə şikayət təmin edilməmişdir. O səhhətində olan narahatlığa görə məhkəmələrdə iştirak etməmişdir və məhkəmə qərarı icraya yönələndən sonra məlumatı olmuşdur ki, barəsində 11500 manatlıq icra sənədi vardır. Ona gələn bildirişlərdə 4457 manat borcun qalması bildirilir və ödənilməsi tələb olunur. Hansı ki, onun tələbkara heç bir borcu yoxdur, hətta artıqlaması ilə ödəmişdir. Lakin o, bu barədə nə məhkəməyə, nə də icra qurumuna düzgün məlumat verməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə işin hallarını müəyyən edərkən aşağıdakı qənaətə gəlmişdir: "Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı Tələbkar Habibillah qızı ilə cavabdeh Borclu arasında notarial qaydada olmasa belə yazılı olaraq pulun götürülməsi və borcun ##.##.2024-cü il tarixdə qaytarılmasına söz verməsi barədə ##.##.2024-cü il tarixli razılaşma olmuşdur. Iddiaçı məhkəmə iclasında izahat verərək cavabdeh tərəfindən borcundan ona 4500 (dörd min beş yüz) manat qaytardığını bildirmişdir. Bu səbəbdən də iddiaçının ona həmin hissədə pulu tələb etməkdə iddiası əsassızdır. Həmçinin iddiaçı Tələbkar Habibillah qızı 16000 (on altı min) manatın üzərinə 20 faiz ödədiyi yəni 3600 (üç min altı yüz) manat bank faizini həmçinin kreditilə 1950 (bir min doqquz yüz əlli) manata aldığı Notebookun 20%-nin, yəni 390 (üç yüz doxsan) manat olmaqla ümumi faiz borclarını tələb etsə də, həmin ödədiyi faizlərin ödəniş cədvəllərini əlavə etməmiş, həmçinin cavabdeh ilə bununla bağlı aralarında razılaşmanın olması barədə heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də yəni 3990 (üç min doqquz yüz doxsan) manat təmin edilməməlidir. Bütün qeyd edilən halları nəzərə alaraq məhkəmə ümumilikdə 8490 (səkkiz min dörd yüz doxsan) manat hissəsində iddianın əsassız olduğundan hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Iddiaçı ondan ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2500 (iki min beş yüz) manat pul tələb etsə də, məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab etmir. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur, iddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması məhkəmə tərəfindən müəyyə edilmədiyindən iddianın təmin edilməsi üçün əsas olmamışdır. Şərh edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, o öhdəliyini, yəni iddiaçıya elan borcunu vaxtında ödənilməsi, daha sonra isə məhkəmə tərəfindən ona bildirişin göndərilməsinə baxmayaraq qarşı tərəfin məhkəməyə gəlməməsi və borcun qaytarılması barədə heç bir məlumatın verilməməsi və digər hərəkətsizliyi hazırda da davam etməkdədir. Bütün bunlar isə iddiaçıya pul formasında dəyən maddi zərərlə nəticələnir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 11500 (on bir min beş yüz manat) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat ondan alınaraq iddiaçı Tələbkar Habibillah qızına verilməlidir. Məhkəmənin bu yanaşması ilə Şəki Apellyasiya Məhkəməsi də ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə razılaşmış və iddiaçı tərəfindən sözügedən qətnamə mübahisələndirilməmişdir. Bundan əlavə,o 2025ci ilin avqust ayında anasından 11000 manat, 2026-cı ilin yanvar ayında 500 manat olmaqla ümumilikdə 11500 manat almışdır. Həmçinin 2026-cı ildə əmək haqqından da 166 manat tutularaq qarşı tərəfə ödənilmişdir. Bununla bağlı tələbkarın özünün imzaları olan müvafiq qəbzlər və bank hesabından çıxarışlar da təqdim olunmuşdur. Bütün bu ödənişlərin cəmi isə 17941(4935+1340+11500+166) manat edir. Göründüyü kimi onun tələbkara 17941 manat ödədiyi halda ondan hazırda yenidən bu pulun tələb edilməsi qanunsuzdur. "Icra Haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.5-ci bəndinə görə icra sənədi tam icra olunduqda icraata xitam verilir. Sözügedən icra sənədi Şəki Rayonu üzrə Icra və Probasiya Şöbəsinin icraatına daxil olunduqda artıq tərəfindən icra olunmuşdur. Ona görə də məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı 10 faiz məbləğində icra ödənişinin tələb olunması yolverilməzdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/****-*** saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi üçün Şəki Rayonu üzrə Icra və Probasiya Şöbəsinə müraciət etmişdir. Göstərilənlərdən aydın olur ki, onun borcu olmadığı halda onun məcburi gətirilməsi barədə təqdimatla müraciət edilməsi və həmin təqdimatın təmin edilməsi tamamilə qanunsuzdur. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd olunan hallar öz təsdiqini tapmamış, borclu tərəfindən icra sənədi üzrə olan borcun tam ödənilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edən və zəruri olan məsələlər məhkəmə tərəfindən ətraflı araşdırılmış və hüquqi qiymət verilmişdir. Kollegiya bu qənaətə gəlir ki, borclunun məhkəmə qətnaməsinin icrasına maneə yaratması və icra məmurunun məcburi icra barədə çağırışlarına getməkdən imtina etməsi işin halları ilə sübut olunur. Şəki Rаyоn Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərаrdаdı qаnuni və əsаslıdır, bu səbəbdən də şikayət təmin edilməməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. Işə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Icra haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar