Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-92/2026 07.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ağdaş rayon Icra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun borclunun əmlakları üzərinə həbs qoyulması barədə təqdimatına dair (Açar sözlər: təqdimatın təmin edilməsi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ağdaş rayon Icra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun borclunun əmlakları üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Icra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** saylı ## ###### 2026-cı il tarixli, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** saylı ## #### 2026-cı il tarixli, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** saylı ## #### 2026-cı il tarixli, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** saylı ## ##### 2026-cı il tarixli icra sənədləri üzrə borclu Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasən, təqdimat təmin edilmiş, borclu Borclu mülkiyyətində olan Kamaz 54115 yük markalı, ** CB ***, Kamaz 5410 markalı, ** BE ***, SZAP-9327 yarımqoşqu, nömrə nişanı ** ZK ***, PP- NEFAZ-9334-01 yarımqoşqu, nömrə nişanı ** ZF ***, Kamaz 54111 yük markalı, ** ZP ***, Kamaz 5410 markalı, ** SY *** dövlət nömrə nişanı, SZAP-93271 yarımqoşqu, ** ZA *** dövlət nömrə nişanı, ODAZ 9370 yük markalı, ** ZA *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, ## ###### 2026-cı il tarixli *i-**** saylı icra qeydinin surətindən görünür ki, Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu X1 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1095, ünvan 4 ünvanında yerləşən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə ünvan 5 ünvanında qeydiyyatda olan Borclu (AA*******, ##.##.2025 - Asan 7- FIN: *******; d/t: ##.##.1977) *FIZAM********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 36072 manat 31 qəpik (otuz altı min yetmiş iki manat otuz bir qəpik) tutulsun. Bundan əlavə təklif edir borcludan Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 36097 manat 31 qəpik (otuz altı min doxsan yeddi manat otuz bir qəpik) pul tutulsun. Bakı şəhəri, Binəqədi rayonu Icra şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri ** saylı Notariat Kontorunun *İ- **** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e-16(4-14)- **/**** saylı qərardadın surətindən görünür ki, ərizə təmin edilmiş, Borclu mülkiyyətində olan “Kamaz 54115 yük markalı markalı, buraxılış ili 2008, nömrə nişanı, ** CB ***, Kamaz 5410 markalı, buraxılış ili 1991, nömrə nişanı, ** BE ***, SZAP-9327 yarımqoşqu, nömrə nişanı ** ZK ***, PP-NEFAZ-9334-01 yarımqoşqu, nömrə nişanı ** ZF ***, Kamaz 54111 yük markalı, buraxılış ili 1991, nömrə nişanı ** ZP ***, Kamaz 5410 markalı, buraxılış ili 1984, nömrə nişanı ** SY *** dövlət nömrə nişanı, SZAP93271 yarımqoşqu, ** ZA *** dövlət nömrə nişanı, ODAZ 9370 yük markalı, buraxılış ili 1991, nömrə nişanı ** ZA *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. # #### 2026-cı il tarixli *i-**** saylı icra qeydinin surətindən görünür ki, Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu X1 'Notariat haqqında'Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1095, ünvan 1 ünvanında yerləşən Tələbkar /VÖEN:**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu (AA*******, ##.##.2025 - Asan 7; FIN: *******; d/t: ##.##.1977) *FIZAM********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5794 manat 77 qəpik (beş min yeddi yüz doxsan dörd manat yetmiş yeddi qəpik) tutulsun. Bundan əlavə təklif edir borcludan Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 5819 manat 77 qəpik (beş min səkkiz yüz on doqquz manat yetmiş yeddi qəpik) pul tutulsun. Bakı şəhəri Binəqədi rayonu Icra şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılması, təklif olunsun ki, borclu Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə, borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. ## #### 2026-cı il tarixli *i-**** saylı icra qeydinin surətindən görünür ki, o, Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu X2 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1095, ünvan 3 ünvanında yerləşən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə ünvan 5 ünvanında qeydiyyatda olan Borclu (AA*******, ##.##.2025 - Asan 7; FIN: *******; d/t: ##.##.1977) **FIZAM********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 36175 manat 43 qəpik (otuz altı min yüz yetmiş beş manat qırx üç qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 36200 manat 43 qəpik (otuz altı min iki yüz manat qırx üç qəpik) pul tutulsun. Bakı şəhəri, Binəqədi rayonu Icra şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri ** saylı Notariat Kontorunin 8I- **** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. ## ##### 2026-cı il tarixli *i-**** saylı icra qeydinin surətindən görünür ki, o, Bakı, şəhəri 32 sayl, notariat ofisinin Xüsusi notariusu X1 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1095, ünvan 4 ünvanında yerləşən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə ünvan 5 ünvanında qeydiyyatda olan Borclu (AA*******, 03.06,2025 - Asan 7; PIN; *******; d/t: ##.##.1977) *FIZAM********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8052 manat 67 qəpik (səkkiz min əlli iki manat altmış yeddi qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8077 manat 67 qəpik (səkkiz min yetmiş yeddi manat altmış yeddi qəpik) pul tutulsun. Bakı şəhəri Binəqədi rayonu Icra şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri ** saylı Notariat Kontorunun 8I- **** nömrəli, ##.##.2026-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Icra şöbəsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli **/**-******/****-**-* saylı icra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, borclu Borclu barəsində Bakı şəhəri ** saylı Notariat Kontorunun **-**** saylı ##.##.2026-cı il, Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-**** saylı ##.##.2026-cı il, Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-**** saylı ##.##.2026-cı il və Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-**** saylı ##.##.2026- cı il tarixli icra sənədləri ümumi icraatda birləşdirilməsi, ümumi icraatda birləşdirilmiş icra vərəqələrinə əsasən tələbkarın tələbləri üzrə icra hərəkətləri tələblər tam təmin edilib icraata xitam verilənədək bir icraatda davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu Icra şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, icra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı Şəhəri ** saylı Notariat Kontorunin *İ-**** nömrəli, ##.##.2026-cü il tarixli sənədi icra olunması üçün Ağdaş rayon Icra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Icra şöbəsi tərəfindən verilmiş, ##.##.2026-cı il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, icra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı şəhəri ** saylı Notariat Kontorunin *İ-**** nömrəli, ##.##.2026-cü il tarixli sənədi icra olunması üçün Ağdaş rayon Icra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, borclu Borclu borcunu ödədiyini bildirsə də borcun ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, bu səbəbdən onun mülkiyyətində olan “Kamaz 54115 yük markalı, ** CB ***, Kamaz 5410 markalı, ** BE ***, SZAP-9327 yarımqoşqu, nömrə nişanı ** ZK ***, PP-NEFAZ- 9334-01 yarımqoşqu, nömrə nişanı ** ZF ***, Kamaz 54111 yük markalı, ** ZP ***, Kamaz 5410 markalı, ** SY *** dövlət nömrə nişanı, SZAP-93271 yarımqoşqu, ** ZA *** dövlət nömrə nişanı, ODAZ 9370 yük markalı, ** ZA *** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-10)-92/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-92/2026
07.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver