Məhkəmə qərarları › İş №8(3-10)-93/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-10)-93/2026

15.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8(3-10)-93/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Borclu icra məmurunun hərəkətlərindən verdiyi şikayət ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərininin qanunsuz hesab edilməsi) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından Zərdab rayon Icra və Prosbasiya şöbəsi və ərizəçi Borclu tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 hazırki iş üzrə apardığı icra hərəkətlərinin yoxlanılması, icra məmuru tərəfindən verilmiş *****/****-**-*/** nömrəli, ##.##.2026-cü il tarixli inkasso sərəncamının ləğv edilməsi, mülkiyyətində olan HYUNDAI I40 MINIK, **ET*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulması ilə bağlı icra məmurunun ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, barəsində seçilmiş “ölkədən çıxışın məhdudlaşdırılması barədə” qərarın ləğv edilməsi və pensiyasından tutulmuş 174 manat məbləğin ona geri qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin ## ##### 2013-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə X4 və Borclu müştərək qaydada kredit müqaviləsi üzrə 1564,46 (bir min beş yüz altmış dörd manat qırx altı qəpik) əsas borc, 1212,45 (bir min iki yuz on iki manat qırx beş qəpik) faiz borcu, 1000 (bir min) manat kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu və 20 manat dövlət rüsumu olmaqla cəmi 3796,91 (üç min yeddi yüz doxsan altı manat doxsan bir qəpik) manat məbləğin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər X4 və Borclu tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, X4 və Borclu müştərək qaydada kredit müqaviləsi üzrə 1564,46 (bir min beş yüz altmış dörd manat qırx altı qəpik) əsas borc, 1212,45 (bir min iki yuz on iki manat qırx beş qəpik) faiz borcu, 100 (bir yüz) manat kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu və 20 manat dövlət rüsumu olmaqla cəmi 2896,91 (iki min səkkiz yüz doxsan altı manat, doxsan bir qəpik) manat məbləğin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin iş üzrə *(***)-***/**** nömrəli, ## #### 2014-cü il tarixli icra vərəqi verilmişdir. Həmin vaxtdan keçən təxminən 12 il ərzində mənə heç bir rəsmi və ya şifahi bildiriş göndərilməmiş, əsas borclu, yəni mənim kredit müqaviləsi üzrə zaminlik etdiyim X4 bir müddət borc məbləğini ödəmiş, daha sonra icra məmuru ona tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edildiyini, bütün hesabların bloklandığını, borc ödənişinin hansı hesaba ödənilməli olduğu barədə mübahisəli vəziyyət yarandığını bildirmiş və X4 ödənişləri dayandırmışdır. Qeyd edir ki, Hikmət qohumluq əlaqəsindən istifadə edərək ondan zamin durmasını istəmiş, o da Hikmətə zamin durmuşdur. 2013-cü ildə xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edildiyi üçün bu kreditin ödənişində problem yaranmışdır. ##.##.2026-cı il tarixdə ona Zərdab rayon Icra və Probasiya şöbəsi tərəfindən SMS bildiriş gəlmiş, o heç bir quruma borclu olmadığını, burada mübahisəli vəziyyətin olduğunu düşünmüş və məsuliyyətli bir vətəndaş kimi Gəncə şəhərində yaşamağına baxmayaraq, elə həmin gün Zərdab rayon Icra və Probasiya şöbəsinə yaxınlaşmışdır. Şöbənin icra məmuru X1 çağırılma səbəbini öyrəndikdən sonra X4 tapmış, onunla vəziyyəti müzakirə etmişdir. Söhbət əsnasında məlum oldu ki, X4 artıq maliyyə vəziyyətini yaxşılaşdırıb, Zərdab şəhərinin mərkəzində, təxminən 40000-50000 manatlıq mayası olan mağaza açmış, vergi ödəyicisi olaraq ticarətlə məşğul olur. Hikmət ona bildirmişdir ki, borcla bağlı heç kəs ona bir söz deməyib və o ən qısa zamanda borcu ödəyəcəyini, borcun ödənilməsi ilə bağlı təmizlik kağızını icra məmuruna təqdim edəcəyini bildirmiş, onun icra məmuru tərəfindən narahat edilməyinə görə özünü günahkar hiss edərək üzrxahlıq etmişdir. O isə öz növbəsində icra məmuruna yaxınlaşaraq bu barədə məlumat vermiş, icra məmuru isə bununla razılaşaraq, məmnunluğunu ifadə etmiş və o hazırda yaşadığı Gəncə şəhərinə geri dönmüşdür. ## ###### 2026-cı il tarixdə ona bankdan pensiya kartının bloklanması SMS bildirişi gəlmiş, ## ###### 2026-cı ildə isə pensiyasından 174 manat pulun tutulduğunu görmüşdür. Bundan sonra yenidən Zərdab rayon Icra və Probasiya şöbəsinə yaxınlaşaraq məsələni aydınlaşdırmış və məlum olmuşdur ki, şöbənin icra məmuru X1 *****/****-**-*/** nömrəli, ##.##.2026-cü il tarixli inkasso sərəncamı vermişdir. Bundan başqa icra məmuru ##.##.2026-cı il tarixdə mülkiyyətində olan HYUNDAI 140 MINIK, **ET*** dqn-li avtomobilin üzərinə həbs qoyulması ilə bağlı qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar və sərəncam qanunsuz və əsassızdır, ləğv edilməli və pensiyadan tutulan pul ona geri qaytarılmalıdır. Hesab edir ki, inkasso sərəncamının verilməsi ilə bağlı ona və digər borclu X4 öncədən məlumat verilməli, X4 həmin ödənişi etməzsə sərəncam X4 VÖEN-inə bağlı bank hesabından tutulmalı idi. Bundan başqa icraçının öz sözlərinə əsasən məlumat almışdır ki, ölkədən çıxışına da məhdudiyyət qoyulub. Lakin bunla bağlı rəsmi qərar ona təqdim edilməyib və elektron icra sistemində də yoxdur. Icra məmurunun müştərək qaydada ödənilməli olan pulun hamısını onun üzərinə qoyması (elektron icra sistemindən ekran görüntüsü əlavə olunur), Zərdab rayon Icra və Probasiya şöbəsinin inzibati binasından cəmi 1 km aralıda mağaza işlədən, gündəlik qazancı olan, maliyyə vəziyyəti düzəlmiş əsl borcludan deyil, ondan tutmaq istəməsi, barəsində gördüyü məcburi icra tədbirləri icra məmurunun ona qarşı qərəzli münasibətindən, ya da hansısa hüquqazidd səbəbdən baş verir. Qeyd edir ki, özü ürək xəstəsidir, həyat yoldaşı isə şəkər və böyrək çatışmazlığından əziyyət çəkir. Onlar pensiya ilə dolanırlar, yaşayış, kommunal və müalicə xərclərini pensiyadan əldə etdikləri məbləğə uyğun nizamlayırlar. Bundan başqa icra məmuru əsassız olaraq ölkədən giriş-çıxışına məhdudiyyət tətbiq etmişdir. Bundan başqa hər an onlara avtomobil lazım olur, xəstəxanalara gedir, övladlarını ziyarət edirlər. O, ##.##.2026-cı il tarixdə Şəki Inzibati Məhkəməsinə Zərdab rayon Icra və Probasiya şöbəsinə qarşı inzibati iddia ilə müraciət etmiş, Şəki Inzaibati Məhkəməsində ##.##.2026-cı il tarixdə keçirilən mümkünlük iclasında işin məhkəmə aiddiyətinin Zərdab rayon məhkəməsinə aid olması səbəbindən iddia mümkün hesab edilməmişdir. Bundan əlavə o ləğv prosessində olan “xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək məlumat almışdır ki, X4 tərəfindən həmin borc məbləğindən ümumilikdə 450 manat məbləğ ödənilmişdir. Lakin icra məmuru Ziya Məmmədov həmin məbləğin ümumi borcdan çıxılması və digər addımları atmamış, borc məbləğinin azalması faktını gizləmişdir. Hətta e-icra mobil tətbiqində belə borc məbləği qətnamədə göstərilən cəm borc məbləği olaraq əks olunmuşdur. Bundan başqa qeyd edir ki, Zərdab rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş *****/****-**-*/** nömrəli, ##.##.2026-cı il tarixli inkasso sərəncamı “Icra haqqında” Azərbaycan Respublikasının Qanunun bir çox tələbləri pozulmaqla verilmişdir. Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasən Borclu Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədi üzrə icra məmurunun hərəkət və hərəkətsizliyindən verdiyi şikayət təmin edilməmişdir. Borclu Borclu ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardad ilə razılaşmayaraq məhkəməyə qərardaddan şikayət vermiş və Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadına əsasən şikayətin təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün 07 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 8(3-10)- **/**** saylı qərardadına əsasən borclu Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsi, borclu Borclu şikayətinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin Zərdab Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Borclu ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun barəsində tətbiq edilən məcburi icra tədbirləri qanuni olmamışdır. Belə ki, icra işi üzrə o əsas borclu olmasa da, icra tədbiləri yalnız onun barəsində görülmüş, avtomobilinin üzərinə həbs qoyulmuş, onun ölkədən çıxmaq hüququ məhdudlaşdırılmış, həmçinin tətbiq olunan inkasso sərəncamı ilə onun pensiyasından tutulmalar apaırlmışdır. Düzdür hazırda icra sənədi üzrə borc öhdəliyi tam icra olunduğu üçün həmin məhdudiyyətlər ardadan qaldırılmış, lakin inkasso sərəncamı üzrə onun pensiyasından tutulmalar geri qaytarılmamışdır. Həmçinin qeyd edir ki, icra məmuru iş icraatda olarkən ona qarşı qərəzli olumuşdur. Ona görə də icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini və inkasso sərəncamı üzrə pensiyasından tutulmuş 202,78 manat məbləğində vəsaitin ona qaytarılmasını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Zərdab rayon Icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin öz yazılı mülahizəsini əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim etmişdir. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı (hakim: C.Abbasov) ilə, şikayət qismən təmin edilmiş, icra sənədi üzrə borclu Borclu məxsus Hyundai i40 minik markalı, **ET*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqqında Zərdab rayon Icra və Probasiya şöbəsinin rəisi, R X1 qərarı əsassız olduğundan qanunsuz hesab edilməsi, Zərdab rayon Icra və Probasiya şöbəsinin rəisi, R X1 tərəfindən məcburi icra tədbiri kimi tətbiq edilmiş tələbin pensiyaya yönəldilməsinə dair hərəkətləri (##.##.2026-cı il tarixli, *****/****-**-*/** nömrəli inkasso sərəncamı) qanuni hesab edilməklə şikayət həmin hissədə təmin edilməməsi, Inkasso sərəncamının icra edilməsi nəticəsində borcludan tutulan pul məbləğinin həcmində icra sənədi üzrə digər borcluya qarşı reqres qaydada mülki iddia qaldırmaq hüququ Borclu izah edilməsi və Borclu Borclu ölkədən getmək hüququ üzərinə məhdudiyyət qoyulması barədə hər hansı məcburi icra hərəkətlərinin həyata keçirilmədiyi nəzərə alınması qərara alınmışdır Həmin qərardaddan narazı qalan Zərdab rayon Icra və Prosbasiya şöbəsi və ərizəçi Borclu şikayətləri verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı (hakim: İ.Həsənquliyev) ilə, məhkəmənin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı (hakim: İ.Həsənquliyev) ilə, məhkəmənin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından Zərdab rayon Icra və Prosbasiya şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Işdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətlər qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı hazırda baxılan hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən əsaslandırması ondan ibarət olmuşdur ki, iş üzrə müvafiq məhkəmə qətnamələri çıxarılmış, icra sənədləri Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icra sənədinin icra edilməsi ilə bağlı qanuni tədbirlər görülmüşdür. Icra məmuru tərəfindən görülən icra hərəkətləri qanuni və əsaslı olmuşdur. Ərizəçiyə qarşı hər hansı qərəzli mövqe müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, Zərdab Rayon Icra və probasiya şöbəsinin ## #### 2014- cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borclular X4 və Borclu müştərək qaydada 2896.91 manat kredit borcu alınaraq tələbkar “xxxx” ASC-nin hesabına ödənilməlidir. Zərdab Rayon Icra və probasiya şöbəsinin ## #### 2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borclular X4 və Borclu Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etmələri, tələb üzrsüz səbəbdən icra olunmadıqda məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə qanunvericiliyin tələbləri izah olunmuşdur. Zərdab Rayon Məhkəməsinin 8(035)-56/2017-ci il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədi üzrə borclu X4 ölkədən getmək hüququ icra vərəqələri tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. ##.##.2026-ci il tarixli, *****/****-**-*/** nömrəli inkasso sərəncamından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədi üzrə borc tam ödənənədək Borclu bank hesabından aylıq 174.88 manat borc tutulması qeyd olunmuşdur. Zərdab Rayon Icra və probasiya şöbəsinin ##.##.2026-cı il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması haqqında qərarından görünür ki, borclu Borclu məxsus HYUNDAI I40 markalı, **ET*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Zərdab rayon Icra və probasiya şöbəsinin Zərdab Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, iş üzrə borclular X2 və Borclu ləğv prosesində olan “xxxx” ASC qarşısında borc öhdəliyinin qalmadığı üçün Icra Haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən ##.##.2026-cı il tarixdə icraata xitam verilmə haqqında qərar qəbul edilərək icra sənədinin icra icraatına xitam verilmiş, iş üzrə təyin edilmiş bütün məcburi icra tədbirləri, o cümlədən borclu H.Əhmədovun ölkədən çıxma məhdudiyyəti onun üzərindən götürülmüş, borclu Borclu avtomobilinin üzərindən həbs götürülmüş, həmçinin onun aldığı pensiyaya tədbiq edilmiş inkasso sərəncamı ləğv edilmişdir. Icra sənədi şöbənin qeydiyyatından çıxarılmışdır. Zərdab rayon Icra və probasiya şöbəsinin ##.##.2026-cı il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və II bəndlərinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Həmin qərarda daha sonra qeyd edilmişdir ki, “.....bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X16 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaqkimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir”. Bundan başqa, “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ###### 2014-cü il tarixli qərarında da göstərilir ki, ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda həmin qərarların icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər. Həmçinin, “Icra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “Icra haqqında” Qanunun 8.2-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. Ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Ipoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. Ipoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. Icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin Qanunun 87.1-ci maddəsinin tələblərinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Bundan başqa, “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə X10 Sistemində müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir; icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir. Icra xidmətinin icra məmuru məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: məhkəmədə hakimlərin, andlı iclasçıların, məhkəmə prosesinin digər iştirakçılarının və şahidlərin təhlükəsizliyini təmin edir; məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarını icra edir; məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən şəxs və digər şəxslər barəsində qanunda nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərini tətbiq edir; iş vaxtı məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə iclas zalının mühafizəsini təmin edir; məhkəmə iclas zalının iclasa hazırlığını yoxlayır, hakimin tapşırığı ilə cinayət işinin və maddi sübutların məhkəmə iclas zalına gətirilməsini və mühafizəsini təmin edir; həbsdə saxlanılan məhkumların müşayiət edilməsində, onların mühafizəsi və təhlükəsizliyi məsələlərində hərbiləşdirilmiş qurumlarla qarşılıqlı fəaliyyət göstərir; məhkəmənin ərazisində ictimai qaydaları təmin edir, qanun pozuntularının qarşısını alır, onları aradan qaldırır, nizam-intizamı pozanları aşkar edərək qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür; məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş icra vərəqəsi üzrə borcun tam ödənilibödənilməməsi ilə bağlı araşdırma aparmamışdır. Belə ki, ilkin olaraq icra vərəqəsi üzrə borcun olub-olmaması müəyyən edilməli idi. Daha sonra isə, əgər borcun ödənilməsi müəyyən edilərsə icra orqanı tərəfindən qoyulmuş məhdudiyyətlərin götürülüb-götürülməməsi müəyyən edilməli idi. Bundan sonra isə, əgər borcun tam ödənilməsi və qoyulmuş məhdudiyyətlərin icra orqanı tərəfindən götürülməməsi müəyyən edilərsə onda şikayətlərə həmin konteksdə hüquqi qiymət verilmədir. Hazırki işdən isə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə yuxarıda qeyd olunan xüsusatları əhatə etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), ##.##.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## #### tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, şikayətlər qismən təmin edilərək, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərardadı qismən yəni, şikayətlərin təmin edilməməsi hissəsində ləğv edilərək, ərizə həmin hissədə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Bundan başqa, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrа аldı: Ərizəçi Borclu və Zərdab rayon Icra və Prosbasiya şöbəsinin şikayətləri qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı qismən yəni, şikayətlərin təmin edilməməsi hissəsində ləğv edilsin. Borclu ərizəsinə şikayətlərin təmin edilməməsi hissəsində yenidən baxılması üçün iş Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar