Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-117/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- **/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından tələbkar X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il (59.248,4 manat) tarixli, eyni məhkəmənin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli (6.451,84 manat) qətnamələri, habelə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə 4.132,54 manat, ümumilikdə ödənilməli olan 69.832,78 manat pul vəsaitinə münasibətdə 2025-ci il üçün hesablanmış cari dəyərinin (ekvivalenti) 15.293,37 manat təşkil edən vəsaitin borclu Borclu Akif oğlundan tutularaq xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizə ilə müraciət edərək, icra sənədlərinin uzun müddət hərəkətsiz saxlanıldığını nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Tələbkar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək, pul məbləğinin indeksasiya olunmasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə borcun ödənilməsi ilə bağlı İcra Şöbəsinin məktubunun əsaslı olmasını yoxlamamış, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının 2025-ci il üzrə ica edilməməsi nəticəsində baş verən inflyasiya itkiləri kompensasiya edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. X2 elektron kabinet vasitəsilə mülahizə təqdim edərək qeyd etmişdir ki, işə baxan hakim Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** saylı, ##.##.2018-ci il tarixli və *(***)- ***/**** saylı, ##.##.2020-ci il tarixli qətnamələrin icrası ilə bağlı aktiv icra icraatı mövcud olmadığı nəticəsinə gəlməsində Xətai Rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli məktubunu əsas götürmüş, birinin digəri ilə bilavasitə əlaqəli olan 2019-2025-ci illər üzrə davam edən mübahisə ilə bağlı təqribi 15 məhkəmə aktları əsasında verilən icra sənədlərinin icra vəziyyətini yoxlamamış, icra məmurunun məhkəmə araşdırmasında iştirakının təmin edilməsi istiqamətində formal məktub yazmaqdan əlavə heç bir aktiv fəaliyyət edilməmişdir. Xətai icra şöbəsinin sözü gedən ##.##.2026-cı il tarixli məktubunun əsaslı olmasını, orada qeyd edilən halların işin faktiki halları ilə uzlaşıb-uzlaşmadığını, Xətai icra şöbəsinin 2019-2025-ci illərdə borclu Borclula bağlı icraatına qəbul etdiyi icra sənədləri üzrə ümumi borc məbləğini, ümumi borcdan yalnız 2024- 2025-ci illərdə edilən ödəniş məbləğinin məhz məhkəmənin əsaslandığı sözü gedən məktubda qeyd edilən sənədlərə aidiyyatı, bu fəaliyyətdə (obyektviliyi şübhə doğuran məktubda) səlahiyyətli şəxslərin qərəzsizliyi, habelə subyektiv faktorların mövcudluğu obyektiv surətdə məhkəmə tərəfindən təhlil edilməmiş, nəticədə məhkəmə aktında 2025-ci il üzrə tələbə münasibətdə formal yanaşma nümayiş edilmişdir. Kreditor olaraq 2025-ci ildə məruz qaldığı itkiləri aradan qaldırmasına yönəldimiş prosessual hərəkətlərinə formal münasibət bəslənilmiş və qeyd edilən məktubun işin digər halları ilə üst-üstə düşüb-düşməməsi yoxlanılmamışdır. Məhkəmə işə baxarkən nəzərə almamışdır ki 2019-2025-ci il üzrə borclunun 15 icra sənədi üzrə 125.000 manat məbləğində tanınan borcu yaranmışdır və həmin vəsaitdən 2024-2025-ci illər üzrə hissə-hissə 53.000 manat borc icra olunmuş, həmin vəsaitin nə səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli və *(***)-***/**** saylı,##.##.2020-ci il tarixli qətnamələrinə aid edildiyi, lakin digər icra sənədlərinə aid edilmədiyi yoxlanılmamış, icra məmurunun bu məsələyə münasibəti dəqiqləşdirilməmiş, buna dair hüquqi dəyərləndirmə aparılmamışdır. İşə baxan hakim icrada olan - 1) 8(011) **/**** saylı, ##.##.2021 tarixli icra sənədi üzrə - 4.132,54 manat, 2) 8(011) ****/**** saylı, ##.##.2021 tarixli icra sənədi üzrə - 4.748,63 manat, 3) 2(011) ****/**** saylı, ##.##.2022 tarixli icra sənədi üzrə - 3.543 24 manat, 4) 2(103) ***/**** saylı, ##.##.2023 tarixli icra sənədi üzrə - 2.349,10 manat, 5) 8(011) */**** saylı, ##.##.2023 tarixli icra sənədi - 15.293 manat, 6) 2(011) ***/**** saylı, ##.##.2023 tarixli icra sənədi - 3.010,12 manat, 7) *(***)***/**** saylı, ##.##.2024 tarixli icra sənədi - 6.145,28 manat, 8) 2(103) ***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənəd i- 3.510,34 manat, ümumilikdə 42.735,25 manat borcun məhz 2021-2025-ci illər üzrə yaranmasına diqqət etməmiş, nə səbəbdən həmin məhkəmə aktları deyil, Xətai icranın məktubunda istinad etdiyi *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli və 2(011)- ***/**** saylı, ##.##.2020-ci il tarixli qətnamələri üzrə vəsaitin ödənildiyi qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, indeksasiya tələbi ilə bağlı Xətai məhkəməsinə edilən müraciəti 2025-ci ili əhatə etmiş, lakin 2025-ci ilədək formalaşmış 125.000 manat borcdan 2024-cü ildə 30.000 manat vəsait ödənilmiş, 2025-ci ilin iyun-iyul ayları üzrə isə cəmi 23.000 manat ödənilmiş, bundan sonra 2025-ci ilin sonunadək ödəniş edilmədiyinə qiymət verilməmişdir. 2025-ci ilin ikinci yarısına aid edilən 6 ayı üzrə kompensasiya münasibətdə məhkəmə öz aktında əsaslandırma aparmamış, istinad etdiyi "məktub"un işin faktiki halları ilə uzlaşmadığını müəyyən edə bilməmiş, iş üzrə digər əhəmiyyətli faktiki hallara münasibətdə heç bir dəyərləndirmə aparılmamışdır. İşə baxan hakim nəzərə almamışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu Akif oğlundan iddiaçı X1 xeyrinə ümumilikdə 59.248,4 manatın tutulması qət edilsə də, bundan sonra 2025-ci ilədək əlavə olaraq 12-14 fərqli məhkəmə aktları qəbul edilmiş, müəyyən edilən borc məbləği müvafiq qaydada icraya yönəldilmiş, Xətai İcra şöbəsi icra sənədlərini icraata qəbul etmişdir. Borclu yalnız 2024-cü ilin ortalarında 30.000 manat, 2025-ci ilin iyun-iyul ayları üzrə isə cəmi 23.000 manat ödəniş etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının 2025-ci il üzrə icra edilməməsi ilə baş verən inflyasiya itkilərinin kompensasiyasının ödənilməsindən borclunun azad edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Qeyd edilənlərlə yanaşı işə baxan hakim Xətai İcra şöbəsinin icraatında olan 15 icra sənədi ilə bağlı davamlı hərəkətsizliyi, icra tədbirlərinin icrasız saxlanılması, sözü gedən halları təsdiq edən və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli 8(103)- ***/**** saylı qərardadını nəzərə almamış, Xətai Rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli məktubuna istinad edib "aktiv icra sənədi"nin icra mərəhələsində olmadığı qənaətinə gəlinmiş, bununla da hüququ pozulmuş, əmlak mənafeləri məhdudlaşdırılmış, məhkəmə aktlarının icrasız saxlanılması üçün zəmin yaradılmışdır. Ödənilən 53.000 manat vəsaitin məhz 2025-ci il üzrə indeksasiya tələbində göstərilən məhkəmə aktlarına aidiyyatı, müraciətində əksini tapmış həmin icra sənədləri ilə bağlılığı və digər əhəmiyyətli hallara məhkəmə mövqe bildirməmiş, habelə iş üzrə subyektiv faktorların istisna edilib-edilmədiyi yoxlanılmamış, mübahisənin mahiyyətinə səthi yanaşılmışdır. 2024-cü ildə 30.000 manat ödənildiyindən və belə olduqda, 2025-ci il üzrə 30.000 manat məbləğdən xaric digər vəsaitə münasibətdə indeksasiya qaydaları tətbiq edilməli və 2025-ci il üzrə irəli sürdüyü tələblə bağlı zəruri hərəkətlər məhkəmədə icra olunmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən mövqeyini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli və *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qətnamələri üzrə borcun indeksasiya ilə bağlı tələbkar tərəfindən ərizənin məhkəməyə daxil olanadək tam olaraq ödənilməsi, qətnamələr icra olunduğundan, həmin qətnamələrin icrası ilə bağlı aktiv icra icraatının mövcud olmaması ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iş materiallarında icra sənədinin tam icra olunmasına dair icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar mövcud olmadığından borclu tərəfindən borcun tam ödənilməsi halı təsdiq edilmir. Hazırki halda iş materialları əsasında borcun tam ödənilməsi ilə icra üzrə icraata xitam verilməsi halını müəyyən etmək mümkün olmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hal araşdırılmaqla indeksasiya barədə ərizəyə yənidən hüquqi qiymət verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bundan başqa, kollegiya xüsusi olaraq qeyd edir ki, ərizəçi tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş “məlumat”ın dəlillərinə ümumiyyətlə qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-117/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-117/2026
31.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver