Məhkəmə qərarları › İş №8(3-6)-121/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-121/2026

01.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-121/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Açar sözlər: indeksasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, tələbkar Tələbkar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi üzrə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli qərardadından borclu Borclu Məmmədəli oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu Məmmədəli oğluna qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Borclu Məmmədəli oğlu ilə X4 arasında ## ####### 2010-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 1109 nömrəsi akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X5 anaları X4 yanında qalmaları, ## ###### 2021-ci il tarixindən başlayaraq ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Məmmədəli oğlundan hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir.

2. Tələbkar Tələbkar ## ###### 2026-cı il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsi, sonrakı artımlar nəzərə alınmaqla Borclu Məmmədəli oğlundan ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ## ###### 2021-ci il tarixindən başlayaraq ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Məmmədəli oğlundan hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Ərizəçi hesab edir ki, həmin qətnamə üzrə tutulan aliment indeksasiya edilməli, sonrakı artımlar nəzərə alınmaqla Borclu Məmmədəli oğlundan ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya edilərək, ## ###### 2026-cı il tarixdən başlayaraq ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X5 üçün borclu Borclu Məmmədəli oğlundan tələbkar Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində (175 manat : 250 manat = 0,7 misli) sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

5. Qərardadın əsaslarına görə, məhkəmə hesab etmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli, *-*/**** nömrəli Qərarına edilmiş dəyişikliyə əsasən əlavə edilmiş 8.4-2 yarımbənddə qeyd edilən düstura əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya edilərək, ## ###### 2026-cı il tarixdən başlayaraq ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X5 üçün borclu Borclu Məmmədəli oğlundan tələbkar Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində (175 manat : 250 manat = 0,7 misli) müəyyən edilməlidir.

6. Borclu Borclu Məmmədəli oğlu həmin qərardaddan şikayət verərək, ləğv edilməsi və alimentin məbləğinin hər uşağa görə 200 (iki yüz) manat həddində müəyyən edilməsi barədə qərardad çıxarılmasını, əks halda qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayətin dəlillərinə görə, borclu Borclu Məmmədəli oğlu cəmi 500 manat əmək haqı alır. Məhkəmənin indiki müəyyən etdiyi alimentin məbləği isə hər uşağa 280 manat olmaqla, cəmi 560 manat edir. Bu isə onun aylıq qazancından artıq olur. Əmək haqqı ilə bağlı müvafiq sənədi məhkəməyə təqdim etmiş olsa da, məhkəmə qərardadında həmin sübuta heç bir hüquqi qiymət verilməmişdir. Halbuki, tələbkarın özü könüllü olaraq indeksasiyanın məbləğinin 0,615 misli həddində müəyyən edilməsini xahiş etmişdir ki, bu məbləğ hər uşağa 246 manat olmaqla, cəmi 492 manat edir. Belə olan halda ən azından borclunun əmək haqqı alimentin məbləğini ödəməyə yetsə də, onun özü üçün heç bir dolanışıq payı qalmır. Ona görə də alimentin məbləğinin hər uşağa 200 manat olmaqla müəyyən edilməsi qanuni və əsaslı olardı. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli, *-*/**** nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

11. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Şikayətdə qərardadın hansı normaların tələblərinə zidd olduğu, hansı halların düzgün qiymətləndirilməməsi əsaslandırılmamışdır.

13. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan xüsusatlar alimentin indeksasiya edilməməsi üçün əsas ola bilməz. Belə ki, bu hallar tələbkara pul vəsaitinin ödənilməsi, əmlak verilməsi və borclunun maddi vəziyyətinin pisləşməsi ilə bağlı olduğundan Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi üçün əsas ola bilər. Bu məsələyə isə hazırkı icraat çərçivəsində baxılması mümkün deyildir və bununla bağlı borcluya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

14. Birinci instansiya məhkəməsi düzgün olaraq ## ###### 2026-cı il tarixdən başlayaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə ## #### 2012-ci il təvəllüdlü X3 və ## ###### 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində müəyyən etmişdir.

15. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli qərardadından borclu Borclu Məmmədəli oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar