Məhkəmə qərarları › İş №8(3-6)-130/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-130/2026

03.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-130/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs oğlunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: borcun hissə-hissə ödənilməsi) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X4 oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehlər Ərizəni verən şəxs və X3 müştərək qaydada bir ədəd qızıl üzük, həmçinin bir cüt qızıl sırğa, boyunbağı, qolbaq və üzükdən ibarət qızıl dəsti, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 5283 (beş min iki yüz səksən üç) manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilməsi qərara alınmışdır.

2. İcra sənədi üzrə borclu Ərizəni verən şəxs qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin hissəhissə, yəni hər ay 100 (bir yüz) manat məbləğində olmaqla icra edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ondan və həyat yoldaşı X3 müştərək qaydada bir ədəd qızıl üzük, həmçinin bir cüt qızıl sırğa, boyunbağı, qolbaq və üzükdən ibarət qızıl dəsti, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 5283 manat pul vəsaitinin tutulub, iddiaçı (tələbkar) X5 ödənilməsi müəyyən olunmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə icraat başlanılmış və könüllü icra üçün 10 gün müddət verilmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi yaşadığı maddi problemlərə görə və aşağıda qeyd edəcəyi səbəblərə görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 5283 manat vəsaitin hissə-hissə ödənilməsinə məhkəmə tərəfindən şərait yaradılması ilə bağlıdır. Himayəsində olan həyat yoldaşı həm onkoloji, həm də ürək xəstəliyindən əziyyət çəkir. X1 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ödənişli təhsil alır (illik 6000 manat). Eyni zamanda, tələbkar ilə birgə nikahlarından doğulmuş uşağına hər ay aliment ödəyir. Ailə başçısı olduğuna görə həm həyat yoldaşının xəstəliyi ilə bağlı xərclər, həm də oğlunun təhsili ilə əlaqədar, həm də kredit ödənişləri ilə bağlı xərclər onun üzərinə düşür. Qeyd etdiyi hallar və ərizəyə əlavə edilmiş sənədlərin məhkəmə tərəfindən nəzərə alınmasını və maddi çətinlik içində olduqlarına görə məhkəmə tərəfindən müəyyən edilmiş müştərək qaydada müəyyən edilmiş 5283 manat vəsaitin aylıq ödənişlərə (hər ay 100 manat şəklində) bölünərək ödənilməsi üçün (hissə-hissə icra edilməsi üçün) şərait yaradılmasını xahiş edir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair icra sənədi üzrə borclu Ərizəni verən şəxs tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

4. İcra sənədi üzrə borclu qeyd olunan qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini və qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəyə uyğun əsaslandırılmışdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadından icra sənədi üzrə borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ

6. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

7. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, ## #### 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür (“Stren” X2 Zavodu və X6rşı”, ## ###### 1994-cü il)”. 8.Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №*****/***. ECHR.2002). 9.Məhkəmə kollegiyası qeyd edir ki, AİHM-in formalaşdırdığı prinsiplərdən biri də məhkəmə qərarlarının “məqbul müddətdə” icra olunmasıdır: bir neçə ay qənaətbəxşdir, lakin illərlə gözləmə pozuntudur. 10.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2- 15.3, 231.1, 267-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini nəzərə alaraq hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. 11.Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 12.Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən də məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir, məhkəmələrə məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbinin nəzərə alınması tövsiyə edilir. 13.Beləliklə, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə desək, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. 14.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. 15.Məhkəmə Kollegiyası borclu tərəfindən hissə-hissə ödəmə aparılmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını nəzərə alaraq qeyd edir ki, borclunun təklif etdiyi icra qaydası göstərilən meyarlara cavab vermir.

16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar