Məhkəmə qərarları › İş №8(3-6)-131/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-131/2026

01.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-131/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İcra sənədi üzrə tələbkar Tələbkar ərizəsinə dair iş üzrə (açar sözlər: müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələbkar Tələbkar alimentin indeksasiyanın həyata keçirilməsi barədə ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, borclu Borclu oğlundan ##.##.2008-ci il təvəllüdlü X1 üçün tutulmalı olan aliment məbləğinin indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, ##.##.2008-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019cu tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.23 misli həddində sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Borclu Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından ##.##.2026-cı il tarixdə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 842/2025 nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ##.##.2025-ci il tarixdə borclu Borclu elektron kabinetinə yüklənmiş, borclu həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verməklə qərardaddan şikayət verilməsi qanunla müəyyən olunmuş 10 günlük prosessual müddəti ötürmüşdür. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Borclu Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı qərardadından şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadının ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin ondan tutularaq qarşı tərəfə ödənilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardaddan verdiyi şikayətin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehin sabiq həyat yoldaşı Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi ilə hər ay ##.##.2008-ci il təvəllüdlü övladı X3 üçün sabit pul məbləğində müəyyən edilmiş 160 manat məbləğində olan alimentin hər ay üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli miqdarında (yəni alimentin ümumi miqdarı 246 manat olacaq miqdarda) artırılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,23 (bir tam yüzdə iyirmi üç) misli həddində sabit pul məbləğində alimentin ondan tutularaq qarşı tərəfə ödənilməsi barədə qərardad qəbul etmişdir. Həmin qərardad cavabdeh tərəfindən ## ###### 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən şəxsən əlbəəl alınmış, müvafi qaydada imza çəkilmiş və tarix qeyd edilmişdir. Həmin sənəd də məhkəmə də aidiyyəti qaydada saxlanılmaqdadır. Cavabdeh həmin qərardadı ## ###### 2026cı il tarixində aldığından şikayət üçün müddət axımı həmin zamandan başlamış hesab edilməli idi. Çünki məhkəmə qərardadının nəticə hissəsində qeyd olunmuşdur ki, qərardaddan tərəflərə rəsmi qaydada verildiyi andan 10 gün müddətində şikayət vermək olar. O, da rəsmi qaydada verildiyi tarixi ## ###### 2026-cı il tarix hesab etmişdir, çünki rəsmi qaydada, həqiqətən də, həmin tarixdə qərardadı almışdır. Lakin məhkəmə şikayəti icraata qəbul etməyərək göstərmişdir ki, cavabdeh tərəfindən müddət buraxılmışdır. Çünki məhkəmə onun həmin qərardadı aldığı tarixi elektron məhkəmə kabinetinə yüklənildiyi tarixdən, yəni ## ###### 2025-ci il tarixdən hesablamışdır. Halbuki cavabdeh tərəfindən ilk dəfə elektron məhkəmə kabineti ## ###### 2026-cı il tarixində aktiv edilmişdir. Bununla bağlı ona məxsus olan elektron poçt ünvanına da bildiriş gəlmişdir və həmin bildirişi şikayətə əlavə edir. Bu səbəbdən də hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq qarşı tərəfə ödənilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardaddan etdiyi şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə borclu Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından verdiyi şikayəti təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı borclu Borclu “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş, borclu həmin qərardaddan ##.##.2026-cı il tarixdə, yəni 1 aydan çox vaxt keçdikdən sonra məhkəməyə öz elektron kabineti vasitəsilə şikayətini təqdim etmiş, bununlada qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürmüş, şikayətə prosessual müddətin bərpa olunmasına dair vəsatətini və müddətin ötürülməsinin üzürlü səbəbdən baş verməsinə dair sübutlarını əlavə etməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və bu qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Borclu şikayətində ##.##.2025-ci il tarixdə elektron kabinetinə yerləşdirilən qərardadı rəsmi qaydada kağız daşıyıcıda ##.##.2026-cı il tarixdə məhkəmədən almasını, müddətin həmin tarixdən hesablanmalı olmasını qeyd etsə də, kollegiya bir daha borcluya izah edir ki, yuxarıda istinad olunan prosessual normaların tələblərinə əsasən, elektron kabinet vasitəsilə rəsmi qaydada təqdim edilən məhkəmə aktından şikayət verilməsi üçün müddətlərin hesablanması, həmin ünvan sahibinin özünə uyğun vaxtda məhkəmə aktı ilə tanış olduğu andan deyil, aktın elektron kabinetə yerləşdirildiyi vaxtdan hesablanır. İstinad olunanlara əsasən kollegiya borclunun mübahisələndirdiyi qərardaddan şikayət vermək üçün müddəti ötürməsini, müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsi barədə sübutlarını və müddətin bərpa edilməsinə dair vəsatətini məhkəməyə təqdim etməməsini nəzərə alıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, borclu tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Borcluya eyni zamanda izah olunur ki, aparılmış indeksasiya nəticəsində ondan tutulması müəyyən edilən alimentin məbləği ilə razılaşmadığı halda təyin olunan alimentin məbləğinin dəyişdirilməsinə dair müraciət etmək hüququndan istifadə edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar