Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-14/2026 30.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noyabr 2025-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3147/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə əsasında xx.xx.2025-ci il tarixdə verilmiş “İcra vərəqəsindən” görünür ki, cavabdeh (borclu) Borclu cəmi 310.600 manat məbləğində pul tutularaq iddiaçı (tələbkar) Tələbkar verilməlidir. “İcra vərəqəsi” icra edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə icra hərəkətlərini həyata keçirən Yasamal Rayon İcra Şöbəsinin icra məmuru “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatla Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, qeyd edilən icra sənədi üzrə icraata başlanmış, tələbin könüllü icrası ilə bağlı bildiriş rəsmi şəkildə Borclu təqdim olunmuş, lakin borclu icranı könüllü təmin etməmiş və bu halın məhz üzürlü səbəbdən baş verdiyi təsdiq edən sübut təqdim etməmişdir. Buna görə də, onun tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi proseduru başlanmış, borcludan yazılı izahat alınmış, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin tələbin yönəldiləcəyi əmlak aşkar olunmamışdır. Odur ki, o, göstərilənləri nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasının məcburi qaydada təmin edilməsi məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Təqdimatda qeyd edilən məlumatlar təqdimata əlavə edilmiş sənədlər ilə təsdiq edildiyi üçün Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla təqdimatın təmin edilməsini qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və icra məmuru tərəfindən verilmiş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu, “İcra vərəqəsinin” verilməsinə əsas olmuş qətnamənin icrasından yayınmır. Əksinə, o, İcra Şöbəsində olduğu vaxt icra məmuruna bildirmişdir ki, o, “İcra vərəqəsində” qeyd edilən məbləğ yaxın vaxtlarda tələbkara ödəyəcək. Lakin icra məmuru bunun üçün lazım olan bank rekvizitlərini ona verməmişdir. Lakin, işə baxmış Rayon Məhkəməsi bu faktları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə yazılı icraatda baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd edilən və iş materiallarında olan sənədlərdən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3147/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə əsasında xx.xx.2025-ci il tarixdə verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilsə və tələbin könüllü icrası ilə bağlı icra məmuru tərəfindən borcluya müvafiq bildiriş rəsmi şəkildə təqdim edilsə də, borclu icranı könüllü təmin etməmiş və bu halın məhz üzürlü səbəbdən baş verdiyi təsdiq edən sübut təqdim etməmişdir. Bu halları müəyyən etmiş Rayon Məhkəməsi “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatı əsaslı hesab edərək, təmin etmişdir. Borclu qərardaddan verdiyi şikayətdə borcun ödənilməməsinin icra məmurunun bunun üçün lazım olan bank rekvizitlərini ona verilməməsini əsas gətirsə də, iş materiallarından görünür ki, o, qətnamənin icra edilməsi ilə bağlı, o cümlədən ona bank rekvizitlərin verilməsi ilə bağlı icra məmuruna müraciət etməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimatın 2.1-ci maddəsinə görə, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, borclunun bildirdiyi əsas – icra məmuru tərəfindən bank rekvizitlərinin təqdim edilməməsi iş üzrə əhəmiyyət kəsb etməyən izahat kimi qəbul edilməlidir. Ümumiyyətlə borclunun dəlillərində göstərdiyi hal belə onun tərəfindən məhkəmə qətnaməsinin icrasına süni şəkildə gecikdirən hərəkətlər kimi qəbul edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən verilmiş icra sənədləri üzrə öz öhdəliyini yerinə yetirməyən icra etməyən borclunun öhdəliyini icra etmədən ölkə hüdudlarını tərk etməsi qəbuledilməzdir. Çünki o, fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın verilməsinə əsas olan icra sənədlərinin müvafiq icra şöbəsinin icraatına daxil olmasından xeyli müddət keçməsinə baxmayaraq, icra sənədləri üzrə tələblərin könüllü icra müddətində üzrsüz səbəbdən icra edilməməsinə görə icra məmuru bu barədə təqdimatla məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, borclu, qərardaddan verdiyi şikayətdə hansı səbəbdən ölkə xaricinə çıxmasının vacibliyini əks etdirən hər hansısa mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Nəzərə alınsa ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 77.1 və 14.2ci maddələri), onda müəyyən edilir ki, borclunun şikayəti əsaslı hesab edilə bilməz. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi icra qurumunun verdiyi təqdimatı təmin etməkdə haqlı olmuşdur, çünki təqdimat əsaslıdır. Qərardaddan verilmiş şikayətdə qeyd edilən hallar qərardadın ləğvinə əsas ola bilməz. Şikayət əsassızdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noyabr 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(3-6)-14/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-14/2026
30.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver