Məhkəmə qərarları › İş №8(3-6)-141/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-141/2026

06.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-141/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs “əmlakın tələbkara verilməsi barədə protokol və məktubun etibarsız hesab edilməsi” barədə şikayət ərizəsinə dair (Açar sözlər: protokol və məktubun etibarsız hesab edilməsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Borclu Ərizəni verən şəxs Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin İcra məmuru Sevinc Qurbanovanın ##.##.2025-ci il tarixli əmlakın tələbkara verilməsi barədə protokolu və bunun əsasında ##.##.2025-ci il tarixli Notariat Qeydiyyat Baş idarəsinə göndərilmiş məktubun qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları:

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə borclu Ərizəni verən şəxs “Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin İcra məmuru Sevinc Qurbanovanın ##.##.2025-ci il tarixli əmlakın tələbkara verilməsi barədə protokolu və bunun əsasında ##.##.2025-ci il tarixli Notariat Qeydiyyat Baş idarəsinə göndərilmiş məktubun qanunsuz hesab edilməsi” barədə şikayəti təmin edilməmişdir.

3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu qeyd olunan mənzilin onun yeganə yaşayış sahəsi olduğunu, AR Nazirlər Kabinetinin 2002-ci il # #### tarixli ** nömrəli qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndinə əsasən, yeganə yaşayış yeri olan şəxsin mənzili üzərinə qanunsuz olaraq həbs qoyulduğunu, icra məmuru tərəfindən torpaq sahələrinə deyil yeganə yaşayış yeri olan Nizami rayon, Bəhruz Nuriyev küçəsi ev 48, mənzil 34 mülkiyyətindən alınaraq tələbkara verildiyini bildirsə də, borclunun ailəsi ilə birlikdə həmin ünvanda yerləşən mənzildə yaşaması, həmin ünvanın onun ailəsi ilə yaşadığı yeganə yaşayış yeri olması halları iş materialları ilə sübut olunmur.

Şikayətin dəlilləri:

4. Borclu Ərizəni verən şəxs nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv edilərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən Ərizəni verən şəxs icraata başlamaq haqqında qərar və bildiriş verilməmişdir. Qeyd etmək istəyir ki, icra məmuru tərəfindən yeganə yaşayış sahəsi olan Nizami rayon, Bəhruz Nuriyev küçəsi, ev 48, mənzil 34 düzgün qiymət qoyulmamış və tələbkara təkilif edilmişdir və tələbkar tərəfindən götürülmüşdür. Həmçinin, borclu Xocalı rayonundan məcburi köçkündür, qeydiyyat ünvanı Xocalı rayonudur. Xocalı rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışla müəyyən olunur ki, Ərizəni verən şəxs Xocalı şəhərindən məcburi köçkündür, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, * saylı yataqxanada məskunlaşmışdır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinə ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Ərizəni verən şəxs mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,0055 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olub-olmaması, olduğu təqdirdə həmin evdə Ərizəni verən şəxs yaşayıb-yaşamaması barədə şöbəyə məlumat verilməsi xahiş olunmuş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəbəsə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış məktubu ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Ərizəni verən şəxs məxsus 0,0055 ha torpaq sahəsində 1 mərtəbədən ibarət 3 otaqlı fərdi yaşayış evinin olduğu və məlumata görə Azərbaycanda olduğu müddətdə həmin evdə yaşadığı müəyyən olunmuşdur. Göründüyü kimi icra məmuru borclunun mülkiyyətində olmuş əmlakları müəyyən edərkən yeganə yaşayış evinin müəyyən edilməsi üçün Suraxanı rayonu İcra Hakimiyyətinin nümayəndəsinin və icra məmurunun həmin ünvanda yaşayışın olub-olmaması ilə bağlı akt tərtib olunmamışdır. Hesab edir ki, iş üzrə bütün hallar araşdırılmamışdır. Belə ki, vətəndaş olaraq hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir, bu da düzgün və obyektiv araşdırmanın olmamasına dəlalət edir.

Etirazın dəlilləri:

6. Tələbkar Tələbkar şikayətə qarşı etiraz verərək şikayətin təmin olunmaması və qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, icra sənədinin könüllü icrası üçün borcluya icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, ödəniş edilmədiyi təqdirdə mülkiyyətində olan əmlaklara həbs qoyulacağı bildirilmişdir. Lakin, borclu Ərizəni verən şəxs icra sənədinin könüllü icrasından boyun qaçırmışdır. Borclu şikayətində qeyd edir ki, onun yeganə yaşayış sahəsi olan mənzil əlindən alınaraq tələbkara verilmişdir. Lakin bu iddia həqiqətə uyğun deyildir. Belə ki, borcluya məxsus Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsində tikilmiş 3 otaqlı fərdi yaşayış evi mövcuddur və o, Azərbaycan Respublikası ərazisində olduğu müddətdə həmin evdə yaşayır. Bu hal Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ####### 2025-ci il tarixli məktubu ilə təsdiq olunur. Göründüyü kimi, borclunun daimi yaşaması üçün digər yaşayış sahəsi mövcuddur. Buna görə də borclunun şikayəti əsassızdır və icra sənədinin icrasından yayınmaq məqsədi daşıyır.

8. Həmçinin, Nərimanov rayon icra şöbəsinin rəis müavini Cəmil Tağıyev tərəfindən şikayətə qarşı etiraz verilərək, şikayətin təmin olunmaması və qərardadın qüvvədə saxlanılmasını xahiş edilmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə tələb borclu Ərizəni verən şəxs tərəfindən könüllü təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılmışdır. İcraat zamanı məlum olmuşdur ki, borclu Ərizəni verən şəxs mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.0055 ha torpaq sahəsinin üzərində 1 mərtəbədən ibarət 3 otaqlı fərdi yaşayış evi mövcuddur. Bu səbəbdən borclunun mülkiyyətində olan üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nizamı rayonu, Bəhruz Nuriyev küçəsi, ev 48, ** saylı mənzilin qiymətləndirilməsi məqsədilə icra məmuru tərəfindən mütəxəssis dəvət edilmiş və mütəxəssisin müvafiq rəyi ilə sözügedən mənzil 175.000 manat dəyərində qiymətləndirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin tələbləri rəhbər tutularaq üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 48, ** saylı mənzil borc əvəzi olaraq iş üzrə tələbkara təklif edilmiş və sonuncu təklifi qəbul etmişdir. Bundan sonra iş üzrə borclu “əmlakın tələbkara verilməsi barədə protokol və məktubun etibarsız hesab edilməsi’ barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən mövcud qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Hesab edirlər ki, borclunun icra məmurunun hərəkətlərindən əsassız şikayət etməsi icra sənədinin icrasından yayınmaq məqsədi daşıyır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

11. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; - 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; - 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; -29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər; - 53.1-ci maddəsinə əsasən, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur; –53.1-1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmetini əldə etmək təklifini alan tələbkar 7 iş günü ərzində həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir. Həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir və tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Əmlakın bazar qiyməti tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılır. -53.1-2-ci maddəsinə əsasən, tələbkar tərəfindən qəbul edilən daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi həmin protokol əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir. - 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

13. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” ## #### 2002-ci il tarixli ** №-li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən: Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); Həmin siyahının qeyd hissəsinə əsasən, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir.

14. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

15. ““İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır.

16. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Borclunun şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarətdir ki, icra məmuru tərəfindən yeganə yaşayış sahəsi olan Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 48, mənzil 34 düzgün qiymət qoyulmamış və tələbkara təkilif edilmiş və tələbkar tərəfindən qəbul edilmişdir.

19. Birinci instansiya məhkəməsi icra məmuru tərəfindən qanunazidd olması güman edilən hərəkətlərə (hərəkətsizliyə) yol verilib-verilməməsinin araşdırılması məqsədilə e******/****-**-** saylı icra işinin materialları Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən tələb etmiş və icra işi məhkəməyə təqdim olunmuşdur.

20. İcra işi materialları ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Ərizəni verən şəxs 349.094 (üç yüz qırx doqquz min doxsan dörd) manat alınaraq Tələbkar verilməlidir. İcra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmiş, bununla belə müəyyən edilmiş müddət ərzində icra sənədi icra olunmamışdır.

21. İcra məmuru tərəfindən müəyyən edilmişdir ki, borclunun mülkiyyətində: 1. ünvan 1 ünvanında yerləşən mənzil; 2. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi (sahəsi 0.117 ha); 3. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi (sahəsi 0.0055 ha); Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsinin bir hissəsi (sahəsi 0,22 ha) mövcuddur. Bundan sonra, icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun ##.##.2025-ci il tarixli qərarı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005) ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə borclunun mülkiyyətində olan qeyd olunan əmlakların üzərinə həbs qoyulmuş və bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirici hesabatı alınmışdır.

22. Əmlak qanunvericiliyin tələblərinə (“İcra haqqında” Qanun m. 53) uyğun olaraq bazar dəyəri müəyyən edildikdən sonra qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə borclu Ərizəni verən şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ** saylı ev, ** saylı mənzili icra məmuru tərəfindən tələbkara- Tələbkar təklif edilmişdir. Tələbkar qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmədən (7 iş günü ərzində) həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini bildirmiş və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilmişdir.

23. Birinci instansiya məhkəməsində izahat vermiş Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Sevinc Qurbanova bildirmişdir ki, icra sənədi Nərimanov rayon icra şöbəsinin icraatına Xocalı rayon icra şöbəsindən onun icraatına daxil olmuşdur. Belə ki, borclu Xocalı rayonunda qeydiyyatdadır, lakin olduğu yer Nərimanov rayonu olduğu üçün aidiyyəti üzrə Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Özü tərəfindən iş üzrə icraata başlanılmış, bildirişlər göndərilmişdir. Borclu ilə əlaqə saxlanılarkən, o bildirmişdir ki, Rusiya Respublikasında yaşayır, bu səbəbdən gələ bilmir. Onun barəsində axtarış elan olunmuşdur. Bundan sonra, elektron icra vasitəsilə əldə edilmiş məlumatlarla müəyyən olunmuşdur ki, onun adına əmlaklar– mənzil və torpaq sahələri var. Onların üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəbəsə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən gələn cavabdan görünür ki, borcluya məxsus 55 sot torpaqda 1 mərtəbəli 3 otaqlı mənzili vardır. O, Azərbaycan Respublikasında olduğu müddətdə həmin ünvanda yaşayır. Digər əmlakların– torpaq sahələrinin dəyəri çox azdır. Bu səbəbdən borc çox olduğundan Nizami rayonunda yerləşən əmlak hesabata əsasən 175.000 manat bazar dəyəri ilə borcun əvəzi kimi tələbkara təklif olunmuşdur. İcra sənədi üzrə borc 349.094 manatdır. Əgər əmlak borclunun yeganə yaşayış yeri olsa idi, tələb icra şöbəsi tərəfindən həmin əmlaka yönəldilməzdi, lakin araşdırmalar zamanı məktubla məlum olmuşdur ki, həmin ev borclunun yeganə yaşayış yeri deyildir, borclu Azərbaycanda olduğu müddətdə digər evdə yaşayır. Bu səbəbdən də əmlak borcluya təklif olunmuşdur.

24. Həmçinin, borclu Xocalı rayonundan məcburi köçkündür, qeydiyyat ünvanı Xocalı rayonudur. Xocalı rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışla müəyyən olunur ki, Ərizəni verən şəxs Xocalı şəhərindən məcburi köçkündür, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, * saylı yataqxanada məskunlaşmışdır.

25. Bundan əlavə, icra işi materialları ilə müəyyən olunur ki, icra məmuru tərəfindən mübahisəli Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ** saylı ev, ** saylı mənzili tələbkara təklif etməzdən əvvəl borclunun yaşadığı ünvanın, həmin mənzilin borclunun yeganə yaşayış yeri olub-olmamasının müəyyən edilməsi məqsədilə müəyyən hərəkətlər edilmiş, sorğular ünvanlanmışdır. Belə ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinə ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Ərizəni verən şəxs mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,0055 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olub-olmaması, olduğu təqdirdə həmin evdə Ərizəni verən şəxs yaşayıbyaşamaması barədə şöbəyə məlumat verilməsi xahiş olunmuş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəbəsə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış məktubu ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Ərizəni verən şəxs məxsus 0,0055 ha torpaq sahəsində 1 mərtəbədən ibarət 3 otaqlı fərdi yaşayış evi var və o, Azərbaycanda olduğu müddətdə həmin evdə yaşayır.

26. Göründüyü kimi icra məmuru borclunun mülkiyyətində olan əmlaklardan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ** saylı ev, ** saylı mənzili tələbkara təklif etməzdən əvvəl, həmin mənzilin borclunun yeganə yaşayış yeri olmadığını müəyyən etmiş, bundan sonra əmlakı qanunvericiliyin tələblərinə uyğun olaraq icra sənədi üzrə tələbkara təklif etmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, borclu qeyd olunan mənzilin onun yeganə yaşayış sahəsi olduğunu, AR Nazirlər Kabinetinin 2002-ci il # #### tarixli ** nömrəli Qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndinə əsasən, yeganə yaşayış yeri olan şəxsin mənzili üzərinə qanunsuz olaraq həbs qoyulduğunu, icra məmuru tərəfindən torpaq sahələrinə deyil, yeganə yaşayış yeri olan ünvan 1 mülkiyyətindən alınaraq tələbkara verildiyini bildirsə də, borclunun ailəsi ilə birlikdə həmin ünvanda yerləşən mənzildə yaşaması, həmin ünvanın onun ailəsi ilə yaşadığı yeganə yaşayış yeri olması halları iş materialları ilə sübut olunmur.

28. Buna görə məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün heç bir əsas yoxdur. İcra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilməmiş, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmiş, bu istiqamətdə zəruri və mümkün olan tədbirlər görülmüşdür. Hazırda icra işi davam etdirilir. İcra məmurunun fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Borclu Ərizəni verən şəxs (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar