Məhkəmə qərarları › İş №8(3-6)-153/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-153/2026

29.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-153/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Ərizəni verən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı ## ###### 2021-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günləri 11:00-dan 14:00-dək ərizəçinin - Ərizəni verən şəxs iştirakı ilə görüş vaxtının müəyyən edilməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab etmişdir ki, ərizənin yolverilməzliyinə görə, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(011)- ***/**** saylı qətnaməsinə əsasən, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh nəvəsi ## ###### 2021-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00-dək anası Qoçəliyeva Nəzakət Xəlil qızının iştirakı ilə görüş vaxtının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e*(***)-***/**** saylı qətnaməsinin icra qaydasının dəyişdirilməsi, Cavabdeh ## ###### 2021-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00-dək anası Ərizəni verən şəxs iştirakı olmadan görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e2(011)- ***/**** saylı qətnaməsinin icra qaydasının dəyişdirilməsi, Cavabdeh nəvəsi ## ###### 2021-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00-dək uşağın anası Ərizəni verən şəxs iştirakı ilə görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** saylı, ##.##.2026- cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- ***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilmişdir, iş üzrə yeni qərardad qəbul edilərək, ərizəçi Ərizəni verən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- *(***)-***/**** nömrəli ## ###### 2024-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. Hazırda borclu Ərizəni verən şəxs təkrar məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı ## ###### 2021-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günləri 11:00-dan 14:00-dək ərizəçinin - Ərizəni verən şəxs iştirakı ilə görüş vaxtının müəyyən edilməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə borclu Ərizəni verən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi, cavabdeh şəxs Cavabdeh (nənənin) onun (Ərizəni verən şəxs) övladı ## ###### 2021-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günləri 11:00- dan 14:00-dək ərizəçinin - Ərizəni verən şəxs iştirakı ilə görüş vaxtının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Borclu Ərizəni verən şəxs qeyd edilən qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, borclu Ərizəni verən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, ilkin olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən Cavabdeh nəvəsi ## ###### 2021-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00-dək anası Qoçəliyev Nəzakət Xəlil qızının iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Daha sonra görüşün qaydası dəyişdirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli e-2(011)- ***/**** saylı qərardadına əsasən görüşlərin uşağın anası Ərizəni verən şəxs iştirakı olmadan aparılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə görüşlərin ananın iştirakı ilə müəyyən edilməsi qərara alınsa da, həmin qərar apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Hazırda borclu Ərizəni verən şəxs təkrar eyni ərizə ilə müraciət edərək görüşlərin onun iştirakı ilə aparılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. -153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında (Ərizəni verən şəxs, Cavabdeh), hazırki ərizə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduğundan, ərizənin yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar