Məhkəmə qərarları › İş №8(3-6)-162/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-162/2026

02.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-162/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Borclu Ərizəni verən şəxs ASC-in icra məmuru X1 hərəkətinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayətə dair iş üzrə (açar sözlər: icra məmurunun hərəkətindən şikayət) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Tələbkar Tələbkar nümayəndəsi (vəkili) Vəkil, Borclu Ərizəni verən şəxs ASC-nin nümayəndəsi Hacıyev İsa Camal oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu Ərizəni verən şəxs ASC-in icra məmuru X1 hərəkətinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayətə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu Ərizəni verən şəxs ASC-nin nümayəndəsi Hacıyev İsa Camal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Borclu Ərizəni verən şəxs ASC şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icra məmuru X1 icra sənədi üzrə icraata xitam verilməsindən imtinası barədə hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)- ***/**** saylı icra sənədi borclu Ərizəni verən şəxs ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən ##.##.2013-cü il tarixdə qoyulmuş 6.000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6.000 (altı min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; ##.##.2013-cü il tarixdə qoyulmuş 17.000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17.000 (on yeddi min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; ##.##.2014-cü il tarixdə qoyulmuş 3.000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıIdığı günün əvvəlki gününədək 3.000 (üç min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla; ##.##.2014-cü il tarixdə qoyulmuş 25.000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıIdığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla; ##.##.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat əmanət məbləğinin üzərinə illik 13.2 faiz hesablanmaqla həmin əmanətlər və faizlər üzərində ½ hissəyə iddiaçı Tələbkar qanun üzrə vərəsə kimi miras pay hüququ tanınması, ##.##.2013-cü il tarixdə qoyulmuş 6.000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6.000 (altı min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; ##.##.2013-cü il tarixdə qoyulmuş 17.000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17.000 (on yeddi min) manat məbləğində əmanətin üzərinə ilik 13,2 faiz hesablanmaqla; ##.##.2014-cü il tarixdə qoyulmuş 3.000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3.000 (üç min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla; ##.##.2014-cü il tarixdə qoyulmuş 25.000 (iyirmi beş min) manat əmanəti və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla; ##.##.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat məbləğində əmanətin üzərinə illik 13.2 faiz hesablanmaqla, cəmi 91.000 manat pulun yarısı 45.500 manat məbləğində pul və həmin əmanətlərin faiz dərəcələri üzrə hesablama aparılmaqla həmin faizlərin ½ hissəsi məbləğində pulun cavabdeh Ərizəni verən şəxs ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməsi, cavabdeh Ərizəni verən şəxs ASC-dən ##.##.2013-cü il tarixli, *-D*- **-*-***-** saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 13.704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi əsasında ödənilməli olan 51.072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan altı sent) ABŞ dolları məbləğində pulun (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi tankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh Ərizəni verən şəxs ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi ərizəçi tərəfindən icra olunmuş, əmanətlər və onların üzərinə hesablanmış faizlər də daxil olmaqla tələbkar Tələbkar ödənilmişdir. Əlavə olaraq 15.505,94 manat məbləğində vəsaitin ödənilməsinin tələb olunması isə tamamilə əsassızdır. Belə ki, icra sənədi üzrə ödənilməli olan 122.327,52 manat məbləğində vəsait ərizəçi tərəfindən ##.##.2026-ci il tarixində Tələbkar ödənilmiş, həmçinin əmanət müqavilələri üzrə əmanətlərə hesablanmış faiz məbləğindən müxtəlif tarixlərdə 27.678,69 manat məbləğində vəsait müştəri tərəfindən plastik kart vasitəsi ilə ATM-lərdən (debit kart) istifadə edilmişdir. Bundan başqa əmanətlərə hesablanmış faiz məbləğlərindən 3.214,79 manat məbləğində vergi ödənişləri olmuşdur (vergi ödənişləri-2.040,13+1.174,66=3214,79 manat, kart vasitəsi ilə (debit kart) ATM-lərdən 27.678,69 manat məxaric, hesabdan çıxarış və hesabdan çıxarışın açıqlaması əlavə edilir). Qeyd edilənlərdən göründüyü kimi əmanətlər üzrə ümumi istifadə olunmuş və vergi ödənişləri olmuş məbləğin cəmi 30.893,48 (27.678,69 manat məxaric edilmiş faiz məbləği, 3.214,79 manat vergi ödənişi, 27.678,69+3.214,79=30.893,48) manat olmuşdur. Həmin məbləğin 1/2 hissəsi 15.446,74 manat təşkil edir. Bu məbləğ də icra sənədi ərizəçi tərəfindən icra olunarkən tələbkara ödənilən ümumi məbləğdən çıxılmışdır. Yekun olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən Tələbkar ödənilməli olan məbləğ 122.327,52 manat (137.774,26 - 15.446,74 = 122.327,52) təşkil etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin ## ###### 2026-cı il tarixli icraata başlamaq haqqında qərarı könüllü icra müddətində ərizəçi tərəfindən icra edilərək əmanət müqavilələri üzrə 122.327,52 manat məbləği ##.##.2026-cı il tarixində tələbkar Tələbkar hesabına köçürülmüşdür. Bununla bağlı ərizəçi tərəfindən KBD-*** nömrəli, ##.##.2026-cı il tarixli məktub ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət olunaraq icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Lakin buna baxmayaraq, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi ##.##.2026-cı il tarixli, e*****/****-**-** nömrəli məktub ilə Banka müraciət edərək icra sənədinin ərizəçi tərəfindən icra olunmadığını və əlavə olaraq ərizəçinin 15.505,94 manat ödəniş etməli olduğu bildirilmişdir. Halbuki, əmanət müqavilələri üzrə müştəri tərəfindən götürülmüş faiz məbləğləri və vergi ödənişləri nəzərə alınmalı idi. Göründüyü kimi, əmanət müqavilələri üzrə müştəri tərəfindən istifadə edilmiş məbləğlərin təkrar Bankdan tələb olunması əsassızdır və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sənədi borclu Ərizəni verən şəxs ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən borclu Ərizəni verən şəxs ASC-nin nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 izahatında bildirmişdir ki, qalan 15.505.94 manat borclu tərəfindən ödənilməlidir. Həmçinin borclunun 3.214,79 manat vergi ödəməsinə münasibətdə bildirmişdir ki, əmanətlərə hesablanmış faiz məbləğlərindən vergi tutulması 2023-cü ildən sonra qoyulan əmanətlərə aiddir. Əmanət müqavilələri üzrə əmanətlərə hesablanmış 27.678,69 manat faiz məbləğinin əmanət qoyan tərəfindən istifadə olunması ilə bağlı isə bildirmişdir ki, bu ya məhkəmə prosesi zamanı mübahisələndirilməli idi, ya da Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edilməlidir. Ona görə də, şikayət əsassız olduğu üçün rədd edilməlidir. Tələbkar Tələbkar nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ünvanlayaraq, borclu Ərizəni verən şəxs ASC tərəfindən verilmiş ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra şöbəsinə verilmişdir. İcra sənədi üzrə ödənilməli məbləğ 137.833,46 manat təşkil etmişdir. Borclu Ərizəni verən şəxs ASC 122.327,52 manat ödəniş etsə də, qalan 15.505,94 manat məbləği ödəməmiş, ona görə də icra sənədi tam icra edilməmişdir. Borclu Ərizəni verən şəxs ASC icra sənədi üzrə ödənilməli olan məbləğin 137.833,46 manat olmasını qəbul etsə də, geri qalan məbləğin ödənilməsindən imtinasını mərhum X3 2013-cü ildə başqa əmanət müqaviləsi üzrə faiz gəlirlərindən 27.678,69 manat məbləğində vəsait müştəri tərəfindən plastik kart vasitəsi ilə ATMlərdən (debit kart) istifadə edilməsi və 3214 manat vergi ödənişi ilə əlaqələndirmişdir. Borclunun belə bir imtinası tamamilə əsassızdır və icra sənədinin icrasının yubadılmasına yönəlmişdir. Belə ki, ilk öncə nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qəti xarakter daşımaqla qətnamədə göstərilənlərin olduğu kimi icra edilməsi borclu üçün məcburidir. Bundan əlavə, X3 2013-cü ildə başqa əmanət müqaviləsi (50.000 ABŞ dolları) üzrə faiz gəlirlərindən 27.678,69 manat məbləğində vəsait müştəri tərəfindən plastik kart vasitəsi ilə ATMlərdən (debit kart) istifadə edilməsi dəlili ilə bağlı məhkəmənin nəzərinə çatdır ki, Ərizəni verən şəxs ASC məhz bu məbləğlə bağlı Tələbkar qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq əsassız varlanma əsası ilə həmin pulun ondan tutulmasını xahiş etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan "xxxx” ASC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2023-cü il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi ilə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Ərizəni verən şəxs ASC-nin cavabdeh Tələbkar qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Apellasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır, iddiaçı hazırkı mübahisənin həll edilmə yolunu düzgün seçməyərək qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki, mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Belə olan halda məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2019cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. “xxxx" ASC həmin qərardaddan kassasiya şikayəti versə də, Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli 2(102)- ****/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Apellyasiya Məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, borclu hazırkı icra sənədi üzrə ödənilməli olan məbləğin ödənilməsindən imtina edərkən daha əvvəllər mübahisə predmeti olmuş başqa əmanət müqaviləsi üzrə faiz gəlirlərindən istifadə edilməsinə əsaslanır ki, məhz həmin məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları var və bundan əlavə ayrıca icraatda Tələbkar həmin vəsaitin tələb edilməsinin yolverilməzliyinə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Bu da borclu tərəfindən qaldırılan bu məsələnin tam əsassız olduğunu göstərir. Vergi məsələsinə gəldikdə nəzərə almaq lazımdır ki, bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb edilməsi ilə bağlı normalar 2023-cü ildə Vergi Məcəlləsinə daxil edilmişdir. Hazırkı icra sənədi üzrə tələb olunan əmanət və üzərinə hesablanmış faizlər 2013 və 2014-cü il tarixlərinə aid əmanətlərdir. Ən vacibi isə # ###### 2023-cü il tarixdə Vergi Məcəlləsinə 102.1.22-4cü maddə əlavə edilməklə 18 aydan artıq müddətə banka qoyulan əmanətlərin (depozitlər) faiz gəlirləri 3 il müddətinə gəlir vergisində azad edilmişdir. Yəni, bu o deməkdir ki, bu əmənətlər üzərinə hesablanmış faiz gəlirləri üçün heç bir halda vergi ödənilə bilməz və nəticə etibarilə borclunun bu arqumenti də əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.22-4. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə gəlir vergisindən azaddır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu Ərizəni verən şəxs ASC tərəfindən icra məmuru X1 hərəkətinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən icra sənədinin icrasının təmin etmək məqsədilə zəruri icra tədbirləri həyata keçirilmişdir. Belə ki, icra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədi üzrə icraata başlanmış və borcluya icra sənədində göstərilən tələbin icra edilməsi üçün bildiriş göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, sözügedən icra sənədi üzrə borclu Ərizəni verən şəxs ASC-dən 137.774,26 manat məbləğində pul tutularaq tələbkar Tələbkar ödənilməlidir. Lakin Ərizəni verən şəxs ASC icra sənədi üzrə hesablanmış borcdan 122.327,52 manat ödəniş edərək, borcun tam ödənildiyini bildirmiş və icra məmurundan icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi icraata xitam verilməsi üçün qalan 15.446.74 manat borcun ödənilməsini borcludan tələb etmişdir. Lakin borclu əmanət müqavilələri üzrə əmanətlərə hesablanmış faiz məbləğindən müxtəlif tarixlərdə 27.678.69 manat məbləğində vəsaitin müştəri tərəfindən istifadə edildiyini və əmanətlərə hesablanmış faiz məbləğlərindən 3214,79 manat məbləğində vergi ödənişlərinin edildiyini bildirərək, həmin məbləğlərin (27.678,69 + 3.214,79=30.893,48) 1/2 hissəsi olan 15.446,74 manat məbləğin icra sənədi icra olunarkən tələbkara ödənilən ümumi məbləğdən çıxılmalı olduğunu əsas gətirmişdir. Buna görə də qalan 15.446.74 manat məbləği ödəməmişdir. Məhkəmə borclunun əsas gətirdiyi dəlillərə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Odur ki, məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi borclu tərəfindən tam icra edilmədiyindən icra məmuru haqlı olaraq icra sənədinin icrasına xitam verməkdən imtina etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmanətlər üzərinə hesablanmış faizlərdən gəlir vergisi ##.##.2023-cü il tarixdən sonra qoyulmuş əmanətlərə şamil olunur. Hazırki icra sənədi verilmiş məhkəmə aktında göstərilən əmanətlər isə 2023-cü il tarixindən əvvəlki tarixlərdə qoyulmuşdur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş Mülki Prosessual Məcəllənin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər. Göründüyü kimi icra məmurunun hərəkətləri qanuni olmuş, icra məmuru borcludan qalıq borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Borclu Ərizəni verən şəxs ASC-nin nümayəndəsi Hacıyev İsa Camal oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi üzrə icra məmuru X1 icra sənədi üzrə icraata xitam verilməsindən imtinası barədə hərəkət və hərəkətsizliyin qanunsuz hesab edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sənədinin borclu Ərizəni verən şəxs ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar ödənilməli olan əmanətlər və onların üzərinə hesablanmış faizlər tərəfindən tələbkar Tələbkar ödənilmişdir. Belə ki, icra sənədi üzrə ödənilməli olan 122.327,52 manat məbləğində vəsait tərəflərindən ##.##.2026-ci il tarixində Tələbkar ödənilmiş, həmçinin əmanət müqavilələri üzrə əmanətlərə hesablanmış faiz məbləğindən müxtəlif tarixlərdə 12.291,15 manat (1/2 hissə) məbləğində vəsait müştəri tərəfindən plastik kart vasitəsi ilə ATM-lərdən (debit kart) istifadə edilmişdir. Bundan başqa əmanətlərə hesablanmış faiz məbləğlərindən 3.214,79 manat məbləğində vergi ödənişləri olmuşdur. Lakin buna baxmayaraq, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi müştəri tərəfindən əmanətlər üzrə götürülmüş 15.505.94 manat məbləğində faiz və vergi ödənişlərini nəzərə almayaraq təkrar ödənilməsi tələb olunmuşdur. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icra məmuru X1 icra sənədi üzrə icraata xitam verilməsindən imtinası barədə hərəkət və hərəkətsizliyi qanunsuz hesab edilməsi barədə tərəflərindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sənədi borclu Ərizəni verən şəxs ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə, borclu Ərizəni verən şəxs ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sənədinin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, əmanətlər üzərinə hesablanmış faizlərdən gəlir vergisi ##.##.2023-cü il tarixdən sonra qoyulmuş əmanətlərə şamil olunur. Hazırki icra sənədi verilmiş məhkəmə aktında göstərilən əmanətlər isə 2023-cü il tarixindən əvvəlki tarixlərdə qoyulmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər. Məhkəmə hesab etmişdir ki, icra məmurunun hərəkətləri qanuni olmuş, icra məmuru borcludan qalıq borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, Ərizəni verən şəxs ASC-nin şikayət ərizəsi təmin edilməməlidir. Qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı icra sənədinə əsasən tələb olunan məbləğ Ərizəni verən şəxs ASC tərəfindən tam şəkildə ödənilmişdir. Bundan əlavə, faiz məbləğlərindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq 3.214,79 manat vergi tutulmuş və dövlət büdcəsinə köçürülmüşdür. Beləliklə, icra sənədi üzrə öhdəlik tam həcmdə icra edilmişdir. Buna baxmayaraq, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən 15.505,94 manat məbləğində vəsaitin təkrar ödənilməsi tələb edilmişdir. Bu hal eyni öhdəliyin təkrar icrası, əsassız varlanma hallarının yaranması ilə nəticələnir. Hazırkı halda borc tam ödənildiyindən öhdəlik xitam olunmuşdur. İcra məmuru tərəfindən artıq icra olunmuş öhdəliyin yenidən tələb edilməsi qanuna ziddir. Eyni məbləğin təkrar tutulması qarşı tərəfin əsassız varlanmasına səbəb olur. Faiz məbləğindən vergi tutulması ödənişin faktiki həyata keçirildiyini təsdiq edir, məhkəmə tərəfindən düzgün hüquqi qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun mahiyyətindən irəli gəlir ki, icra tədbirləri yalnız icra sənədində göstərilən həddə, faktiki icra olunmamış hissə üzrə həyata keçirilə bilər. Artıq icra edilmiş öhdəliyin yenidən tələb olunması icraatın məqsədinə ziddir və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Eyni borcun təkrar tələb edilməsi formal əsaslarla əlavə ödənişin tələb olunması hüquqdan sui-istifadədir və məhkəmə tərəfindən qorunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi dövlət prinsiplərindən və məhkəmə təcrübəsindən irəli gələn hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxs öhdəliyini icra etdikdən sonra eyni tələblə yenidən üzləşməməlidir, dövlət orqanlarının qərarları sabit və proqnozlaşdırıla bilən olmalıdır. Bu prinsip həm də Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsində geniş tətbiq olunur. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, dövlət orqanlarının qeyri-müəyyən və ziddiyyətli tətbiqi şəxsin üzərinə artıq və əsassız maliyyə yükü qoyulması mülkiyyət hüququnun pozuntusu hesab edilir (Avropa Konvensiyasının * saylı Protokolu, maddə 1). Hazırkı işdə təkrar ödəniş tələbi artıq ödənilmiş vəsaitə yenidən müdaxilədir və mülkiyyət hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi öz formalaşmış təcrübəsində dəfələrlə qeyd etmişdir ki, icra sənədi üzrə borc tam ödənildikdə icraata xitam verilməlidir. İcra məmuru borcun faktiki icrasını nəzərə almağa borcludur. Formal əsaslarla əlavə tələblərin irəli sürülməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutları obyektiv və hərtərəfli qiymətləndirməlidir. Hazırkı işdə ödəniş sənədləri və vergi ödənişləri məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir ki, bu da qərardadın ləğvi üçün müstəqil əsasdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən icra məmuru yalnız icra sənədinin icrasını təmin etməlidir, yeni öhdəlik yarada bilməz. Hazırkı halda isə icra sənədində nəzərdə tutulmayan əlavə maliyyə öhdəliyi formalaşdırılmışdır. Bu isə səlahiyyət həddinin aşılmasıdır. Yuxarıda göstərilən əlavə arqumentlər bir daha təsdiq edir ki, borc tam icra edilmişdir, təkrar tələb qanunsuzdur, birinci instansiya məhkəməsinin qərardadı hüquqi və faktiki əsaslardan məhrumdur. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi üzrə icra məmuru X1 icra sənədi üzrə icraata xitam verilməsindən imtinası barədə hərəkət və hərəkətsizliyin qanunsuz hesab edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sənədi borclu Ərizəni verən şəxs ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tələbkar Tələbkar nümayəndəsi (vəkili) Vəkil Arzu oğlunun şikayətə qarşı etirazı onunla əsalandırılmışdır ki, borclu “xxxx" ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından verdiyi şikayət baxılması üçün məhkəmənin icraatındadır. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Buna görə də borclunun şikayəti təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Borclu əmanət müqavilələri üzrə hesablanmış faiz məbləğindən müxtəlif tarixlərdə 27.678,69 manat məbləğində vəsaitin guya müştəri tərəfindən plastik kart vasitəsi ilə ATM-lərdən (debit kart) məxaric edilməklə istifadə etməsini təsdiq edən sənəd kimi məhkəməyə hesabdan çıxarış sənədləri təqdim etmişdir. Əvvəla, qəbul etmir ki, mübahisə predmeti olan müqavilələr üzrə plastik kart vasitəsi ilə ATM-lərdən 27.678,69 manat vəsait istifadə edilmişdir. Bununla yanaşı hesabdan çıxarışlar əsasında müəyyən etmək də mümkün deyil ki, 27.678,69 manat vəsait məhz hansı əmanət müqaviləsi üzrə istifadə olunmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən görünür ki, Ərizəni verən şəxs ASC-nin bank hesabına müxtəlif - ##.##.2013-cü il, ##.##.2013-cü il, ##.##.2014-cü il, ##.##.2014-cü il və ##.##.2013- cü il tarixlərdə fərqli əmanət müqavilələri əsasında fərqli əmanət məbləğləri qoyulmuşdur. Borclunun istifadə olunduğunu iddia etdiyi 27.678,69 manat vəsaitin məhz hansı əmanət müqaviləsinə aid olduğunu təqdim olunan sənədlərə əsasən aydın deyildir. Ümumiyyətlə, 27.678,69 manat vəsaitin məhz yuxarıdakı altı əmanətə aid olub-olmaması da bəlli deyildir. Çünki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X3 tərəfindən “xxxx” ASC-yə 2013-2015-ci il tarixlərdə başqa əmanət müqavilələri üzrə də əmanətlər qoyulmuşdur. Hətta Ərizəni verən şəxs ASC başqa məhkəmənin icraatında da guya müştərinin plastik kart vasitəsi ilə ATM-lərdən vəsait istifadə etməsini və Tələbkar əsassız varlanmasını ayrıca məhkəmə icraaatı qaydasında mübahisələndirmişdir. Belə ki, Ərizəni verən şəxs ASC-nin Tələbkar qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq əsassız varlanma əsası ilə pulun cavabdehdən tutulmasını xahiş etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ##### 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan Ərizəni verən şəxs ASC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2023-cü il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi ilə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı "xxxx” ASC-nin cavabdeh Tələbkar qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Apellasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır, iddiaçı hazırkı mübahisənin həll edilmə yolunu düzgün seçməyərək qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki, mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o, cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Belə olan halda məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Ərizəni verən şəxs ASC həmin qərardaddan kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Əslində hazırkı işdə də vəziyyət eynidir. Buna görə də birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla haqlı olaraq eyni əsasla borclunun ərizəsini təmin etməmiş və qərardadda göstərmişdir ki, məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər. Nəticə etibarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qəti xarakter daşımaqla qətnamədə göstərilənlərin olduğu kimi icra edilməsi borclu üçün məcburidir. Vergi məsələsi ilə bağlı da bankın mövqeyi tam əsassızdır. Belə ki, bank şikayətində göstərir ki, guya əmanətlərlə bağlı bank tərəfindən vergi ödənilmiş və ona görə də həmin məbləğ tələbkara ödənilən vəsaitdən çıxılmalıdır. İlk öncə nəzərə almaq lazımdır ki, bank belə bir verginin ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yəni bank vergi ödəməyib və ödəmədiyi verginin hazırda tələbkara çatası məbləğdən çıxılmasını tələb edir. Ümumiyyətlə, tələbkara ödənilən əmanətlər üzərinə hesablanmış faizlərdən vergi tutula bilməz. Belə ki, bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb edilməsi ilə bağlı normalar 2023cü ildə Vergi Məcəlləsinə daxil edilmişdir. Hazırkı icra sənədi üzrə tələb olunan əmanət və üzərinə hesablanmış faizlər 2013 və 2014-cü il tarixlərinə aid əmanətlərdir. Yəni, qanun qəbul edilməmişdən əvvəl qəbul olunan normalar əvvəlki əmnaətlərə şamil edilmir. Ən vacibi isə odur ki, 0# ###### 2023-cü il tarixdə Azərbaycan Respublikası Vergi Məcəlləsinə 102.1.22-4-cü maddə əlavə edilməklə 18 aydan artıq müddətə banka qoyulan əmanətlərin (depozitlər) faiz gəlirləri 3 il müddətinə gəlir vergisində azad edilmişdir. Yəni, bu o, deməkdir ki, bu əmənatlər üzərinə hesablanmış faiz gəlirləri üçün heç bir halda vergi ödənilə bilməz və nəticə etibarilə borclunun bu arqumenti də əsasızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.22-4. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə gəlir vergisindən azaddır. Odur ki, borclu “xxxx" ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında borclu “xxxx” ASC-nin nümayəndəsi X2 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar Tələbkar nümayəndəsi (vəkili) Vəkil şikayətlə razılaşmayıb, şikayətə qarşı verdiyi etirazın məzmununa uyğun izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə rəsmi qaydada məlumat verilmiş, lakin Bakı şəhəri Yasamal rayon İcra şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. Maddə 26.İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar, §40). «Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» ##.##.2006-cı il tarixli, * nömrəli Qərarı: Bənd 6. Məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə # ### 2002-ci il tarixli Qərar, §35) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən ##.##.2013-cü il tarixdə qoyulmuş 6.000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6.000 (altı min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla, ##.##.2013-cü il tarixdə qoyulmuş 17.000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17.000 (on yeddi min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla, ##.##.2014-cü il tarixdə qoyulmuş 3.000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3.000 (üç min) manat əmanət məbləğinin üzərinə illik 13,2 faiz hesablanmaqla, ##.##.2014-cü il tarixdə qoyulmuş 25.000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) manat əmanət məbləğinin üzərinə illik 12 faiz hesablanmaqla, ##.##.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat əmanət məbləğinin üzərinə illik 13.2 faiz hesablanmaqla, həmin əmanətlər və faizlər üzərində 1/2 hissəyə iddiaçı Tələbkar qanun üzrə vərəsə kimi miras pay hüququ tanınmalı, ##.##.2013-cü il tarixdə qoyulmuş 6.000 (altı min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 6.000 (altı min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla, ##.##.2013-cü il tarixdə qoyulmuş 17.000 (on yeddi min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 17.000 (on yeddi min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla, ##.##.2014-cü il tarixdə qoyulmuş 3.000 (üç min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 3.000 (üç min) manat məbləğində əmanətin üzərinə illik 13,2 faiz hesablanmaqla, ##.##.2014-cü il tarixdə qoyulmuş 25.000 (iyirmi beş min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 25.000 (iyirmi beş min) manat məbləğində əmanətin üzərinə illik 12 faiz hesablanmaqla, ##.##.2013-cü il tarixdə qoyulmuş 40.000 (qırx min) manat əmanətin və həmin əmanət məbləğinin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək 40.000 (qırx min) manat məbləğində əmanətin üzərinə illik 13.2 faiz hesablanmaqla, cəmi 91.000 manat pulun yarısı 45.500 manat məbləğində pul və həmin əmanətlərin faiz dərəcələri üzrə hesablama aparılmaqla həmin faizlərin % hissəsi məbləğində pulun cavabdeh Ərizəni verən şəxs ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməli, cavabdeh Ərizəni verən şəxs ASC-dən ##.##.2013-cü il tarixli, *-D*-**-*-***-** saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 13.704,83 (on üç min yeddi yüz dörd manat səksən üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(006)- ****/**** saylı qətnaməsi əsasında ödənilməli olan 51.072,98 (əlli bir min yetmiş iki dollar doxsan səkkiz sent) ABŞ dolları hissəsinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesablanmaqla 4.408,96 (dörd min dörd yüz səkkiz dollar doxsan altı sent) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdeh Ərizəni verən şəxs ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli bildirişinə əsasən borclu Ərizəni verən şəxs ASC-yə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün vaxt verilmişdir. Ərizəni verən şəxs ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə təqdim edilmiş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, Ərizəni verən şəxs ASC-yə ##.##.2026-cı il tarixdə daxil olmuş Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş “İcraata başlamaq haqqında” qərara və e*****/****-**-** nömrəli ##.##.2026-cı il tarixli bildirişə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli icra sənədi ##.##.2026-cı il tarixdə Ərizəni verən şəxs ASC tərəfindən icra olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sənədi borclu Ərizəni verən şəxs ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Tələbkar ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, o, borclunun bank hesablarına inkasso sərəncamı qoyulmaqla 15.505,94 (on beş min beş yüz beş manat doxsan dörd qəpik) manat pulun tələbkar Tələbkar ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Ərizəni verən şəxs ASC-yə göndərilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)- ***/****-*** nömrəli, ##.##.2026-cü il tarixli icra sənədinin icrası ilə bağlı Ərizəni verən şəxs ASC tərəfindən ##.##.2026-cı il tarixdə 122.327,52 manat tələbkar Tələbkar ödənilmişdir. Lakin tələbkar ərizə ilə şöbəyə müraciət edərək bildirmişdir ki, 15.505,94 manat qalıq məbləğ ödənilməmişdir. Qeyd olunan 15.505,94 manat qalıq məbləğinin məktuba əlavə olunmuş bank hesabına köçürülməsi xahiş olunur. Ərizəni verən şəxs ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə təqdim edilmiş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sənədi borclu Ərizəni verən şəxs ASC tərəfindən tam icra olunduğu üçün icra sənədinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Ərizəni verən şəxs ASC-yə göndərilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli məhkəmə qərarının icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş KBD-*** saylı, ##.##.2026-cı il tarixli məktuba cavab olaraq bildirilir ki, analoji hallarla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qərarına əsasən, qətnamə çıxarılarkən tərəflərin hüquq və vəzifələri barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktların aşkar edilməsi tələbkara maraqlarına toxunan məsələ barədə yeni iddia ərizəsi ilə yox, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququnu yaradır. Bunun əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edilməsi tövsiyə olunur. Həmçinin bildirilir ki, əmanətlər üzərinə hesablanmış faizlərdən gəlir vergisi ##.##.2023-cü il tarixdən sonra qoyulmuş əmənətlərə şamil olunur. Yuxarıda qeyd olunanların nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixi icra sənədi üzrə ödənilməmiş 15.505,94 manat qalıq məbləğin tələbkar Tələbkar bank hesabına ödənilməsi xahiş olunur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərardadından görünür ki, iddiaçı Ərizəni verən şəxs ASC-nin cavabdeh Tələbkar qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Ərizəni verən şəxs ASC-nin cavabdeh Tələbkar qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 150,67 manat məbləğində dövlət rüsumu ona geri qaytarılması, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsinin tərəflərə izah edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsini izah etməkdən imtina edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadından borclu Ərizəni verən şəxs ASC tərəfindən verilmiş şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, icra sənədi üzrə borclu Ərizəni verən şəxs ASC-dən 137.774,26 manat məbləğində pul tutularaq tələbkar Tələbkar ödənilməlidir. Lakin Ərizəni verən şəxs ASC icra sənədi üzrə hesablanmış borcdan 122.327,52 manat ödəniş edərək, borcun tam ödənildiyini bildirmiş və icra məmurundan icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi icraata xitam verilməsi üçün qalan 15.446.74 manat borcun ödənilməsini borcludan tələb etmişdir. Lakin borclu əmanət müqavilələri üzrə əmanətlərə hesablanmış faiz məbləğindən müxtəlif tarixlərdə 27.678.69 manat məbləğində vəsaitin müştəri tərəfindən istifadə edildiyini və əmanətlərə hesablanmış faiz məbləğlərindən 3214,79 manat məbləğində vergi ödənişlərinin edildiyini bildirərək, həmin məbləğlərin (27.678,69 + 3.214,79=30.893,48) 1/2 hissəsi olan 15.446,74 manat məbləğin icra sənədi icra olunarkən tələbkara ödənilən ümumi məbləğdən çıxılmalı olduğunu əsas gətirmişdir. Buna görə də qalan 15.446.74 manat məbləği ödəməmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların olduğu kimi icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə isə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş MPM-in 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər. Daha sonra vergi qanunvericiliyinə əsasən, əmanətlər üzərinə hesablanmış faizlərdən gəlir vergisi ##.##.2023-cü il tarixdən sonra qoyulmuş əmanətlərə şamil olunduğundan hazırki icra sənədi üzrə əmanətlər isə 2023-cü il tarixindən əvvəlki tarixlərə aid olduğundan borclunun bu əmanətlərin vergiyə cəlb edilməsi barədə dəlili də əsassızdır. Ona görə də icra məmurunun hərəkətləri qanuni olmuş, icra məmuru borcludan qalıq borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, icra sənədi üzrə borclu tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Borclu Ərizəni verən şəxs ASC-nin nümayəndəsi Hacıyev İsa Camal oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar