Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-165/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəyə baxılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, borclu Borclu mülkiyyətində olan “OPEL ASTRA MİNİK” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı, “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinn üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Borclu mülkiyyətində olan “OPEL ASTRA MİNİK” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı və “CHEVROLET CRUZE MİNİK” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra Maraqlı şəxs həmin qərardaddan şikayət verərək, ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarın və ##.##.2025-ci il tarixli, 8(004)- ***/**** saylı qərardadın ləğv edilməsi; ona məxsus 2014-cü il buraxılışlı, sedan tipli, G1PC5SBXE7401578 ban nömrəli, **SY*** qeydiyyat nömrə nişanlı, “CHEVROLET CRUZE” markalı nəqliyyat vasitəsinə tətbiq edilmiş həbs tədbirinin tam götürülməsi; şikayətinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı Maraqlı şəxs maraqlarına toxunduğundan o, iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş, maraqlı şəxs Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, maraqlı şəxs Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından verdiyi şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-*/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan lakin nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsinə əsasən 25600 manata ona satılmış “Chevrolet Cruze” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 15772,09 manat əsas, 864,23 manat faiz və 26,39 manat cərimə borcu və 139,99 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 16802,70 manat məbləğində pul ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, borclu Borclu mülkiyyətində olan “Opel Astra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı, 99-SY- 145 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadına əsasən təqdimat təmin edilmiş, Yasamal rayon Məhkəməsinin 2(004)- ****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Borclu mülkiyyətində olan “Opel Astra” minik markalı, 77- EK-215 dövlət qeydiyyat nuşanlı, “Chevrolet Cruze” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Bununla bağlı bildirmişdir ki, Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2021-ci il tarixli nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsinə əsasən 25600 manata ona satılmışdır. Nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən Alıcı ilkin olaraq 4000 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəyir və qalan məbləği ##.##.2021-ci il tarixdən başlayaraq 33 ay müddətinə hər ay 500 manat ödəmək şərtilə satıcıya ödəməyi öhdəsinə götürür. O, nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsinə əsasən bütün pulu Borclu ödəmişdir. Lakin səhlənkarlığı nəticəsində nəqliyyat vasitəsini öz adına rəsmiləşdirməmiş və Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 8(004)- ***/**** saylı qərardadı onun hüquqlarını pozmuşdur. Belə ki, nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuş və nəticədə nəqliyyat vasitəsi mühafizə olunan cərimə duracağına təmin edilmiş, bununla da onun istifadə hüquqları məhdudlaşdırılmışdır. Borclu Borclu mülkiyyətində olan “Opel Astra” minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə də həbs qoyulmuşdur. Eyni zamanda qeyd etmişdir ki, Borclu rəsmi şəkildə işləyir və borc məbləğini onun əmək haqqısına yönəltmək olar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Gülnar Babazadə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsi təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs şikayət verərək qərardadın ləğv olunmasını və “Chevrolet Cruze” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini belə əsaslandırmışdır ki, iş üzrə borclu şəxs Borclu mülkiyyətində olan Chevrolet Cruze minik markalı **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2021ci il tarixli nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsinə əsasən 25600 manata ona satılmışdır. Nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən Alıcı ilkin olaraq 4000 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəyir və qalan məbləği ##.##.2021-ci il tarixdən başlayaraq 33 ay müddətinə hər ay 500 azn ödəmək şərtilə satıcıya ödəməyi öhdəsinə götürür. O, nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsinə əsasən bütün pulu Borclu ödəmişdir. Borclu mülkiyyətində olan Opel Astra minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə də həbs qoyulmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, Borclu rəsmi şəkildə işləyir və borc məbləğini onun əmək haqqına yönəltmək olar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, hər hansı müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyator daşınar əmlakın faktiki mülkiyyətçisi olmasına istinadən borclu barəsində tətbiq olunan məcburi icra tədbirinin onun mülkiyyətinə münasibətdə istisna edilməli olmasını bildirmiş və şikayətini bu arqumentlə əsaslandırmışdır. Kollegiya isə bu mövqe ilə razılaşmır. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli “CHEVROLET CRUZE” minik markalı, **-SY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Maraqlı şəxs deyil, Borcludur və tələbkar qarşısında müvafiq öhdəlik daşıyan şəxs də sonuncu olduğundan, icra məmuru tərəfindən zəruri icra tədbiri qismində ona məxsus avtomobilin üzərinə həbs qoyulmuşdir. Tərəfin öz tələbini əsaslandırmaq üçün istinad etdiyi müqaviləyə münasibətdə isə qeyd olunmalıdır ki, nisyə-alqı satqı müqaviləsi üzrə öhdəlik tam baş çatdığı vaxt alıcının əmlakı öz mülkiyyətinə keçirmək hüququ yaransa və iş materiallarına əsasən sözügedən borc Maraqlı şəxs tərəfindən ödənsə də, sonuncu tərəfindən həmin vaxtdan borclu barəsində icra tədbirləri başlanıldığı tarixədək nəqliyyat vasitəsinin öz mülkiyyətinə keçirilməsinə dair hər hansı tədbir görməmişdir. Bununla da, hazırda “CHEVROLET CRUZE” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi borclu Borclu əmlak aktivlərinə aid edildiyindən, məcburi icra tədbiri qismində “əmlak üzərinə həbs qoyulması” növündə məcburi icra tədbirinin tətbiqində məhkəmə haqlı olmuşdur. Kollegiya həmçinin borclunun mülkiyyəti üzərindəki həbsin saxlanılmasının zəruriliyinə dair onun da qeyd olunmasını zəruri hesab edir ki, iş materiallarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələb hazırki günə qədər borclu tərəfindən təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən isə, “borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur”. Bununla belə nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Apelyatorun borclunun iş yerinin mövcud olmasına və icra tədbirinin əmək haqqına yönəltmə formasında həyata keçirilməli olmasına dair mövqeyinə münasibətdə isə qeyd olunmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. Hazırda borclunun bank və ya digər kredit təşkilatlarında vəsaiti olmadığından, əmlaka həbs növündə məcburi icra tətbirinin tətbiqi əsaslıdır. Həmçinin, qeyd olunmalıdır ki, nəqliyyat vasitəsi likvidlik əmsalı, daha əhəmiyyətli təminat vasitəsi olduğundan, hazırkı məcburi icra tədbirinin tətbiqi adekvat olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №8(3-6)-165/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-165/2026
29.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver